Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4186/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X23 və X6 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X13, Cavabdeh Cavabdeh2 nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-182/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 3 saylı Bakı ASAN xidmət mərkəzində notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0,12 hektar sahəsi olan 1293 saylı bağ sahəsinin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli AN-İ seriyalı № ******* reyestr nömrəli alqısatqı müqaviləsinin, həmin torpaq sahəsinin 0,0116 ha hissəsinin Cavabdeh2 tərəfindən X1 dair xx xxxxxx 2017-ci il tarixli 4Ə-254 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0,12 hektar sahəsi olan 1293 saylı bağ sahəsinə dair Cavabdeh2 adına xx xxxxxxxx 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin, xx xxxxxx 2017-ci il tarixli 4Ə-254 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözü gedən bağ sahəsinin 0,0116 hektar hissəsinin X24 adına rəsmiləşdirilmiş 1293k saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, X9 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 0,12 hektar sahəsi olan 1293 saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Həmin bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq məqsədilə X16 xx xxxx 2016-cı il tarixdə etibarnamə vermiş, sonuncu isə öz növbəsində Cavabdeh1 etibarnamə vermişdir. Hazırda o həmin bağ sahəsində özünə ev tikmişdir. Bir müddət keçdikdən sonra çıxarışın verilməsi gecikdirildiyinə görə maraqlandıqda ona məlum olmuşdur ki, ona məxsus olan 1293 saylı bağ sahəsi başqa bir ərazidə yerləşən bağ sahəsinə planda otuzdurularaq Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 ata-oğuldur. Beləliklə, Cavabdeh1 etibarnamədən istifadə edərək faktiki olaraq özü barəsində əqd bağlamışdır. Daha sonra isə həmin torpaq sahəsinin 0,0116 ha hissəsi xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən X2. Hesab edir ki, həmin alqı-satqı müqavilələri etibarsız hesab edilməli və həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət edərək iddianın həm əsassızlığına görə, həm də qanunla müəyyən edilmiş iddia müddəti keçdiyinə görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-182/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən iddia müddətinin tətbiqi ilə bağlı səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, o, alqı-satqı müqaviləsinin bağlanmasını buna dair iddia tələbini irəli sürməzdən 7 ay əvvəl bilmişdir. Cavabdeh1 ona verilmiş etibarnamədən istifadə edərək həmin müqaviləni faktiki olaraq özü barəsində, yəni öz mənafeyinə uyğun bağlamışdır. Bundan əlavə alqı-satqı müqaviləsində nəzərdə tutulan 25000 manat pulu təmsilçi iddiaçıya çatdırmamışdır. Bu hal göstərir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğu halda onun qanuni maraqları təmin edilməmişdir. Məhkəmə baxışı zamanı X24 cavabdeh qismində cəlb edilməsi barədə vəsatət qaldırılsa da, vəsatət təmin olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X25 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Cavabdeh2 nümayəndəsi X30 isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh1, 3 saylı Bakı ASAN xidmət mərkəzində notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında (hal-hazırda İqtisadiyyat Nazirliyi yanında) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26 və X35 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlər Cavabdeh1, 3 saylı Bakı ASAN xidmət mərkəzində notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında (hal-hazırda İqtisadiyyat Nazirliyi yanında) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26 və X35 məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-182/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan: - Bakı Şəhər İcra Hakimiyyəti başçısı X5 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli 39424 saylı müqavilədən görünür ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi ərazisindəki 0,12 hektar torpaq sahəsi olan 1293 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri 2 saylı Hüquq Məsləhətxanasına ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1768 nömrəli sərəncamına əsasən 51 nömrəli bağ-tikinti kooperativi nəzdində X27 0,12 ha torpaq sahəsi olan 1293 nömrəli bağ sahəsi ayrılmış və 93 nömrəli order verilmişdir. X32 və ailə üzvü X17 notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən sözügedən bağ sahəsi İddiaçı adına keçirilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 382 nömrəli sərəncamına əsasən 1293 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X9 və İstismarı Birliyi ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixli 39424 nömrəli müqavilə bağlanmışdır. xx.xx.2016-cı il tarixdə sözügedən bağ sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 3 saylı ASAN xidmət mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-1332 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən bağ sahəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. 5 saylı ASAN xidmət mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-254 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən sözügedən bağ sahəsinin 0,0116 ha hissəsi X24 adına (1293k nömrəli bağ sahəsi), yerdə qalan 0,0644 ha hissə və 0,0200 ha hissə Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. - xx xxxx 2016-cı il tarixli AR-İ 470338 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X3 Fuad Yadulla oğluna etibarnamə vermiş, həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlaklarını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməyi, qanunla icazə verilmiş bütün sənədləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, əqdləri bağlamağı, bu əqdlər üzrə haqqhesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqraflardan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzrə sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. - xx xxxx 2016-cı il tarixli AR-İ 475534 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı X9 və İstismarı Birliyinin xx xxxxxx 2006-cı il tarixli 39424 saylı müqaviləsinə əsasən Şüvəlan qəsəbəsi 1293 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə aid sənədləşmə işlərini aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, əmlakı özəlləşdirdikdən sonra üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, adından imza etməyi, müqavilələr bağlamağı və digər səlahiyyətləri X16 vermiş, Fuad Məmmədov isə həmin səlahiyyətləri Cavabdeh1 ötürmüşdür. Etibarnamədən görünür ki, bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq eidlmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. - xx xxxxxx 2016-cı il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0,114 ha olan torpaq sahəsini 25000 manata Cavabdeh2 satmışdır. Müqavilə bağlanarkən İddiaçı Cavabdeh1 təmsil etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-58/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər X16, X4, X19 və X10 qarşı ilk iddiası qismən təmin edilmiş, cavabdehlər X7 və X8 Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, 1293 saylı bağ sahəsində yerləşən tikililərdən və həmin tikililərin yerləşdiyi Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları qət edilmiş, iddiaçı X14 Cavabdeh2 qarşı torpaq shəsində inşa edilmiş tikililərə sərf edilmiş vəsaitin geri qaytarılması, mənəvi zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiası rədd edilmişdir. Qətnamədə əks olunmuş X14 izahatından görünür ki, o, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, 1293 saylı bağ sahəsində yerləşən torpaq sahəsinin Cavabdeh2 tərəfindən 24000 manata alındığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Xüsusilə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. İşin hallarından görünür ki, İddiaçı adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X20 tərəfindən X18 xx xxxx 2016-cı il tarixdə verilmiş etibarnamənin əsassız olduğuna dəlalət edən hər hansı hal aşkar olunmamış, eyni zamanda iddia tərəfi qeyd olunan etibarnamənin X11 xəstəliyindən sui-istifadə etməklə alınmasına dair öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iş materiallarından göründüyü kimi Cavabdeh1 X12 aldığı etibarnamə əsasında, tam qanuni əsaslarla Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsini Cavabdeh2 satmış, sonuncu tərəfindən qeyd olunan bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İş materiallarından görünür ki, X33 həyat yoldaşı İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 1293 saylı bağ sahəsində olan 0,12 ha torpaq sahəsinin özəlləşməsinə və satılmasına etirazının olmaması barədə xx xxxxxx 2016-cı il tarixdə notraial qaydada təsdiq olunmuş ərizə vermişdir. İşdən həmçinin görünür ki, alqı-satqı predmetinin dəyəri olan 25000 manat pul notariusun depozit hesabı vasitəsilə ödənilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı tərəfindən X18 verilmiş və sonradan Cavabdeh1 ötürülmüş etibarnamənin konkret olaraq X9 və İstismarı Birliyinin xx xxxxxx 2006-cı il tarixli 39424 saylı müqaviləsinə əsasən Şüvəlan qəsəbəsi 1293 saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi ilə bağlı olması qeyd olunmuşdur. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz verməklə yanaşı, sözügedən müqavilələr 2016 və 2017-ci illərdə bağlanıldığı halda həmin əqdlərin mübahisələndirilməsi üçün iddiaçının qanunla müəyyən edilmiş bir illik müddəti ötürdüyünü bildirmiş və iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişlər. İşdən görünür ki, iddiaçı mübahisələndirdiyi müqavilələrin bağlanmasından bir ildən artıq vaxt keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. İddiaçı mübahisələndirdiyi müqavilələrin mövcudluğundan iddianı qaldırmamışdan təxminən 7 ay əvvəl məlumat aldığını bildirsə də, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, o hazırkı iddianı xx xxxxxxx 2019-cu il tarixdə qaldırsa da, mübahisələndirdiyi hər iki müqavilənin mövcudluğundan 2017-ci ilin mart-aprel aylarında məlumatlı olmuşdur. Belə ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, ona məxsus olan 1293 saylı bağ sahəsi başqa bir ərazidə yerləşən bağ sahəsinə planda otuzdurularaq Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məktubu xx xxxx 2017-ci il tarixli olmaqla məktubda mübahisələndirilən hər iki alqı-satqı müqaviləsi barədə məlumat verilmişdir. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh1 təmsilçi kimi torpaq sahəsini öz oğluna satması özü barəsində əqd bağlanması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə əsaslar olmadığından, iddia həm əsassız olduğuna, həm də qanunla müəyyən edilmiş bir illik müddət keçdikdən sonra verildiyinə görə birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Alqı-satqı müqaviləsində nəzərdə tutulan 25000 manat pulun təmsilçi tərəfindən iddiaçıya çatdırılmaması, habelə məhkəmə baxışı zamanı X24 cavabdeh qismində cəlb edilməsi barədə vəsatət qaldırlsa da, vəsatətin təmin olunmaması barədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı predmetinin dəyəri olan pulun təmsilçi tərəfindən iddiaçıya çatdırılmaması ayrıca iddia tələbinin predmeti olmaqla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. Məhkəmə baxışı zamanı X24 cavabdeh qismində cəlb edilməsi barədə vəsatətin təmin olunmamasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə iclasında belə bir vəsatət qaldırılmamış, ümumiyyətlə X24 ünvanı barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Apelyasiya icraatı zamanı X35 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunaraq məhkəmə iclasına dəvət olunmuş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-182/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4186/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4186/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver