Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4127/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin hüquqlarına toxunan hissədə etibarsız hesab edilməsi”nə dair ilkin, Cavabdeh2 Cavabdeh1 MMC-nə, İddiaçı və Cavabdeh4 qarşı “işlərin yerinə yetirilmə faktının təsdiq edilməsi və s.” tələblərinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında imzalanmış 03 aprel 2006-cı il tarixli müqavilənin onun maraqlarına toxunan hissədə, yəni Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən C korpusu; 1,4,6,8 K-M-N-N1 oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kv.metr olan, E korpusu; 21, 23, 24, 25, 27, 4-Q, P-N, M-K oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.metr olan, C korpusu, K-N hərifoxları və 8-10 rəq. oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.metr olan, A2 korpusu, K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 194 kv.metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMC tərəfindən İlqar Ağahəhimoviçə satılması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 isə İddiaçı, Cavabdeh1 MMC-yə və Cavabdeh4 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd olunması, onunla Cavabdeh1 MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 saylı müqavilə üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında sahibliyinə və istifadəsinə təhvil verilmiş, ümumi sahəsi 4564 kv.metr olan qeyri-yaşayış sahələrində tərəfindən pəncərələrin və qapıların quraşdırılması, eləcə də daxili kommunikasiya xətlərinin çəkilməsi, obyektlərdə təmir və tamamlama işlərinin görülməsi, həmçinin obyektlərin ətraf ərazisində gediş-gəliş yollarının müasir tipdə yüksək keyfiyyətli materiallarla təmiri və s. bu kimi tikinti işlərinin yerinə yetirilməsi faktının təsdiq olunması, həmin təmir-tikinti işlərinin aparılmasına İddiaçı, "Xudafərin” MMC və Cavabdeh4 tərəfindən edilən müdaxilələrin qanunsuz hesab edilməsi, müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəliklərin, yəni ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac materiallarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işlərinin "Xudafərin” MMC tərəfindən yerinə yetirilməmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi, dövlət rüsumuna görə 10 manatın Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 nümayəndəsi apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə uyğun surətdə verilmişdir və işə apellyasiya qaydasında baxılmasının mümkünlüyü üçün əsaslar vardır. Apellyasiyanın mümkünlüyü yoxlanılarkən həmçinin müəyyən olunmuşdur ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh1 MMC-yə qarşı “qeyri-yaşayış sahələrinin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması” tələblərinə dair mülki iş vardır və həmin işin icraatı hazırda mümkünlüyü yoxlanılan iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Hər iki mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, sözügedən işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur və buna görə də hazırkı iş, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “qeyri-yaşayış sahələrinin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması” tələblərinə dair işlə birləşdirilərək onlara bir icraatda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini məqsədəmüvafiq hesab edir. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması”, habelə prosessual qənaət prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci və 169-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2235/2021 saylı iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-362-ci maddələrinə uyğun olduğundan apellyasiya icraatı mümkün hesab edilsin və həmin mülki iş İddiaçı Cavabdeh1 MMC-yə qarşı “qeyri-yaşayış sahələrinin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması” tələblərinə dair mülki işlə birlikdə baxılması üçün onunla bir icraatda birləşdirilsin Müvafiq apellyasiya şikayətlərinə əsasən bir icraatda birləşdirilmiş mülki işlərə baxılması Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında 07 iyul 2022-ci il tarixə, saat 10:20-yə təyin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2235/2021 saylı iş üzrə 06 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavə olunmuş sənədlərin surəti digər tərəflərə göndərilməklə 20 (iyirmi) gün müddətində apellyasiyaya qarşı etiraz və ya izahatlarını məhkəməyə göndərmək hüququnun olduğu onlara izah edilsin. Tərəflərə (işdə iştirak edən şəxslərə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsin. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4127/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4127/2022
18.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver