Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4243/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-yə qarşı (Azərbaycan Respublikasının Maraqlı şəxs3, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(001)-562/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvanında "xxxx" MMC-nin sifarişi ilə həmin MMC tərəfindən 9 mərtəbəli yaşayış binası inşa edilmişdir.
2. İddiaçı isə həmin binanın tikinti-norma və qaydalarına cavab verməyərək ara məsafəsi saxlanılmadığı üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraiət etmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
3.İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikasının Maraqlı şəxs3, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura İdarəsini və Bakı şəhər İcra Hakimiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə)qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ara məsafəsinə aid tikinti normalarını pozan hissəsinin, habelə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hasarının yaxınlığında inşa edilmiş su hovuzunun cavabdehin vəsaiti hesabına sökülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia onunla əsaslandırılmışdır ki, cavabdeh şirkət torpaq ayırma haqqında sənədlərə zidd olmaqla, iddiaçıya ayrılmış yaşayış evinə aid torpaq sahəsinə daxil olmaqla, iddiaçının həyətinin hasarı ilə ara məsafəsi saxlamadan, yüksək mərtəbəli yaşayış binası inşa etmişdir. Binanın bir tərəfdən bütün pəncərələri iddiaçının həyətinə açılır, binada və ətrafında təmir-tikinti işləri tamamlanmaq üzrədir, cavabdeh tikinti materiallarını və tullanrıları iddiaçının hasarının qarşısına yığır. Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən 26 oktyabr 2007-ci il tarixli, 283 nörməli qərarla iddiaçıya Binəqədi rayonu, 6-cı mkr., İ.Cümşüdov küçəsi, 15a saylı yaşayış binasının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq 800 kv.metr torpaq sahəsi ayrılmışdır. Eyni tarixdə iddiaçı ilə Bələdiyyə arasında 180 nömrəli müqaviləbağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən 6656 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin torpaq sahəsində iddiaçı 2006-cı ildə fərdi yaşayış evi inşa etməklə 2007-ci ildən bu günədək ailəsi ilə birlikdə yaşayır. Daha sonra 04 oktyabr 2019- cu il tarixdə həmin evə dair çıxarış almışdır. 2020-ci ildən başlayaraq evin hasarının lap yaxınlığında sürətlə yüksəkmərtəbəli yaşayış binası tikilməyə başlanmışdır. Həmin vaxt iddiaçı və həyat yoldaşı binanı tikən şirkətlə əlaqə saxlamış, onlara bildirilmişdir ki, narahat olmasınlar, bina onların ərazilərindən uzaq olacaq, pəncərələr isə onların həyətinə açılmayacaqdır. Lakin, sonradan bu vədlərə əməl edilməmiş, yuxarıda qeyd edilən xoşagəlməz hallara yol verilmişdir. Binanın tikintisi aparılan torpaq sahəsi cavabdeh MMC-yə deyil, X7 ayrılmışdır. Həmin torpaq sahəsi Ə.X3 tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün deyil, aşağımərtəbəli qeyri-yaşayış binasının tikintisi üçün ayrılmışdır. Nəhayət, ayrılmış torpaq sahəsinin ölçüsü 0,02493 ha. təşkil etdiyi halda, bina 0,09 ha.-dan çox torpaq sahəsi üzərində inşa edilmişdir. Bundan başqa, iddiaçının evinin hasarının və giriş qapısının lap yaxınlığında, yəni hasarın 2,5-3 metr və qapının 4 metrliyində cavabdeh tərəfindən binanın su təchizatı sisteminə aid iri yeraltı su hovuzu da salınmışdır. İddiaçının evi hovuzun səviyyəsindən aşağıda yerləşir. Bir təkan və ya yer sürüşməsi yetər ki, hovuzun suyu bütünlükdə iddiaçının evinə dolsun. 5.İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, izahatında göstərmişdir ki, iş üzrə ekspertiza aparılarkən ekspert binanın sərhədi ilə iddiaçının evinin divarı arasındakı məsafəni ölçmüş, evin həyətinin hasarı nəzərə alınmamışdır. Halbuki, iddiaçının evinin hasarı demək olar ki cavabdeh tərəfindən inşa edilmiş bina ilə bitişikdir. Bu da şəhərsalma qaydalarına ziddir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 591 saylı, 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-nin müraciəti və Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-in 09 mart 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışı nəzərə alınaraq ünvan 4 ünvanda istifadədə olan 0,02493 ha. və ona bitişik torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə MMC-yə icazə verilmiş, yenə də Bakı şəhər İcra Hakimiyyəti Başçısının 313 saylı, 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu, 6-cı mkr., İlqar Cümşüdov küçəsi 15V ünvanda MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binasının şəhərsalma əsaslandırılması təsdiq olunmuşdur. MMC tərəfindən aparılan tikinti işləri tam olaraq təsdiq edilmiş layihə çərçivəsində aparılmışdır. Tikintinin aparıldığı torpaq sahəsi MMC tərəfindən zəbt edilməmişdir, habelə, tikinti işlərinin iddiaçının hüquqlarını pozmadığını iş materiallarında olan ekspert rəyi sübut edir. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 dekabr 2022-ci il tarixli, 2(001)-562/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Etibar Mustafayev) ilə iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan: 8.Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli, 283 saylı qərarından görünür ki, Binəqədi rayonu, 6-cı mkr., İ.Cümşüdov küçəsi, 15a saylı yaşayış binasının yaxınlığında 400 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı mülkiyyətinə verilmişdir. 9.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İsrafil Həşimov küçəsi35 ünvanında 0,08 ha. torpaq sahəsində yerləşən, ümumi sahəsi 260,4 kv.metr olan fərdi yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. 10.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01 oktyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 6 ünvanında istifadədə olan 0,02493 ha. torpaq sahəsində yerləşən qeyri-yaşayış binası X6 adına Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli “Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi komissiyasının” aktına, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 386 saylı, xx.xx.2006-cı il tarixli qərarına, Binəqədi rayonu X2 Ərazisində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 263 saylı, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən qeydiyyata alınmışdır, lakin, ********** qeydiyyat nömtəli, xx.xx.2020-ci il tarixli müraciət əsasında bina söküldüyü üçün əmlak üzərinə onun mülkiyyət hüquqlarına xitam verilmişdir. 11.Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş 10 sentyabr 2020-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədindən görünür ki, ünvan 1 ünvanında "xxxx" MMC-nin sifarişi ilə həmin MMC tərəfindən yaşayış binasının inşasına icazə verilmişdir. 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022ci il tarixli, 10/2985 saylı müvafiq rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası həmin küçənin 35 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 5.1-ci bəndinin tələblərinə uyğun olduğu müəyyən edilir. Həmin çoxmərtəbəli yaşayış binasının faktiki döngə koordinatları tikinti layihəsində nəzərdə tutulmuş koordinatlara uyğundur. Həmin çoxmərtəbəli yaşayış binasının su hovuzu həmin ərazidə mümkün yer sürüşməsi və yeraltı təkan səbəbindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid tikililər üçün təhlükə ehtimalı yaratmır. 13.Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi xüsusi mülkiyyətində olan torpaq sahəsinin bilavasitə yaxınlığında "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ara məsafəsinə aid tikinti normalarını pozan hissəsinin, habelə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hasarının yaxınlığında inşa edilmiş su hovuzunun cavabdehin vəsaiti hesabına sökülməsindən ibarətdir. 14.Məhkəmə iddiaçının “şirkət torpaq ayırma haqqında sənədlərə zidd olmaqla, iddiaçıya ayrılmış yaşayış evinə aid torpaq sahəsinə daxil olmaqla, iddiaçının həyətinin hasarı ilə ara məsafəsi saxlamadan, yüksək mərtəbəli yaşayış binasının inşa etməsi” habelə “binanın tikintisi aparılan torpaq sahəsi cavabdeh MMC-yə deyil, X8 ayrılması, həmin torpaq sahəsi Ə.X3 tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün deyil, aşağımərtəbəli qeyri-yaşayış binasının tikintisi üçün ayrılması, ayrılmış torpaq sahəsinin ölçüsü 0,02493 ha. təşkil etdiyi halda, bina 0,09 ha.-dan çox torpaq sahəsi üzərində inşa edilməsi” eləcədə “iddiaçının evinin hasarının və giriş qapısının yəni hasarın 2,5-3 metr və qapının 4 metrliyində cavabdeh tərəfindən binanın su təchizatı sisteminə aid iri yeraltı su hovuzu da salınmasının təhlükə yaratdığı” ilə bağlı dəlili ilə razılaşmayarq qeyd etmişdir ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, ünvan 7 ünvanında istifadədə olan 0,02493 ha. torpaq sahəsində yerləşən qeyri-yaşayış binası X6 adına Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli “Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi komissiyasının” aktına, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 386 saylı, xx.xx.2006-cı il tarixli qərarına, Binəqədi rayonu X2 Ərazisində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 263 saylı, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən qeydiyyata alınmış, lakin, ********** qeydiyyat nömtəli, xx.xx.2020-ci il tarixli müraciət əsasında bina söküldüyü üçün əmlak üzərinə onun mülkiyyət hüquqlarına xitam verilmiş, bundan sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 10 sentyabr 2020- ci il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədi verilmiş, ünvan 1 ünvanında "xxxx" MMC-nin sifarişi ilə həmin MMC tərəfindən 9 mərtəbəli yaşayış binası inşa edilmişdir. 15.Bununla yanaşı iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizası ilə müəyyən olunmuşdur ki, “ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası həmin küçənin 35 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və TikintiMəcəlləsinin 69-cu maddəsinin 5.1-ci bəndinin tələblərinə uyğun olduğu müəyyən edilir. Həmin çoxmərtəbəli yaşayış binasının faktiki döngə koordinatları tikinti layihəsində nəzərdə tutulmuş koordinatlara uyğundur. Həmin çoxmərtəbəli yaşayış binasının su hovuzu həmin ərazidə mümkün yer sürüşməsi və yeraltı təkan səbəbindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid tikililər üçün təhlükə ehtimalı yaratmır.” 16.Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi iddiaçı iddia tələbində göstərdiyi dəlilləri sübut edə bilməmiş, həmin faktlar məhkəmə araşdırılması ilə də müəyyən edilməmişdir. 17.Beləliklə məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, habelə, məhkəmə tikintitexniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 180.1 və 180.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-562/2022-061 saylı qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, qətnamədə iş üçün mühüm hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Nəticədə mübahisə həlledilməmiş, iddiaçının narahatçılığına səbəb olmuş hallar diqqətdən və məhkəmə araşdırılmasından kənarda saxlanılmışdır. İddiaçı mülkiyyətində olan əmlakdan qanunun nəzərdə tutduğu kimi sərbəst, azad və təhlükəsiz istifadə etmək imkanıciddi olaraq məhdudlaşdırılmışdır.Belə ki, iddiaçı iddia ərizəsində çomərtəbəli binanın araməsafəsi və digər tikinti norma tələblərinin pozulmasını bildirərkən, binanın hasardan 2-3 metrlik məsafədə inşa edildiyini qeyd etmiş, bunu təsdiq edən foto şəkilləriəlavə etmişdir. Ekspert fərdi yaşayış evi deyərkən yalnız daşınmaz əmlak kompleksinin bilavasitə yaşayış sahəsini nəzərdə tutmuşdur. Halbuki Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019 il tarixli Fərdi yaşayış X4 hasar evin tərkib hissəsinə aid tikili kimi qeyd edilmişdir. Məhkəmə də ekspertin bu səhv yanaşmasını qəbul etmişdir. Şəkillərdən də görünür ki, çoxmərtəbəli bina hasara az qala bitişik yerləşir ki, bu da yol verilməzdir. Giriş qapısının girişində və hasara bitişik inşa edilmiş su hovuzuna dair hissədə isə təhlükənin olmaması qənaətiəsaslandırılmamış, konkret mühəndis hesablamaları və təhliliaparılmamışdır. Məhkəmənin əsaslandığı ekspert rəyi əsassız və natamam olmuşdur və işin mahiyyətinə aid halların aydınlaşdırılmamasına səbəb olmuşdur. Təkrar ekspertiza aparılması haqqında iddiaçının vəsatəti təmin edilməmişdir. Məhkəmənin pozuntulara və təhlükəyə dair gəldiyi nəticələr inşa edilmiş daşınmaz əmlak obyektinin iddiaçının mülkiyyətində olan daşınmaz əmlakına münasibətdə real vəziyyətiniəks etdirməmişdir. Birinci instansiya məhkəməsi bir sıra maddi hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki: 1. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 3-cü bəndinə əsasən çoxmərtəbəli yaşayış binası bizim həyətimizin hasarına demək olar ki, bitişik inşa edilmişdir (bax foto şəkillər № 1,2, 3, 4, 5). Qanunvericiliyin həmin tələblərinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. İddiaçıya məxsus əmlakın yanında inşa edilmiş digər daşınmaz əmlak bu tələblərin pozulması yolu ilə inşa edilmişdir. 2. AR Nazirlər Kabinetinin 2015-ci il 23 fevral tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nın 2.1-ci bəndinə əsasən, bina və ya qurğunun mühəndis-kommunikasiya təminatı, obyektin təyinatına uyğun olaraq istismar olunması üçün kifayət etməli və onun istismar zamanı təhlükəsizlik qaydalarının tələblərinə cavab verməlidir. “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 17-ci bəndinə əsasən, bina və qurğularla mühəndiskommunikasiya təminatı obyektləri (qurğuları, xətləri), xüsusi təyinatlı avadanlıqlar, neft-qaz məhsulları saxlanılan çənlər, o cümlədən yanacaqdoldurma məntəqələri və digər istehsal (istismar) təyinatlı obyektlər, həmçinin müxtəlif növmeydançalar (idman, təsərrüfat və s.) arasında məsafələr şəhərsalma və tikinti fəaliyyətinə dair normativ sənədlərlə tənzimlənir. İddiaçının evinin hasarının və giriş qapısının lap yaxınlığında, yəni hasarın 2,5-3 metr və qapının 4 metrliyində cavabdeh tərəfindən binanın su təchizatı sisteminə aid iri yeraltı su hovuzu da salınmışdır (bax: foto şəkil №6, 7, 8, 9). İddiaçının evi hovuzun səviyyəsindən aşağıda yerləşir. Bir təkan yaxud yer sürüşməsi yetər ki, hovuzun suyu bütünlüklə evə dolsun. 3. Şəhərsalma və Tikinti Məcəlləsinin 7.0.1 və 7.0.2ci maddələri. Bu maddi normalara görə sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi və təhlükəsizliyin təmin edilməsişəhərsalma və tikinti fəaliyyətinin əsas prinsiplərindəndir. Cavabdeh bu tələbləri pozmuşdur. 4. Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi (digərləri ilə yanaşı) fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən ibarətdir. Qanunun qoyduğu bu məqsəd birinci instansiya məhkəməsi tərəfindən gözlənilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22.Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 23.Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 24.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 25.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 26.Maddələr 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 27.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 30.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 34.Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 7 ünvanında cavabdeh tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının tikinti normalarını pozan hissəsinin, həmçinin fərdi yaşayış evinin hasarının yaxınlığında inşa edilmiş su hovuzunun cavabdehin vəsaiti hesabına sökülməsini tələb edir. 35.Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 591 saylı sərəncamına əsasən "xxxx" MMC-yə yaşayış binasının tikintisi üçün 0,0928ha torpaq sahəsi ayrılmış və obyektin tikintisinə 38 saylı icazə sənədi və ayrılmış torpaq sahəsinə dair ayrıc aktı verilmişdir. ış 36.Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 10 sentyabr 2020-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədi verilmiş, ünvan 1 ünvanında "xxxx" MMC-nin sifarişi ilə həmin MMC tərəfindən 9 mərtəbəli yaşayış binası inşa edilmişdir. 37.Məhkəmə kollegiyası iş üzrə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə müəyyən olunmuşdur ki, “ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası həmin küçənin 35 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və TikintiMəcəlləsinin 69-cu maddəsinin 5.1-ci bəndinin tələblərinə uyğun olduğu müəyyən edilir. Həmin çoxmərtəbəli yaşayış binasının faktiki döngə koordinatları tikinti layihəsində nəzərdə tutulmuş koordinatlara uyğundur. Həmin çoxmərtəbəli yaşayış binasının su hovuzu həmin ərazidə mümkün yer sürüşməsi və yeraltı təkan səbəbindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid tikililər üçün təhlükə ehtimalı yaratmır.” 38.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 39.Kollegiya apellyatorun məhkəmənin əsaslandığı ekspert rəyinin əsassız və natamam olması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alacaq hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 40.Məhkəmə kollegiyası iddiaçının ona məxsus evin hasarının nəzərə alınmaması, hasarın da evin tərkib hissəsi hesab edilməklə hasarla mübahisəli bina arasında məsafənin az olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, ünvan 7 ünvanında cavabdeh tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının faktiki döngə koordinatları tikinti layihəsində nəzərdə tutulmuş koordinatlara uyğundur. ünvan 7 ünvanında istifadədə olan 0,02493 ha. torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının istismarı üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 10 sentyabr 2020-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədi verilmişdir. 41.Həmçinin "xxxx" MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasına Maraqlı şəxs3 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 03 mart 2020-ci il tarixli Ö/003613 saylı istismara hazırlıq aktı verilmişdir. 42.Göründüyü kimi cavabdeh tərəfindən mübahisələndirilən binanın tikitisi və istismarı müvafiq dövlət orqanlarının icazəsi, layihə sənədləri əsasında həyata keçirilmiş, binanın faktiki döngə nöqtələrinin koordinatları layihədə nəzərdə tutulmuş koordinatlara uyğun olmuşdur. 43.Hətta nəzərə alınsa ki, bina ilə hasar arasında ara məsafə pozulmuşdur, bu hündürmərtəbəli yaşayış binasının söküntüsü üçün əsas ola bilməz. Bu hal həmin hündürmərtəbəli binada yaşayan digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnməklə, söküntü ilə bağlı tənasübsüz surətdə böyük xərclərlə qarşılana bilər. 44.Buna görə də, kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 459.5-ci maddəsinə əsasən hansı hüququnun pozulmasından (məsələn işığın düşməməsi və.s) çıxış edərək, ilkin vəziyyətin bərpa olunmamasına istinad edərək, müvafiq pul tələb edə bilər. 45.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 46.Buna görədə məhkəmə kollegiyası apellyatorun qeyd olunan dəlilini əsassız hesab edərək hesab edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 47.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 48.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 49.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(001)-562/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdiyev
Fərrux Qasımov