Məhkəmə qərarları › İş №2(103)-4227/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4227/2022

21.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4227/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9 Şayəddin oğluna, Cavabdeh8, Cavabdeh7, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə, X10 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3, Cavabdeh6, X15 qarşı (Bakı şəhəri 6 saylı, 11 saylı, 15 saylı, 27 saylı, 28 saylı, 38 saylı, 51 saylı notariat ofisilərinin və Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Omlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Bakı şəhər Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildikləri) iddia tələbləri üzrə (Açar sözlər: müqavilənin etibarsız sayılması, müqavilənin ləğv olunması, mülkiyyət hüququ, ziyanın ödənilməsi, vicdanlı alıcı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh3 iştirakları ilə İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9 Şayəddin oğluna, Cavabdeh8, Cavabdeh7, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə, X10 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 qarşı “müqavilələrin ləğv və etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə X7 1995-ci ildə nikaha daxil olmuş, “İnfiniti FX35” markalı ** VL *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2007-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2006cı il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzil xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. “İnfiniti FX35” markalı **-VL- *** dövlət qeydiyyat nişanı avtomobil xx.xx.2011-ci il tarixdə İddiaçı adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına qeydiyyata alınmış, xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adında qeydiyyatda qalmaqla yalnız dövlət qeydiyyat nişanı dəyişdirilərək nəqliyyat vasitəsinə yeni **-VB-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş, xx.xx.2014-cü il tarixdə komisyon mağazada satılması üçün Ülvü Quliyevin adından qeydiyyatdan çıxarılmış və dövlət qeydiyyat nişanı təhvil verilmiş, xx.xx.2014-cü il tarixdə hesab-arayış əsasında Cavabdeh8 adına qeydiyyata alınaraq nəqliyyat vasitəsinə **-BP-*** dövlət qeydiyyat nişanı təhkim edilmiş, xx.xx.2019-cu il tarixdə isə avtomobil Cavabdeh8 adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən alqı-satqı müqaviləsi əsasında Cavabdeh7 adına təkrar dövlət qeydiyyatına alınmışdır. ünvan 1 ünvanında yerləşən 70 saylı mənzil 27 saylı notariat kontorunda 4Ə-01/187 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh3 adına qeydiyyata alınmış, 51 saylı notariat kontorunda bağlanmış 4ə-122 reyestr nömrəli xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh11 mülkiyyətinə keçmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0.0400 ha torpaq sahəsi 11 saylı notariat kontorunda bağlanmış 4Ə/163 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətinə verilmiş, 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış 4Ə-1-289 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədır.

2. İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh11, Cavabdeh10, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə qarşı iddia ərizəsi, sonradan isə X10 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3, Cavabdeh6, Cavabdeh5, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh9 Şayəddin oğlunu da cavabdehlər kimi göstərdiyi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, “İnfiniti FX35" markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2011-ci il tarixdə dəyəri olmuş 32 000 manatın Cavabdeh2 alınaraq ona verilməsi; **-VL-*** dövlət qeydiyyat nişanının Cavabdeh10 alınaraq ona qaytarılması; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi barəsində xx.xx.2013-cü il tarixdə X22 ilə Cavabdeh4 arasında 11 saylı DNK-da bağlanmış 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 ilə Cavabdeh5 arasında 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış 4Ə-1-289 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması; Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzilə dair Bakı şəhəri 21 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə X7 tərəfindən Cavabdeh3 adına tərtib olunmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 ilə Cavabdeh11 arasında xx.xx.2016-cı il tarixdə 51 saylı DNK-da bağlanmış 40-122 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması və qeyd olunan torpaq sahəsi və mənzilə dair Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş mülkiyyət hüquqlarına dair çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ev 106-da yerləşən 2 otaqlı 70 saylı mənzil, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi və “İnfiniti FX35” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətində olmuş, sonradan həmin əmlaklar cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən çıxarılaraq özgəninkiləşdirilmişdir. Belə ki, “İnfiniti FX35" markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası DİNnin BDYPİ-də Cavabdeh2 adına alqı-satqı müqaviləsi əsasında sənədləşdirilmiş, həmin vaxt avtomobilin dəyəri 32 000 manat olmuş, Cavabdeh2 avtomobili xx.xx.2012-ci il tarixdə Cavabdeh9 satmış və pulunu mənimsəmiş, bununla da ona 32 000 manat maddi ziyan vurmuşdur. Bundan başqa, avtomobilin **-VL-*** dövlət qeydiyyat nişanı Cavabdeh2 tərəfindən Cavabdeh9 verilmiş, daha sonra həmin qeydiyyat nişanı Cavabdeh10 məxsus “BMW-750" markalı avtomobilə təhkim olunmuşdur. Avtomobilin alqı-satqısı onun adından Cavabdeh3 tərəfindən saxta yolla tərtib olunmuş etibarnamə əsasında həyata keçirilmişdir. Belə ki, Rusiya Federasiyası, Tümen vilayəti, Xantı-Mansiysk vilayəti, Radujnıy şəhərində xx-xx/489000 nömrəli xx.xx.2010-cu il tarixdə hazırlanması adı ilə əldə olunmuş saxta etibarnaməyə əsasən guya o, Cavabdeh2 avtomobilə dair etibarnamə vermişdir. Halbuki, heç vaxt heç kəsə belə bir etibarnamə verməmişdir və bunu notarius K.V.Osipovun xx.xx.2020-ci il tarixli məktubu və həmin iş üzrə aparılan cinayət işi üzrə istintaq orqanına təqdim olunmuş xx.xx.2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi də təsdiq edir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixdə 11 saylı DNKda 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X23 tərəfindən Cavabdeh4 satılmış, bu zaman bir neçə saxta etibarnamələrdən istifadə olunmuşdur. Belə ki, adından Cavabdeh3 adına 6 saylı notariat kontorunda xx.xx.2011-ci il tarixdə ƏN-İ seriyalı 287878 saylı saxta baş etibarnamə tərtib olunmuş, daha sonra həmin etibarnamədə müəyyən olunan səlahiyyətlər 38 saylı notariat kontorunda xx.xx.2012-ci il tarixdə Cavabdeh2 ötürülmüş, daha sonra isə həmin etibarnamədə müəyyən olunan səlahiyyətlər notarius E.H.Qurbanov tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş qanunsuz etibarnamə ilə Cavabdeh2 tərəfindən X16 ötürülmüşdür. X23 da həmin etibarnamədən istifadə edərək torpaq sahəsini Cavabdeh4 satmışdır. Cinayət işi üzrə istintaq orqanına təqdim olunmuş xx.xx.2020-ci il tarixli məhkəmə-xəttşünaslıq ekspertizasının 4/59 saylı rəyinə əsasən xx.xx.2011 -ci il tarixli, ƏN-İ seriyalı, 287878 saylr etibarnamədə olan "İmza" qrafasındakı imza və "Quliyeva" soyadı onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Etibarnamənin tərtibi zamanı notariat kontorunda Cavabdeh1 özünü onun adından təqdim etmişdir. Daha sonra, həmin torpaq sahəsi 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış 4Ə-1-289 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə Cavabdeh4 tərəfindən Cavabdeh5 satılmışdır. Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 106, 70 saylı mənzil Bakı şəhəri 27 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə Cavabdeh3 adına bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirmiş, onun adına həmin mənzilə dair çıxarış alınmış, Cavabdeh3 Cavabdeh2 vasitəsilə həmin mənzili xx.xx.2016-cı il tarixdə 51 saylı DNK-da 4Ə-122 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh11 satmışdır. Həmin mənzil xx.xx.2014-cii il tarixdə Cavabdeh3 adına bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilərkən də saxta etibarnamədən istifadə olunmuşdur. Belə ki, adından Cavabdeh6 adına notarius A.K.Məmmədov tərəfindən (indiki 15 saylı notariat kontorunda) xx.xx.2013-cü il tarixdə saxta baş etibarnamə tərtib olunmuş, daha sonra həmin etibarnamədə müəyyən olunan səlahiyyətlər Cavabdeh6 tərəfindən 15 saylı notariat kontorunda xx.xx.2013-cii il tarixdə X5 ötürülmüşdür. X7 da həmin etibarnamədən istifadə edərək mənzili Cavabdeh3 Qardatxan oğluna bağışlamışdır. Cinayət işi üzrə istintaq orqanına təqdim o!unmuş ekspert rəyinə əsasən etibarnamədə olan "İmza" qrafasındakı imza. “Quliyeva” soyadı və ********** rəqəmləri onun tərəfindən deyil, Cavabdeh1 tərəfindən icra olunmuşdur. Etibarnamənin təsdiqi zamanı notariat kontorunda Cavabdeh1 özünü onun adından təqdim etmişdir. Sonradan Cavabdeh3 qardaşı Cavabdeh2 (11 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli etibarnamə) vasitəsilə həmin mənzili xx.xx.2016-cı il tarixdə 51 şaxlı DNK-da 40-122 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh11 satmışdır. Beləliklə, əmlaklara dair bağlanmış müqavilələrdən məlumatı və onlara razılığı olmamış, cavabdehlər bunları özbaşına etmişlər. Qeyd olunanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmuş və göstərdiyi faktlar öz əksini tapmışdır. a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işin araşdırılmış sübutlarla, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı və tərəflərin izahatları ilə müəyyən edilmiş hallarına görə, İddiaçı və Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu 1995-ci ildə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahları dövründə onlar “İnfiniti FX35" markalı **-VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsini və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzili əldə etmiş, həmin əmlaklar İddiaçı adına qeydiyyatdan keçmişdir. Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu onkoloji xəstəliyə tutulmuş, müalicə xərclərini qarşılamaq məqsədilə qardaşları Cavabdeh2 və Cavabdeh3 yardımı ilə İddiaçı adından verilmiş saxta etibarnamələr əsasında mübahisəli daşınar və daşınmaz əmlakları özgəninkiləşdirmiş, əldə olunmuş pul vəsaitini müalicəsinə və bu məqsədlə götürdüyü borcların ödənilməsinə sərf etmişdir. Mübahisə predmeti olan daşınar və daşınmaz əmlakları əldə etmiş şəxslərin qeyd olunan əmlakları əldə etmələri ilə bağlı hər hansı qanunazidd əməllərdə iştirakı təkzib olunur. İş üzrə araşdırılmış sübutlarla cavabdehlər Cavabdeh11 və Cavabdeh5 tərəfindən İddiaçı adına qeydiyyatdan keçən, sonuncunun Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu ilə birgə nikahları dövründə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsini və ünvan 3, 70 saylı mənzili alqısatqı anında dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına əsaslanan və həmin əmlakları özgəninkiləşdirmək hüququna malik olan satıcılarla bağlanmış alqı-satqı müqavilələri əsasında əldə etmələri, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunazidd əməlləri barədə məlumatlarının olmaması və bununla da vicdanlı alıcı olmaları, İddiaçı Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu ilə 1995-ci ildən sonuncunun vəfatına qədər ailə münasibətində olduqları, onların bu müddət ərzində birgə təsərrüfat aparması, özgəninkiləşdirilmiş əmlakların pulunun ailə ehtiyacları üçün sərf olunması müəyyən edilmişdir. Odur ki, mübahisə obyekti olan torpaq sahəsinin və mənzilin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışlar (reyestrdəki qeyd) etibarsız hesab edilə bilməz. Həmçinin, iddiaçı qeyd olunan müqavilələrin etibarsızlığına dair əsaslı və şübhədənkənar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, “İnfiniti FX35" markalı **-VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satılaraq əldə olunmuş vəsaitin ərinin xəstəliyinə sərf olunmasının 2012-ci ilin yay aylarında ona məlum olması İddiaçı ibtidai istintaqa vermiş olduğu ifadəsində birbaşa etiraf olunmuşdur. Odur ki, hazırda həmin avtomobilin dəyərinin tələb olunmasının heç bir hüquqi əsası yoxdur.

6. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını irəli sürmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

7. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 şikayətin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, 2011-ci il tarixdə iddiaçının həyat yoldaşı olan qardaşları Lütvəli Ülvüyə öz tanışı vasitəsilə etibarnamə göndərmiş, o da həmin etibarnaməni hava limanından götürmüşdür. X27 avtomobili öz adına keçirməsini, banka girov qoyaraq pul götürüb ona göndərməsini xahiş etmiş, Ülvü avtomobili öz adına keçirmiş, bankdan pul götürüb qardaşı Lütfəliyə vermiş, avtomobili adına keçirdikdən sonra Yeganəyə və qardaşı Lütfəliyə etibarnamə də vermişdir. Sonradan avtomobil Lütfəlinin göstərişi ilə satılmış və pulu qardaşı Lütfəliyə verilmişdir. Lütfəli avtomobilin üzərində olan **-VL-*** qeydiyyat nişanını isə Sahibbədindən aldığı borcun əvəzinə ona vermişdir. İddiaçı iddia ərizəsində göstərdiyi xüsusuatlarla bağlı Nərimanov rayon Polis idarəsində araşdırmalar aparılmış, onlara qarşı cinayət təqibinə xitam verilmişdir.

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh1, Cavabdeh4, Paşayev Aİlahverdi Sahibəddin oğlu, Cavabdeh9 Şayəddin oğlu, Cavabdeh8, Cavabdeh7, Cavabdeh11, Cavabdeh5, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi, Cavabdeh6, habelə üçüncü şəxslər Bakı şəhəri 6 saylı, 11 saylı, 15 saylı, 27 saylı, 28 saylı, 38 saylı, 51 saylı notariat ofisilərinin və Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Omlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

12. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

13. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

14. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

15. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

16. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

17. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

18. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

19. Maddə 225. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər”.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

20. Maddə 32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

21. Maddə 33. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

25. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

30. Kollegiya aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir:

31. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi C.Kərimovun “Cinayəl işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından aydın olur ki, ********* nömrəli cinayət işinin başlanılmasına səbəb və əsas Cavabdeh2 2012-ci ilin iyun ayında sabiq qardaşı arvadı Cavabdeh1 məxsus torpaq sahəsində ev tikmək üçün Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətindən icazə almaq adı ilə digər qardaşı X7 vasitəsilə Cavabdeh1 15 000 manat pul alması, daha sonra isə evi tikmək üçün Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 106 saylı binada Cavabdeh1 daha 13 000 manat pul alması, lakin vədinə əməl elməyərək dələdizluq yolu ilə Cavabdeh1 külli miqdarda əmlakını qəsdən ələ keçirməsi barədə sonuncunun şikayət ərizəsi əsasında toplanmış materiallar olmuşdur.

32. Həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, X7 ilə 1995-ci ilin aprel ayında ailə qurmuş, 1995-ci ilin noyabr ayının sonlarında əri Lütfəli ilə birlikdə X18 vilayətinin Raduqa şəhərinə köçüb 2014-çü ilə kimi orada yaşamış, nikahlarından 1996-cı ildə Kənan, 1998-ci ildə Diana anadan olmuş, Lütfəli 2016-cı ildə ad və soyadını dəyişərək Əli Quluzadə kimi rəsmiləşdirmişdir. Lütfəliyə qoşulub qaçdığına görə atası ona cehiz verməmiş, cehiz əvəzi 2000-ci ildə 17 000 ABŞ dolları pul vermişdir ki, özünə mənzil alsın. 2000-ci ildə qaynanası Lütfəliyə zəng etmişdir ki, oğlanları, yəni onun qayınları Ülvi və Zülfəli onların evlərini banka girov qoyub pul götürüblər, bank evi əllərindən alıbdır, hazırda kirayə ev tutub yaşayırlar. 2001-ci ildə Rusiya Federasyasında yaşayan qardaşı Ceyhun yol qəzasında rəhmətə getmiş, əri ilə birlikdə qardaşının cənazəsini Bakı şəhərinə gətirib dəfn edərək yas mərasimindən sonra atasının ona verdiyi 17 000 ABŞ dollarına Nərmanov rayonu, F.X.Xoysk prospekti 106, 70 saylı mənzili adına almış, tam təmir edərək ailəsi ilə 3 ay orada qalmışdır. 2006-cı ilin yay aylarında Bakı şəhərinə gəlib əri Lütfəlinin verdiyi 66 000 ABŞ dollarına Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində 4 sot torpaq sahəsini 66 000 ABŞ dollarına öz adına almışdır. Həmin torpaq sahəsində birmərtəbəli tikili olsa da, yaşayış olmamışdır. 2007-ci ildə əri Lütfəlinin verdiyi pulla öz adına “İnfiniti FX 35” markalı avtomobili avtosalondan alaraq 1,5 ay idarə edib sonra atasının həyətində olan dayanacaqda saxlamış və Rusya Federasyasına ailəsinin yanına getmişdir. 2008-ci ildə Bakı şəhərinə gəlməmiş, 2009-cu ilin yay aylarında Bakı şəhərinə ailə üzvləri ilə birlikdə gəlib adına olan avtomobili atasının həyətindəki dayanacaqdan çıxarıb özü idarə etmişdir. 2010-cu ildə qayınları Ülvi və Zülfəli gizli olaraq qarajın qapısını açıb avtomobilin salonunda olan texniki pasportu götürüb onun adından Ülvinin adına saxta etibarnamə almışlar ki, güya həmin etibarnaməni o, X19 Quliyevin adına vermişdir. 2008-ci ildə Lütfəlinin biznesi iflasa uğramış və Lütfəli 2011-ci ilin qış aylarında qayıdıb Bakı şəhərinə gəlmişdir. Uşaqları təhsil aldıqlarına görə uşaqlarının yanında qalmış, 2012-ci ilin yay aylarında uşaqları ilə birlikdə Bakı şəhərinə gəlmiş və atasının həyətində qarajda saxladığı avtomobili çıxarıb idarə etmək istəmişdir. Bu vaxt əri Lütfəli demişdir ki, borcları olduğundan avtomobili satıb borcunu bağlamışdır. Lütfəlidən avtomobili onun iştirakı olmadan necə satdığını soruşduqda o bildirmişdir ki, qardaşı Ülvi sənədləşmə məsələsini həll etmişdir. Ərinə inandığına görə əlavə suallar verməmişdir. Çünki Lütfəli 2011-ci ildə Bakı şəhərinə gələndən sonra xəstələnmiş və özünü müayinə etdirəndə məlum olmuşdur ki, başında bədxassəli şiş var. Bundan sonra Lütfəlinin atası evində onun valideyinləri və qardaşları ilə birlikdə yaşamağa başlamış, Xətai rayonu, Fəhlə prospektində yerləşən həmin həyət evini 2004-cü ildə əri Lütfəli öz pulu ilə atası Qardaşxanın adına almışdır. Uşaqları ilə birlikdə Lütfəlinin yanında qaynatasının evində 1 ay yaşadıqdan sonra Nərmanov rayonu, F.X.Xoysk prospekti 106, mənzil 70 ünvanında yerləşən 2 otaqlı mənzilinə köçüb 2 ay yaşamış, sonra dərslər başladığından uşaqları ilə birlikdə Rusiya Federasyasına getmiş, əri isə müalicəsi ilə bağlı Bakı şəhərində qalmışdır. Bakı şəhərinə qayıdanda Lütfəlinin əməliyyatı üçün 5000 ABŞ dolları pul gətirmiş və həmin pulu Lütfəliyə verib getmişdir. 2013-cü ilin qış aylarında Lütfəli əməliyyat olunmuş, ağ ciyərinin bir payı götürülmüşdür. 2013-cü ilin yay ayında uşaqları ilə birlikdə Bakı şəhərinə gələrək qaynatası evində, bəzən isə Nərimanov rayonunda yerləşən adına olan mənzildə qalmış, həmin vaxt Lütfəli yataq vəziyyətində müalicə almışdır. Badamdar qəsəbəsindən aldığı torpaq sahəsinə və evinə baxmamış, yay tətili başa çatdığına görə uşaqları ilə birlikdə qayıdıb Rusiyaya getmişdir. 2014-cü ildə Lütvəlinin başında olan xəstəliyi daha da kəskinləşmiş, oğlu Kənan Rusiya Federasiyasının Tümen şəhərində Gömrük Universitetinə qəbul olunduğuna görə o, Bakı şəhərinə gələ bilməmişdir. 2015-ci ilin yay aylarında uşaqları ilə birlikdə Bakı şəhərinə gəlib Lütfəlinin vəziyətinin daha da pisləşdiyini görmüş, yay tətilində Bakıda qalıb sonra uşaqları ilə birlikdə Rusiyaya getmişdir. 2016-cı ildə uşaqları ilə yay tətilində Türkiyəyə istirahətə getmişdir. 2017-ci ildə Nərimanov rayon prokurorluğundan onun mobil telefonuna zəng edib Nərmanov rayonu, F.X.Xoysk prospekti 106, mənzil 70 ünvanında yerləşən 2 otaqlı mənzilinin satıldığını, bu barədə qaynı Zülfəlinin keçmiş arvadı Cavabdeh1 dediyini bildirmişlər. Rozaya zəng edib maraqlananda sonuncu bildirmişdir ki, Ülvi ondan 28 000 manat borc pul götürüb qaytarmadığına görə o, Nərimarov rayon prokuroruna Ülvidən şikayət etmiş, sübutları az olduğu üçün və Ülvinin qardaşı ilə birləşib onun mənzilini satdığını bildiyinə görə bu haqda prokurora məlumat vermişdir. 2019-cu ilin fevral ayında əri X12 gəlib orada müalicə götürmüş, o isə tək Bakı şəhərinə gəiıb evi olmadığından qaynatası evində qalmış və qayınları Ülvi və Zülfəlidən mənzilini nə üçün satdıqlarını soruşmuşdur. Onlar mənzili Lütfəlinin satdığını demışlər. 2019-cu ilin payız aylarında əri Lütfəli Bakı şəhərinə gəlib qardaşlarını bir yerə yığmışdır ki, “onu aldadıb avtomobilini, evini ələ keçiriblər, pulları gətirib qaytarın, Yeganə gedib təkrar şikayət etməsin”. Ülvi demişdir ki, “hardadır pul, bir az gözləyin.” O, qayınları heç bir ödəniş etmədiyinə görə Nərimanov rayon prokurorluğuna gedib təkrar şikayət etmiş, 2019-cu ilin yay aylarında Badamdar qəsəbəsində aldığı 4 sot torpaq sahəsinin qonşuluğunda yaşayan İlqarın qaynatası evinə getmişdir. Oradan özünə aldığı torpaq sahəsinə baxanda görmüşdür ki, həmin torpaq sahəsində olan evi traktor sökür. Yaxınlaşıb qonşuluqda olan evə gözətçi duran kişidən soruşmuşdur ki, bu torpaq sahəsi və ev ona məxsusdur, tikilini kim sökür, şikayət edəcəkdir. Ona bildirmişlər ki, həmin yeri Ülvi Seyran adlı bir kişiyə satıbdır. Qaynatası evinə gəlib bu haqda Lütfiyə deyəndə hiss etmişdir ki, ərinin də xəbəri yoxdur. Lütfəli qardaşları Ülviyə və Zülfəliyyə zəng etmişdir ki, onun xəbəri olmadan torpaq sahəsini nəyə görə satıblar?. Qaynatası və qaynanası demişlər ki, Lütfəli pul qazanıb gəlıb, qardaşları da satıblar, indi də, pulunu verərlər. Adına olan torpaq sahəsinin xəbəri olmadan satılması ilə bağlı Səbail rayon polis idarəsinə şikayət etmiş, ondan və Lütfəlidən təhqiqatçı izahat alarkən onlara sənədləri göstərib izah etmişdir ki, Ülvi onun adına olan torpaq sahəsini öz adına saxta etibarnamə ilə keçirib, öz adından isə atası Qardaşxan Quliyevin adına saxta etibarnamə veribdir, qaynatası da torpaq sahəsini Seyran adlı şəxsə satıbdır. Notariat kontoruna gedib müəyyən etmişdir ki, Ülvi saxta etibarnamələr düzəltdirərək həmin torpaq sahəsini satıb pulunu ələ keçiribdir.

33. Həmin cinayət işi üzrə dindirilmiş Cavabdeh1 ifadəsində bildirmişdir ki, 2000ci ildə X8 ilə rəsmi qaydada ailə qurmuş, ailə qurduqdan sonra atası Xırdalan qəsəbəsində, Sumqayıt Şossesi döngə 1 ünvanda onlara torpaq sahəsi vermiş, həmin torpaq sahəsində ev tikdirərək orada yaşamışlar. Zülfəlinin kiçik qardaşı Cavabdeh2 teztez müxtəlif şəxslərə qarşı dələduzluq etdiyindən həmin şəxslərdən bəziləri gəlib Ülvi barəsində Zulfəlıyə şikayətlənmiş, buna görə də ailələrində narazılıqlar yaranmışdır. 2011ci ildə Cavabdeh2 hansısa şirkətdə işləmiş və həmin şirkətin avtomaşınını idarə etmiş, həmin ərəfədə idarə etdiyi avtomaşınla qəza törətmiş və avtomaşını banka girov qoyaraq pul götürmək istəmişdir. Ülvinin onun bacısı Təlimə Nəsibovanın nişanlısı X2 ilə münasibəti yaranmış, Pərvizlə söhbət edərək həmin avtomaşını qəzalı vəziyyətdə “Unibanka” girov qoyaraq Pərvizin adına 15 000 manat kredit götürmüşdür. Sonradan həmin pulu banka ödəmədiyindən bank pulu Pərvizdən tələb etmiş, buna görə də bacısının ailəsində söz-söhbət yaranmağa başlamışdır. Həmin pul faizi ilə birlikdə 20 000 manat olmuşdur. Zülfəlidən boşanmaq üçün məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən verilmiş 3 ay müddət ərzində Zülfəli və anası Minafə həmin pulu ödəmək məqsədilə Sumqayıt Şossesi döngə 1 ünvanda yerləşən həyət evini bacısının ailəsini dağıdacaqları ilə hədələyərək satdıraraq Ülvinin Pərvizin adına bankdan götürdüyü 20 000 manat pulu ödətdirmişlər. 2012-ci ildə rəsmi qaydada ayrılsa da qızına görə Zülfəli ara-sıra gəlib-getmişdir. Həmin ərəfədə atası Bilal Nəsibov ona bir qədər pul vermiş, həmin pulla Binəqədi rayonu ərazisində torpaq sahəsi almışdır. Atası evin tikintisini başlasa da 2012-ci ilin aprel ayında vəfat etdiyindən evin tikintisi yarımçıq qalmış, bir müddət sonra özü evin tikintisini davam etmək istəmiş, Binəqədi rayon İcra Hakimiyyəti buna icazə verməmişdir. Ona görə də tikintiyə icazə verilməsi üçün yollar axtarmağa başlamış, həmin vaxt Zülfəli qardaşı X28 Nazirliyində işlədiyindən bu işdə ona kömək edə biləcəyini demişdir. Təxminən 2012-ci ilin iyun ayında keçmiş qaynı Lütfəli Quliyev onun mobil telefonuna zəng edərək Ülvinin evin tikintisinə icazə ala biləcəyini və bunun üçün 15 000 manat pul lazım olduğunu bildirmişdir. Zülfəlinin və Lütvəlinin sözlərinə inanaraq 15 000 manat pulu Zülfəliyə vermişdir ki, aparıb qardaşı Ulvıyə versin. Zülfəli ondan pulu alıb getmiş, səhəri gün Lütfəli ona zəng edib tikinti ilə bağlı icazənin alındığını bildirmiş, yanında olan Ülvi də onunla telefonla danışaraq icazənin alındığını demişdir. Daha sonra, Ülvi əlində nə qədər pulu olması ilə maraqlanmış, nə üçün soruşduğunu deyəndə, Ülvi “Zülfəlidən sənə ev tikdirən olmaz, sən əlində olan pulu mənə ver, mən də üstünü düzəldib, qardaşım qızının evini tikdirəcəm” sözlərini demiş, elə həmin gün Ülvinin ünvan 3 ünvanında yerləşən mənzilində 13 000 manat pulu Cavabdeh2 vermişdir. Ülvi pulu ataraq hər şeyin yaxşı olacağına söz vermişdir. Həmin vaxtdan bir neçə gün sonra torpaq sahəsinə getmiş və orada heç bir tikinti işinin aparılmadığını görüb, Ülviyə zəng edib ondan pulunü qaytarmasını tələb etmiş, Ülvi isə əlində pul olmadığını, ona iş yerindən əmək haqqı barədə arayış gətirməsini, qardaşı Lütfəlinin evini banka girov qoyub pul götürərək onun pulunu qaytaracağını bildirmişdir. Lütfəlinin evinin onun həyat yoldaşı Yeganənin adına olmasını, Yeganənin isə X14 şəhərində yaşamasını dedikdə, Ülvi Yeganənin adından onda baş etibarnamə olmasını bildirmişdir. İnanaraq, pulu əlindən çıxmasın deyə iş yerindən maaşı barədə arayış almış, 2012-ci ilin iyul ayında Lütfəli və Zülfəli ilə birlikdə "xxxx" QSC-nin Nizami rayon filialına getmiş, orada Lütfəli evi Zülfəlinin adına girov qoyaraq 50 000 manat pul götürmüş, o isə arayışı təqdim edərək zaminlik müqaviləsinə imza etmişdir. Pulu istədikdə Zülfəli və Lütfəli üstündə bu qədər pulu iş yerinə aparmamasını, axşam gəlib evdən götürməsini bildirmiş, axşam onlara zəng etsə də telefonu açmamışlar. Nəhayət Lütfəlini taparaq pulunu qaytarmasını tələb etmiş, lakin o, bankdan götürdükləri pulları müxtəlif adamlara olan borclarının yerinə verdiklərini, əllərində pulları olmadığından onun pulunu sonra verəcəklərini deyərək evin girov qoyulmasından Yeganənin xəbər tutmamasını xahiş etmişdir. Lütfəli həmçinin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 15 saylı notariat kontorunda Yeganənin adından saxta etibarnamə düzəldərək evi girov qoyduğunu bildirmişdir. Bundan bir müddət sonra bankdan ona bildiriş gəlmiş və onu bankın “problemli kreditlər” şöbəsinə dəvət etmişlər. Bankın işçiləri onun yanında Lütfəliyə zəng edərək bir həftə ərzində pul tamamilə ödənilməsə evin bankın hesabına keçiriləcəyini bildirmişlər. Səhəri gün onu yenidən banka dəvət edərək pulun tam ödənildiyini bildirərək zaminlikdən çıxmasına dair sənədləri imzalatdırmışlar. Yenə də pulunu istəyəndə Zülfəli artıq evin onun adına olduğunu bildirmiş, birlikdə gedib bankdan evin kupçasını götürüb sataraq pulunu götürə biləcəyini təklif etmişdir. Ona görə də Zülfəli ilə birlikdə banka getmiş, sonuncu evin kupçasını istəmiş, bankın işçiləri isə onun verdiyi etibarnamə əsasında kupçanı qardaşı Cavabdeh2 götürməsini bildirmişlər. Həmin vaxt Zülfəli qardaşı Ülviyə etibarnamə vermədiyini bildirmiş, bankdan çıxdıqdan sonra Ülviyə zəng edərək, nə vaxt ona etibarnamə verdiyini soruşmuşdur. Bundan sonra Zülfəli ilə birlikdə 11 saylı notariat kontoruna getmişlər. Orada Zülfəli notariat kontoruna daxil olmuş və bir qədər sonra qayıdaraq ona cavab verməkdən yayınmışdır. Buna görə də Lütfəliyə zəng edib, hər şeyi Yeganəyə deyəcəyini bildirmişdir. 2015-ci ilin noyabr ayında Lütfəli bu barədə Yeganəyə bir söz deməməsı üçün Qala kəndində olan torpaq sahəsini pulun əvəzinə ona verəcəyini vəd etmiş, bunun üçün Xətai rayonunda yerləşən 6 saylı notariat kontoruna gəlməsini, Ülvinin torpaq sahəsini onun adına sənədləşdirəcəyini bildirmişdir. Həmin günün səhəri yeznəsi Pərviz Məmmədbəyli ilə birlikdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 6 saylı notariat kontoruna getmiş, Ülvi də bir nəfər oğlanla birlikdə orada olmuş və həmin şəxsin torpaq sahəsinin sahibi olduğunu bildirmişdir. Sonra Ülvi tək notariusun otağına daxil olmuş, o notariusun yanında olanda həmin oğlandan torpağın ona məxsus olub-olmadığını soruşmuş, həmin oğlan heç bir torpağı olmadığını, Ülvinin onu hansısa bir sənədə qol çəkmək üçün çağırdığını bildirmişdir. Ülvi notariusun yanından çıxanda torpağın həqiqi sahibi hazırda burada olmadığından torpağı onun adına keçirə bilməyəcəyini, yalnız etibarnamə əsasında verə biləcəyini demişdir. Razılaşmayaraq Lütfəliyə zəng etmiş, sonuncu isə həmin torpağı sataraq onun pulunu verəcəklərini bildirmişdir.

34. Həmin cinayət işi üzrə şahid qismində dindirilmiş X20 bildirmişdir kı, əvvəllər adı “Lütfəli” olmuş, onkoloji xəstəliyə tutulduqdan sonra ümumi söhbətlərdən eşitmişdir ki, əgər adını dəyişdirsə həyatında yenilik ola bilər. xx.xx.2016-cı il tarixdə adı və soyadı dəyişdirilərək X4 qeyd olunmuş, bu barədə 2 saylı Bakı “Asan xidmətindən” adın, atanın adının və soyadı dəyışdirilməsi haqqında 016824 nömrəli şəhadətnamə verilmişdir. 1995ci ildə İddiaçı ilə rəsmi qaydada ailə qurmuş, 2 uşağı dünyaya gəlmişdir. 2012-ci ildən etibarən onkoloji xəstəlikdən əziyyət çəkdiyindən Bakı şəhərində və Rusiya Federasiyasında müalicələr almış, xəstəliyi ilə əlaqədar işləmədiyi üçün maddi durumu pisləşmişdir. Özü Bakı şəhərində olmasına baxmayaraq həyat yoldaşı Yeganə uşaqlarının təhsili ilə əlaqədar Rusiya Federasiyasının Tumen şəhərində yaşamışlar. 2012-ci ildə qardaşı Cavabdeh3 işləri ilə əlaqədar ona pul lazım olduğu üçün keçmiş arvadı Cavabdeh1 üstündə faiz ödəmək şərti ilə 15 000 manat pul götürdüyünüi və imkanı olmadığı üçün həmin pulu qaytara bilmədiyini demişdir. Roza Zülfəlidən pulunu tələb etdiyindən və müalicəsi ilə əlaqədar özünə pul lazım olduğu üçün, özünə məxsus Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 106 ünvanında olan 70 saylı mənzili banka girov qoyub kredit götürmək istəmişdir. Həmin mənzili 2002-ci ildə arvadı İddiaçı adına almışdır. Yeganə Rusiya Federasiyasının Tümen şəhərində olmasına baxmayaraq onun şəxsiyyət vəsiqəsi Bakı şəhərində evlərində olmuşdur. Mənzil Yeganənin adına olduğundan və onun adından etibarnamə olmadığından mənzili sənədləşdirə və ya banka girov qoya bilməmişdir. Cavabdeh1 ona bildirmişdir ki, qohumu Aytən Daşınmaz əmlakın Dövlət Reyestri xidmətində hüquqşünas işləyir və Aytənin vasitəsilə həmin mənzili başqa adamın adına keçirə bilər. Roza ilə birlikdə Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin Bakı Ərazi idarəsinə getmiş və mənzilin sənədlərini Aytənə göstərmiş, Yeganənin iştirakı olmadan başqa adamın adına keçirtmək istədklərini bidirmişlər. Aytən isə mənzilin çıxarışı köhnə olduğu üçün ilk öncə çıxarışı dəyişdirmək lazım olduğunu, bundan sonra Yeganənin adından etibarnamə olarsa mənzili başqa şəxsin adına keçirə biləcəklərini demişdir. Sonra Aytən işçilərdən kiməsə tapşırmış, mənzilin çıxarışını təhvil verib Yeganənin adına yeni çıxarış almışlar. Arvadı İddiaçı ilə Cavabdeh1 zahiri görkəmində birbirinə oxşarlıqları olmuşdur. Roza ilə belə razılığa gəlmişlər ki, Yeganənin şəxsiyyət vəsiqəsini notariat kontoruna təqdim elsinlər və Roza özünü Yeganə kimi təqdim edərək bu yolla etibarnamə alsınlar. Yeganənin şəxsiyyət vəsiqəsində olan şəkilində saçlarının rəngi qəhvəyi olmuş, həmin vaxtlar Rozanın saçlarının rəngi sarı olduğu üçün o qadın salonuna gedərək saçlarının rəngini qəhvəyi etdirmiş, həmçinin gözünə linza qoydurmuşdur. Roza əvvəlcədən Yeganənin şəxsiyyət vəsiqəsində olan imzasına baxaraq həmin imzanı oxşatmaq üçün kağız üzərində bir neçə dəfə çəkib məşq etmiş, xx.xx.2013cü il tarixdə o, dostu Cavabdeh6 zəng edərək “Neftçilər” metrostansiyasının yaxınlığında olan notariat kontoruna dəvət etmişdir. Cavabdeh1 Şahinə arvadı İddiaçı kimi təqdim etmiş və Şahindən xahiş etmişdir ki, onun adına etibarnamə versinlər. Cavabdeh6lə yaxın münasibətləri olduğu üçün sonuncu ona inanaraq heç bir sual vermədən razılaşmış, notariat kontorunda Cavabdeh1 özünü İddiaçı kimi təqdim etmiş və onun adından Şahın Soltanovun adına etibarnamə verilmişdir. Lakin sonradan Şahinin saxta sənəd almasını bilməsini istəməmişdir. 2013-cü ilin mart-aprel aylarında Roza ilə belə razılaşmışlar ki, yenə də özünü İddiaçı kimi təqdim etsin və mənzili qardaşı Cavabdeh3 adına sənədləşdirsinlər. Roza ilə birlikdə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində olan nömrəsini bilmədiyi notariat kontoruna getmişlər. Zülfəliyə də zəng edib həmin notariat kontoruna dəvət etmiş, Zülfəliyə mənzili onun adına sənədləşdirib, sonra isə banka girov qoyub kredit götürəcəyini bildirmiş və o razılaşmışdır. Roza yenə də gözünə linza qoyaraq rəngini dəyişdirmiş və Yeganənin şəxsiyyət vəsiqəsində olan imzasına baxaraq həmin imzanı bir neçə dələ kağız üzərində çəkmişdir. Bundan sonra notariat kontoruna keçmişlər və Cavabdeh1 özünü İddiaçı kimi təqdim edərək mənzili Cavabdeh3 adına sənədləşdirmişlər. Sonra Daşınmaz əmlakın Dövlət Reyestri xidmətinə müraciət edərək Aytənin köməkliyi ilə mənzilə qardaşı Cavabdeh3 adına çıxarış almışlar. Bundan sonra isə mənzili “Standard Bankın” Nizami rayon filialına girov qoyaraq Zülfəlinin adına 50 000 manat kredit götürmüşlər. Krediti götürərkən Cavabdeh1 Zülfəliyə zamin dayanmışdır. Həmin qanunsuz hərəkətləri barədə Cavabdeh6 və qardaşı Cavabdeh3 məlumatı olmamışdır. Pulu götürdükdən sonra hamısı birlikdə ona məxsus mənzilə gəlmişlər və orada Zülfəlinin Rozadan götürdüyü 15 000 manat pulu faizi ilə birlikdə qaytarmışdır. Sonradan o, krediti ödəyə bilmədiyi üçün qardaşı Ülvi bankın borcunu tam ödəyərək evi girovdan çıxarıb, Zülfəlinin adından Cavabdeh2 adına olan etibarnamə əsasında satmışlar. Qardaşları Ulvi və Zülfəli Cavabdeh1 evinin tikintisinə icazə alınması və evin tikintisi ilə əlaqədar heç vaxt pul almamışlar. Göstərdiyi proseslərdən qardaşı Cavabdeh2 ümumiyyətlə məlumatı olmamışdır.

35. Həmin cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh2 göstərmişdir ki, əvvəllər Rusiya Federasiyasında ticarətlə məşğul olan qardaşı X3 maddi imkanı yaxşı olmuş, Lütfəli ona və Zülfəlinin ailəsinə həmişə kömək etmişdir. Sonradan Lütfəlin işləri yaxşı getmədiyi üçün maddi durumu aşağı düşmüş, həmçinin xərçəng xəstəliyinə tutulmuşdur. Bundan sonra Lütfəli həm Rusiyada, həm də Bakı şəhərində yaşayaraq müalicələr almışdr. 2015-ci ildə məhkəmədən evlərinə bildiriş gəlmiş və ona məlum olmuşdur ki, Lütfəli evini girov qoyaraq bankdan kredit götürüb, krediti ödəmədiyi üçün bank sənədləri məhkəməyə göndərib. Həmin vaxt Lütfəli bildirmişdir ki, müalicəsinə pul lazım olduğundan Rozadan borc pul istəmiş və Roza ona faizlə pul vermişdir. Bir müddət Rozaya pulun faizini ödəmiş, lakin sonradan pulu ödəyə bilməmişdir. Ona görə də özünə məxsus, arvadı İddiaçı adına olan mənzili banka girov qoyaraq 50 000 manat kredit götürmüş, həmin puldan Rozaya olan borcunu ödəmiş, qalan 19 000 manatı isə özü götürmüşdür. Lütfəli həmçinin demişdir ki, Yeganə Rusiya Federasiyasında olduğundan əvvəlcədən razılaşdiqları kimi, onun şəxsiyyət vəsiqəsi ilə Cavabdeh1 hansısa notariat kontoruna aparmış və Roza özünü İddiaçı kimi təqdim etmiş, Yeganənin adından Cavabdeh3 adına baş etibarnamə verilmişdir. Sonra isə mənzili Zülfəlinin adına sənədləşdirərək banka girov qoymuşlar. O, bunları bildikdən sonra bankın borcunu ödəmək üçün pul axtarmış, pul tapa bilmədiyi üçün Lütfəli ilə belə razılığa gəlmişlər ki, mənzili satıb bankın pulunu ödəsinlər, qalan pulu isə götürsünlər. Qardaşları Lütfəli və Zülfəli ilə aralarında olan ümumi razılaşma əsasında Cavabdeh3 adından onda olan etibarnamə ilə Lütfəliyə məxsus mənzili xatırlamadığı şəxsə sataraq bankın borcunu tam ödəmiş, qalan pulu isə Lütfəliyə vermişdir. Bir müddət sonra Lütfəli ona bildirmişdir ki, Rozaya hansısa məbləğdə borcu var. O, özünə məxsus Qala qəsəbəsində olan torpaq sahəsini pulun əvəzinə Rozaya verə biləcəyini bildirmişdir. Ona görə də birlikdə Xətai rayonu ərazisində yerləşən 6 saylı notariat kontoruna getmişlər və o özünə məxsus torpaq sahəsini Rozanın adına rəsmiləşdirmək istəmişdir. Həmin vaxt torpaq sahəsini aldığı adını xatırlamadığı şəxsi də oraya çağırmışdır ki, bir başa onun adından Rozanın adına etibarnamə verilsin. Roza torpaq sahəsini etibarnamə əsasında istəmədiyi üçün onun adına sənəd verməmişdir.

36. Həmin cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh6 göstərmişdir ki, əvvəllər işləmək üçün Rusiya Federasiyasının Tumen vilayətinin Radujni şəhərinə gedibgəlmiş, orada əslən Laçın rayonundan olan X7 ilə tanış olmuş və dostluq münasibətləri yaranmışdır. Sonradan Bakı şəhərinə gəlmişdir. Lütfəli Bakı şəhərinə gəldikdə həmişə ona zəng etmiş və görüşüb söhbət etmişlər. Sonradan ona Lütfəlinin onkoloji xəstəlikdən əziyyət çəkməsi məlum olmuş, ona görə də Lütfəliyə tez-tez zəng edib halını soruşmuşdur. İddiaçı şəxsən tanımasa da, onun Lütfəlinin arvadı olmasını bilmiş, Yeganəni heç vaxt görməmişdir. 2013-cü ilin fevral ayının əvvəllərində Lütfəli ilə söhbət edərkən sonuncı xəstəliyi ilə əlaqədar cərrahiyyə əməliyyatı olunacağını, arvadı İddiaçı Rusiya Federasiyasına gedəcəyini bildirmiş və ondan xahiş etmişdir ki, arvadının adından ona etibarnamə verilsin, sonradan özünə məxsus mənzili banka girov qoyub pul götürəcəkdir. Lütfəli ilə yaxın münasibətləri olduğu üçün razılaşmışdır. Aradan bir neçə gün keçdikdən sonra Lütfəli ona zəng edərək “Neftçilər” metrostansiyasının yaxınlığında olan notariat kontoruna dəvət etmşdir. Orada Lütfəli təxminən 35-40 yaşlarında qadını təqdim edərək arvadı İddiaçı olduğunu bildirmiş, notariat kontoruna daxil olaraq şəxsiyyət vəsiqələrini təqdim etmişlər. Orada İddiaçı adından onun adına etibarnamə verilmişdir. Etibarnamə verildikdən sonra oradan çıxıb getmişdir. Lütfəli etibarnaməni özündə saxlamış və evi banka girov qoyub kredit götürəndə onu çağıracağını bildirmişdir. Lakin sonradan Lütfəli ilə görüşəndə sonuncu bank məsələsinin alınmadığını, evi girov qoya bilmədiyini demişdir.

37. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı əsasında müəyyən olunmuşdur ki, İddiaçı adından Cavabdeh6 adına verilmiş xx.xx.2013-cii il tarixli etibarnamədə "İMZA” qrafasındakı imza və "Quliyeva” soyadı, həmin etibarnamənin qeydiyyatdan keçdiyi 7E/8 reyestr jurnalının 25-ci vərəqəsində “6642” sırada “İddiaçı” yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza, “Quliyeva” soyadı və "**********” rəqəmləri- Cavabdeh1 Bila qızı tərəfindən icra olunmuşdur.

38. İstintaq orqanı belə nəticəyə gəlmişdir ki, X9 mülkiyyətində olan Bakı şəhəri, F.X.Xoyskı küçəsi ev 106, 70 saylı mənzili onun icazəsi olmadan saxta sənətlər əsasında banka girov qoyan və pul əldə edən şəxs həyat yoldaşı X21 olmuşdur və sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Cinayət təqibi orqanı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 əməlində də Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığı nəticəsinə gəlmiş, onların barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

39. İddiaçı məxsus “İnfıniti FX35” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxta sənədlər əsasında satılması epizodu üzrə dındirilmiş Cavabdeh2 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, qardaşı Lütfəli 2011-ci ildə Rusiya Federasiyasından ona öz tanışı ilə etibarnamə göndərmiş, o da həmin etbarhaməni hava limanından götürmüşdür. 2011-ci ilin aprel- may aylarında qardaşı ona zəng edib pul lazım olduğunu, avtomobili öz adına keçirib banka qoymasını, pul götürməsini, həmin pulu ona göndərməsjnı demiş, o da həmin avtomobili öz adına keçirmiş, sonra dəqiq xatırlamadığı banka girov qoyaraq dəqiq xatırlamadığı məbləğdə pulu götürüb qardaşı Lütfəli ilə Dağıstanda görüşüb ona vermişdir. Avtomobili adına keçirdikdən sonra Lütfəli və Yeganəyə etibarnamə vermişdir. Əgər qanunsuz yolla və ya Lütfəlinin xəbəri olmadan bunu etsəydi, onda heç maşını adına keçirdikdən sonra etibarnamə belə verməzdi. Avtomobili banka qoyub pul götürdükdən sonra aylıq pulu qardaşı ödəmiş, sonradan həmin avtomobil qardaşının göstərişi ilə X1 və pulu da Anar qardaşına vermişdir. Həmin avtomobilin üzərində olan **-VL-*** dövlət qeydiyyat nişanını isə qardaşı avtomobil ilə birlikdə satmaq istəmədiyindən Cavabdeh9 vermiş, sonradan Sahibəddindən aldıqları borc həmin nömrə ilə əvəzləşdirilmişdir.

40. İstintaq orqanı belə nəticəyə gəlmişdir ki, İddiaçı mülkiyyətində olan “İnfiniti FX35" markalı avtomobili sataraq pulu əldə edən şəxs onun əri X11r və avtomobilin dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Cavabdeh2 və Cavabdeh3 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməlidir.

41. İstintaq orqanı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi unvanında yerləşən torpaq sanəsının satışından pulu əldə edən şəxsin onun əri X20 olduğunu müəyyən etmiş, torpaq sahəsinin dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Cavabdeh2 və X32 oglunun əməlində Azərbaycan Respublikası CMnin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində həmin maddə ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

42. Beləliklə, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı ilə İddiaçı həyat yoldaşı Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlunun, öz müalicə xərclərini qarşılamaq məqsədilə qardaşları Cavabdeh2 və Cavabdeh3 yardımı ilə İddiaçı adından verilmiş saxta etibarnamələr əsasında mübahisəsi gedən daşınar və daşınmaz əmlakları özgəninkiləşdirdiyi, əldə olunmuş pul vəsaitini müalicəsinə və bu məqsədlə götürdüyü borcların ödənilməsinə sərf etdiyi, əmlakları əldə etmiş şəxslərin əmlakları əldə etmələri ilə bağlı hər hansı qanunazidd əməllərdə iştirak etmədikləri müəyyən olunmuşdur.

43. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, iş üzrə araşdırılmış sübutlarla cavabdehlər Cavabdeh11 və Cavabdeh5 tərəfindən İddiaçı adına qeydiyyatdan keçən, sonuncunun Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu ilə birgə nikahları dövründə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsini və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzili alqı-satqı anında dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına əsaslanan və həmin əmlakları özgəninkiləşdirmək hüququna malik olan satıcılarla bağlanmış alqı-satqı müqavilələri əsasında əldə etmələri, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunazidd əməlləri barədə məlumatlarının olmaması, İddiaçı Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu ilə 1995-ci ildən sonuncunun vəfatına qədər ailə münasibətində olduqları, onların bu müddət ərzində birgə təsərrüfat aparması, özgəninkiləşdirilmiş əmlakların pulunun ailə ehtiyacları üçün sərf olunması müəyyən edilmişdir. Odur ki, mübahisə obyekti olan torpaq sahəsinin və mənzilin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışlar (reyestrdəki qeyd) etibarsız hesab edilə bilməz.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Qladışeva Rusiyaya qarşı” iş üzrə xx.xx.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “...cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur... Ərizəçi hətta saxta sənədlər əsasında və ya dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməlidir və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir”.

46. “İnfiniti FX35" markalı **-VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satılaraq əldə olunmuş vəsaitin ərinin xəstəliyinə sərf olunmasının 2012-ci ilin yay aylarında ona məlum olması isə İddiaçı ibtidai istintaqa vermiş olduğu ifadəsində birbaşa etiraf olunmuşdur. Odur ki, hazırda həmin avtomobilin dəyərinin tələb olunmasının heç bir hüquqi əsası yoxdur.

47. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-315/2022 saylı iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş Dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar