Məhkəmə qərarları › İş №2(103)-4245/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4245/2021

19.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4245/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı “X1 miras əmlakdan imtina etməsinə dair ərizəsinin etibarsız hesab edilməsinə və sair” barədə ilkin, iddiaçı Cavabdeh2 Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilindən çıxarılmasına və sair” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1630/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı X1 miras əmlakdan imtina etməsinə dair ərizəsinin etibarsız hesab edilməsinə və sair tələbə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilindən çıxarılmasına və sair tələbə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1630/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkihn iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, İddiaçı özünə məxsus əşyaları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 16 saylı evin 81 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması, İddiaçı dövlət rüsumuna görə 30 manat Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən İddiaçı, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə baxılmamış saxlanılmasını xahiş etmişdir. Qətnamədən, həmçinin, Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla belə, Binəqədi Rayon Məhkəməsindən daxil olmuş məktubda İddiaçı nümayəndəsi və vəkili tərəfindən məhkəmənin 19 mart 2021-ci il tarixli qərardadından şikayət ilə müraciət edildiyi bildirilmiş və həmin şikayətə baxılması üçün mülki işin birinci instasniya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qeyd olunanlara əsasən, Kollegiya hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və Binəqədi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkilinin verdiyi şikayətə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Mülki iş apellyasiya baxışından çıxarılsın və Binəqədi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkilinin verdiyi şikayətə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar