Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4157/2023 20.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-864/2023 saylı işi üzrə 14 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarının artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün cavabdehdən sabit pul məbləğində hər ay, hər uşaq üçün 3400 manat (2000 ABŞ dollarına bərabər) məbləğində alimentin və 50 manat məbləğində mediasiya xərcinin tutulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-864/2023 saylı işi üzrə 14 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi,Sabirabad Rayon Məhkəməsinin 2(056)- 895/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 üçün müəyyən edilən alimentin məbləğinin artırılması, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması,iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 68 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması, 50 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək,Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkəməsinin 2(001)-864/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilərək, alimentin miqdarı artırılmasını xx.xx.2008ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün cavabdehdən sabit pul məbləğində hər uşaq üçün hər ay 3400 manat (2000 ABŞ dollarına bərabər) məbləğində alimentin tutulması, məhkəməyə müraciət edildiyi andan təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı iddiaçı və nümayəndəsi Vəkil1 elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının apellyasiya şikayətindən imtina etdiyini bildirərək və bu əsasla apellyasiya icraatına xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-864/2023 saylı işi üzrə 14 aprel 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369, 384, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-864/2023 saylı işi üzrə 14 aprel 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-4157/2023 saylı mülki iş üzrə apellyasiya icraatına xitam verilsin.
Məhkəmə qərarları › İş №2(103)-4157/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4157/2023
20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver