Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4233/2024 08.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı – 2(011)-3096/2021 saylı xx.xx.2021-ci il tarixli məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə müvafiq olaraq öhdəliklərin 10 gün müddətində icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, eləcə də barışıq sazişinin 3-cü bəndindəki öhdəliyə müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 80, 6 saylı korpus, C girişi, 1-ci mərtəbə ünvanında 49,7 kv.metr qeyri-yaşayış sahəsinin adına sənədləşdirilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3745/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3745/2024 saylı, 27 may 2024-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə iddiaçı sözü gedən qərardadı qəbul etsə də, onun mahiyyətini başa düşməmiş, yenidən məhkəməyə müraciət etmək hüququnun mümkün olduğunu zənn etmişdir. Belə ki, hazırk mübahisəyə nəzər yetirsək görə bilərik ki, sözü gedən mübahisə mülki xarakterli məsələdir və onun inzibati qaydada mübahisələndirilməsi yolverilməzdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı iddiaçı Nemət Bəkirova xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza edilməklə təqdim edlmişdir. Həmin qərardaddan şikayət elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə verilmişdir. İddiaçı tərəfindən müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Ərizəçi prosessual müddətin ötürülməsini onun mahiyyətini başa düşməməsi ilə əlaqələndirsə də, bu hal müddətin üzürlü səbəbdən ötürülməsi barədə qənaətə gəlməyə əsas vermir. Buna görə də Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən apellyasiya şikayəti vermə müddətinin üzrsüz səbəbdən buraxıldığı qənaətinə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4233/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4233/2024
08.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver