Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4177/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: “cehiz əşyalarının qaytarılması, sübutetmə yükü, sübutların qiymətləndirilməsi, sübutların təqdim edilməməsi, məhkəmə aktının əsaslandırılması”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiаçı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3506/22 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh1 21 aprel 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 24 iyul 2013-cü il tarixdə X2 və 9 dekabr 2014-cü il tarixdə X1 doğulmuşdur. Tərəflər arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6050/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin ½ hissədə bölünməsi tələbi təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh 03 dekabr 2021-ci il tarixli alqısatqı müqaviləsi əsasında həmin mənzili Cavabdeh2 satmış, mənzilə mülkiyyət hüququ 07 dekabr 2021-ci il tarixdə sonuncunun adına qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus olan və Bakı şəhəri, Xətai rayonu, 1131 məhəllə, Babək prospekti, ev 10 C, mənzil 24-də yerləşən cehiz əşyalarının cavabdehlərdən alınıb ona qaytarılması, həmin cehiz əmlaklar olmadıqda və istifadəyə yararsız olduğu halda bazar dəyərinin tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələbini bununla əsaslandırmışdır ki, ailə qurduğu vaxt özünə məxsus cehiz və şəxsi əşyalarını Bakı şəhəri, Xətai rayonu, 1131 məhəllə, Babək prospekti, ev 10 C, mənzil 24-də yerləşdirməklə həmin mənzildə əri və uşaqları ilə birlikdə yaşamışdır. Tərəflər arasında ailə mübahisələri başlandığı vaxtdan Cavabdeh1 iddiaçının iradəsi ziddinə onu yaşadığı mənzilə buraxmamış, cehiz əşyalarını qaytarmaqdan imtina etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3506/22 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia qismən edilmiş, Cavabdeh1 iddiaçıya məxsus böyük bakal-14 ədəd- 875 manat, boşqab 3 ölçüdə-36 ədəd, boşqab 3 ölçüdə 48 ədəd, qaşıq-12 ədəd, stəkan- 10 ədəd-1250 manat, şam qabı (qızılı zərli)-2 ədəd-500 manat, saat (qara)-1 ədəd-600 manat, süfrələr- 3 ədəd, vaza güllü (Versace)-2 ədəd 2500 manat, buludlar (Versace)-3 ədəd-1900 manat, kül qabı (Versace)-2 ədəd-1800 manat, vaza qara (Versace)-1 ədəd-800 manat olan cehiz əşyalarının alınaraq iddiaçıya verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə və digər Cavabdeh2 münasibətdə təmin edilməmiş, ödənilmiş 75 manat dövlət rüsumunun 40 manatının Cavabdeh1 alınaraq iddiaçıya verilməsi, qalan 35 manatın iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iddia ərizəsində göstərilən əmlakın bir qisminin Cavabdeh1 saxlancında olması faktı öz təsdiqini tapmışdır. İddiaçı qalan cehiz əşyalarının cavabdehlərdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 81-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3028/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 qarşı iddianın təmin olunmayan hissəsində qismən - bir ədəd kombi, üç ədəd kondisioner, üç ədəd televizor, bir ədəd musiqi mərkəzi, iki ədəd soyuducu, bir ədəd qaz peçi, bir ədəd aspirator, bir ədəd qabyuyan, bir ədəd mikrodalgalı soba, bir ədəd ütüaltı, bir ədəd ətçəkən maşının, yaxud onların dəyərinin tələb olunması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin olunması, iddiaçıya məxsus 1 ədəd dəyəri 400 manat olan İtaliya istehsalı, Funditar 31 markalı kombi, 1 ədəd dəyəri 450 manat olan Yaponiya istehsalı, BTU, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 1 ədəd dəyəri 200 manat olan Yaponiya istehsalı, Sony markalı musiqi mərkəzi, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 2 ədəd hər birinin dəyəri 500 manat, cəmi dəyəri 1000 manat olan İtaliya istehsalı, Ariston markalı soyuducu, 1 ədəd dəyəri 350 manat olan İtaliya istehsalı qaz peçi (PHQ4İMSTVGH), 1 ədəd dəyəri 200 manat olan aspirator (HKQVQK/HA), 1 ədəd dəyəri 850 manat olan Yaponiya istehsalı kondisioner (BTU), 1 ədəd dəyəri 300 manat olan İtaliya istehsalı qabyuyayn maşın (LFT-M-28), 1 ədəd dəyəri 100 manat olan İtaliya istehsalı mikrodalğalı soba (SMV242XA), 1 ədəd dəyəri 350 manat olan İtaliya istehsalı soba (duxovka), 1 ədəd dəyəri 100 manat olan Türkiyə istehsalı ütüaltı, 1 ədəd dəyəri 60 manat olan İtaliya istehsalı, National markalı ətçəkən maşın, 1 ədəd dəyəri 400 manat olan Yaponiya istehsalı, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, həmin əşyalar olmadıqıda onların dəyərini təşkil edən 5600 manat pulun cavabdehdən alınıb, iddiaçıya verilməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə apellyasiya şikayəti qismən təmin olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi qismən– Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2023-cü il tarixli, 9/6962 saylı ekspert rəyi ilə qiymətləndirilməsi mümkün olmuş 15 adda əmlaklara aid hissədə ləğv olunmalı və iddia tələbi həmin əmlakların, onlar mövcud olmadıqda isə dəyərinin Cavabdeh1 tutulub iddiaçıya ödənilməsi hissəsində təmin olunmalıdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apellyasiya qaydasında mübahisələndirdiyi qalan hissədə tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
12. Məhkəmə qənaətini Mülki Məcəllənin 152.1, 157.2, 225.2, Ailə Məcəlləsinin 34cü, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
13. Qətnamədən İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1446/2024 saylı, 14 may 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3028/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, baxılan iş üzrə iddiaçı keçmiş əri olan Cavabdeh1 və əvvəllər birgə yaşadıqları mənzilin hazırkı mülkiyyətçisi Cavabdeh2 cehiz əşyalarının və ya onların dəyərinin tutulmasını xahiş edir. İşə baxmış məhkəmələr iddianın təmin olunmayan hissəsində öz mövqelərini onunla əsaslandırmışdır ki, iddiaçı həmin hissədə öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki iddiaçı mübahisəli əşyaların böyük hissəsinin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildə saxlandığı və özünün həmin mənzilə buraxılmadığı ilə əsaslandırmışdır. İddiaçı qeyd olunan dəlillərini təsdiq edən sübut qismində məhkəməyə mənzildə olan əşyaları götürməsi barədə Cavabdeh1 ona göndərdiyi yazılı bildirişləri, fotoşəkilləri, WhatsApp mobil tətbiqi üzərindən sonuncu ilə apardığı yazışmalardan çıxarış təqdim etmiş və birinci instansiya məhkəməsi həmin sübutları iş materiallarına əlavə etmişdir. İşə baxılarkən iddiaçının ərizəsi əsasında müvəqqəti təminat tədbiri qismində Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildə saxlanıldığı iddia edilən əşyaların siyahıya alınması barədə qərardad qəbul edilmiş, lakin mənzilin giriş qapısını açan olmadığı üçün həmin qərardadın icrası mümkün olmamışdır. Sonradan icra məmuru mənzilin giriş qapısının məcburi açılması barədə təqdimat vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Təqdimata baxılması zamanı cavabdehin nümayəndəsi Vahid Zeynalov izahatında bildirmişdir ki, mənzildə olan iri avadanlıqlar və mebel əşyalarının götürülməsi barədə iddiaçıya məlumat verilmiş, o, gəlib əşyaları götürməmiş, bundan sonra həmin avadanlıqlar satılmışdır. İstinad olunan qərardadın surəti mülki iş materiallarına əlavə edilmişdir. Sonrakı məhkəmə baxışında iddiaçının nümayəndəsi öz dəlillərini əsaslandırmaq üçün, həmçinin yuxarıda qeyd olunan izahata istinad etmişdir. İddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin əsas dəlilləri də məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və işdə olan, iddiaçının qənaətinə görə onun tələblərini təsdiq edən sübutlara prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət verilmədiyi ilə bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən tələb olunan əşyaların dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, ekspert tərəfindən tədqiqat obyektlərinə tərəflərin iştirakı ilə baxış keçirilməsi istənilsə də, mənzilin qapısı bağlı olduğu üçün baxış baş tutmamış, bu səbəbdən ekspertiza tədqiqatına təqdim edilməyən, iddia ərizəsində qeyd olunan 75 adda əşya üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbi üzrə bəzi əlavə əşyaların və ya onların dəyərinin tutulması hissəsində iddianı əsaslı hesab etsə də, iddianın təmin olunmayan hissəsində gəldiyi nəticəni yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmamış, apellyasiya şikayətinin bununla bağlı dəlillərinə qiymət verməmişdir. Halbuki, MPM-in 392.2- ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur. Qeyd olunanlarla yanaşı, iş üzrə mübahisəli əşyaların yerləşdiyi iddia edilən, əvvəllər Cavabdeh1, hazırda isə Cavabdeh2 mülkiyyətində olan mənzilə baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmələr sübutetmə yükünün iddiaçının üzərində olduğuna əsaslanaraq, bu halı iddiaçının ziyanına həll etmişdir. Halbuki prosessual qanunvericilik mübahisə halında iş üzrə tədqiq edilməsi zəruri olan sübutları təqdim etmək vəzifəsini sübutların onda olduğu şəxsin üzərinə qoyur və hətta tələb olunan sübutu təqdim etmək vəzifəsini üzrsüz səbəbdən yerinə yetirilməyən işdə iştirak edən şəxsin cərimə olunması imkanını da nəzərdə tutur (MPM-in 78.3 və 78.4-cü maddələri). MPM-in 106.2-ci maddəsinə əsasən isə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Lakin məhkəmələr işə baxarkən sadalanan prosessual hüquq normalarının mübahisəyə tətbiq edilməsi məsələsini də müzakirə etməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə də tələbinin tam təmin olunmasını xahiş etmiş, şikayətini isə bununla əsaslandırmışdır ki, mənzildə olan iri avadanlıqlar və mebel əşyaları satılmışdır və hal-hazırda mövcud deyildir. Mənzildəki xırda avadanlıqlar isə Qaradağ rayonunda yerləşən anbarda saxlanılır.
b) Hazırki icraatda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
17. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən şikayətinin təmin olunaraq iddianın qalan hissələrdə də təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və məhkəmədən şikayətinin təmin olunmamasını xahiş etdi.
19. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni hazırki apellyasiya icraatının predmeti olan iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi üçün əsasdır.
24. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
26. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni hazırki apellyasiya icraatının predmeti olan iddia tələbinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
27. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə hazırki apellyasiya icraatının predmeti olan iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
28. Hazırki apellyasiya icraatının predmeti olan iddia tələbinin təmin edilməyən hissəsi üzrə iddanın faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
29. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları Mülki Məcəllənin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşdığından və cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.
30. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
31. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni apellyasiya icraatının predmeti olan iddianın təmin edilməyən hissəsi ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
32. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. 33.Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddia edənin üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. 34.Hazırki iş üzrə iddiaçı keçmiş əri olan Cavabdeh1 və əvvəllər birgə yaşadıqları mənzilin hazırkı mülkiyyətçisi Cavabdeh2 cehiz əşyalarının və ya onların dəyərinin tutulmasını xahiş edib. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edib, təmin olunmayan hissədə isə mövqeyini onunla əsaslandırıb ki, iddiaçı həmin hissədə öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. 35.Ancaq iddiaçı tələb etdiyi mübahisəli əşyaların böyük hissəsinin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildə saxlandığı və özünün həmin mənzilə buraxılmadığı ilə əsaslandırıb. Qeyd olunan dəlillərini təsdiq edən sübut qismində məhkəməyə mənzildə olan əşyaları götürməsi barədə Cavabdeh1 ona göndərdiyi yazılı bildirişləri, fotoşəkilləri, WhatsApp mobil tətbiqi üzərindən sonuncu ilə apardığı yazışmalardan çıxarış təqdim edib və birinci instansiya məhkəməsi həmin sübutları iş materiallarına əlavə etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi təqdim edilən bu sübutlara ümumiyyətlə qiymət verməmişdir.
36. Eyni zamanda işdən görünür ki, iddiaçının ərizəsi əsasında müvəqqəti təminat tədbiri qismində Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildə saxlanıldığı iddia edilən əşyaların siyahıya alınması barədə qərardad qəbul edilmiş, lakin mənzilin giriş qapısını açan olmadığı üçün həmin qərardadın icrası mümkün olmamışdır. Sonradan icra məmuru mənzilin giriş qapısının məcburi açılması barədə təqdimat vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Təqdimata baxılması zamanı cavabdehin nümayəndəsi Vahid Zeynalov izahatında bildirmişdir ki, mənzildə olan iri avadanlıqlar və mebel əşyalarının götürülməsi barədə iddiaçıya məlumat verilmiş, o, gəlib əşyaları götürməmiş, bundan sonra həmin avadanlıqlar satılmışdır. Göründüyü kimi, cavabdeh tərəfin izahatında verdiyi bu məlumatlar da iddianın təmin edilməyən hissəsi üzrə də təmin edilməsi üçün əsas olmalı idi. Çünki bu məlumatlar da iddia tələblərini təsdiq edən mötəbər sübut sayılırdı. Yəni, tələbin əsaslandığı faktları qarşı tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
37. Tələb edilən əşyaların yerləşdiyi iddia edilən, əvvəllər Cavabdeh1, hazırda isə Cavabdeh2 mülkiyyətində olan mənzilə baxış keçirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi sübutetmə yükünün iddiaçının üzərində olduğuna əsaslanaraq, bu halı iddiaçının ziyanına həll etmişdir. Halbuki prosessual qanunvericilik mübahisə halında iş üzrə tədqiq edilməsi zəruri olan sübutları təqdim etmək vəzifəsini sübutların onda olduğu şəxsin üzərinə qoyur və hətta tələb olunan sübutu təqdim etmək vəzifəsini üzrsüz səbəbdən yerinə yetirilməyən işdə iştirak edən şəxsin cərimə olunması imkanını da nəzərdə tutur (MPM-in 78.3 və 78.4-cü maddələri). MPM-in 106.2-ci maddəsinə əsasən isə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Ancaq birinci instansiya məhkəməsi işə baxarkən sadalanan prosessual hüquq normalarının mübahisəyə tətbiq edilməsi məsələsini də müzakirə etməmişdir.
38. Mülki işin hazırki apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın təmin edilməyən hissəsində tələb edilən əşyaların adı, sayı və dəyəri ilə bağlı aşağıdakı siyahını təqdim etmişdir: Balkon:
1. 1 ədəd Rusiya istehsalı soyuducu - 228,57 manat dəyərində,
2. 1 ədəd Türkiyə istehsalı qaz peçi - 200 manat dəyərində,
3. 1 ədəd Türkiyə istehsalı cam balkon - 685,71 manat dəyərində,
4. 1 ədəd İtaliya istehsalı kamot – 3.428,57 manat dəyərində,
Qonaq otağı: Mebel dəsti
5. 1 ədəd Televizor altı – 2.285,71 manat dəyərində,
6. 1 ədəd İtaliya istehsalı stol (masa) – 6.600 manat dəyərində,
7. 6 ədəd stul və 2 ədəd stul kreslo – 4.200 manat dəyərində,
8. 3 ədəd İtaliya istehsalı divan - 8.000 manat dəyərində,
9. 1 ədəd İtaliya istehsalı kreslo- 2.671,43 manat dəyərində,
10. 1 ədəd İtaliya istehsalı jurnal masası – 1.142,86 manat dəyərində,
11. 2 ədəd İtaliya istehsalı tumboçka -132,00 manat dəyərində,
12. 1 ədəd vitrin-kamot - 3.428,57 manat dəyərində,
13. 1 ədəd Kofeyni istehsalı yan jurnal – 1.142,86 manat dəyərində,
14. İtaliya istehsalı pərdələr – 3.714,29 manat dəyərində,
15. 3 ədəd İtaliya istehsalı plafonlar qızılı - 400 manat dəyərində,
16. 1 ədəd İtaliya istehsalı çil-çıraq – 12.571,43 manat dəyərində,
17. 1 ədəd torşer 2 457,14 manat dəyərində,
18. 1 ədəd Honkonq istehsalı – 1.428,57 manat dəyərində,
19. İtaliya istehsalı jurnal üçün tumboçka - 771,43 manat dəyərində,
Mətbəx:
20. İtaliya istehsalı pərdə - 1.257,14 manat dəyərində,
21. Çin istehsalı stol (masa) - 428,57 manat dəyərində,
22. 6 ədəd Çin istehsalı stul - 857,14 manat dəyərində,
23. 1 ədəd İtaliya istehsalı təkərli araba - 1.057,14 manat dəyərində,
24. Pərdələr - 857,14 manat dəyərində,
25. İtaliya istehsalı smistitel+moyka - 440 manat dəyərində,
Yataq otağı:
26. İtaliya istehsalı şifoner - 1.428,57 manat dəyərində,
27. İtaliya istehsalı çarpayı – 2.000 manat dəyərində,
28. İtaliya istehsalı ataman - 857,14 manat dəyərində,
29. 2 ədəd İtaliya istehsalı tumboçka - 942,86 manat dəyərində,
30. 1 ədəd İtaliya istehsalı turmo – 1.428,57 manat dəyərində,
31. İtaliya istehsalı pərdə - 1.028,57 manat dəyərində,
32. İtaliya istehsalı aksessuarlar - 457,14 manat dəyərində,
33. İtaliya istehsalı tərəzi - 102,86 manat dəyərində,
34. İtaliya istehsalı çilçıraq – 3.142,86 manat dəyərində,
35. İtaliya istehsalı veşilka - 200 manat dəyərində,
Qarderob:
36. Mebel - 4.285,71 manat dəyərində,
37. Yazı masası - 371,43 manat dəyərində,
38. Ataman 1.171,43 manat dəyərində,
39. Paltarlar, blok şkaf – 1.200,00 manat dəyərində,
Dəhliz:
40. 1 ədəd İtaliya istehsalı çilçıraq - 542,86 manat dəyərində,
41. Türkiyə istehsalı Mebel şkaf – 1.428,57 manat dəyərində,
42. Aksessuarlar - 857,14 manat dəyərində,
43. Güzgü Türkiyə - 257,14 manat dəyərində,
44. 1 ədəd İtaliya istehsalı paltar yuyan maşın - 62,86 manat dəyərində,
45. 1 ədəd kamera UK – 1.028,57 manat dəyərində,
46. Tumbo - 342,86 manat dəyərində,
Uşaq yataq otağı:
47. Çin istehsalı çarpayı - 428,57 manat dəyərində,
48. Çin istehsalı kamot - 191,43 manat dəyərində,
49. Çin istehsalı masa - 125,71 manat dəyərində,
50. Çin istehsalı stul - 44,57 manat dəyərində,
51. Çin istehsalı çilçıraq - 94,86 manat dəyərində,
52. Çin istehsalı pərdələr - 485,71 manat dəyərində,
53. 1 ədəd Çin istehsalı azyaşlı uşaq çarpayısı - 628,57 manat dəyərində
39.Məhkəmə tərkibi qeyd olunan əşyaların dəyəri ilə bağlı "xxxx" MMC-nin 15 dekabr 2023-cü il tarixli rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, qeyd olunan əşyalar mövcud olmadıqda onların dəyəri kimi həmin məbləğ əsas götürülməlidir. Çünki göstərilən məbləğləri təkzib edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
40. Şərh olunanlara əsasən, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3506/22 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni hazırki apellyasiya icraatının predmeti olan iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə də iddia təmin edilməli; Cavabdeh1 yuxarıda siyahıda qeyd olunan əşyalar alınaraq İddiaçı verilməli; əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83522,69 (səksən üç min beş yüz iyirmi iki manat altmış doqquz qəpik) manat cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3506/22 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni hazırkı apellyasiya icraatının predmeti olan iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə də iddia təmin edilsin. Aşağıdakı əşyalar: Balkon:
1. 1 ədəd Rusiya istehsalı soyuducu - 228,57 manat dəyərində,
2. 1 ədəd Türkiyə istehsalı qaz peçi - 200 manat dəyərində,
3. 1 ədəd Türkiyə istehsalı cam balkon - 685,71 manat dəyərində,
4. 1 ədəd İtaliya istehsalı kamot – 3.428,57 manat dəyərində,
Qonaq otağı: Mebel dəsti
5. 1 ədəd Televizor altı – 2.285,71 manat dəyərində,
6. 1 ədəd İtaliya istehsalı stol (masa) – 6.600 manat dəyərində,
7. 6 ədəd stul və 2 ədəd stul kreslo – 4.200 manat dəyərində,
8. 3 ədəd İtaliya istehsalı divan - 8.000 manat dəyərində,
9. 1 ədəd İtaliya istehsalı kreslo- 2.671,43 manat dəyərində,
10. 1 ədəd İtaliya istehsalı jurnal masası – 1.142,86 manat dəyərində,
11. 2 ədəd İtaliya istehsalı tumboçka 132,00 manat dəyərində,
12. 1 ədəd vitrin-kamot - 3.428,57 manat dəyərində,
13. 1 ədəd Kofeyni istehsalı yan jurnal – 1.142,86 manat dəyərində,
14. İtaliya istehsalı pərdələr – 3.714,29 manat dəyərində,
15. 3 ədəd İtaliya istehsalı plafonlar qızılı - 400 manat dəyərində,
16. 1 ədəd İtaliya istehsalı çil-çıraq – 12.571,43 manat dəyərində,
17. 1 ədəd torşer 2 457,14 manat dəyərində,
18. 1 ədəd Honkonq istehsalı – 1.428,57 manat dəyərində,
19. İtaliya istehsalı jurnal üçün tumboçka - 771,43 manat dəyərində,
Mətbəx:
20. İtaliya istehsalı pərdə - 1.257,14 manat dəyərində,
21. Çin istehsalı stol (masa) - 428,57 manat dəyərində,
22. 6 ədəd Çin istehsalı stul - 857,14 manat dəyərində,
23. 1 ədəd İtaliya istehsalı təkərli araba - 1.057,14 manat dəyərində,
24. Pərdələr - 857,14 manat dəyərində,
25. İtaliya istehsalı smistitel+moyka - 440 manat dəyərində,
Yataq otağı:
26. İtaliya istehsalı şifoner - 1.428,57 manat dəyərində,
27. İtaliya istehsalı çarpayı – 2.000 manat dəyərində,
28. İtaliya istehsalı ataman - 857,14 manat dəyərində,
29. 2 ədəd İtaliya istehsalı tumboçka - 942,86 manat dəyərində,
30. 1 ədəd İtaliya istehsalı turmo – 1.428,57 manat dəyərində,
31. İtaliya istehsalı pərdə - 1.028,57 manat dəyərində,
32. İtaliya istehsalı aksessuarlar - 457,14 manat dəyərində,
33. İtaliya istehsalı tərəzi - 102,86 manat dəyərində,
34. İtaliya istehsalı çilçıraq – 3.142,86 manat dəyərində,
35. İtaliya istehsalı veşilka - 200 manat dəyərində,
Qarderob:
36. Mebel - 4.285,71 manat dəyərində,
37. Yazı masası - 371,43 manat dəyərində,
38. Ataman 1.171,43 manat dəyərində,
39. Paltarlar, blok şkaf – 1.200,00 manat dəyərində,
Dəhliz:
40. 1 ədəd İtaliya istehsalı çilçıraq - 542,86 manat dəyərində,
41. Türkiyə istehsalı Mebel şkaf – 1.428,57 manat dəyərində,
42. Aksessuarlar - 857,14 manat dəyərində,
43. Güzgü Türkiyə - 257,14 manat dəyərində,
44. 1 ədəd İtaliya istehsalı paltar yuyan maşın - 62,86 manat dəyərində,
45. 1 ədəd kamera UK – 1.028,57 manat dəyərində,
46. Tumbo - 342,86 manat dəyərində,
Uşaq yataq otağı:
47. Çin istehsalı çarpayı - 428,57 manat dəyərində,
48. Çin istehsalı kamot - 191,43 manat dəyərində,
49. Çin istehsalı masa - 125,71 manat dəyərində,
50. Çin istehsalı stul - 44,57 manat dəyərində,
51. Çin istehsalı çilçıraq - 94,86 manat dəyərində,
52. Çin istehsalı pərdələr - 485,71 manat dəyərində,
53. 1 ədəd Çin istehsalı azyaşlı uşaq çarpayısı - 628,57 manat dəyərində; Cavabdeh1 alınaraq İddiaçı verilsin. Əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83522,69 (səksən üç min beş yüz iyirmi iki manat, altmış doqquz qəpik) manat Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.