Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4148/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: aliment üzrə dəbbə pulu, təqsir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi İlham Rüstəmovun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment üzrə dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.2009-cu il tarixdə Nuray adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə nikahlarının pozulması, uşağın anasının yanında qalması qət edilmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbi qismən təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının ¼ hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət olunmuşdur.
3. Sonradan İradə və Cavabdehlar arasında ailə münasibətləri bərpa edilmiş, onlar 2015-ci ilə qədər birlikdə yaşamış, birgə yaşayışlarından xx.xx.2013-cü il tarixdə Lalə adını verdikləri uşaqları dünyaya gəlmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli qətnaməsi ilə, 26 sentyabr 2014-cü il tarixdən hesablanmaqla 30 iyun 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay cəmi 103 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli qətnaməsi ilə həmin məhkəmənin 11 fevral 2015-ci il tarixli qətnaməsi əsasında müəyyənləşdirilən alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən, yəni 19 iyun 2019-cu il tarixdən hesablanaraq 30 iyun 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
6. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə, Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il və xx.xx.2015-ci il tarixli qətnamələri üzrə yaranmış aliment borcunun ödənilməsini təmin etmək məqsədilə Cavabdeh adına qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilin üzərinə həbs qoyulmuşdur.
7. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə, Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə yaranmış aliment borcunun ödənilməsini təmin etmək məqsədilə Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Rüstəmov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətində inzibati həbs tətbiq edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmiş, Cavabdeh təyin olunmuş 15 gün inzibati həbs tənbeh tədbiri 500 manat miqdarında inzibati cərimə tənbeh növü ilə əvəz edilmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2010-cu il və xx.xx.2015-ci il tarixli qətnamələri üzrə aliment borcunun yenidən hesablanaraq xx.xx.2020-ci il tarixinə olan aliment borcunun məbləğinin 31 495,45 manat müəyyən olunması qərara alınmışdır.
11. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirlinin xx.xx.2022-ci il tarixli qərarı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli və xx.xx.2019-cu il tarixli qətnamələri üzrə borclu Cavabdeh xx.xx.2022-ci il tarixinədək tələbkar İddiaçı ödəməli olduğu aliment borcu 25 536,87 manat məbləğində müəyyən edilmişdir.
12. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin rəisi vəzifəsini icra edən Vüqar Qasımov tərəfindən İddiaçı nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən 27 719,45 manat alimentdən 1329 manatın, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən 5871 manat aliment tam, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 7040 manat alimentdən 1500 manatın ödənilməsi təmin edilmişdir və hazırda iki icra sənədi üzrə cəmi 31 930,45 manat borc mövcuddur.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli və xx.xx.2019-cu il tarixli qətnamələri üzrə icra məmurunun qanuni tələblərinə əməl etməməsi və 31 930,45 manat məbləğində aliment borcunun olması ilə əlaqədar Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tənbeh tədbirinin tətbiq olunmasına dair Xətai rayon İcra şöbəsindən daxil olmuş materiala Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə baxılmış, xx.xx.2023-cü il tarixli qərarla işin icraatına şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir.
14. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, xx.xx.2018-ci il tarixdən 13 saylı Vəkil Bürosunda vəkil kimi fəaliyyət göstərir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən X2 üçün 2014-cü ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində tutulmalı alimentin ödəniıməsinin gecikdirilməsinə görə 3757,42 manat dəbbə pulunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən 30 iyul 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 26 sentyabr 2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, 13 may 2019-cu il tarixli qətnaməyə əsasən alimentin miqdarı artırılaraq hər ay 160 manat məbləğində sabit pul şəklində müəyyənləşdirilmiş, qətnamə 19 iyun 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdeh alimenti ödəməkdən imtina edir. Alimentin ödənilməməsinə görə 24 iyun 2019-cu il tarixdə Tovuz Rayon Məhkəməsinin qərarı ilə cavabdehin adına olan mənzilə həbs qoyulmuş, 05 iyul 2019-cu il tarixdə məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq bir il müddətinə məhdudlaşdırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətində həbs tətbiq edilmiş, lakin bundan sonra da o, alimenti ödəməmişdir. 26 oktyabr 2022-ci il tarixdə alimenti ödəmədiyinə görə Xətai Rayon Məhkəməsinin qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 2014-cü ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində alimentin ödənilməsi üzrə yaranmış borc üzrə dəbbə məbləği 3757,42 manatdır.
17. Həmin iddia tələbi əsasında 2(011)-7588/2022 sayısı ilə müvafiq mülki icraat başlanmışdır.
18. İddiaçı Cavabdeh qarşı digər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 üçün 2010-cu ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində tutulmalı alimentin gecikdirilməsinə görə 7544,12 manat dəbbə pulunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2010-cu il tarixli qətnaməsi üzrə 08 iyul 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 sentyabr 2010-cu ildən başlayaraq cavabdehin hər aylıq qazancının ¼ hissəsi qismində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh aliment ödəməkdən imtina edir. 2010-cu ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində alimentin ödənilməsi üzrə yaranmış dəbbə məbləği 7544,12 manatdır.
20. Göstərilən iddia tələbi əsasında 2(011)-7587/2022 sayısı ilə müvafiq mülki icraat başlanmışdır.
21. Birinci instansiya məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərardadı ilə sözügedən mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır.
22. Məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatı əsasında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında mövcud olan sənədlərə əsasən Cavabdeh 2014-cü ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək (noyabr ayı daxil olmaqla) olan müddət ərzində aliment borcu 12 431 manat təşkil edir.
23. Məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatı əsasında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh İddiaçı Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2010cu il tarixli qətnaməsi üzrə 2010-cu il oktyabr ayından 2022-ci ilin noyabr ayınadək olan 24835,72 manat aliment borcuna görə gecikdirilmiş məbləğ üzrə hər gün üçün 0,01 faiz hesablanmaqla dəbbə pulu 6524,85 manat təşkil edir.
24. Məhkəmənin 28 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 195 (bir yüz doxsan beş) manat dövlət rüsumunun Cavabdeh tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.
25. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddianın təmin edilibedilməməsi məsələsinə qiymət verilərkən əsas olaraq Ailə Məcəlləsinin 108.2-ci maddəsinə istinadən cavabdehin hərəkətlərində təqsirin olub-olmaması müəyyən olunmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəf məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment öhdəliklərini lazımi qaydada icra etməmiş və bununla bağlı onun iddiaçıya borcu yaranmışdır. Məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində borclu ilə bağlı könüllü və məcburi icra hərəkətlərinin görülməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2020-ci il tarixli qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərarını ləğv edərək qeyd etmişdir ki, cavabdehin məcburi icra hərəkətləri çərçivəsində əmlakının müəyyən edilib üzərinə həbs qoyularaq zəruri halda satılması ilə bağlı tədbirlər həyata keçirilmədən birbaşa inzibati qaydada həbslə bağlı məhkəməyə müraciət edilməsi düzgün olmamışdır. İş materiallarında olan sənədlərdən, həmçinin də məhkəmə araşdırması zamanı izahatı dinlənmiş icra məmurunun qeyd etdiklərindən və icra işinin materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 62 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. 30 yanvar 2020-ci il tarixdə üzərinə həbs qoyulmuş əmlakın qiymətləndirilməsindən ötrü "xxxx" MMC-nə müraciət edilmiş, əmlak 100 000 manat dəyərində qiymətləndirilmişdir. 06 iyul 2020-ci il tarixdə Xətai rayon İcra şöbəsi tərəfindən “X5” MMC-yə sözügedən mənzilin satılmasına dair sifariş göndərilsə də, hərracın baş tutmaması səbəbindən "İcra haqqında” AR Qanununun 53.3-cü maddəsinə əsasən sənədlər toplusu 03 noyabr 2020-ci il tarixdə Xətai rayon İcra şöbəsinə qaytarılmışdır. Bu səbəbdən də borcun ödənilməsi baş tutmamışdır. Eyni zamanda, cavabdehin aliment tutulandan bu günkü dövrədək mütəmadi olaraq aliment ödənişləri etdiyi araşdırma zamanı müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin verdiyi izahatdan görünür ki, saxlanılması üçün aliment tələb olunan 08 iyul 2009-cu il təvəllüdlü Nuray adlı uşaq avqust ayından etibarən onun yanında qalır. 2023-cü ilin aprel ayında Xətai Rayon Məhkəməsinin icraatında olmuş inzibati xəta ilə bağlı işə baxılarkən cavabdehin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan maddənin tərkibi olmadığından həmin işin icraatına xitam verilmişdir. Beləliklə, yuxarıda istinad olunanlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, cavabdehin hərəkətlərində təqsirin olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də iddia təmin edilə bilməz.
26. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 108.2-ci maddələrinə istinad etmişdir.
27. Qətnamədən iddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəs edən halları aydınlaşdırmadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat
29. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (atası) İlham Rüstəmov apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
30. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
31. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
32. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
33. Maddə 108.1. Aliment ödənilməsi barədə saziş üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda təqsirkar şəxs həmin sazişlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
34. Maddə 108.2. Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir.
35. Maddə 108.3. Aliment alan, həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
47. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
48. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
49. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin vaxtında ödənilməməsi səbəbilə yaranmış aliment borcuna faizin (dəbbə pulunun) hesablanıb ödənilməsi barədədir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 108.2-ci maddəsi təşkil edir (§ 35).
50. Qanunverici, məhkəmə tərəfindən müəyyənləşdirilmiş alimentin vaxtında ödənilməməsi səbəbilə aliment üzrə borclar yarandıqda, aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu tələb olunmasının mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti aliment borclusunun alimenti vaxtında ödəməməkdə təqsirli olmasının sübuta yetirilməsidir.
51. Qeyd olunmalıdır ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür.
52. Kollegiya hesab edir ki, hazırki mübahisə üzrə müəyyən olunan hallar, aliment borcunu vaxtında ödəməməyə görə cavabdehi təqsirli hesab etməyə imkan vermir və bu xüsusat qanuni qüvvədə olan məhkəmə qərarı ilə də təsbit olunmuşdur (§ 13).
53. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli həmin qərarında məhkəmə qeyd etmişdir ki, “...Qanunun müddəasına görə, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Borclu isə icra sənədi üzrə borcundan mütəmadi olaraq ödənişlər etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3506/2010 saylı xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu ildən başlayaraq hər ay aylıq qazancının ¼ hissəsinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit 160 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Borclu ödənişləri vaxtında etmədiyinə görə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb edilmiş və bundan sonra məsuliyyəti dərk edərək icra sənədinə əsasən təyin edilmiş borcdan xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat məbləğində ödənişlər etmişdir. Həmçinin, məhkəmə iclasında borclu Cavabdeh tərəfindən əlavə olaraq 5000 manat məbləğində ödəniş edilmiş və hal-hazırda onun 18 218,69 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bundan başqa iş materiallarında olan elektron çıxarışlardan görünür ki, Cavabdeh mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, ev 7, 62 saylı mənzil və Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinə icra sənədi üzrə aliment borcu yönəldilsə də, alıcı olmadığından hərracdan satılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh həmin evin satılmasına etiraz etməmiş, heç bir maneə törətməmişdir. Məhkəmə iclasında da Cavabdeh qeyd etmişdir ki, hərracdan satıla bilməməsinə baxmayaraq həmin evi satışa qoymuşdur və satılan kimi aliment borcunu ödəyəcəkdir. Göründüyü kimi Cavabdeh üzrsüz səbəbdən aliment borcunu ödəməməsi halı mövcud deyildir. Həmçinin Cavabdeh vəkil kimi də fəaliyyət göstərir, icra məmuru tərəfindən aliment borcunun onun aylıq qazancına yönəldilməsi istiqamətində də hər hansı bir icra tədbiri görülməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Cavabdeh tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir”.
54. Göstərilənlərə əsasən kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-650/2023 saylı iş üzrə 28 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə