Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-412/2022 05.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1153/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsi işə cəlb edilməklə) Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqının düzgün ödənilmədiyi dövrlərə görə ona ödənilməmiş 30000 manat məbləğində müavinətin və ona və ailəsinə vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-də mühafizəçi vəzifəsində işləmişdir. 2014-cü ildən çalışdığı Cavabdeh MMC-də iş vaxtından əlavə işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin edilməməsi və əmək haqqının düzgün hesablanıb ödənilməməsi hətta gecikdirilməsi və iş kimi qanun pozuntuları ilə qarşılaşmışdır. Büntün bunlardan da başqa ödəniş cədvəlini və s. kimi sənədlərini işəgötürəndən tələb etsə də, ona heç bir sənəd təqdim edilməmişdir. Bu əsaslara dayanaraq Əmək Müfəttişliyi idarəsinə müraciətlər etmiş və nəticədə onun haqlı olduğu ortaya çıxmışdır. Əmək Müfəttişliyinin araşdırması nəticəsində Cavabdeh MMC tərəfindən təqdim olunmuş əmək haqqı cədvəllərindən və iş vaxtının uşotu tabellərindən onun iş vaxtından əlavə işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin ödənilməməsi məlum olmuşdur. Cavabdeh MMC-dəBu səbəbdən də, əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyindən Cavabdeh MMC-nin rəhbərələri barəsində AR İXM-nin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 01.03.2020-ci il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Ümumiyyətlə 2014-cü ildən başlayaraq ona əmək haqqı düzgün ödənilməmişdir. Müraciətləri əsnasında hüququnu tələb etdikdə idarə rəhbərliyi tərəfindən təhqir və tənqidlərə məruz qalmışdır. Şərh olunanlardan göründüyü kimi, onun əmək hüuquları Cavabdeh MMC tərəfindən kobud şəkildə pozulmuş və o, maddi zərərlə yanaşı mənəvi zərərə də məruz qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(009)-1153/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iş vaxtından əlavə işlədiyi saatlara görə cəmi 170,96 (yüz yetmiş manat doxsan altı qəpik) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1153/2021 saylı iş üzrə 24.06.2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi, post jurnalları, davamiyyət jurnalı və post cədvəli əmək haqqının ödənilməsi ilə olan uyğunsuzluqların araşdırılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, iddia ərizəsi əmək haqqı tələbi ilə bağlı qalan hissədə normadan artıq yəni 12 saatın aşması ilə yerinə yetirilmiş istirahət müddəti 12 saatdan az olması, vəzifə maaşının düzgün hesablanmaması və mənəvi zərər tələbi ilə bağlı məbləğinlərin ödənilməsi təmin olunmamışdır. Hesab edir ki, qətnamə ədalətsiz və qanunsuz olduğu üçün ləğv olunmalıdır. İş üzrə yeni qətnamə qəbul olunmalıdır. Səbail rayon məhkəməsinin verdiyi qətnamədə onun təqdim etdiyi maddi sübutlara baxış keçirilmədi. 12 saatı aşaraq çalışdığı saatların ödənilməməsi məhkəməyə təqdim etdiyi post jurnallarının foto şəkilləri və vəzifə maaşının qeyri düzgün hesablanması və iş günlərindəndə əlavə xidmətə çıxdıqlarını və ümumi maaşının hesablanması cədvəl halında düzgün tərtib edilməmişdir. Səbail rayon məhkəməsi isə bu səhvləri doğru kimi qələmə verib qətnaməni qəbul etmişdir. Вaxmayaraq ki, dəfələrlə həm vəsatət qaldıraraq həm də şihahi olaraq ekspertiza tələbi irəli sürsədə hakim rədd etmişdir. Mənəvi zərərin ödənilməsi isə Səbail rayon məhkəməsinə disk şəklində təqdim etməyinə baxmayaraq hansıkı idarə tərəfindən onun şərəf və ləyaqətini alçaldacaq əməllər olmuşdur və kəskin ərazi dəyişikliyi üzündən qorxudan ailəsində şəkər xəstəliyinə tutulan olmuşdur.Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və iş üzrə məhkəmə ekspertizası təyin edilməsin, post jurnalları, davimiyyət jurnalı və post cədvəli əmək haqqının ödənilməsi ilə olan uyğunsuzluqların araşdırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, iddiaçı uzun müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir.Tərəflərindən iddia müddətinin tətbiqinə dair ərizə vermişlər.Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.Verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi və iş materiallarının 172-208-ci vərəqlərində olan post jurnalları kserosurətdir, həmin kserosurətlərin əsli mövcud deyildir və ümumiyyətlə iddiaçının özü tərəfindən əlyazma təqdim olunmuş həmin kserosurətləri qəbul və təsdiq etmir. Məhkəmə kollegiyasının iclasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi və iş materiallarının 172-208-ci vərəqlərində olan post jurnalları kserosurətdir, həmin kserosurətlərin əsli iş materiallarında mövcud deyildir və ümumiyyətlə iddiaçının özü tərəfindən əlyazma təqdim olunmuş həmin kserosurətləri mühasibatlıq sənədləri kimi qəbul etmir.Apellyasiya instansiyası tərəfindən təyin olunmuş ekspertiza tədqiqatında da mütəxəssis kimi iştirak etmiş, məhkəmə-mühasibatlıq ekspertizası zamanı da təqdim olunan bu sənədlər (.i.v 172-208) əlyazmadan ibarət dəftər məlumatlarının ksero sürəti) ciddi mühasibat sənədləri olmadığından tədqiqat aparmaq mümkün olmamışdı. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə 04.03.2014-ci il tarixdə işə qəbul edilmiş və öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsi 16.04.2021-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikasının MM-nin və ƏM-nin müvafiq maddələrini rəhbər tutaraq cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə verilmişdir və iddia müddəti 1 il təşkil etdiyinə görə iddiaçının məhkəməyə müraciət etdiyi gündən, yəni 28.03.2021-ci il tarixdə, onun aldığı əmək haqqının 1 il müddətində hesabatını təqdim edir. AR ƏM-nin 157.3-cü, 157.4-cü və 157.5-ci maddələrinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif maaşı - əmək haqqının əsas hissəsidir, əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədilə ilə işçinin tarif (vəzifə) maaşına müəyyən edilən əlavə ödəncdir. Belə ki: 2021-ci ilin mart ayı üzrə İddiaçı əmək haqqı 680 manat olmuş (təsdiq olunmuş 2021-ci ilin mart ayı üçün iş vaxtının norması və istehsalat təqvimi 135 saat olmuş) və İddiaçı vəzifə maaşı 317.50 manat təşkil etdiyinə görə onun vəzifə maaşı 317.50 : 135-yə bölünərək= 2.35 manat - 1 iş saatı müəyyən edilir. Mart ayı üzrə o, 180 saat işləmiş, 180-135=45 saat x 2.35=105.7 manat əlavə işə çıxdığı üçün bu məbləğ ƏMnin 165.1-ci maddəsinin 1-ci abzasına əsasən vurulur 2-yə (ikiqat)=211.4 manat təşkil edir. Mart ayı üzrə ƏM-nin 97-ci maddəsinə əsasən gecə vaxtı 64 saat işlədiyinə görə və AR NK qərarına əsasən bu 56 x 2.35=150.4 manat, bu məbləğin 40%-i 60.2 manat təşkil edir, bayram vaxtı 48 saat işlədiyi üçün x 2.35=112.8 manat, beləliklə vəzifə maaşı 317.50 + əlavə işlədiyi 211.4 manat + gecə vaxtı işlədiyi 60.2 + bayram vaxtı işlədiyi 112.8 manat = 317.50 + 211.4 + 60.2 + 112.8 = 702 manat əmək haqqı təşkil edir, bu məbləğdən gəlir vergisi tutulur (AR VM əsasən fiziki şəxslərdən 200 manat gəlir vergisi tutulmur, iddiaçı müharibə veteranı olduğuna görə bu məbləğə 400 manat əlavə olunur və 702 manatdan - 600 manat çıxılmaqla 102 manatdan 14% gəlir vergisi = 14,3 manat, 21.07 manat məcburi dövlət sosial sığorta haqqı, 3.51 manat işsizlikdən sığorta haqqı və 14.05 manat icbari tibbi sığorta haqqı tutularaq ümumulikdə 52.94 manat vergilər tutulmuş, əmək haqqı 2021ci iln mart ayı üzrə 649 (702 - 52.94) manat təşkil etmişdir. 2020-ci ilin aprel ayı üzrə əmək haqqı 490 manat təşkil etmiş (təstiq olunmuş 2020-ci ilin aprel ayı üçün iş vaxtının norması və istehsalat təqvimi 176 saat olmuş) və İddiaçı vəzifə maaşı 317.50 manat təşkil etdiyinə onun vəzifə maaşı 317.50 : 176-ya bölünərək = 1.80 manat - 1 iş saatı müəyyən edilir. Aprel ayı üzrə o, 168 saat işləmiş, 176 – 168 = 8 saat (vəzifə maaşından) 317.50 manatdan 8 x 1.80 =14.4 manat çıxılır və 2020-ci ilin aprel ayı üzrə vəzifə maaşı 317.50 - 14.4 =303.1 manat təşkil edilir. Aprel ayı üzrə ƏM-nin 97-ci maddəsinə əsasən gecə vaxtı 56 saat işlədiyinə görə və AR NK qərarına əsasən bu 56 x 1.80 = 100.8 manat, bu məbləğin 40%-i 40.3 manat təşkil edir, bayram iş saatı yoxdurişləməyib, dəniz əmsalı hesablanaraq 63.50 manat, beləliklə, vəzifə maaşı 303.1 + əlavə işlədiyi saatlar yoxdur işləməyib + gecə vaxt işlədiyi 40.3 manat = 303.1 + 40.3 + 63.50 (dəniz əmsalı) = 406 manat əmək haqqı təşkil edir, bu məbləğdən ondan gəlir vergisi tutulmur (600 manatdan az olduğuna görə), 12.21 manat məcburi dövlət sosial sığorta haqqı 2.03 manat işsizlikdən tibbi sığorta haqqı vergiləri tutularaq aprel 2020-ci il tarix ayı üzrə əmək haqqı 392.7 manat təşkil etmişdir. 01.03.2020-ci ildən 31.03.2021-ci ilədək İddiaçı verilən vəzifə maaşına əlavələr, bu məbləğdən vergilərin tutulması və ona verilən əmək haqqının məbləği və məbləğlərin onun "xxxx" ASC-də hesab nömrəsinə köçürülməsi cədvəlləri təqdim olunur və 6.328 manat təşkil edir. İddiaçı ona verilən əmək haqqının düzgün ödənilmədiyinə görə 2021-ci ilin fevral ayında DƏMX-nə müraciət etmiş və yoxlama nəticəsində 01.03.2020-ci ildən 31.03.2021-ci ilədək 170.96 manat ona ödənilmədiyi üçün Cavabdeh MMC-nin direktoru AR İXMnin 192.4-ci maddəsinə əsasən DƏMX-nm “İnzibati tənbeh vermə haqqında” qərarı ilə cərimə edilmişdir. İddiaçı SManafovun 08.04.2021-ci il tarixdə Cavabdeh MMC-nin direktoruna ailə vəziyyəti ilə əlaqədar maddi yardım göstərilməsi ilə bağlı müraciət etdiyi ərizəsinə əsasən ona 750 manat (minimum əmək haqqının 3 misli) əmək haqqı kartına köçürülmüşdür.İddiaçı ona mənəvi ziyan dəyməsi ilə bağlı məhkəməyə AR ƏM-nin 290-cı maddəsinə əsasən heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-də iş vaxtından əlavə işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin edilməməsi və iş yerinin yaşadığı əraziyə yaxın olan yerlə dəyişməsinə köməklik göstərilməsi ilə bağlı müxtəlif instansiyalara ünvanladığı müraciətlərə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsində baxılması ilə əlaqədar Cavabdeh MMC tərəfindən təqdim olunmuş əmək haqqı cədvəllərindən və iş vaxtının uçotu tabellərindən iddiaçının iş vaxtından əlavə işə cəlb edildiyinə görə əmək haqqına əlavələrin ödənilməməsi məlum olmuşdur. Bu səbəbdən də, əmək və məzuniyyət haqlarınının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyindən Cavabdeh MMC-nin rəhbəri barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4-cı maddəsinin tələblərinə uyğun olaraq 01.03.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir.Eyni zamanda, Cavabdeh MMC tərəfindən təqdim olunmuş məktubda, Pirallahı rayonunun ərazisində yerləşən obyektin mühafizəsi ləğv edildiyindən iddiaçıya Suraxanı rayonu Qum adasında dislokasiya olunmuş komandanın tərkibində işləmək təklif olunmuş və iddiaçı razılıq vermişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya 01.03.2020-ci ildən 31.03.2021-ci il tarixədək hesablanmış əmək haqqına dair cədvəllər onun tərəfindən araşdırılmış və həmin müddət ərzində iş vaxtından əlavə işə cəlb edildiyinə görə iddiaçının əmək haqqına 170,96 manat əlavə edilmədiyi müəyyən edilmişdir ki, hesab edir ki, həmin fərq iddiaçıya ödənilməlidir. Beləliklə, iş materiallarından və birinci və apellyasiya instansiya məhkəməsinin iclasında verilən izahatlardan aydın olur ki, cavabdeh müəssisə ilə iddiaçı arasında 04.03.2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və sonuncu, həmin tarixdən etibarən cavabdeh müəssisədə əmək haqqı 240 manat olmaqla mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Tərəflərin izahatlarından və işin hallarından aydın olur ki, bir il müddətinə bağlanılmış 04.03.2014-cü il tarixli əmək müqaviləsinə birinci müddətin sonunda xitam verilməmiş və beləliklə həmin müqavilə növbəti müddətə, daha sonra isə dəfələrlə uzadılmış, cavabdeh müəssisəsinin 118-k nömrəli, 16.04.2021-ci il tarixli əmri ilə cavabdehin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq, işçinin təşəbbüsü əsasında 16.04.2021-ci il tarixdən xitam verilmişdir. Məhkəmə kollegiyası iddiaçının “əmək haqqının düzgün ödənilmədiyi dövrlərə görə ona ödənilməmiş 30000 manat məbləğində müavinətin ödənilməsi” tələbinin qismən əsaslı hesab edilməsi ilə bağlı 1-ci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Belə ki, iddia ərizəsində iddiaçı, cavabdehlə əmək münasibətlərində olduğu bütün müddət ərzində (04.03.2014-cü il tarixdən 16.04.2021-ci il tarixədək) iş vaxtından əlavə işlədiyi müddətin pulunu tələb etmiş olsa da, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizəni də nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, yalnız son 1 il üçün iddiaçının iş vaxtından əlavə işləyib-işləmədiyinin araşdırılması mümkün hesab edilə bilər. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Cavabdeh müəssisədən tələb edilərək iş materiallarına əlavə olunmuş, aprel 2020ci il tarixindən mart 2021-ci il tarixinə qədər olan dövrü əhatə edən əmək haqqının hesablama məlumatlarından aydın olur ki, həmin dövr üzrə iddiaçıya əmək haqqı düzgün hesablanıb verilməmiş, 6499,33 manat əmək haqqı ödənilməli olduğu halda, ona 6328,37 manat əmək haqqı ödənilmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, işini normadan artıq, yəni 12 saatın aşması ilə yerinə yetirilmiş, istirahət müddəti 12 saatdan az olmuş, vəzifə maaşının düzgün hesablanmaması və mənəvi zərər tələbi ilə bağlı məbləğinlərin ödənilməsi təmin olunmamışdır.12 saatı aşaraq çalışdığı saatların ödənilməməsi məhkəməyə təqdim etdiyi post jurnallarının foto şəkilləri və vəzifə maaşının qeyri düzgün hesablanması və iş günlərindəndə əlavə xidmətə çıxdıqlarını və ümumi maaşının hesablanması cədvəl halında düzgün tərtib edilməmişdir.Səbail rayon məhkəməsi isə bu səhvləri doğru kimi qələmə verib qətnaməni qəbul etmişdir. Вaxmayaraq ki, dəfələrlə həm vəsatət qaldıraraq həm də şihahi olaraq ekspertiza tələbi irəli sürsə də hakim rədd etmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinin araşdırılması baxımından məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında “04.03.2014-cü il tarixdən 16 aprel 2021-ci il tarixə kimi, yəni iddia olunan dövr üzrə iddiaçının əmək haqqı və digər ödənişlər düzgün hesablanıb ödənilibmi?;Düzgün hesablanmadığı təqdirdə iddiaçıya ödənilməmiş əmək haqqı və digər ödənişlər hansı məbıəğ təşkil edir? (Cədvəl tərtib edilməklə hər bir illər və aylar üzrə göstərilməklə)” sualları qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 08 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 18 yanvar 2022-ci il tarixli 9/7411 saylı Ekspertiza Rəyindən görünür ki, tədqiqat zamanı iş materiallarının zərurilyi ilə əlaqədar 20 oktyabr 2021-ci il tarixdə vəsatət verilmişdir. Mərkəzə 22.11.2021-ci il, 02.12.2021-ci il, 07.12.2021-ci il 13.12.2021-ci il tarixlərdə əlavə sənədlər daxil olmuşdur. Təqdim olunan əlavə sənədlər 04.03.2014 - 16.04.2021-ci il tarixli dövrü deyil yanvar 2017-dən aprel 2021-ci ilədək olan dövrü əhatə edir. Həmçinin 14.12.2021-ci il tarixdə DƏMX-nin Bakı şəhəri üzrə əmək müfəttişi eksperiza tədqiqatında iştirak etmişdir.Tədqiqat zamanı iş materiallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh MMC arasında 04.03.2014-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən, işçinin aylıq əmək haqqı 240 manat təşkil edir. İş materiallarında olan sənədlərə əsasən İddiaçı yanvar 2017ci il tarixdən aprel 2021-ci il tarixədək olan dövr üzrə 143,45 manat əmək haqqının hesablanıb ödənilməməsi müəyyən edilir (cədvəl № 1 rəyə əlavə edilir). Həmçinin iş materiallarında (c.i.v 172-208) əlyazmadan ibarət dəftər məlumatlarının ksero sürəti mövcuddur. Bildirilir ki, məhkəmə-mühasibat ekspertizası mühasibat sənədlərinin məlumatları əsasında aparılan tədqiqatdır. Yuxarıda da göstərildiyi kimi, məhkəməmühasibat ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqatdır.Təqdim olunan bu sənədlər (c.i.v 172-208) əlyazmadan ibarət dəftər məlumatlarının ksero sürəti) ciddi mühasibat sənədləri olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Ekspert nəticəyə gəlmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən İddiaçı yanvar 2017-ci il tarixdən aprel 2021-ci il tarixədək olan dövr üzrə 143,45 manat əmək haqqının hesablanıb ödənilməməsi müəyyən edilir (cədvəl № 1 5 səhifə əlavə edilir). İş materiallarına əlavə edilmiş apellyasiya baxışı zamanı təqdim edilmiş 22 fevral 2022-ci il tarixli vəsatətin surətindən görünür ki, İddiaçı məhkəmə ekspertizasının tərtib etdiyi cədvəllərdə əlavə iş saatlarının düzgün hesablanmamasını, işəgötürən tərəfindən işlədiyi faktiki saatların, normadan artıq işlədiyi saatlar, əlavə xidmətlərə cəlb olunmasını və s. mübahisələndirir. İş saatlarının düzgün hesablanmaması ilə bağlı iddiaçı bildirmişdir ki, o, normadan artıq işlədiyi saatlar, əlavə xidmətlərə cəlb olunmasının əvəzi hesablanıb ödənilməmişdir.Belə ki, o, işə yarım saat tez gəlib, yarım saat gec getmişdir, bu isə post jurnallarındakı qeydlərlə təsdiq olunur. Məhkəmə Kollegiyası şikayətin göstərilən dəlilləri ilə bağlı qeyd edir ki, əvvəla iddiaçının apellyasiya şikayətində istinad etdiyi və iş materiallarının 172-208-ci vərəqlərində olan post jurnalları kserosurətdir, həmin kserosurətlərin əsli mövcud deyildir və ümumiyyətlə iddiaçının özü tərəfindən (əlyazma il) təqdim olunmuş həmin kserosurətləri cavabdeh qəbul və təsdiq etmir.Məhkəmə-mühasibatlıq ekspertizası zamanı da təqdim olunan bu sənədlər (.i.v 172-208) əlyazmadan ibarət dəftər məlumatlarının ksero sürəti) ciddi mühasibat sənədləri olmadığından tədqiqat aparmaq mümkün olmamışdı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 102.-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Kollegiya Əmək Məcəlləsinin 102.-ci maddəsinin tələblərindən (iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.) çıxış edərək vurğulayır ki, məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının apellyasiya şikayətində istinad etdiyi və iş materiallarının 172-208-ci vərəqlərində olan post jurnalları kserosurətdir, həmin kserosurətlərin əsli mövcud deyildir və ümumiyyətlə iddiaçının özü tərəfindən əlyazma təqdim olunmuş həmin kserosurətləri qəbul və təsdiq etmir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 08 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 18 yanvar 2022-ci il tarixli 9/7411 saylı Ekspertiza Rəyindən görünür ki, Ekspert nəticəyə gəlmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən İddiaçı yanvar 2017-ci il tarixdən aprel 2021-ci il tarixədək olan dövr üzrə 143,45 manat əmək haqqının hesablanıb ödənilməməsi müəyyən edilir (cədvəl № 1 5 səhifə əlavə edilir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə:103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə:103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mart 2020-ci il tarixindən mart 2021-ci il tarixinə qədər olan dövr üçün iddiaçının əmək haqqısının düzgün hesablanmaması nəticəsində iddiaçıya ödənilməmiş 170,96 manat pul vəsaiti cavabdeh təşkilatdan alınıb iddiaçıya ödənilməli olması hissədə qətnamə qüvvəsində saxlanmalıdir.(Nəzərə alınır ki, cavabdeh apellyasiya verməmiş, iddiaçı apellyasiya şikayəti vermişdir) Məhkəmə kollegiyası iddiaçının “ona və ailəsinə vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması” tələbini əsaslı hesab etmir. Belə ki, Əmək Məcəlləsinin 290-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, “işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır”. Həmin maddənin “qeyd” hissəsinə əsasən işçiyə vurulmuş «mənəvi ziyan» dedikdə, işəgötürən və ya onun tabeliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı sadalanan hərəkətlərdən hər hansı birinin cavabdeh tərəfindən ona qarşı törədilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi Səbail rayon məhkəməsinə disk təqdim etməyinə baxmayaraq (hansıkı idarə tərəfindən onun şərəf və ləyaqətini alçaldacaq əməllər olmuşdur və kəskin ərazi dəyişikliyi üzündən qorxudan ailəsində şəkər xəstəliyinə tutulan olmuşdur.) mənəvi zərər tələbinin əsassız rədd edilməsi barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, belə sübut iş materiallarında müəyyən olunmamış və təqdim olunmamışdır. Belə ki, iş materiallarında 72-74-cü səhifədə iddiaçının “Etizaz”ına qoşmada təhqir edilməsinə dair maddi sübutlar və səs yazıları qeyd edilsə də, bu materialların mövcudluğu iş materiallarından və məhkəmə iclas protokollarından görünmür.Həmçinin, bu barədə protokola qeydlər də verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mənəvi ziyan tələbi hissəsində iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(009)-1153/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-412/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-412/2022
05.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver