Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4133/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh1 MTK və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin ləğv edilmiş hesab olunması, əmlakdan istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 Cavabdeh1 MTK və ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər İddiaçı, Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s.” tələblərinə dair iddia barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/21 saylı, xx.xx.2023-ci il tarixli qərardadından ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh1nə və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab olunması, əmlakdan istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmini tədbiri barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilində hər hansı bir şəxs və ya tikinti briqadası tərəfindən təmir, daxili yerdəyişmə işlərinin qadağan edilməklə üzərinə həbs qoyulması, iş üzrə cavabdehə və digər üçüncü şəxslərə əmlak barəsində sərəncam verilməsinin rəsmiləşdirilməsinin məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-6275/2020 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, hazırkı mülki iş üzrə iddianın təmini tədbiri kimi Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilində hər hansı bir şəxs və ya tikinti briqadası tərəfindən təmir, daxili yerdəyişmə işlərinin qadağan edilməklə üzərinə həbsin qoyulması və iş üzrə cavabdehə və digər üçüncü şəxslərə əmlak barəsində sərəncam verilməsinin rəsmiləşdirilməsinin məhdudlaşdırılması, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər 1 saylı Ərazi İdarəsinə, Nəsimi rayon İcra və Probasiya şöbəsinə və Cavabdeh1nə həvalə edilməsi qərara alınmışdır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 Cavabdeh1nə və ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər Cavabdeh1nə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin ləğv edilmiş hesab olunması, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokolun və ondan çıxarışın və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxsli qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-1473/2021 saylı qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmişdir; iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)- 5636/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi xx.xx.2023-cü il tarixdə icra edilməsi üçün Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. Ərizəçi Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-6275/2020 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44 C ünvanında yerləşən 3 otaqlı 59 saylı mənzillə (yeni qaydalarla: AZ1 102; Bakı şəhəri, Tbilisi prospekti, 100 M14, mənzil 4) bağlı tətbiq olunmuş iddianın təmin etmə/müvəqqəti təminat tədbirinin ləğv edilməsi, mənzilin üzərindən həbsin və digər məhdudiyyətlərin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1473/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qeyd olunan mülki iş üzrə qətnamə qanuni qüvvəyə mindiyindən, qətnamə üzrə verilmiş icra sənədi icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərildiyindən ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-6275/2020 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin üzərinə qoyulmuş həbs, tikinti-təmir, daxili yerdəyişmə işlərinin görülməsinə dair qoyulmuş qadağa, həmçinin əmlak barəsində sərəncam verilməsinin rəsmiləşdirilməsinə qoyulmuş məhdudiyyət götürülməlidir. Həmin qərardaddan ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili Vəkil1 şikayət verərək, onun ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandrılmışdır ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzil barəsində Cavabdeh2 hüquqlarının xitam olunması və özəlləşdirilmə mərhələsi etibarsız hesab olunmuşdur. Dolayısı ilə onunla X2 arasında bağlanmış əqdlər də hüquqi əhəmiyyətini itirmək və ləğv olunmaq səviyyəsinə gəlmişdir. Bu isə öz növbəsində o deməkdir ki, Cavabdeh1 tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006cı il tarixli müqavilə ləğv edilmiş hesab olunduğundan və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44 C ünvanında yerləşən binanın A girişi, ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə Cavabdeh1 üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli, 85 saylı protokol və ondan çıxarış və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edildiyindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4) yerləşən mənzilə dair Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilməklə reyestr kitabında ********** nömrə ilə aparılmış qeydiyyat etibarsız hesab olunmalı və verilmiş xx.xx.2020-ci il tarixli çıxarış ləğv edilməlidir. Notariat qaydasında 19 may 2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4) Cavabdeh2 tərəfindən Maraqlı şəxs satılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ünvan 6, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4) ünvanında yerləşən mənzilə dair Maraqlı şəxs adına bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmış, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Bundan əlavə Notariat qaydasında 15 iyul 2020-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 6 ünvanında yerləşən, sahəsi 17,2 kv.m. olan qeyri-yaşayış sahəsi (qaraj) Cavabdeh2 tərəfindən Maraqlı şəxs satılmışdır. Yuxanda göstərilənlərə əsasən Maraqlı şəxs adına verilmiş ünvan 6, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14,m4 ) ünvanında yerləşən mənzilə dair reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmış reyestr qeydiyyatı, xx.xx.2020-ci il tarixli Çıxarış və ünvan 6 ünvanında yerləşən, sahəsi 17,2 kv.m. olan qeyri-yaşayış sahəsinə dair reyestr qeydiyyatı etibarsız olduğundan ləğv edilməlidir. Hazırkı vəziyyətdə mübahisəli mənzilin üzərindən həbsin və məhdudiyyətin götürülməsi doğru və qanuni olmazdır. Maraqlı şəxs anlayır ki, qanunsuz olaraq Cavabdeh2 öz adına sənədləşdirərək ona satdığı mənzilin kötük əsasları ləğv olunduğundan onun alqı-satqısı etibarsızdır və tərəflər əvvəlki vəziyyətinə qaytarılacaqdır. Ona görə də, mənzilin üzərindəki məhdudiyyətləri götürərək satıb aradan çıxmağa çalışır ki, bu da heç yolverilən deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, 30 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəçi Maraqlı şəxs müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.4-ci maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi qanunvericilik iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlərin məhkəmə aktının qanuni qüvvəyə minməsinə və yaxud da icraya yönəldilməsinə qədər deyil, həmin qətnamənin tam icrasına qədər saxlanmasını nəzərdə tutur. İş materiallarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh1nə və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab olunması, əmlakdan istifadəyə maneənin aradan qaldırılması" tələbinə dair iddiası təmin edilmiş, iş üzrə icra icraatına başlanılmış, lakin icra icraatının başlanmasına əsas olmuş icra sənədinin tam şəkildə icra olunmadığı müəyyən edilmişdir. Belə olan halda yuxarıda göstərilən hüquq normalarını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-6275/2020 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşən binanın A girişi, binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 131,43 kv.m olan, üç otaqlı, 59 saylı mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş ərizə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı 23 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs tərəfindən müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə verilmiş ərizə rədd edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-4133/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4133/2023
20.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver