Məhkəmə qərarları › İş №2(103)-4152/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4152/2022

04.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4152/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(001)-5092/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ödənilməmiş 7 ayın əmək haqqı olaraq 5250 manat məbləğində pul vəsaitinin, istifadə olunmamış əmək məzuniyyətinin pulla əvəzinin, cavabdehin təqsiri nəticəsində əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının azı 1 faizi məbləğində ödənişin hesablanaraq cavabdehdən onun xeyrinə tutulması, habelə vurulmuş mənəvi zərərin əvəzi kimi 3000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(001)- 5092/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ödənilməmiş yeddi ayın əmək haqqı, istifadə olunmamış əmək məzuniyyətinin pulla kompensasiyası, həmçinin əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında pul məbləğinin "xxxx" MMC tərəfindən hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qalan hissədə iddia tələbi rədd edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunub iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi aralarında bağladıqları barışıq sazişini təqdim edərək onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yenə həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 191, 261, 370, 384.0.5, 402.2.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 25 avqust 2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Bir tərəfdən iddia ərizəsi üzrə İddiaçı, digər tərəfdən iddia ərizəsi üzrə Cavabdeh Baş direktoru X1 Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 4152/2022 saylı mülki iş üzrə mülki mübahisənin sülh yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini (bundan sonra “Saziş” adlanacaq) bağladılar. İddiaçı ilə cavabdeh birlikdə “Tərəflər" adlanacaqdır.

1. İddiaçı Cavabdeh MMC tərəfindən ona ödənilməmiş yeddi ayın əmək haqqı olaraq 5250 manat əmək haqqının, istifadə olunmamış əmək məzuniyyətinin pulla əvəzinin, cavabdehin təqsiri nəticəsində əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin hesablanaraq cavabdehdən onun xeyrinə tutulması, habelə vurulmuş mənəvi zərərin əvəz kimi 3000 manatın Cavabdeh MMC-dən tutulması tələbinə dair iddia ərizəsindən imtina edir.

2. İddiaçı Cavabdehnə qarşı qaldırdığı iddiadan imtina edilməsi barədə ərizəni Bakı Apellyasiya məhkəməsinə təqdim edir.

3. Cavabdeh İddiaçı 10589 manat 75 qəpik maddi zərərin tutulması tələbinə dair iddia ərizəsindən imtina edir.

4. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və digər dövlət orqanlarına etdiyi şikayət ərizələrindən imtina edir.

5. Cavabdeh İddiaçı qarşı qaldırdığı iddiada imtina edilməsi barədə ərizəni Şirvan Apellyasiya Məhkəməsinə təqdim edir.

6. Barışıq sazişi imzalandıqdan sonra “Tərəflər” bir-birinə qarşı heç bir iddia tələbləri irəli sürməyəcəklər.

7. Bu saziş bağlandığı andan qüvvəyə minir.

8. Bu barışıq sazişi Azərbaycan dilində, 4 (dörd) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, nüsxələrdən biri İddiaçı, biri Cavabdeh MMC-də, biri Bakı Apellyasiya Məhkəməsində, digəri isə Şirvan Apellyasiya Məhkəməsində iş materiallarında saxlanılır.

9. Tərəflər bu sazişi oxuyub və onun düzgünlüyünü öz imzası ilə təsdiq edir.”

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(001)- 5092/2021 saylı qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar