Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4262/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1220/2025 nömrəli 13 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu sosial şəbəkələrdə, xəbər portallarında və digər dövlət qurumlarına müraciətlərində şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələdiyi üçün, vurulmuş 50.000 (əlli min) manat məbləğində mənəvi ziyanın və ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun Cavabdeh Siman qızından tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1220/2025 saylı, 13 mart 2025ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini baxılması üçün mülki iş materialı birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyul 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün 23 iyul 2025-ci il tarixə təyin edilmişdir. Bununla belə, işə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1220/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı, həmçinin Cavabdeh apellyasiya şikayətləri verərək, müvafiq olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1220/2025 saylı, 13 mart 2025ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddian tam təmin edilməsini; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1220/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilərək iddian rədd edilməsini xahiş etmişdirlər. Bakı Apellysiya Məhkəməsi MK-nın 2(103)-3348/2025 nömrəli 16 may 2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət prosessual müddət ötürüldüyünə görə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət iddiaçıya geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-3348/2025 nömrəli 19 may 2025-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədəlavə edilmədiyindəm apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1220/2025 saylı, 12 iyun 2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1220/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi Bakı Apellysiya Məhkəməsi MK-nın 2(103)-3348/2025 nömrəli 16 may 2025-ci il tarixli qərardadı ilə apellyasiyası qeyrimümkün edilmiş İddiaçı şikayətinə hər hansı münasibət bildirməmişdir. Başqa sözlə, birinci instasiya məhkəməsi Bakı Apellysiya Məhkəməsi MK-nın 2(103)-3348/2025 nömrəli 16 may 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmış apellyasiya şikayətini təkrarən apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hazırki məsələyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(001)-1220/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun olub-olmamasının yoxlanılması, əsaslar olduğu təqdirdə qaytarılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2025-ci il tarixli qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələlərin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(001)- 1220/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2025-ci il tarixli 2(103)-4262/2025 saylı qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi şikayətinə münasibət bildirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4262/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4262/2025
23.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver