Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4265/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6130/2020 saylı, 03.12.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6130/2020 saylı, 03.12.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (sədrlik edən: Solmaz Mustafayeva). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6130/2020 saylı, 03.12.2020-ci il tarixli qərardadından narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmamışdır. İddiaçı 10.10.2019-cu il tarixində 23770 saylı məktubla Cavabdeh-yə müraciət etmişdir. Həmin məktub iddia ərizəsinə əlavə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6130/2020 saylı, 12.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararkən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməməsi halına istinad etmişdir. Lakin, kollegiya məhkəmə araşdırması zamanı iş materiallarında olan 16.10.2019-cu il tarixli, 15/7320 saylı Cavabdeh tərəfindən İddiaçı göndərilmiş məktuba (i.v. 21) əsasən müəyyən etmişdir ki, İddiaçı 10.10.2019-cu il tarixdə məktubla Cavabdeh-yə müraciət etmişdir. Eyni zamanda iddia ərizəsinin qoşmasında da Cavabdeh-nin 16.10.2019-cu il tarixli məktubunun iddia ərizəsinə əlavə olunması qeyd edilmişdir. Odur ki, mübahisəyə məhkəməyə qədər pretenziya qaydasında baxılması qaydalarına riayət etməməsi halına əsaslanmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6130/2020 saylı, 03.12.2020-ci il tarixli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6130/2020 saylı, 03.12.2020-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4265/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4265/2021
30.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver