Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4124/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Zaqatala rayon Mərkəzi Xəstəxanasına və X3rşı mülki iş üzrə (Açar sözlər: mənəvi ziyan) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-672/2023 nömrəli, 15 mart 2023cü il tarixli qətnaməsindən cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Məhkəməsinin 13 may 2019cu il tarixli 1(033)-3/2019 saylı hökmündən görünür ki, ittiham aktına əsasən təqsirləndirilən şəxs X6 Zaqatala RMX-da həkim ümumi cərrah vəzifəsində işləyərkən, xx.xx.2018-ci il tarixdə Zaqatala RMX-nın qəbul şöbəsində həkim ümumi-cərrah kimi növbədə olduğu zaman rayon mərkəzi xəstəxanasına daxil olmuş xəstə X10 qəbul şöbəsində müayinə edərkən anamnezi səthi toplamış, sonuncuda olan patoloji proses, yəni sol tərəfli boru hamiləliyi klinik, laborator və ultrasəs müayinəsi ilə müəyyən olunmalı olduğu halda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş «Həkim-ümumi cərrahın nümunəvi vəzifə Təlimatı»nın 6-cı bəndində nəzərdə tutulan - həkim-ümumi cərrah tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir, Təlimatın 7-ci bəndində nəzərdə tutulan müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, kliniklaborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, 8-ci bəndində nəzərdə tutulan - mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır kimi öhdəlikləri yerinə yetirməməklə, həmçinin, həmin Təlimatın 24.1-ci bəndində nəzərdə tutulan-ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə görə məsuliyyət daşıyir kimi müddəaların icrasına lazımı qaydada əməl etməyərək, xəstəyə düzgün diaqnoz qoymamış, düzgün diaqnozun qoyulmaması ilə də müvafiq olaraq düzgün əlavə müalicə tədbirləri görməmiş, xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan sol tərəfli boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanı vaxtında müəyyən etməmiş, xəstəyə vaxtında operativ müalicə taktikasının seçilməsinə və yerinə yetirilməsinə əsas olmalı olan və zəruri sayılan müayinələri (USM, KT, rentgen, dinamik laborator və sairə), həmçinin aidiyyəti mütəxəssislərin konsultativ baxışlarını tam həcmdə aparmamış, xəstənin vəziyyətinin ağırlığı və hemodinamik göstəricilərinin qeyri stabil olması, yəni xəstədə mövcud olan sol tərəfli pozulmuş boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanın dayandırılması üçün təxirəsalınmaz operativ müdaxilənin keçirilməsinə ehtiyac olduğu halda, xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək lazımi tədbirlər görməmiş, qanaxmanın mənbəyini aşkar etməmiş və cərrahiyyə əməliyyatının aparılmasını təmin etməməklə, cinayətkarcasına etinasızlıq göstərmiş və bununla da zərərçəkmiş X10 davam edən qanaxmanın qarşısını almamaqla ehtiyatsızlıqdan öldürmüşdur. Bununla da, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.
2. Yuxarıda qeyd olunan hökmlə təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; təqsirləndirilən şəxs X5 təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci və 70.3-cü maddələri tətbiq edilməklə 01 il sınaq müddəti ilə şərti hesab edilmiş; təqsirləndirilən şəxs X5 təyin edilmiş əlavə cəzanın və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış; təqsirləndirilən şəxs X2 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş; təqsirləndirilən şəxs X6 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş; iş üzrə maddi sübut olan Zaqatala RMX-da N.Məmmədovanın adına açılmış, sonuncunun müayinə və müalicəsinin gedişini əks etdirən xx.xx.2018-ci il tarixli, ******* saylı «Stasionar xəstənin tibbi kartası» və N.Məmmədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildikdən öldüyü vaxtadək sonuncuya göstərilmiş tibbi yardımı əks etdirən müşahidə kamera görüntülərinin olduğu 02 ədəd «CD» diski cinayət işinin materiallarında saxlanılmış; hökmün icrası təqsirləndirilən şəxslərin qeydiyyatda olduğu yer üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Həmin hökm qanuni qüvvəyə minmiş və icra edilməsi üçün aidiyyatı İcra və Probasiya şöbəsinə göndərilmişdir.
3. İş materiallarına əlavə olunmuş 28 noyabr 2022-ci il tarixli 49 saylı arayışdan göründüyü kimi, X4 vəfat etdikdən sonra Zaqatala rayonu Yeni Suvagil kənd qəbristanlığında dəfn edilmiş, sonradan mərhumun meyiti qəbirdən çıxarılaraq, Gəncə şəhəri ərazisində yerləşən qəbristanlığa köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Zaqatala rayon Mərkəzi Xəstəxanasına qarşı «mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 60.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 270 manat dövlət rüsumunun cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən və Zaqatala rayon Mərkəzi Xəstəxanasından müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X7 cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmiş və iddiaçının vəsatəti təmin edilmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda tək yaşamışdır. X4 onun qızıdır. xx.xx.2018-ci il tarixdə qardaşım oğlu Tural Məmmədovun yas yerində olmuş və qızı Naimə əri ilə yas mərasiminə gəlmişdir. Həmin vaxt Naimə ona soyuqladığı üçün xəstəxanaya getdiyini, orada həkimin müalicə üçün dərman yazdığını və oradan da birbaşa yasa gəldiyini demişdir. Sonra qızı ona Turalın ölümü ilə bağlı vəziyyətinin pis olduğunu görüb «ana, bəs mən də varam axı, sənə bir şey olsa mən nə edərəm, bu qədər pis olma» demişdir. Daha sonra onlar evlərinə getmişlər. Həmin gün, yəni xx.xx.2018-ci il tarixdə o, qardaşı Qərib Məmmədovgildə qalmış, ürəyinə pis şeylər gəldiyi üçün tez-tez Naiməyə, digər qohumılarına zəng etmişdir. Qohumları ona Naimənin qızdırması olduğunu və həkim çağırıb sistem qoşacaqlarını demişlər. Daha sonra qızının vəziyyəti pisləşib deyə ona xəbər etmədən Zaqatala rayon mərkəzi xəstəxanasına aparmışlar. O, bunu həmin gün gecə saat 24-ə qalmış öyrənmiş və birbaşa xəstəxanaya getmişdir. Həmin gecə saat 2-3-ə qədər xəstəxanada olarkən qızının yanına girib çıxmışdır. Daha sonra həkimlər onu qızının yanına buraxmamışlar və komada olduğunu bildirmişlər. xx.xx.2018-ci il tarixdə səhər saat 9-10 radələrində adını bilmədiyi həkim ona qızının öldüyünü bildirmişdir. Onun eyni zamanda həm qardaşı oğlunun hərbi xidmətdə vəfat etməsi, həm də yenicə toyu olmuş qızının vəfat etməsi ilə çəkdiyi mənəvi sarsıntı və iztirabı ondan başqa heç kim hiss edə bilməz. Onun bircə qızı var idi, idman zalında işləməklə aldığı əmək haqqı ilə onu saxlayırdı. Toyu yenicə olmasına baxmayaraq onun dolanışığını qızı təmin edirdi. Çünki həyat yoldaşı da qızından əvvəl vəfat etmiş və o, mehrini yalnız yeganə qızına salmışdır. Qızını Zaqatala rayonunda dəfn etmişlər. O, bu həsrətə dözə bilməyib qızının nəşini Gəncə şəhərində dəfn etmişdir ki, heç olmasa qızının qəbrini tez-tez ziyarət edə bilsin. Qeyd edir ki, Səhiyyənin bərbad vəziyyətdə olması, xüsusən də ana və uşaq ölümlərinin tez-tez baş verməsi göz qabağındadır. Onun təkidli tələbindən sonra Zaqatala rayon Mərkəzi xəstəxanasının həkimləri məsuliyyətə cəlb olunmuşlar. Qızının ölməsinə görə Zaqatala rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hökmdə göstərilmişdir ki, təqsirləndirilən şəxs X6 Zaqatala RMX-da həkim, ümumi-cərrah vəzifəsində işləyərkən, xx.xx.2018-ci il tarixdə Zaqatala RMX-nın qəbul şöbəsində həkimümumi cərrah kimi növbədə olduğu zaman rayon mərkəzi xəstəxanasına daxil olmuş xəstə X10 qəbul şöbəsində müayinə edərkən anamnezi səthi toplamış, sonuncuda olan patoloji proses, yəni sol tərəfli boru hamiləliyi klinik, laborator və ultrasəs müayinəsi ilə müəyyən olunmalı olduğu halda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş «Həkim-ümumi cərrahın nümunəvi vəzifə Təlimatı»nın 6, 7, 8-ci bəndlərində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməməklə, həmin Təlimatın 24.1-ci bəndində nəzərdə tutulan, ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə görə məsuliyyət daşımasına baxmayaraq, xəstəyə düzgün diaqnoz qoymamış, düzgün diaqnozun qoyulmaması ilə də müvafiq olaraq düzgün əlavə müalicə tədbirləri görməmiş, xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan sol tərəfli boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanı vaxtında müəyyən etməmiş, xəstəyə vaxtında operativ müalicə taktikasının seçilməsinə və yerinə yetirilməsinə əsas olmalı olan və zəruri sayılan müayinələri (USM, KT, rentgen, dinamik laborator və sairə), həmçinin aidiyyəti mütəxəssislərin konsultativ baxışlarını tam həcmdə aparmamış, xəstənin vəziyyətinin ağırlığı və hemodinamik göstəricilərinin qeyri-stabil olması, yəni xəstədə mövcud olan sol tərəfli pozulmuş boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanın dayandırılması üçün təxirəsalınmaz operativ müdaxilənin keçirilməsinə ehtiyac olduğu halda, xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək lazımi tədbirlər görməmiş, qanaxmanın mənbəyini aşkar etməmiş və cərrahiyyə əməliyyatının aparılmasını təmin etməməklə, cinayətkarcasına etinasızlıq göstərmiş və bununla da zərərçəkmiş X10 davam edən qanaxmanın qarşısını almamaqla ehtiyatsızlıqdan öldürmüşdur. Zaqatala rayon məhkəməsinin 13 may 2019-cu il tarixli 1(033)-3/2019 saylı hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası Azərbaycan Respublikası CM-nin 70.1 və 70.3 maddələri tətbiq edilməklə 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Zaqatala rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(033)-3/2019 saylı hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Səhiyyə Nazirliyinin əməkdaşının – Zaqatala rayon Mərkəzi xəstəxanasının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Qızının vəfatından sonra hələ də özünə gələ bilmir. Kim özünü bir anlıq onun yerinə qoysa, bütün bunlar gözlərinin önündə canlanar. Xüsusilə qeyd etmək istəyir ki, son dönəmlər ana və uşaq ölümü ilə bağlı hadisələrin artması, həkim səhlənkarlığı cəmiyyətdə hiddətə səbəb olmuşdur. Hal-hazıra kimi qızının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə - hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum qızının faciəvi ölümü keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir.
7. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçının qızının ölümünə səbəb həmin vaxt həkim-cərrah vəzifəsində çalışmış X7 səhlənkar hərəkətləri olmuşdur. Sözügedən şəxs Zaqatala Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin məcəllənin 70.1-ci və 70.3-cü maddələri tətbiq edilməklə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. İddiaçının ona vurulduğunu dediyi zərər həkimin səhlənkar hərəkətləri nəticəsində baş verə biləcəyindən iddia tələbi məhz X3rşı yönəlməlidir. Zaqatala rayon X12 Hüquqi Şəxsdir və Xəstəxanaya hesablanmış büdcə vəsaiti Maliyyə Nazirliyi tərəfindən müəyyən hesabla ayrılır. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının sözügedən işdə heç bir təqsiri yoxdur. Hal-hazırda Zaqatala Rayon Mərkəzi Xəstəxananın işçilərinin sayı kifayət qədər çoxdur və həmin işçilərin aylıq əmək haqqı və digər təminatları müəssisə tərəfindən qarşılanır. Xəstəxananın hər işçisinin təqsiri üzündən dəymiş zərərin müəssisənin üzərinə qoyulması müəssisənin maliyyə cəhətdən iflas olması ilə nəticələnər. Hal-hazırda isə Müəssisənin maliyyə vəziyyəti qənaətbəxş deyildir, iddiaçı tərəfindən tələb olunan məbləğin tərəflərindən qarşılanması mümkünsüzdür. Bu səbəbdən iddianın Zaqatala rayon Mərkəzi Xəstəxanasına aid olan hissəsində rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-672/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pulun və 135 manat dövlət rüsumunun cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasından tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1099.1-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərara, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanası apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmayaraq tamamilə ədalətsiz bir qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının qızının ölümünə səbəb həmin vaxt həkim-cərrah vəzifəsində çalışmış X7 səhlənkar hərəkətləri olmuşdur. Sözügedən şəxs Zaqatala Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-cimaddəsi ilə təqsirli bilinərək 1 il 6 aymüddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin məcəllənin 70.1-ci və 70.3-cü maddələri tətbiq edilməklə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. İddiaçının ona vurulduğunu dediyi zərər həkimin səhlənkar hərəkətləri nəticəsində baş verə biləcəyindən iddia tələbi məhz X3rşı yönəlməlidir. Zaqatala rayon X12 Hüquqi Şəxsdir və Xəstəxanaya hesablanmış büdcə vəsaiti Maliyyə Nazirliyi tərəfindən müəyyən hesabla ayrılır. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının sözügedən işdə heç bir təqsiri yoxdur. Hal-hazırda Zaqatala Rayon Mərkəzi Xəstəxananın işçilərinin sayı kifayət qədər çoxdur və həmin işçilərin aylıq əmək haqqı və digər təminatları müəssisə tərəfindən qarşılanır. Xəstəxananın hər işçisinin təqsiri üzündən dəymiş zərərin müəssisənin üzərinə qoyulması müəssisənin maliyyə cəhətdən iflas olması ilə nəticələnər. Hal-hazırda isə müəssisənin maliyyə vəziyyəti qənaətbəxş deyil, iddiaçı tərəfindən tələb olunan məbləğin tərəflərindən qarşılanması mümkünsüzdür. Hazırki işdə isə meydana gələn hər hansı hüquqazidd hərəkət və ya situasiya Zaqatala rayon X12 hüquqi şəxsin hərəkətləri nəticəsində meydana gəlməmişdir. Mülki işin materiallarından da görünür ki, həkim Məmmədhacı Əlixanov birbaşa olaraq hazırki situasiyada yeganə cavabdeh şəxs kimi tanınmalı olan tərəf idi. Buna baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə mövcud olan məhkəmə hökmlərini düzgün araşdırmamış və hazırki əsassız qərarı çıxarmışdır. Həmçinin hazırki situasiyada Məmmədhacı Əlixanov məhkəmənin hökmü ilə cinayət törətməkdə təqsirli bilinmişdir. Hazırki iş üzrə hər hansı bir mülki hüquq pozuntusundan deliktdən söhbət gedə bilməz. Hansı ki, məhkəmə bu fakta əsaslanaraq yaranan məsuliyyəti xəstəxananın üzərinə qoymağa çalışmaqdadır. Halbuki törədilən cinayətə görə yaranan məsuliyyət tamamilə fərdidir və təqsirləndirilən şəxs tərəfindən daşınmaqdadır. Mülki işin materiallarından da görünür ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərindən kənara çıxaraq baş vermiş cinayət əməlini mülki hüquq pozuntusu kimi nəzərə almışdır. Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Hazırki qərardakı bir çox prosessual pozuntulardan biri də qətnamədə göstərilən maddi zərərin üç cavabdehdən yalnızca birinə yönəldilməsinin hüquqi cəhətdən əsaslandırılmaması ilə bağlıdır. Bir daha qeyd edirəm ki, əgər törədilmişcinayət nəticəsində vurulmuş zərərin Zaqatala rayon Mərkəzi Xəstəxanasıtərəfindən ödənilməli olması ilə bağlızərərçəkmiş tərəfin irəli sürdüyü fikri olsaydı bununla bağlı cinayət işinin gedişində Zaqatala rayon Mərkəzixəstəxanasının mülki cavabdeh kimi tanınmasını tələb etməli idi. Lakingörünür Nəsimi rayon Məhkəməsi mülki hüquq pozuntusu ilə törədilmiş cinayət əməli arasındakı fərqi nəzərə ala bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini etiraz edərək təmin edilməməsini xahiş etdilər.
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq səhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Maddə 1099.1 hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrasızamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
19. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».
20. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
21. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarına əsasən mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvizərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır.
23. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvisarsıntı və iztirab keçirməsini ifadə edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 82.4 məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnamənin iddia tələbinin cavabdeh aid təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-672/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
36. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
37. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni yoxlanılan hissədə qanuni və əsaslı hesab edir.
38. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmündən göründüyü kimi, Zaqatala rayon Mərkəzi Xəstəxanasının həkimi olmuş X7 təqsiri səbəbindən iddiaçının qızı vəfat etmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalması sübuta ehtiyacı olmayan və işin mübahisələndirilməyən halıdır. Qeyd edilməlidir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
40. Hazırkı halda işin mübahisəli halı Zaqatala rayon Mərkəzi Xəstəxanasının iddiaya cavabdeh verməli olan şəxs olub-olmamasıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, X6 Zaqatala rayon Mərkəzi Xəstəxanasının işçisi (həkimi) olmaqla yuxarıda qeyd edilən hadisəni törətdiyindən Zaqatala rayon Mərkəzi Xəstəxanası hüquqi şəxs olaraq öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Kollegiya qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərini nəzərə alaraq hesab edir ki, hazırki halda iddiaçı cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasına qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X9rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
44. Kollegiya mənəvi zərərin məbləği hissəsi ilə bağlı isə qeyd edir ki, cavabdehdən iddiaçının 30.000 manat məbləğində mənəvi zərərin müəyyən edilməsi qanuni olmaqla yanaşı ədalətlidir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-672/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.