Məhkəmə qərarları › İş №2(103)-4224/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4224/2022

23.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4224/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1545/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MTK Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-1545/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “əmlak tələbi” ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1694/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin digər hakimi R.Eyvazovun icraatındadır. Eyni zamanda, müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3867/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı mülki iş yuxarıda qeyd edilən mülki işlə əlaqəli olduğundan həmin mülki işlərin baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş əlaqəli olan “iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “əmlak tələbi” ilə bağlı 2(103)-3867/2022 saylı mülki iş” ilə bir icraatda baxılması üçün həmin işə birləşdirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair 2(103)- 4224/2022 saylı mülki iş, onunla əlaqəli olan “iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “əmlak tələbi” üzrə 2(103)-3867/2022 saylı mülki iş” ilə bir icraatda baxılması üçün həmin işə birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar