Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-418/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “kompensasiya” tələbinə dair qarşılıqlı iddia üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X7 qızından ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı oğlunun, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “kompensasiya” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1283/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasını, Cavabdeh MMC şirkətində əmək müqaviləsi əsasında işlədiyi müddət ərzində satışdan depozit hesabına toplanmış 13.977 manat məbləğin ona geri qaytarılaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “kompensasiya” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əmək haqqı tələbinə dair iddia tələbinin rədd edilməsi, "xxxx" MMC-nin iddia tələbinin təmin edilməsi, 23 avqust 2017-ci il tarixli əmək Müqaviləsinin şərtlərinə əsasən rəqib şirkətlə eyni xarakterli əmək müqaviləsi bağladığına görə, Cavabdeh MMC-də aldığı 400 manat əmək haqqının 20 misli yəni, 8.000 manat cərimə məbləğinin cavabdeh İddiaçı alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1283/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
4. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1283/2023 saylı, 12 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" şirkətinin çağrı mərkəzi ilə əlaqə saxlamış və oradan verilən cavab bu olmuşdur ki, ona ödənilməli olan 13.977 (on üç min doqquz yüz yetmiş yeddi) manatın ödənilməsindən imtina olunma səbəbi onun rəqib şirkətdə işləməyə başlamasıdır. Bununla bağlı iş materillarında audio sübutlar mövcuddur. Çağrı mərkəzindən verilən cavabdan aydın şəkildə görünür ki, "xxxx" şirkətində onun 13.977 (on üç min doqquz yüz yetmiş yeddi ) manat məbləğində depoziti toplanmışdır. Buradan da şirkətin əməkaşının mövcud mübahisə ilə bağlı səs yazısı etiraf xarakter daşıyır. Bundan başqa məhkəmədə şahid qismində iştirak edən X3 ifadəsində bildirmişdir ki, o 3 il ərzində "xxxx" şirkətində işləmişdir. İşdən çıxdıqdan sonra isə toplanan depoziti götürmüşdür. Qeyd edilməlidir ki, şahid X3"xxxx" şirkətindən işdən çıxıdqdan sonra onunla birlikdə "xxxx" MMC-də işləyir. X1 depozit məsələsinə baxılarkən rəqib şirkətdə işləməsi əsas gətirilərək son iki ayın pulu ödənilməmişdir və depozitin verilməsi dayandırılmışdır. Bunu şahid özü də məhkəmə iclasında bildirmişdir. Məhkəmə iclasından şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, 1 il “Mətanət A ” şirkətində işləmişdir və işdən çıxdıqdan sora yığılmış depozitini almışdır. Diqqət yetirməli vacib nüanslardan biri də ondan ibarətdir ki, qarşı tərəf yığılmış depozitin ödənilməsinin imtina səbəbini tərəflər arasında bağlanmış əmək müqaviləsinin 11-ci bəndinin pozulmasına əsaslanır və bu nüansı da qəbul edilmiş qətnamdə görmək olar. Müqavilənin 11-ci bəndində qeyd edilir ki, “bu müqaviləyə xitam verilməsindən sonra beş il ərzində işçi işə götürənlə bilavasitə rəqabətdə olan hüquqi və fiziki şəxslərlər əmək müqaviləsi bağlaya və digər formada əməkdaşlıq edə bilməz və şərtin pozulması öz-özlüyündə işəgötürərnin kommersiya sirrinin pozulması hesab ediləcəkdir”. Müqavilənin bu şərtinin qanunvericiliyə zidd olma səbəbi ilə tərərflər üçün heç bir hüquq və vəzifə yaratmamısı aydın şəkildə görünür və heç bir isbata ehtiyacı yoxdur. İşçinin sərbəst surətdə iş yeri seçmək hüququ vardır və bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz. Belə olan halda isə cavabdeh "xxxx" şirkəti ilə onun bağlanmış əmək müqaviləsinin 11-ci bəndi tamamilə etibarsızdır. Etibarsız olan şərtə əsaslanaraq verilməli olan depozitin verilməsindən imtina edilməsi isə kobud qanun pozultusudur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən qanun pozuntusunu görməzdən gəlməsi ədalət prinsipinə ziddir və eyni zamanda hüququ pozulmuş vətəndaşın məhkəmə sisteminə olan inamının sarsılmasına yönəlik addımdır. Konstitusiyon hüququ və əmək hüququ eyni vaxtda pozulmuş vətəndaşın öz halal zəhməti ilə qazandığı əmək haqqını (depozitini) əldə etmək üçün bu qədər artıq əziyyət çəkərək məhkəməyə müraciət etmişdir. Qətnamədə qeyd edilir ki, “təqdim edilmiş elektron daşıyıcıda hər hansı əqdin tərəfi olan şəxslərin deyil, şirkətin işçilərinin onların xəbəri olmadan səsləri yazılmışdır və belə dəlillər mötəbər sübut kimi dəyərləndirilə bilməz”. Buradan belə bir ritorik sual yaranır. İşçi hər-hansı bir dəqiqləşməni aparmaq istədiyi zaman birbaşa onu işə götürən müəssisiənin rəhbəri ilə danışmalıdır ya həmin müəssisənin müvafiq orqanının əməkdaşı ilə? - Təbii ki, belə böyük şirkətdə hər bir işçinin hər hansı bir məsələ üçün müəssisiə rəhbəri ilə danışması praktikası mövcud deyildir və prosedurun belə olması mümkünsüzdür. Sözügedən şirkətin minlərlə işçisi vardır. Hər bir işçinin zənginə rəhbər şəxs cavablandırmalıdırmı? Şirkətin çağrı mərkəzinin məqsəd və məramı şirkətin işçilərinin və eyni zamanda müştərilərinin əlaqə saxlayaraq rəsmi məlumat almasına xidmət edir. Əgər həmin çağrı mərkəzindən konfidensiallığa zidd olmayan məlumatlar verilirsə, verilmiş cavabın səs yazısı mötəbər sübut kimi qəbul edilməlidir. Qətnamədə isə qeyd edilir ki, səs yazısında qarşı tərəf əqdin tərəfi deyildir və onların yazılmış səsləri mötəbər sübut qismində dəyərləndirilə bilməz. Bu isə tam absurddur və məhkəmənin "xxxx" şirkətinin mənafeyini qoruması xarakteri daşıyır. İddia tələbinin təmin edilməsi üçün kifayət qədər sübutlar mövcud olmuşdur. Şahid ifadələri, səs yazıları, vatsap yazışmaları ilə yanaşı şirkətin elektron bazasından işçilərin yığılmış depozitinin hesabatı da mövcuddur. Təbii ki, şirkətin hal-hazırda mühasibatlıq üzrə işləyən əməkdaşları belə bir sübutun olmasını təkzib edirlər və həmin cədvəli verməkdən imtina edirlər. Lakin adına hər ay üçün toplanmış depozitin cədvəli onda mövcuddur və bunu hazırıq iclasında iş materiallarına əlavə etmək üçün məhkəməyə təqdim etmişdir.
Apelyasiya baxışı zamanı verilən izahatlar
6. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya baxışı zamanı yazılı ərizə təqdim edərək mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi ilə bağlı qarşı tərəflə razılığa gəldiyini qeyd etmiş, iddiadan imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, qarşılıqlı iddiadan cavabdehin imtina etməsinə etiraz etmədiyini bildirmişdir.
7. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı zamanı yazılı ərizə təqdim edərək mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi ilə bağlı qarşı tərəflə razılığa gəldiyini qeyd etmiş, iddiadan imtina edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, ilkin iddiadan iddiaçının imtina etməsinə etiraz etmədiyini bildirmişdir.
Tətbiq edilən hüquq normaları
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
8. 52.1-ci və 52.5-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
9. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
10. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
11. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
12. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
13. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
14. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
15. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
16. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.
17. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
18. Kollegiya hər iki tərəfin təqdim etdiyi ərizələri iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, ilkin və qarşılıqlı iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
19. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı və cavabdehin izahatlarının məzmunundan, eyni zamanda təqdim etdikləri ərizələrdən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında barışıq əldə olunmuşdur. Tərəflər verdikləri iddiadan imtina edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını iş üzrə icraata xitam verilməsini xahiş etmiş, həmçinin ilkin iddia üzrə iddiaçı apelyasiya şikayətini müdafiə etmədiyini, qarşı tərəf ilə barışdığını bildirmişdir.
20. Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin və qarşılıqlı iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin və qarşılıqlı iddiadan imtinası qəbul olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1283/2023 saylı, 5 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “kompensasiya” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova