Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4178/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının özünü və ya dəyərinin qaytarılması tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1320/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı ilə Cavabdeh 25 fevral 2014-cü il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahdan 23 may 2014-cü il təvəllüdlü X1 və 30 oktyabr 2018-ci il təvəllüdlü X2 adlı iki uşaqları doğulmuşdur. Ağstafa Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(015)- 71/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, nikah pozulduqdan sonra 23 may 2014-cü il təvəllüdlü X1 30 oktyabr 2018-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması qət edilmişdir. İddiaçı tələb etdiyi qızıl-ziynət əşyalarının cavabdehdə saxlanılmasını iddia edir. Tələb olunan qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: “1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü, qiyməti 1.280 manatdır. 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük qiyməti 2.550 manatdır. 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti qiyməti 4.000 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi qram olan üzük qiyməti 360 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük qiyməti 315 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük qiyməti 340 manatdır. Qızıl-zinət əşyalarının təxmini olaraq, ümumi qiyməti 8.845 manatdır.” Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona məxsus qızıl-zinət əşyalarının özünü və ya 8.845 manat dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, cavabdehlə 2013-cü ildə ailə qurmuş, həmin nikahdan onların 23 may 2014-cü il tarixdə Duyğu və 30 oktyabr 2018-ci il tarixdə Cihan adlı 2 nəfər övladları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 15 mart 2020-ci il tarixli qətnaməsi ilə uşaqlarının saxlanması üçün aliment ödənilməsi qeyd edilmişdir. Cavabdehlə ailə qurduğu, yəni toy zamanı ona qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Həmin qızıl-zinət əşyalarını dəfələrlə cavabdehdən tələb etməyinə baxmayaraq, heç bir nəticə əldə edə bilmir. Cavabdehlə yaşadığı evdən gələrkən özü ilə uşaqlarından başqa heç bir qızıl-zinət əşyası götürməmişdir. Gəlin olduğu vaxtdan ona alınmış qızıllar cavabdeh tərəfindən əlindən alınmışdır. Hazırda isə iki uşağı ilə birlikdə atası evinə sığınmış, özü heç bir yerdə işləmir. Ona məxsus qızıl-zinət əşyalarının cavabdehdən alınması ən azından onun uşaqlarının bir müddət diqqətə layiq ehtiyaclarının ödənilməsinə köməklik edərdi. Cavabdeh ona təyin olunmuş aliment öhdəliklərinidə pozur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1320/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü; 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük; 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti; 1 ədəd 585 əyyarlı, çəkisi qram olan üzük; 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük; 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük olan qızıl-zinət əşyalarının alınıb İddiaçı qaytarılması, Cavabdeh 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 25.2-ci, Ailə Məcəlləsinin 34-cü və Mülki Prosessual Məcəllənin 76.1,76.2,106.1-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü; 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük, 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı; 1 ədəd 585 əyyarlı, çəkisi qram olan üzük qiyməti; 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük; 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia ərizəsinin Qızıl-zinət əşyalarının dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı qızıl-zinət əşyalarının dəyərinin 8845 manat olması bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qızıl-zinət əşyalarının onda olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş üzrə iddia tələbinin tam təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, nikaha daxil olanadək ona mənsub olduğu və ya hədiyyə edildiyi, həmçinin tələb olunan əşyaların iddia ərizəsində göstərilən dəyərdə olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi fotoşəkillər özüözlüyündə tələb edilən əşyaların cavabdehdə olduğunu və göstərilən dəyərdə olduğunu təsdiq edən birmənalı sübut kimi qəbul oluna bilməz. Tələb olunan qızıl-zinət əşyalarının cavabdehin yaşadığı evdə qalıb-qalmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. Lakin iddiaçının evdən sonuncu dəfə hər hansı təzyiq altında və ya məcburiyyət qarşısında getmədiyi işin mübahisəsiz halıdır. Çünki iddiaçıya edilmiş təzyiqlərlə bağlı iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə izahat verərək apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyüun əsaslandırılmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, tərəflər 2013-cü ildə ailə qurmuş, həmin nikahdan onların 23 may 2014-cü il tarixdə Duyğu və 30 oktyabr 2018-ci il tarixdə Cihan adlı 2 övladları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(015)- 71/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 ilə İddiaçı arasında 25 fevral 2014-cü il tarixində Ağstafa RGHB-nın Aşağı Kəsəmən kənd İƏD üzrə nümayəndəliyində bağlanmış nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 23 may 2014-cğ il təvəllüdlü X1 30 oktyabr 2018-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması qət edilmişdir. Hazırda iddiaçı toy zamanı ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını cavabdehdən tələb etməyinə baxmayaraq, heç bir nəticə əldə edə bilmədiyi üçün ona məxsus qızıl-zinət əşyalarının cavabdehdən alınmasını iddia edir. İş materiallarından görünür ki, cavabdeh tərəf iddianı qəbul etməyərək tələb olunan əmlakların onda olmamasını israr edir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir. Bu ümumi qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Bu normaya görə, sübutetmə vəzifələri iddia icraatında tərəflər, xüsusi iddia icraatında və xüsusi icraatda ərizəçi və maraqlı şəxslər arasında uyğun olaraq bölünür. Sübutemə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasında bölünür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi ədəddə və qiymətdə, eləcə də, onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, əgər iddiaçı müvafiq hälları sübuta yetirərsə, o zaman bu əmlakların iddiaçı tərəfindən evdən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir. İddiaçı tərəf qızıl zinyət əşyalarının ona qaytarılmaması Ağstafa Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(015)-71/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasına dair Gəncə Apelyasiya Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(104)- 502/2021 saylı qətnaməsində qeyd edilmişdir. Gəncə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, həmin iş üzrə cavabdeh olan İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, ona hədiyyə edilən qızıl-zinyət əşyalarını iddiaçı Cavabdeh geri qaytardıqdan sonra nikahın pozulmasına razılıq verə bilər. Gəncə Apelyasiya Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(104)-502/2021 saylı qətnaməsində İddiaçı apellyasiya şikayətinin dəlillərinə qiymət verilərək onun iddiaçıya qarşı qızıl-zinyət tələbi nikahın pozulmasını istisna edən hal kimi qəbul edilə bilməz, yəni tərəflər arasında olan nikah akt qeydinin pozulması, sonradan qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə əmlak tələbi barədə iddia qaldırmaq hüququnu istisna etmir. İşin materiallarından görünür ki, iddiaçı hazırki iddia ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından qızıl-zinət əşyalarının saxlanıldığı yerdən (ər evindən) aparıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh apellyasiya şikayətində tələb edilən əmlakların mövcudluğunu (hədiyyə edildiyini) sübuta yetirilməli olmasına dair dəlili əsassızdır. Belə ki, əvvəla həmin qızıl əşyalarının iddiaçıya hədiyyə edilməsi işdə olan fotoşəkillərlə təsdiq edilir. Həmçinin də apellyasiya şikayətinin məzmunundan da aydın olur ki, apellyator əsasən iddiaçıya hədiyyə verilmiş olduğunu təsdiq etməsə də tam inkar etmir, lakin qızılzinət əşyalarının iddiaçı tərəfindən, qızıl-zinət əşyalarının saxlanıldığı yerdən götürüldüyünü, gedərkən özü ilə aparıldığını bildirsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, MM-nin 157.2-ci maddəsinin tələbləri baxımından iddiaçının cavabdehdən sonuncuya hədiyyə verilmiş qızıl-zinət əşyaları alınaraq iddiaçıya qaytarılmalıdır. İddia tələbindən görünür ki, iddiaçı cavabdehdən ona məxsus qızıl-zinət əşyalarının özünü və ya 8.845 manat dəyərinin alınıb ona verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə qızıl-zinət əşyalarının dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar bu nəticəyə gəlmişdir ki, iddiaçı qızılzinət əşyalarının dəyərinin 8845 manat olması bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın hissəsi ilə bağlı mövqeyi ilə razılaşmır. Belə ki, əvvəla iş materiallarında olan qızıl-zinət əşyalarının təxmini olaraq, ümumi qiyməti 8.845 manat olmasına dair “Tural” adına qiymətli daş-qaşların və qızıl-zinət əşyalarının alğı-satqısı mağazası tərəfindən verilmiş rəy vardır. Həmin rəyə əsasən “1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü, qiyməti 1.280 manatdır. 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük qiyməti 2.550 manatdır. 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti qiyməti 4.000 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi qram olan üzük qiyməti 360 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük qiyməti 315 manatdır. 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük qiyməti 340 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən rəylə hansı əsaslarla razılaşmayaraq onun sübut əhəmiyyətli olub-olmamasına hüqüqi cəhətdən əsaslandırmamış, eyni zamanda qətnamənin nəticəsi hissəsi Azərbaycan Respublikasının MPM-nin 222.1-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Həmin normaya əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamədə Cavabdeh 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü; 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük; 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti; 1 ədəd 585 əyyarlı, çəkisi qram olan üzük; 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük; 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük olan qızıl-zinət əşyaları alınıb İddiaçı qaytarılmasını qeyd etsə də, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edilən prosessual normanın tələblərinə əsasən qaytarılması tələb edilən əmlakların dəyərini müəyyən etmək üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli ƏEM/48-693/22 saylı mütəxəssis rəyindən görünür ki, 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü 1000 manat, 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük 2300 manat, 1 ədəd 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti 3750 manat, 1 ədəd 585 əyyarlı, çəkisi 4 qram olan üzük 280 manat, 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük 250 manat, 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük 270 manatdır. Qızıl-zinət əşyalarının ümumi qiyməti 7850 manatdır.” Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbləri tələb etdiyi qızıl-zinyət qaytarılması hissəsində irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır, lakin həmin əşyalarının dəyəri baxımından iddia Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli ƏEM/48-693/22 saylı mütəxəssis rəyinə uyğun olaraq qismən əsaslıdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməli, Cavabdeh dəyəri 1000 manat olan 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü, dəyəri 2300 manat olan 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük, dəyəri 3750 manat olan 1 ədəd 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağı-qolbağı dəsti, dəyəri 280 manat 1 ədəd 585 əyyarlı, çəkisi 4 qram olan üzük, dəyəri 250 manat olan 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük, dəyəri 270 manat olan 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük və yə onların ümumi qiyməti 7850 manat alınıb İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul cavabdehdən tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1320/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəyəri 1000 manat olan 1 ədəd 750 əyyarlı, çəkisi 8 qram olan briliyant qaşlı nişan üzüyü, dəyəri 2300 manat olan 1 ədəd 750 əyyarlı, çəkisi 17 qram olan sırğa üzük, dəyəri 3750 manat olan 1 ədəd 585 əyyarlı, çəkisi 45 qram olan mafyoz boyunbağıqolbağı dəsti, dəyəri 280 manat 1 ədəd 585 əyyarlı, çəkisi 4 qram olan üzük, dəyəri 250 manat olan 1 ədəd 585 əyyarlı, çəkisi 3,5 qram olan tək qaş üzük, dəyəri 270 manat olan 1 ədəd 585 əyyarlı, çəkisi 3.8 qram olan qırmızı qaşlı üzük və yə onların ümumi qiyməti 7850 manat alınıb İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov