Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4152/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əlavə xərclərdə iştiraka cəlbetmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əlavə xərclərdə iştiraka cəlbetmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Cavabdeh iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1218/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2007 -ci il təvəllüdlü X2 İX-Xİ siniflər dövrü üçün "xxxx" MMC-də ÖV) EN **********) təhsil alması üçün çəkilən aylıq 200 man xərcin 1⁄2 hissəsinin cavabdeh - Cavabdeh oglundan tutularaq iddiaçı - İddiaçı ödənilməsi, X4 Bakı şəhər mədəniyyət baş idarəsinin nəzdində olan «Arif Məlikov adına 11 nömrəli on bir illik musiqi məktəbində» bir illik təhsili üçün ödənilən aylıq 55 manat məbləğində xərcin 1⁄2 hissəsinin cavabdeh - Cavabdeh oglundan tutularaq iddiaçı- İddiaçı ödənilməsi, X3 Epileptiform sinir xəstəliyindən müalicəsi üçün tələb olunan illik 500 manat xərcin 1⁄2 hissəsinin cavabdeh - Cavabdeh oglundan tutularaq iddiaçı - İddiaçı ödənilməsi və hesablamanın başlanğıcının ödəniş aparılmış sentyabr 2022-ci il dövründən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli 2(001)-9767/2014 saylı qətnaməsi ilə birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 103 manat, ümumilikdə 206 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-4780/2015 saylı qətnaməsi ilə birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 108 manat, əlavə olaraq isə ərin arvadı saxlamaq vəzifəsi ilə əlaqədar hər ay 75 manat sabit pul məbləgində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-4780/2015 saylı qətnaməsi ilə birgə nigahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq alimentin miqdarı artırılmışdır. Belə ki,Cavabdeh oglundan xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X10 oglunun və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-4780/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış,Cavabdeh oglundan xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6792/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(001)- 2873/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 27 dekabr 2007-ci il təvəllüdlü X2, 17 dekabr 2010cu il təvəllüdlü X4 və 23 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 190 manat, cəmi 570 şeb) yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Aliment uşaqların qidalanmasına heç çatmır, qidalanmadan başqa isə uşaqlara həm də heç olmasa minimal təhsil də vermək lazımdır ki, bunun üçün də kitaba, dəftərə, geyimə, təhsil kurslarına müəyyən dərəcədə ödənişlər tələb olunur ki, bunları da təkbaşına təmin etməyi mümkün deyildir. Buna görə də uşağın saxlanması üçün cavabdehdən məhkəmə qaydasında əlavə xərclərin tutulması zəruridir.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1218/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim İlkin Əliyev) ilə iddia tələbi təmin edilməmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəliləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvlərə yol vermişdir. İddiaçı ümumi övladlarının olması səbəbindən cavabdehə müraciət etmiş, qarşılıqlırazılıq əsasında övladlarının təhsil və müalicə xərclərini qarşılamaq üçün cəhd etmiş, lakin cavabdeh bundan boyun qaçırmışdır. Rayon məhkəməsi əsassız olaraq yetkinlik yaşına çatmayan 3 uşağın zəruri olan təhsil və müalicə xərclərinin qarşılanmasında cavabdehin də iştirakını təmin etməmiş, bu ağır yükün yalnız ananın üzərində saxlanılması ilə kifayətlənmişdir. Bu da Ailə Məcəlləsinin 49.3, 58, 60.3-cü maddəsinin pozuntusudur.
6. Birinci instansiya məhkəməsi istinad etmişdir ki, iddiaçı himayəsində olan yetkinlik yaşına çatmayan uşağın xəstəliyi ilə bağlı müəyyən sənəd təqdim etsə də, çəkilən və ya mütəmadi olaraq çəkilməli olan xərclər barədə hər hansı sübut təqdim etməmişdir. Bu məsələyə istinad edən hakim qətnamənin 9-12-ci bəndlərində özünün göstərdiyi hallara, yəni iddiaçının övladı X7 “Hədəf kurslarında təhsili üçün 200 manat, X4 A.Məlikov adına 11 №-li on bir illik MM-də saz sinifində musiqi təhsili alması üçün oktyabr ayı üzrə 55 manat, ƏİÖ/2 № 465194 saylı mədaxil qəbzinə əsasən isə noyabr ayı üzrə 55 manat ödəməsi haqqında faktiki sübutlar təqdim etsə də məhkəmə bu hallara qiymət verməmişdir.
7. Həmçinin cavabdeh alimenti ödəmir, iddia baxılan günə onun 2000 manata yaxın alıment borcu olub. Belə olan halda iddiaçı yalnız 400 manat sosial yardımın öhdəsinə qaldığı, 3 uşağa və özünə orta hesabla hər birinə 100 manat vəsait düşdüyü halda, rayon məhkəməsinin cavabdehin imkanı olmamasına istinad etməsi tam qanunsuz və əsassızdır.
8. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, özü xəstədir üç dəfə əməliyyat olunub, fəhlə kimi malların daşınması ilə məşğuldur, günlük 8-10 manat pul qazanır, onu da da toplayıb üstünə anasının pensiyasını qoyub aylıq 570 manat alimenti çətinliklə ödəyir. Başqa iş yeri tapa bilmədiyi və aylıq gəliri olmadığı üçün əlavə ödəniş etməyə maddi imkanı yoxdur. Hazırda alimentdən də 1900 manat borcu var. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
10. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
12. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 218543 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2015-ci il tarixində ləğv edilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 170 № ilə qeyd edilmiş, nikahdan olan uşaqların xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X10 oglunun və xx.xx.2015-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6792/2022 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(001)-2873/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, 27 dekabr 2007-ci il təvəllüdlü X2, 17 dekabr 2010-cu il təvəllüdlü X4 və 23 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 190 manat, cəmi 570 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
14. "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 08 saylı arayışdan görünür ki, X7 “Hədəf kurslarında 2022-ci ilin sentyabr ayından etibarən həftənin İİ, İV, Vİ günləri, saat 15:00-dan-18:00 aralığında İX- sinif – V ixtisas qrupu üzrə tədris alır. Hazırlıq üzrə aylıq ödənişi 200 manat təşkil edir.
15. "xxxx" MMC tərəfindən verilən 28869 saylı kassa mədaxil orderindən görünür ki, X1 təhsili üçün xx.xx.2022-ci il tarixində 200 manat, 33942 saylı kassa mədaxil orderinə əsasən isə xx.xx.2022-ci il tarixində 200 manat ödəniş edilmişdir.
16. “Vita Med” Hospitalı tərəfindən verilən 19 may 2021-ci il tarixli elektroensefaloqrafiya kağızının surətindən görünür ki, 2015-ci il təvəllüdlü Gülər Abbasovanın beyin qabığında ləngimə müşahidə olunur və yaşa uyğun deyil. Dinamik müşahidə və klinik ehtiyac olarsa kontrol EEQ tələb olunur. Epileptiform aktivlik davam edir.
17. Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilən ƏİÖ/2 № 465194 saylı mədaxil qəbzindən görünür ki, X4 A.Məlikov adına 11 №-li onbir illik MM-də saz sinifində musiqi təhsili alması üçün oktyabr ayı üzrə 55 manat, ƏİÖ/2 № 465194 saylı mədaxil qəbzinə əsasən isə noyabr ayı üzrə 55 manat təhsil haqqı ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
18. 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar.
19. 58.5-ci maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər.
20. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
21. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
22. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
23. 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
24. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
25. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
35. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
38. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası iddiaçının izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Belə ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili rayon məhkəməsinin sübutlara düzgün qiymət verməməsi ilə bağlıdır.
41. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı 23 fevral 2015-ci il təvəllüdlü X6 münasibətdə müalicə xərclərinin ½ hissəsinin cavabdehdən tutulması barədə iddia tələbi üzrə xəstənin elektroensefaloqrafiyasının nəticəsini və həkimin tövsiyyə vərəqəsini əlavə etməklə kifayətlənmişdir. Halbuki əlavə xərclərin məbləği və onların mütəmadi və ya daimi xarakter daşıması sübutlara əsasən əsaslandırılmalı və tərəfin mülahizə sərbəstliyindən asılı olmamalıdır.
42. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Bundan başqa Ailə Məcəlləsinin 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
44. Hazırkı mülki işdə cavabeh ondan tutulan aylıq 570 manat alimentə görə 1900 manat borcu olduğunu, fəhlə işlədiyini bildirmişdir.
45. Belə olan halda məlum olur ki, rayon məhkəməsi həmin hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.
46. İddiaçının digər uşaqlarının təhsil xərclərinin ½ hissəsinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə Kollegiya rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Ailə Məcələsinin 58.5-ci maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər.
47. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur.
48. Beləliklə, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malik olduğundan və “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.18-ci maddəsinə əsasən, dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuz olduğundan, eyni zamanda cavadehin maddi vəziyyətinin aşağı olmasını da nəzərə alaraq Kollegiya qeyd edir ki, iddiaçının uşaqların təhsili üçün cavabdehdən vəsait tələb etməsi əsassız olduğundan rayon məhkəməsi iddia tələbini həmin hissədə də təmin etməməkdə haqlı olmuşdur.
49. Ailə Məcəlləsinin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
50. Beləliklə, hazırkı işin halları, yəni cavabdehin maddi vəziyyətinin aşağı olması və onun uşaqlar üçün tutulan alimentə görə 1900 manat borclu olması nəzərə alınaraq Kollegiya qeyd edir ki, rayon məhkəməsi cavabdehdən əlavə xərclərin tutulması barədə hazırkı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Nəticə:
51. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsini iddia tələbini təmin etməməkdə haqlı olduğundan, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1).
53. Beləliklə müəyyən olunur ki, (200/2+55/2+500/2=100+27,5+250=377,5x12=4530) mübahisələndirilən hissədə iddianın qiyməti 4530 manat təşkil etdiyindən, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə (MPM, maddə 402.1) hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1218/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov