Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4113/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “naturada ayrılmayan əmlakın açıq hərracda satılması və satış pulunun paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-550/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-550/2022 nömrəli, 29 mart 2022ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh mülkiyyətində olan “KİA RİO” minik markalı, 90- UR-654 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılması, avtomobilin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq, yəni ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilməsi, “KİA RİO” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 9500 (doqquz min beş yüz) manat müəyyən edilməsi və ödənilmiş 40 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2022-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bununla belə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən 22 iyun 2022-ci il tarixdə daxil olmuş məktubda iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-550/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsində məhkəmə xərcləri haqqında məsələ həll edilmədiyindən əlavə qətnamənin çıxarılmasının zəruriliyi bildirilməklə, mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-550/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsində məhkəmə xərclərinə münasibətdə əlavə qətnamə çıxarılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-550/2022 nömrəli, 29 mart 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2022ci il tarixli qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-550/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsində məhkəmə xərclərinə münasibətdə əlavə qətnamə çıxarılması məsələsinə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4113/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4113/2022
22.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver