Məhkəmə qərarları › İş №2(103)-4123/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4123/2020

18.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4123/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi-vəkil X2, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşağın atanın yanında qalması tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-375/2020saylı xx xxxxxx 2002-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə İsmayıllı rayon Quşencə kənd İcra Nümayəndəliyində bağlanmış və 13 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İlk və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməmişdir. İş materiallarındangörünür ki, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından anadan olan xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin, idddiaçının özünün saxlanması üçün uşaq 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 ilə xx.xx.2016-cı il tarixdə İsmayıllı rayon Quşencə kənd İcra Nümayəndəliyində 13 saylı qeydlə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş, ailə münasibətlərinə son qoymuşlar. Belə ki, tərəflərin birgə nikahından övladı dünyaya gəldikdən sonra cavabdeh ailəsinə, həyat yoldaşına və azyaşlı övladına qarşı laqeyd münasibət göstərməyə başlamışdır. Daha sonra cavabdeh yaşadığı evi tərk edərək, iddiaçını azyaşlı övladı ilə birgə təkbaşına qoyub çıxıb getmişdir. Hal-hazırda rəsmi nikahları pozulmasa da, aralarında olan bütün ailə, ər-arvad münasibətləri kəsilmiş və ayrı yaşayırlar. Cavabdeh uşağın saxlanmasında iddiaçıya heç bir köməklik göstərmir. Övladı X8 hal-hazırda onunla birlikdə yaşayır və təkbaşına, cavabdehin heç bir maddi və mənəvi yardımı olmadan övladını saxlayır. Uşaq azyaşlı olduğundan öz anasına daha çox bağlıdır. Onun ana nəvazişinə, ana qayğısına daha çox ehtiyacı vardır. Odur ki, uşaq anasının yanında qalmalı və onun saxlanması üçün cavabdehdən aliment tutulmalıdır. Belə ki, özü heç bir yerdə işləmir və qazancı yoxdur. Lakin onda olan məlumata əsasən, Cavabdeh “xxxxxxxxx” MMC-də çalışır və aylıq əmək haqqısı 800 manat təşkil edir. Cavabdehin əlavə gəlir yeri, qazancı da vardır. Cavabdehin aldığı gəlir və ümumi qazancı təxminən 1000-1200 manat təşkil edir. Qeydolunanlarınəzərəalaraq, iddiaçıiddiatələblərinintəminolunmasınıxahişetmişdir. Öz növbəsində X9 Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşağın atanın yanında qalması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında xx.xx.2016-cı il tarixdə İsmayıllı rayon Quşencə KİN-də bağlanmış nikahın pozulması, xx.xx.2018ci il təvəllüdlü X3 onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X9 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə xx.xx.2016-cı ildə İsmayıllı rayon Quşencə KİN-də nikah bağlamışdır. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. Ailə həyatının ilk ilində cavabdehlə münasibətləri normal olmuşdur. Lakin son vaxtlar münasibətləri pozulmuş və dözülməz bir vəziyyət yaranmışdır. Belə ki, cavabdeh ondan icazəsiz uşağı götürərək evi tərk etmişdir. Hal-hazırda cavabdehlə faktiki olaraq ayrılmış, ailə və şəxsi münasibətləri tamamilə pozulmuşdur. Ailə münasibətlərinin bundan sonra davam etməsi, ailənin bərpası və saxlanılması qeyri-mümkündür. Qəti olaraq ayrılmaq qərarına gəlmişdir. Onu da qeyd edir ki, cavabdehin psixi durumu normal deyildir, ona görə də azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X3 özünün yanında qalmasını istəyir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qeydada həll edilmişdir. İlk iddia üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi və onun iddiasının qalan hissədə təmin edilməməsi hisəsində ləğv edilməsi, iddiasının tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulacaq alimentin məbləğini müəyən edərkən əksər qanunvericilik normalarını nəzərə almamış, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, onun işləmməsini nəzərə almadan ədalətsiz qətnamə çıxararaq onun hüquqlrını pozmuşdur. Bu və digər əsasları gətirərək, İddiaçı apellyasiya şikayətinin təmin olunmsını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator Xətai rayon Məhkəməsinin 2(011)-375/2020 saylı xx xxxxxx 2002-ci il tarixli qətnaməsini alimentin tutulması hissəsində mübahisələndirdiyindənqətnaməninəsaslığıhəmin hissədəyoxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən ilk iddia üzrə iddiaçının səlahiyyətli nümayəndəsini, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, Xətai rayon Məhkəməsinin 2(011)-375/2020 saylı xx xxxxxx 2002-ci il tarixli qətnaməsi idddiaçının özünün saxlanması üçün uşaq 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi tələbinin rədd edilməsi hissədə ləğv edilərək həmin hissədə iddia qismən təmin olunmalı, xx.xx.2018-ci il təvəllüdlü X7 üç yaşına çatanadək Cavabdeh sabit pul məbləğində hər ay 50 (əlli) manat aliment tutularaq iddiaçıya verilməlidir, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 168804 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2016-cı il tarixdə İsmayıllı rayon Quşencə kənd İcra Nümayəndəliyində bağlanmış və 13 nömrə ilə qeydə alınmışdır. AZ-İV seriyalı, 022691 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının pr- 857 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Komissiya aparılmış araşdırmalar nəticəsində tərəflər boşandıqları təqdirdə azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların ilk iddia üzrə iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə hesab etmişdir ki, aliment məbləğinin hamısını Cavabdeh İddiaçı sabit pul məbləğində ödəməyə borcludur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Kollegiya hesab edir ki,iddiaçının cavabdehin apellyasiya şikayətində göstərdiyi zəruri vəsaitə malik olması barədə sübut təqdim olunmadığından, apellyasiya şikayətinin dəlilləri qətnamənin alimentin tutulması hisəsində ləğv edilməsi üçün əsas vermir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alaraq, haqlı olaraq iddianı, tərəflərin birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı xeyrinə ödənilməsini vacib hesab etmişdir. Kollegiya hesab edir ki, 170 manat sabit pul məbləğində alimentin tutulması uşağın hüquq və mənafelərinin qorunması və əsas məqsəd olması baxımından məqsədə və qanuna müvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1.-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Kollegiya qeyd edir ki, tərəflərin birgə nikahdan doğulmuş uşaqlarının üç yaşına çatmadığını və həmin uşağa baxdığına görə iddiaçının işləmədiyini nəzərə alaraq, hesab edir ki, İddiaçı ərin aliment öhdəlikləri üzrə cavabdehdən maddi təminat tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə qismən təmin olmalıdır, xx.xx.2018-ci il təvəllüdlü X7 üç yaşına çatanadək Cavabdeh sabit pul məbləğində hər ay 50 (əlli) manat aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2-ci maddəsinə görə Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382,384.0.2,393,4005-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-375/2020 saylı xx xxxxxx 2002-ci il tarixli qətnaməsi idddiaçının özünün saxlanması üçün uşaq 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi tələbinin rədd edilməsi hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. İlk iddia üzrə İddiaçı özünün saxlanması üçün xx.xx.2018-ci il təvəllüdlü X4 üç yaşına çatanadək qulluq etmək üçün Cavabdeh hər ay 50 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar