Məhkəmə qərarları › İş №2(103)-4198/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4198/2023

26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4198/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “cehiz əmlakının qaytarılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-796/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh 23 iyul 2012-ci il tarixində qeyri-rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan övladları olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5449/2019 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evə köçürülməyi və mənzilə dair istifadə hüququnun tanınması barədə iddia ərizəsi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7157/2021 saylı qətnaməsinə əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-5449/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, Ağayeva X5 rayonu, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsində yerləşən, əvvəllər yaşadığı qeydiyyatsız evə köçürülmüş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-562/2022 saylı Qərarına əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7157/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona məxsus cehiz əşyalarının cavabdeh tərəfindən geri qaytarılmasını tələb edir. Cavabdeh iddia tələbi ilə razı deyildir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus cehiz əşyalarının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavadeh Cavabdeh ilə xx.xx.2012-ci il tarixində qeyri-rəsmi nigaha daxil olmuşdur. Nikahları qeyri-rəsmi olmasına baxmayaraq el adət-ənələrinə uyğun olaraq cavabdehin evinə cehiz əşyalarını aparmışdır. Bütün qohuməqraba və qonşular da onun oğlan evinə cehiz apardığının şahidi olmuşlar. Birgə yaşadıqları dövrdə cavabdehə yeni ev tikməkdə maddi yardım göstərmişdir. Cavabdehlə ailə münasibətləri baş tutmadığına, heç bir yerdə işləmədiyinə, ailənin maddiyatı ilə maraqlanmadığına görə, eləcə də ona xəsarət yetirdiyi üçün o, 2019-cu ilin avqust ayında ayrılmışdır. Bununla yanaşı, cavabdeh ona hədə-qorxu gələrək, onu ölümlə hədələyərək onu evdən qovarkən toy zamanı gətirdiyi cehiz əşyalarını geri verməyəcəyini bildirmişdir. Toy zamanı cavabdehin evinə xeyli miqdarda cehiz əşyaları aparmışdır. 1.Eko kardioqram apartı( cardipiya 200) 2.Çexiya istehsalı xrustal çılçıraq qızıl suyuna salınmış, 3.Alman istehsalı dəhliz mebeli (3 yarus) 4. mebel çərçivədə divar saatı 5. Eurolux mikser 6.Tefal çaydan çaynik dəsti 2 ədəd) 7. mətbəx üçün süfrə dəsti (4 ədəd) 8. mətbəx üçün moyka 9. mətbəx üçün aspirator 10. mətbəx üçün qaz piltəsi 11. radiator 12. 3 metr uzunluqda kabel, (trannik) 13. servis naborçay dəsti (12 ədəd) 14. kofe dəsti (12 ədəd) 15. salfet qabı- dəst 16. padnos dəsti - (6 ədəd), 17. xrustal tort qabı, 18. şüşə qab-4 ədəd, 19. 4 ədəd nikel qazan, 20. aliminuyum rəngdə qazan-5 ədəd, 21. şirri qazan 5 dəst 22. Şirri qazan 3 ədəd 23. aş qazan aliminuyum 2 ədəd, 24. aş süzən -2 ədəd 25. mürəbbə bişirmək üçün ləyən- 4 ədəd (2 si balaca iki litrlik şirri, 1 ədəd böyük şirri, 1 ədəd böyük aliminiyum , 1 ədəd nikel, 26. plastik qablar-25 ədəd 27. saxlama qabı 10 ədəd böyük 28. dəmir sarımsaq sıxan 29. dəmir qoz qıran 30. tort götürmək üçün dəmir lapatka-1 ədəd

31. kabab etmək üçün dəmirşiş-12 ədəd 32. ət qızartmaq üçün setka -1 ədəd 33. xrustal qablar- (2 ədəd ayaqlı mürəbbə qabı, 2 ədəd kvadrat qənd qabı 1 ədəd konfet qablar, stəkan 12 ədəd, 12 ədəd armudu stəkan, peçənyə qabı 1 ədəd, dairəvi meyvə qabı 1 ədəd, kül qabı- 1 ədəd, lotka- 1 ədəd, araq rumkası -6 ədəd, duz qabı-12 ədəd) 34. qaşıq dəsti (mixior)- 12 nəfərlik, 35. çətir 36. xalça- 3 ədəd 37. yataq dəsti- 6 ədəd 38. çay dəsmalı -12 ədəd; 39.1 nəfərlik yataq dəsti-2 ədəd 40. yastıq üzü -6 ədəd, 41. hamam dəsmalı -4 ədəd, 42. yun əlcək papaq dəsti, 43. yun şalvar-4 ədəd, 44. yun kalqotka, 45. kosmetika naborum 46. geyim əşyalarım və paltarlarım 47. mətbəxdə istifadə üçün kiçik mətbəx avadınlıqları (duz,istiot, qaşıq, bıçaq, badımcan soymaq üçün bıçaq, əl mikseri,).

48. taxta qaşıq naboru 49. evdə və çöldə istifadə etmək üçün süpürgə 50. kişi və qadın üçün ev ayaqqabılar (8 ədəd) 51. istifadə etmək üçün aldığı yağ və mürəbbələr 52 Bagema stopka -6 ədəd 53. radio diskli( vall) – 1ədəd 54. madonna servis-6 nəfərlik 55. servis kitayski -24 nəfərlik, 56. rəngli bagema rumka (çəhrayı rəng)-6 ədəd 57. Xrustal gül qabı- 2ədəd 58. Çörək qabı (nikel-1 ədəd, plastik-1 ədəd) 59. divan kreslo üstü- 1 ədəd.

60. madonna nəlbəki-24 ədəd 61. balaca nəlbəki-24 ədəd 62. limon qabı xrustal (yarpaq)- 12 ədəd 63. güllü boşqab dəsti-12 ədəd 64. gül qabı şüşə- 1 ədəd 65. mətbəx dəsti- 24 ədədlik 66. duz qabı- plastik 67. vedrə-( dəmir, 3 ədəd plastik) 68. vanna (böyük göy, qırmızı, 1 ədəd ,kiçik-bozrəng- 1ədəd , ağ 1 ədəd,) 69. hamamda plastik -stəkan 70. şirri stəkan, qırmızı stəkan 71. mətbəxdə krafinka -2 ədəd 72. zərli pərdə- 6 metrlik 73 meyvə qabı şüşə- 2 ədəd 74. mürəbbə qabı şüşə- ədəd 75. salat qabı şüşə- 6 ədəd 76. soba üçün şüşə qab- 1 ədəd 77. tava -(1 ədəd böyük, 1 ədəd tuj nikel qapaqlı, 1 ədəd yaşıl, 1 ədəd qədimi, 2 ədəd balaca nikel, 2 ədəd aliminuyum, 1 ədəd tuj tort üçün, 1 ədəd tefal)

78. şirri vedrə qapaqlı- 1ədəd 79. yolka ağacı və oyuncaqları- 1 ədəd 80. şaxta baba oyuncaq – 1 ədəd 81. çərçivədə dua- 1ədəd 82. ayaqaltı böyük- 1 ədəd 83 xəkəndaz-2 ədəd (dəmir, plastik) 84. pol silən- 2ədəd 85. sabun qabı- 2ədəd 86. şampun saç- 2 ədəd böyük 87. parça – (3 metr qarmon, 3 metr-ipək) 88. pərdə (ipək)- 1ədəd. 89. döşək yığmaq üçün çanta- 6 ədəd 90. süfrə -6 ədəd 91 plastik buket gül-27 ədəd 92. şüşə çərçivə- 1 ədəd 93. divarşəkli kərbala-1 ədəd 94. coca-cola stəkan – 12 ədəd 95. şokkimokki stəkan- 12 ədəd 96. zibil qabı- 1ədəd 97. soğan qabı- 2 ədəd 98. paltarsetkası- 2 ədəd 99. gül əkmək üçün qab- 2ədəd 100. Kodisaner samsung- 1ədəd

101. çanta- 2ədəd 102. çek- ədəd (dövlət tərəfindən verilən) 103. sənədlər və fotoşəkillər

104. video kasetlər 105. böyük kasa şüşə (yemək üçün)- 2 ədəd 106. şüşə salfet qabı-2 ədəd 107. boşqab yığmaq üçün plastik- 1ədəd 108. soyuducu üçün maqnit- 10 ədəd 109. oxlov- 1ədəd 110. ət taxtası- 1ədəd 111. plastik veşilka- 1ədəd olan cehiz əşyalarının Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-796/2022 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 1. Çexiya istehsalı xrustal çılçıraq qızıl suyuna salınmış 2. Alman istehsalı dəhliz mebeli (3 yarus) 3. mebel çərçivədə divarsaatı 4. Eurolux mikser 5. radiator 6. servis naborçay dəsti (12 ədəd) 7. xrustal tort qabı 8. şirri qazan 5 dəst 9. Şirri qazan 3 ədəd 10.aş qazan aliminuyum 2 ədəd 11. aş süzən - 2 ədəd 12. saxlama qabı 10 ədəd böyük 13.dəmirsarımsaq sıxan 14.dəmir qoz qıran 15.tort götürmək üçün dəmir lapatka-1 ədəd 16.kabab etmək üçün dəmir şiş-12 ədəd 17.ət qızartmaq üçün setka - 1 ədəd 18.xrustal qablar- (2 ədəd ayaqlı mürəbbə qabı, 2 ədəd kvadrat qənd qabı 1 ədəd konfet qablar, stəkan 12 ədəd, 12 ədəd armudu stəkan, peçənyə qabı 1 ədəd, kül qabı- 1 ədəd, lotka - 1 ədəd) 19.yataq dəsti- 6 ədəd 20.Bagema stopka -6 ədəd 21.madonna servis-6 nəfərlik 22.servis kitayski -24 nəfərlik 23.rəngli bagema rumka (çəhrayı rəng)-6 ədəd 24.xrustal gül qabı- 2ədəd 25.çörək qabı (nikel-1 ədəd, plastik-1 ədəd) 26.divan kreslo üstü- 1 ədəd. 27.madonna nəlbəki-24 ədəd 28.balaca nəlbəki-24 ədəd 29.limon qabı xrustal (yarpaq)-12 ədəd 30.güllü boşqab dəsti- 12 ədəd 31.gül qabı şüşə-1 ədəd 32.mətbəx dəsti- 24 ədədlik 33.duz qabı- plastik 34.vedrə - (dəmir, 3 ədəd plastik) 35.vanna (böyük göy, qırmızı, 1 ədəd, kiçik-bozrəng- 1ədəd, ağ 1 ədəd) 36.mətbəxdə qrafinka - 2 ədəd 37.zərli pərdə - 6 metrlik 38.meyvə qabı şüşə - 2 ədəd 39.salat qabı şüşə- 6ədəd 40.soba üçün şüşə qab- 1 ədəd 41.tava -( 1 ədəd böyük, 1 ədəd tuj nikel qapaqlı, 1 ədəd yaşıl, 1 ədəd qədimi, 2 ədəd balaca nikel, 2 ədəd aliminuyum, 1 ədəd tuj tort üçün, 1 ədəd tefal) 42.şirri vedrə qapaqlı- 1ədəd 79. yolka ağacı və oyuncaqları- 1ədəd 43.şaxta baba oyuncaq – 1 ədəd 44.çərçivədə dua- 1ədəd 45.ayaqaltı böyük- 1 ədəd 46.xəkəndaz-2 ədəd (dəmir, plastik) 47.pol silən- 2ədəd 48.sabun qabı- 2ədəd 49.şampun saç- 2 ədəd böyük 50.parça – (3 metr qarmon, 3 metripək) 51.pərdə (ipək)- 1ədəd 52.döşək yığmaq üçün çanta- 6 ədəd 53.süfrə -6 ədəd 54.plastik buket gül-27 ədəd 55.şüşə çərçivə- 1 ədəd 56.divarşəkli kərbala-1 ədəd 57.coca-cola stəkan – 12 ədəd 58.şokki-mokki stəkan - 12 ədəd 59.zibil qabı- 1ədəd 60.soğan qabı- 2 ədəd 61.paltarsetkası- 2 ədəd 62.gül əkmək üçün qab- 2ədəd 63.video kasetlər 64.böyük kasa şüşə (yemək üçün)- 2 ədəd 65.şüşə salfet qabı-2 ədəd 66.boşqab yığmaq üçün plastik- 1ədəd 67.soyuducu üçün maqnit- 10 ədəd 68.oxlov – 1 ədəd 69.ət taxtası- 1ədəd 70.plastik veşilka- 1ədəd Cehiz əşyalarının Cavabdeh alınaraq İddiaçı geri qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X4)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, mülki iş üzrə mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçıya məxsus əşyaların qanunsuz olaraq ondan götürülüb-götürülməməsidir. Qeyd edilən halı da sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan cehiz əşyalarından məhrum olmuş və həmin əşyalar məhz cavabdehin faktiki sahibliyindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia ərizəsində sadalanan 111 adda cehiz əmlaklarından bir sıra əşyaları iddiaçıya qaytarılmışdır. Lakin, iddia ərizəsində qeyd edilən 70 adda cehiz əmlakları cavabdeh tərəfindən qaytarılmamışdır. Bu səbəbdən, iddia qismən təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157.2-ci, 225.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci, 77.1-ci, 119.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında olan əmlak mübahisəsi onların qeyri-rəsmi münasibətləri pozulduqdan sonra 2019-cu ildən başlamışdır. İddiaçı ona qarşı mənzilə köçürülmə ilə bağlı Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Sabunçu Rayon Məhkəməsində iddiaya baxılan zaman icra məmurları mənzilə baxış keçirmiş və iddiaçıya məxsus faktiki olaraq mənzidə olan cehiz əmlaklar üzərinə həbs qoyulmuşdur. İddiaçı bundan sonra mənzildə olan cehiz əmlakların az və ya çox olmasını mübahisələndirməmiş, ona aid bütün cehiz əmlak iddiaçının və onun tanıdığı şəxslərin iştirakı ilə İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl ona verilmişdir. Daha doğrusu gəlib özü cehiz əmlakını aparmışdır. O, heç vaxt ona cehizlərini aparmaq üçün maneə yaratmamışdır. Nədə ki onun siyahıda olan dəyəri bəlkədə ümumi ***-**** manat olan cehizlərinə onun ehtiyacı yoxdur. Cehiz əmlakı aparan zaman tərəfindən ümumi video və foto çəkiliş aparılmışdır. (Bu barədə məhkəməyə sübut təqdim edilmişdir). Aradan xeyli müddət keçdikdən sonra İddiaçı onun başqa şəxslə ailə həyatı qurmağını görüb, bunu qəbul etmədiyi üçün qərəzli olaraq ona qarşı əsassız cehiz əmlak iddiası irəli sürmüşdür. Halbuki, həmin siyahıda olan cehiz əmlak o, məhkəməyə müraciət etməmişdən əvvəl özü şəxsən gəlib ona məxsus mənzildən aparmışdır. Nəsimi Rayon Məhkəməsində hal-hazırki işə baxılan zaman məhkəmə mənzilə baxış keçirtmiş və mənzildə iddiaçıya məxsus heç bir əmlak aşkar edilməmiş və məhkəməyə məlum olmuşdur ki, İddiaçı tələb etdiyi cehiz əmlak aparıb. Yəni o əsassız iddia verib. Buna baxmayaraq məhkəmə yerli baxış zamanı aşkar etmədiyi, həmçinin Sabunçu rayon icra məmurlarının da hələ münasibətlər tam pozulmadığı dövrdə aşkar etmədiyi, hətta cavabdehin belə həmin cehizləri gətirməsi və cehizlərin onda olmasını təsdiq edəcək hər hansı sübutun məhkəməyə təqdim etmədiyini nəzərə almadan iddianı qismən təmin etməsi məhkəmənin bu işdə nə qədər qərəzli olmasının göstəricisidir. Məhkəmənin iddianı rədd etdiyi hissə isə gözdən pərdə asmaq kimi cavabdehin özünün apardığı ancaq iddia ərizəsində yazdığı cehiz əmlakdır. Məhkəmə həmin hissədə iddiaçıya və onun nümayəndəsinə iddia tələbinin azaldılması tələbini təklif etsə idi iddiaçı tələbi azaldardı. Bu hissədə də guya məhkəmə araşdırma apararaq iddianın bir hissəsinin təminə ehtiyacı olmaması qənaətinə gəlmək məhkəmə qətnaməsinin qanuniliyini şübhə altına alır. Məhkəmə iddiaya sübutların olmaması əsası ilə yox hətta daxili inama əsasən qətnamə çıxarmaq istəsəydi, cehiz əmlak iddiaçıda olduğu halda həmin əmlakları yenə də ondan tələb etməsi faktın digərlərinin də əsassız iddia kimi qiymətləndirib iddianı tamami ilə rədd edərdi. Məhkəmənin qətnaməsindən belə başa düşmək olarki, iddiaçı iddia ərizəsində nə istəsə, hansı formada yazsa məhkəmə onu təmin edəcəkmiş. Məhkəmə 70 adda cehiz əmlakların cavabdeh tərəfdən qaytarılmamasını, iddiaçı əgər həmin cehiz əmlakın hər birinin mövcudluğuna dair sübut təqdim edibsə, onların cavabdehdə olmasının hansı sübutlarla təsdiq edilməsini qətnamədə əsaslandırmamışdır. İddiaçı iddiasını məhkəmə hazırlıq iclasında və baxışında sübut edə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmələr cehiz əmlak və sair tələblərə baxıb iddiaya hüquqi qiymət verərkən üç halın xüsusi ilə sübut olunmasına nəzər yetirməlidir. Bunlardan biri cehiz əmlakın varlığımövcudluğu, ikincisi həmin əmlakın cavabdehdə olması, üçüncüsü isə əgər həmin əmlaklar cavabdehdədirsə onların dəyəri, İddiaçı qeyd edilən 3 halın heç birini sübut etmə iqtidarında olmamış, yalnız mülahizələrlə iddia vermiş və məhkəmə həmin mülahizələrə əsasən iddianı təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv olunmasını, həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Hazırkı cavabdeh qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilərək və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət vermiş və haqlı olaraq iddia üzrə tələb edilən 70 adda cehiz əşyalarının ümumiyyətlə mövcud olması, həmin əşyaların iddiaçıya məxsus olması və bu əşyaların hazırda Cavabdeh qanunsuz istifadə və sahibliyində olması qənaətinə gəlmişdir. Qətnamə bu hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır.

19. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış araşdırmanın nəticələrinə əsaslanaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia üzrə tələb edilən 70 adda cehiz əşyalarının cavabdehdə olması qənaətinə gəlmiş və onların iddiaçıya qaytarılmasını qət etmişdir. Cavabdehin qeyd edilən əşyaların onda olmaması və iddiaçının özü ilə aparmasının sübuta yetirilməməsi barədə dəlilləri yalnız formal mülahizələrdən ibarət olmaqla əsassızdır.

21. Lakin məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cehiz əşyalarının dəyərinin nə qədər olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş və birinci instansiya məhkəməsi tərəfindən də onların qiyməti müəyyən edilməmişdir. Halbuki, qətnamədə cehiz əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilərkən, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq bu əşyaların qətnamə icra olunan vaxt mövcud olmadığı halda, onların dəyəri ilə bağlı məsələyə də aydınlıq gətirilməlidir.

22. Məhkəmə kollegiyası iddiaçının tələb etdiyi cehiz əşyalarının dəyəri ilə bağlı hər hansı sübut təqdim etməməsini nəzərə alıb, apellyasiya icraatı zamanı əldə edilmiş "xxxx" MMC tərəfindən 23 avqust 2023-cü il tarixdə verilən mütəxəssis rəyinə əsasən, 1 ədəd çexiya istehsalı xrustal çılçıraq qızıl suyuna salınmış dəyəri 80 manat, 1 ədəd radiator dəyəri 70 manat, 2 ədəd aş qazan aliminuyum dəyəri 30 manat, 2 ədəd aşsüzən dəyəri 12 manat, 1ədəd dəmir qaşıq çevirən dəyəri 3 manat, dəmir qozqıran dəyəri 7 manat, 2 ədəd xrustal ayaqlı mürəbbə qabı dəyəri 10 manat, 2 ədəd xrustal kvadrat qənd qabı dəyəri 20 manat, 1 ədəd xrustal konfet qabı dəyəri 15 manat, 12 ədəd xrustal stəkan dəyəri 20 manat, 12 ədəd xrustal armudu stəkan dəyəri 20 manat, 1 ədəd xrustal peçənyə qabı dəyəri 10 manat, 1 ədəd xrustal kül qabı dəyəri 5 manat, 1 ədəd xrustal lotka qabı dəyəri 15 manat, 6 ədəd bagema stopqa dəyəri 25 manat, 24 ədəd servis kitayski dəyəri 80 manat, 6 ədəd rəngli bagema rumka (çəhrayı rəng) dəyəri 50 manat, 2 ədəd xrustal gül qabı dəyəri 40 manat, 1 ədəd plastik çörək qabı dəyəri 3 manat, 1 ədəd divan kreslo üstü dəyəri 5 manat, 24 ədəd balaca nəlbəki dəyəri 25 manat, 12 ədəd güllü boşqab dəyəri 25 manat, 1 ədəd şüşə gül qabı dəyəri 15 manat, 1 ədəd dəmir vedrə dəyəri 5 manat, 3 ədəd plastik vedrə dəyəri 10 manat, 1 ədəd göy rəngdə böyük vanna dəyəri 8 manat, 1 ədəd qırmızı rəngdə böyük vanna dəyəri 8 manat, 2 ədəd su qabı dəyəri 10 manat, 2 ədəd zərli pərdə dəyəri 40 manat, 2 ədəd şüşə meyvə qabı dəyəri 30 manat, 1 ədəd tefal tava dəyəri 15 manat, 1 ədəd şirri vedrə qapaqlı dəyəri 17 manat, 1ədəd yolka ağacı dəyəri 50 manat, 79 ədəd yolka ağacı oyuncağı dəyəri 30 manat, 1 ədəd şaxtababa oyuncağı dəyəri 10 manat, 2 ədəd dəmir xəkəndaz dəyəri 5/3 manat, 2 ədəd polsilən dəyəri 10 manat, 2 ədəd sabun qabı dəyəri 2 manat, 2 ədəd şampun saç böyük dəyəri 6 manat, 27 ədəd plastik buket gül dəyəri 50 manat, 1 ədəd zibil qabı dəyəri 10 manat, 2 ədəd soğan qabı dəyəri 20 manat, 2 ədəd böyükkasa şüşə dəyəri 2 manat, 2 ədəd şüşə salfetka qabı dəyəri 7 manat, 1 ədəd ət taxtası dəyəri 6 manat, 1 ədəd qab yumaq üçün moyka dəyəri 15 manat təşkil edir.

23. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 796/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iddia təmin edilməklə ümumi dəyəri 954 manat olan cehiz əşyaları - 1. Çexiya istehsalı xrustal çılçıraq qızıl suyuna salınmış, 2. Alman istehsalı dəhliz mebeli (3 yarus), 3. mebel çərçivədə divarsaatı, 4. Eurolux mikser, 5. Radiator, 6. servis naborçay dəsti (12 ədəd), 7. xrustal tort qabı, 8. şirri qazan 5 dəst, 9. Şirri qazan 3 ədəd, 10.aş qazan aliminuyum 2 ədəd, 11. aş süzən - 2 ədəd, 12. saxlama qabı 10 ədəd böyük, 13.dəmir sarımsaq sıxan, 14.dəmir qoz qıran, 15.tort götürmək üçün dəmir lapatka-1 ədəd, 16.kabab etmək üçün dəmir şiş-12 ədəd, 17.ət qızartmaq üçün setka - 1 ədəd, 18.xrustal qablar- (2 ədəd ayaqlı mürəbbə qabı, 2 ədəd kvadrat qənd qabı, 1 ədəd konfet qablar, stəkan 12 ədəd, 12 ədəd armudu stəkan, peçənyə qabı 1 ədəd, kül qabı-1 ədəd, lotka - 1 ədəd), 19.yataq dəsti- 6 ədəd, 20.Bagema stopka -6 ədəd, 21.madonna servis-6 nəfərlik, 22.servis kitayski -24 nəfərlik, 23.rəngli bagema rumka (çəhrayı rəng)-6 ədəd, 24.xrustal gül qabı- 2ədəd, 25.çörək qabı (nikel-1 ədəd, plastik-1 ədəd), 26.divan kreslo üstü- 1 ədəd., 27.madonna nəlbəki-24 ədəd, 28.balaca nəlbəki-24 ədəd, 29.limon qabı xrustal (yarpaq)-12 ədəd, 30.güllü boşqab dəsti-12 ədəd, 31.gül qabı şüşə- 1 ədəd, 32.mətbəx dəsti- 24 ədədlik, 33.duz qabı- plastik, 34.vedrə - (dəmir, 3 ədəd plastik), 35.vanna (böyük göy, qırmızı, 1 ədəd, kiçik-bozrəng- 1ədəd, ağ 1 ədəd), 36.mətbəxdə qrafinka - 2 ədəd, 37.zərli pərdə - 6 metrlik, 38.meyvə qabı şüşə - 2 ədəd, 39.salat qabı şüşə- 6 ədəd, 40.soba üçün şüşə qab-1 ədəd, 41.tava -(1 ədəd böyük, 1 ədəd tuj nikel qapaqlı, 1 ədəd yaşıl, 1 ədəd qədimi, 2 ədəd balaca nikel, 2 ədəd aliminuyum, 1 ədəd tuj tort üçün, 1 ədəd tefal), 42.şirri vedrə qapaqlı- 1ədəd 79. yolka ağacı və oyuncaqları- 1ədəd, 43.şaxta baba oyuncaq – 1 ədəd, 44.çərçivədə dua- 1ədəd, 45.ayaqaltı böyük- 1 ədəd, 46.xəkəndaz-2 ədəd (dəmir, plastik), 47.pol silən- 2ədəd, 48.sabun qabı- 2ədəd, 49.şampun saç- 2 ədəd böyük, 50.parça – (3 metr qarmon, 3 metr-ipək), 51.pərdə (ipək)- 1ədəd, 52.döşək yığmaq üçün çanta- 6 ədəd, 53.süfrə -6 ədəd, 54.plastik buket gül-27 ədəd, 55.şüşə çərçivə- 1 ədəd, 56.divarşəkli kərbala-1 ədəd, 57.coca-cola stəkan – 12 ədəd, 58.şokki-mokki stəkan - 12 ədəd, 59.zibil qabı- 1ədəd, 60.soğan qabı- 2 ədəd, 61.paltarsetkası- 2 ədəd, 62.gül əkmək üçün qab- 2ədəd, 63.video kasetlər, 64.böyük kasa şüşə (yemək üçün)- 2 ədəd, 65.şüşə salfet qabı- 2 ədəd, 66.boşqab yığmaq üçün plastik- 1ədəd, 67.soyuducu üçün maqnit- 10 ədəd, 68.oxlov – 1 ədəd, 69.ət taxtası- 1ədəd, 70.plastik veşilka - 1ədəd, bu əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri, Cavabdeh alınaraq İddiaçı verilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-796/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməklə həmin hissədə iddia təmin edilsin. Ümumi dəyəri 954 manat olan cehiz əşyaları - 1. Çexiya istehsalı xrustal çılçıraq qızıl suyuna salınmış, 2. Alman istehsalı dəhliz mebeli (3 yarus), 3. mebel çərçivədə divarsaatı,

4. Eurolux mikser, 5. Radiator, 6. servis naborçay dəsti (12 ədəd), 7. xrustal tort qabı, 8. şirri qazan 5 dəst, 9. Şirri qazan 3 ədəd, 10.aş qazan aliminuyum 2 ədəd, 11. aş süzən - 2 ədəd, 12. saxlama qabı 10 ədəd böyük, 13.dəmirsarımsaq sıxan, 14.dəmir qoz qıran, 15.tort götürmək üçün dəmir lapatka-1 ədəd, 16.kabab etmək üçün dəmir şiş-12 ədəd, 17.ət qızartmaq üçün setka - 1 ədəd, 18.xrustal qablar- (2 ədəd ayaqlı mürəbbə qabı, 2 ədəd kvadrat qənd qabı, 1 ədəd konfet qablar, stəkan 12 ədəd, 12 ədəd armudu stəkan, peçənyə qabı 1 ədəd, kül qabı- 1 ədəd, lotka - 1 ədəd), 19.yataq dəsti- 6 ədəd, 20.Bagema stopka-6 ədəd, 21.madonna servis-6 nəfərlik, 22.servis kitayski -24 nəfərlik,23.rəngli bagema rumka (çəhrayı rəng)-6 ədəd, 24.xrustal gül qabı- 2ədəd, 25.çörək qabı (nikel-1 ədəd, plastik-1 ədəd), 26.divan kreslo üstü- 1 ədəd., 27.madonna nəlbəki-24 ədəd, 28.balaca nəlbəki-24 ədəd, 29.limon qabı xrustal (yarpaq)-12 ədəd, 30.güllü boşqab dəsti-12 ədəd, 31.gül qabı şüşə- 1 ədəd, 32.mətbəx dəsti- 24 ədədlik, 33.duz qabı- plastik, 34.vedrə - (dəmir, 3 ədəd plastik), 35.vanna (böyük göy, qırmızı, 1 ədəd, kiçik-bozrəng- 1ədəd, ağ 1 ədəd), 36.mətbəxdə qrafinka - 2 ədəd, 37.zərli pərdə - 6 metrlik, 38.meyvə qabı şüşə - 2 ədəd, 39.salat qabı şüşə- 6 ədəd, 40.soba üçün şüşə qab- 1 ədəd, 41.tava -( 1 ədəd böyük, 1 ədəd tuj nikel qapaqlı, 1 ədəd yaşıl, 1 ədəd qədimi, 2 ədəd balaca nikel, 2 ədəd aliminuyum, 1 ədəd tuj tort üçün, 1 ədəd tefal), 42.şirri vedrə qapaqlı- 1ədəd 79. yolka ağacı və oyuncaqları-1ədəd, 43.şaxta baba oyuncaq – 1 ədəd, 44.çərçivədə dua- 1ədəd, 45.ayaqaltı böyük-1 ədəd, 46.xəkəndaz-2 ədəd (dəmir, plastik), 47.pol silən- 2ədəd, 48.sabun qabı- 2ədəd, 49.şampun saç- 2 ədəd böyük, 50.parça – (3 metr qarmon, 3 metr-ipək), 51.pərdə (ipək)- 1ədəd, 52.döşək yığmaq üçün çanta- 6 ədəd, 53.süfrə -6 ədəd, 54.plastik buket gül-27 ədəd, 55.şüşə çərçivə- 1 ədəd, 56.divarşəkli kərbala-1 ədəd, 57.coca-cola stəkan – 12 ədəd, 58.şokki-mokki stəkan - 12 ədəd, 59.zibil qabı- 1ədəd, 60.soğan qabı- 2 ədəd, 61.paltarsetkası- 2 ədəd, 62.gül əkmək üçün qab- 2ədəd, 63.video kasetlər, 64.böyük kasa şüşə (yemək üçün) - 2 ədəd, 65.şüşə salfet qabı- 2 ədəd, 66.boşqab yığmaq üçün plastik- 1ədəd, 67.soyuducu üçün maqnit- 10 ədəd, 68.oxlov – 1 ədəd, 69.ət taxtası- 1ədəd, 70.plastik veşilka - 1ədəd, bu əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri Cavabdeh alınaraq İddiaçı qızına verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar