Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4277/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X19 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehlər İddiaçı və X10 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı “Cavabdeh» QSC və cavabdehlər İddiaçı və X21 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh-nin “Mingəçevir” filialı arasında bağlanmış kredit xətti müqaviləsinin ləğv edilməsi və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər mülki iş üzrə iddiaçı Cavabdehlər İddiaçı, X26, X22, X28, X11, X23, «xxxxxxx» Firması MMC, X14 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2009-cu il tarixli 15L000000977 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər İddiaçı, X8, X15, X12, X2, X9 və «xxxxxx» Firması MMC-dən müştərək qaydada iddiaçı Cavabdeh-nin xeyrinə, 15R000002593 saylı kredit razılaşması üzrə 85984.54 ABŞ dolları məbləğində kredit borcu, 36039.88 ABŞ dolları məbləğində faiz borcu və 157862.84 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 279887.26 ABŞ dolları borcun, 15R000002904 saylı kredit razılaşması üzrə 71501.59 ABŞ dolları məbləğində kredit borcu, 31918.02 ABŞ dolları məbləğində faiz borcu və 125488.2 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 228907.81 ABŞ dolları borcun, 15R000002924 saylı kredit razılaşması üzrə 58326.69 ABŞ dolları məbləğində kredit borcu, 26421.21 ABŞ dolları məbləğində faiz borcu və 93503.14 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 178251.04 ABŞ dolları borcun, 15R000003225 saylı kredit razılaşması üzrə 26720.38 ABŞ dolları məbləğində kredit borcu, 11314.02 ABŞ dolları məbləğində faiz borcu və 36981.37 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 75015.77 ABŞ dolları borcun, ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi 762061 (yeddi yüz altmış iki min altmış bir) ABŞ dolları 88 (səksən səkkiz) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması; tələbin İddiaçı məxsus Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində 0,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 100 nömrəli fərdi yaşayış evinə, İddiaçı məxsus Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən qeyri yaşayış binası Y.D.M-yə və X20 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30-da 33 nömrəli mənzilə yönəldilməklə açıq hərracdan satılması və cəmi 762061.88 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına Cavabdeh-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun İddiaçı, X8, X15, X12, X2, X9 və «xxxxxxx» Firması MMC-dən ümumi qaydada tutulması; İddiaçı məxsus Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində 0.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 100 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı, X4 və X16 həmin əmlakdan çıxarılmasına, fərdi yaşayış evinin binasının boşaldılması və Cavabdeh-nə təhvil verilməsi barədə; İddiaçı məxsus Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binası Y.D.M-yə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış binasının boşaldılması və Cavabdeh-yə təhvil verilməsi barədə; X20 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30-da 33 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X20 və X5 həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və Cavabdeh-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(004)- 8421/2016 saylı qərardadı ilə həmin mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(004)- 50/2018 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, “Cavabdeh» QSC ilə İddiaçı ilə arasında bağlanmış xx.xx.2009cu il tarixli 15L000000977 saylı kredit xətti müqaviləsinin ləğv edilməsi, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun özünə aid edilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər İddiaçı və «xxxxxxx» Firması MMC-dən müştərək qaydada Cavabdeh-nin xeyrinə, 15R000002593 saylı kredit razılaşması üzrə 82693.38 ABŞ dolları məbləğində əsas borc, 36039,88 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 119233,26 ABŞ dolları borc, 15R000002904 saylı kredit razılaşması üzrə 70445,68 ABŞ dolları məbləğində kredit borcu, 31918,02 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 102863,7 ABŞ dolları borc, 15R000002924 saylı kredit razılaşması üzrə 57418,00 ABŞ dolları məbləğində kredit borcu, 26421,21 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 84339,21 ABŞ dolları borc, 15R000003225 saylı kredit razılaşması üzrə 26311,42 ABŞ dolları məbləğində kredit borcu, 11314,02 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 38125,44 ABŞ dolları borc olmaqla, ümumilikdə hər dörd kredit razılaşması üzrə cəmi 344561,61 (üç yüz qırx dörd min beş yüz altmış bir dollar, 61 sent) məbləğində borc pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının tutulması, tutmanın İddiaçı məxsus Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində 0,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 100 nömrəli fərdi yaşayış evinə (ilkin satış qiyməti 70000 manat dəyərində qiymətləndirilməklə), İddiaçı məxsus Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binası Y.D.M-yə (ilkin satış qiyməti 230000 manat dəyərində qiymətləndirilməklə) və X20 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzilə (ilkin satış qiyməti 140000 manat dəyərində qiymətləndirilməklə) yönəldilməklə, açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmaqla, Cavabdeh-yə təhvil verilməsi, əmlakın satışından əldə olunan vəsait hesabına Cavabdeh-yə olan borcun ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğin ümumi qaydada cavabdehlər İddiaçı və «xxxxxxx» Firması MMC-dən müştərək şəkildə tutulması, Cavabdeh ilə cavabdeh X22 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 15S000002326 saylı zaminlik müqaviləsinə, cavabdeh X28 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 15S000002574 saylı zaminlik müqaviləsinə, cavabdeh X26 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 15S000003053 saylı zaminlik müqaviləsinə, cavabdeh X11 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 15S000001611 zaminlik müqaviləsinə, cavabdeh X23 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15S000001361 zaminlik müqaviləsinə xitam verilməsi və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni zaminlik müqavilələrinə xitam verilməsi, bankın iddia tələbinin X17, X24, X20, X6, X18 aid təmin olunmamış, həmçinin kredit razılaşmaları üzrə əsas və cərimə borclarının təmin edilməmiş hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər İddiaçı və X21 da apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında ilk növbədə zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcminin kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmasını tələb edilir. Kredit xətti müqaviləsindən görünür ki, İddiaçı 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Plenumun qərarında göstərilənlərə uyğun olaraq zaminlik müqavilələrində zaminliyin kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında öhdəliyinin həddi (məbləği və müddəti) və valyutası açıq-aydın qeyd edilmişdir. Beləliklə, zaminlər müqavilə bağlamaqla istər açılan kredit xəttinin məbləği və müddəti, istərsə də verilən kreditin faizi barədə razılıqlarını ifadə etmişlər. Bank tərəfindən İddiaçı verilmiş bütün kreditlər xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ (1.000.000 ABŞ dolları ) və müddət (120 ay) həddində olmuşdur. Həmçinin xx.xx.2015-ci il tarixdə kredit razılaşmalarına edilmiş dəyişikliyə əsasən kredit razılaşmaları üzrə faiz dərəcəsi aylıq 1.4167 % faizə (yəni illik 17%) endirilmişdir. Bu faiz dərəcəsi zaminlərin razılıq verdikləri (25%, 24%, 22%, 20%) faiz dərəcəsindən daha az olduğundan kredit razılaşmaları zaminlərin məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Ona görə də, məhkəmə hazırkı iş üzrə mübahisəyə Mülki Məcəllənin 477.0.1-ci maddəsini və Konstitusiya Məhkəməsi Plenumunun Qərarını tətbiq edib iddianı zaminlərə münasibətdə rədd etməkdə haqlı olmamışdır. Həmçinin məhkəmə qətnaməsində cərimənin tənasübsüz surətdə yüksək olmasını qeyd etmiş, sonda buna düzgün qiymət verməyərək cavabdehlərdən tələb olunan cərimə məbləğini həddindən artıq azaldaraq dörd kredit razılaşması üzrə cəmi 2000 ABŞ dolları həcmində saxlamışdır ki, bu da kreditorun mənafeyinə ziddir. Bundan başqa iş materiallarına əlavə edilmiş maliyyə arayışlarından və hesabdan çıxarışlardakı məlumatlardan müəyyən olunur ki, ekspert rəyində kredit razılaşmaları üzrə əsas borclar səhv hesablanmışdır. Cavabdehlərin apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və cavabdehlər özlərinin (təmsil etdiyi şəxsin) apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixli 15L000000977 saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən sonuncuya 120 ay müddətinə ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı olaraq, eyni tərəflər arasında xx.xx.2009-cu il tarixli, 15M000000195 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı məxsus Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində 0.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 100 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Habelə, həmin tərəflər arasında xx.xx.2009-cu il tarixli 15M000000204 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı məxsus Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən yaşayış binası Y.D.M bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit xətti müqaviləsi çərçivəsində İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli 15R000002593 saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən İddiaçı 144 həftə müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla 250000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 2593 saylı, xx.xx.2013-cü il tarixli 2593 saylı, xx.xx.2015-ci il tarixli 15R000002593S saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilərək, kreditin qaytarılma müddəti uzadılmışdır. Həmçinin kredit xətti müqaviləsi çərçivəsində eyni tərəflər arasında xx.xx.2011-ci il tarixli 15R000002904 saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla, 110000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli 2904 saylı, xx.xx.2013-cü il tarixli 2904 saylı, xx.xx.2015-ci il tarixli 15R000002904S saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilərək, kreditin qaytarılma müddəti uzadılmışdır. Həmçinin kredit xətti müqaviləsi çərçivəsində eyni tərəflər arasında xx.xx.2011-ci il tarixli 15R000002924 saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla 90.000 ABŞ dollar məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli 2924 saylı, xx.xx.2013-cü il tarixli 2924 saylı, xx.xx.2015-ci il tarixli 15R000002924S saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilərək, kreditin qaytarılma müddəti uzadılmışdır. Bundan başqa, kredit xətti müqaviləsi çərçivəsində eyni tərəflər arasında xx.xx.2012-ci il tarixli 15R000003225 saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla, 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3225 saylı, xx.xx.2013-cü il tarixli 3225 saylı, xx.xx.2015-ci il tarixli 15R000003225S saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilərək, kreditin qaytarılma müddəti uzadılmışdır. Həmçinin kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh ilə X26 arasında xx.xx.2012-ci il tarixli 15M000000451 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-ci məhəllə, ev 30-da 33 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit xətti müqaviləsinin təminatı olaraq, Cavabdeh ASC ilə aşağıdakı şəxslər arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmış və zamin X22 xx.xx.2011-ci il tarixli 15S000002326 saylı zaminlik müqaviləsinə, zamin X28 xx.xx.2011-ci il tarixli 15S000002574 saylı zaminlik müqaviləsinə, zamin X26 xx.xx.2012-ci il tarixli 15S000003053 saylı zaminlik müqaviləsinə, zamin X11 xx.xx.2010-cu il tarixli 15S000001611 zaminlik müqaviləsinə, zamin X23 xx.xx.2009-cu il tarixli 15S000001361 zaminlik müqaviləsinə və zamin «xxxxxxx» Firması MMC xx.xx.2009-cu il tarixli 15S000001360 zaminlik müqaviləsinə əsasən borclu İddiaçı bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. İddiaçı Cavabdeh bildirir ki, cavabdeh İddiaçı müqavilələr öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş və cavabdehin 15R000002593 saylı kredit razılaşması üzrə əsas kredit borcu 85984,54 ABŞ dolları, faiz borcu 36039,88 ABŞ dolları, cərimə borcu 157862,84 ABŞ dolları, cəmi borcu 279887,26 ABŞ dolları, 15R000002904 saylı kredit razılaşması üzrə əsas kredit borcu 71501,59 ABŞ dolları, faiz borcu 31918,02 ABŞ dolları, cərimə borcu 125488,2 ABŞ dolları, cəmi borcu 228907,81 ABŞ dolları, 15R000002924 saylı kredit razılaşması üzrə əsas kredit borcu 58326,69 ABŞ dolları, faiz borcu 26421,21 ABŞ dolları, cərimə borcu 93503,14 ABŞ dolları, cəmi borcu 178251,04 ABŞ dolları, 15R000003225 saylı kredit razılaşması üzrə əsas kredit borcu 26720,38 ABŞ dolları, faiz borcu 11314,02 ABŞ dolları və cərimə borcu 36981,37 ABŞ dolları, cəmi borcu 75015,77 ABŞ dolları, ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi borcu 762061,88 ABŞ dolları təşkil edir. Cavabdeh İddiaçı bildirir ki, o, xx xxxxxx 2009-cu il tarixli 15R000001297 saylı kredit razılaşmasına əsasən götürdüyü kreditdən faizi ilə birlikdə cəmi 63618,75 ABŞ dolları, xx xxxxxx 2009-cu il tarixli 15R000001323 saylı kredit razılaşmasına əsasən götürdüyü kreditdən faizi ilə birlikdə cəmi 63527,84 ABŞ dolları , xx xxxx 2010-cu il tarixli 15R000002105 saylı kredit razılaşmasına əsasən götürdüyü kreditdən faizi ilə birlikdə cəmi 52936,69 ABŞ dolları, xx xxxxxx 2010-cu il tarixli 15R000001630 saylı kredit razılaşmasına əsasən götürdüyü kreditdən faizi ilə birlikdə cəmi 36492,04 ABŞ dolları xx xxxx 2011-ci il tarixli 15R000002593 saylı kredit razılaşmasına əsasən götürdüyü kreditdən faizi ilə birlikdə cəmi 269744,04 ABŞ dolları, xx xxxxxxxx 2011-ci il tarixli kredit razılaşmasına əsasən götürdüyü kreditdən faizi ilə birlikdə ayrı-ayrılıqda 89259,03 ABŞ dolları və 16428,71 ABŞ dolları, xx xxxxxxxx 2011-ci il tarixli kredit razılaşmasına əsasən götürdüyü kreditdən faizi ilə birlikdə ayrı-ayrılıqda 72800,51 ABŞ dolları və 12991,58 ABŞ dolları, xx xxxx 2012-ci il tarixli kredit razılaşmasına əsasən götürdüyü kreditdən faizi ilə birlikdə ayrı-ayrılıqda 39636,81 ABŞ dolları və 7409,13 ABŞ dolları geri qaytarmışdır. O, kreditləri heç bir gecikmə olmadan vaxtından əvvəl bağlamışdır. Həmçinin o, xx xxxxxx 2012-ci il tarixdə Cavabdeh-yə yazılı müraciət edərək, bankdan götürdüyü krediti aldadaraq vəzifəli şəxsə verdiyini və ala bilmədiyini, krediti müxtəlif şəxslərdən borc alaraq qaytardığını, artıq buna imkanı olmadığını və kreditin qalan hissəsini aşağı faizlə əlavə 5 il müddətinə uzadılmasına köməklik göstərilməsini xahiş etmişdi. Lakin bank bu günə qədər məktubuna cavab verməmişdir. xx xxxxx 2015-ci ildə təkrarən banka müraciət etmiş və ona məxsus ödənişləri izahlı şəkildə ona verilməsini xahiş etmişdir. Bank tərəfindən həmin məktuba xx xxx 2015-ci il tarixdə əvvəllər belə məlumatlar verildiyini və banka yaxınlaşıb bu barədə məlumat ala biləcəyini yazılı şəkildə bildirilmişdir. Cavabdeh X22 bildirir ki, onunla bağlanmış zaminlik müqaviləsində İddiaçı bankdan ala biləcəyi kreditin son həddi məlumdur, lakin onun hansı şərtlərlə, o cümlədən hansı faizlərlə alacağı, hansı müddətdə qaytarmalı olduğu məlum deyildir. Bundan başqa, tərəflər arasında bağlanmış kredit razılaşmalarına və ödəniş planlarına dəyişiklik edilmişdir. Lakin onun həmin kredit müqavilələrindən, onlara edilən dəyişikliklərdən hər hansı məlumatı olmamışdır. Kredit borcunun müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2018-ci il tarixli 7664 saylı rəyi verilmişdir. Həmin rəyə əsasən İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2011-ci il tarixli, 15R000002593 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə İddiaçı xx.xx.2018ci il tarixinə banka olan borcu əsas borc üzrə 82693,38 ABŞ dolları, faiz borcu üzrə 36039,88 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2011-ci il tarixli, 15R000002904 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə İddiaçı xx.xx.2018-ci il tarixlərinə banka olan borcu əsas borc üzrə 70445,68 ABŞ dolları, faiz borcu üzrə 31918,02 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2011-ci il tarixli, 15R000002924 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə İddiaçı xx.xx.2018ci il tarixinə banka olan borcu əsas borc üzrə 57418,00 ABŞ dolları, faiz borcu üzrə 26421,21 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2012-ci il tarixli, 15R000003225 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə İddiaçı xx.xx.2018-ci il tarixinə banka olan borcu əsas borc üzrə 26311,42 ABŞ dolları, faiz borcu üzrə 11314,02 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı ilə “Cavabdeh" arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 15R000002593 saylı, xx.xx.2011-ci il tarixli, 15R000002904 saylı, xx.xx.2011-ci il tarixli, 15R000002924 saylı və xx.xx.2012-ci il tarixli, 15R000003225 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla İddiaçı cərimə hesablanmır. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas borcun tutulması hissəsində iddianı qismən təmin etmiş, kredit xətti müqaviləsinin ləğv edilməsi və faiz borcun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini, kredit müqavilələrinə aid ödəniş cədvəllərini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışları, hesabdan çıxarışları və xx xxxx 2018-ci il tarixli 7664 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 421, 423, 739, 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit xətti müqaviləsinin ləğv edilməsi, əsas və faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmçinin kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh İddiaçı tərəfindən götürülən kredit məbləğini, kreditin ABŞ dolları ilə verildiyini və 2015-ci ildə Azərbaycan manatının iki dəfə devalvasiya uğradığını, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq kredit razılaşmaları üzrə ayrı-ayrılıqda hesablanmış dəbbə pullarını tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğləri azaldaraq, hər birinə 500 ABŞ dolları olmaqla, ümumilikdə 2000 ABŞ dolları məbləğində müəyyənləşdirilmişdir. Eyni zamanda ipoteka müqavilələrinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3cü maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh İddiaçı kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan əmlaklara yönəldilməsini tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Həmçinin məhkəmənin zaminlərə aid gəldiyi nəticəsi də düzgündür. Belə ki, Mülki Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarında isə göstərilmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Həmçinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Hazırkı işdə də qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri mövcuddur. Belə ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000977 saylı kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmişdir. Həmin müqavilə çərçivəsində Cavabdeh ilə İddiaçı arasında krediti razılaşmaları bağlanmış, faiz dərəcələri müəyyənləşdirilmiş, lakin həmin faiz dərəcələri barədə zaminlərin («xxxxxxx» Firması MMC istisna olmaqla) razılığı alınmamışdır. Çünki bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda yuxarıda qeyd olunduğu kimi kredit razılaşmalarına və ödəniş planlarına dəyişiklik edilərək, kreditlərin qaytarılma müddəti uzadılmışdır. Lakin zaminlər X22, X28, X26, X11 və X13 razılığı alınmamışdır. Bu hallar isə adı yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında göstərildiyi kimi zaminlərin («xxxxxxx» Firması MMC istisna olmaqla) məsuliyyətinin artmasına səbəb olmuşdur. Eyni zamanda «xxxxxxx» Firması MMC-nin direktoru kredit alan İddiaçı olduğundan, həmin MMC-nin ayrıca razılığı alınmasa da, İddiaçı kredit razılaşmaları üzrə bütün mühüm şərtlərdən və əlavələrdən xəbərdar olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinin tələblərinə görə zaminliyə xitam verildiyindən zaminlər X22, X28, X26, X11 və X18 qarşı irəli sürülmüş tələblər rədd, «xxxxxxx» Firması MMC-yə qarşı irəli sürülmüş tələblər isə təmin olunmalıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin nəticəyə gəlmişdir. İddiaçı tərəfindən irəli sürülmüş hesablanmış borcun silinməsi tələbləri isə rədd edilməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı kredit müqavilələri üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməyib və onun kredit borcunun mövcud olması kredit müqavilələrinə aid ödəniş cədvəli, hesabdan çıxarışda, o cümlədən xx xxxx 2018-ci il tarixli 7664 saylı ekspert rəyində olan məlumatlarla təsdiq olunur. İddiaçı isə borcunun olmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən Cavabdeh-nin təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. İddiaçının apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, əsas borca aid hissədə ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. İddiaçı isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin yuxarıda da qeyd olunduğu kimi kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmiş, eyni zamanda yuxarıda sadalanan sazişlərlə kredit razılaşmalarına və ödəniş planlarına dəyişiklik edilərək, kreditlərin qaytarılma müddəti uzadılmışdır. Bu hallar isə adı yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında göstərildiyi kimi zaminlərin («xxxxxxx» Firması MMC istisna olmaqla) məsuliyyətinin artmasına səbəb olmuşdur. Dəbbə pulunun azaldılması zamanı nəzərə alınan əsas məsələ isə ondan ibarətdir ki, kredit məbləği ABŞ dolları ilə verilmiş, 2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiya olunaraq ABŞ dollarına münasibətdə dəyərini iki dəfə itirmiş və nəticədə borcalan cavabdeh çox əlverişsiz vəziyyətə düşmüşdür. Belə olan halda dəbbə pulunun məbləğinin əhəmiyyətli dərəcədə azaldılması ədalətli hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “Cavabdeh» QSC və cavabdehlər İddiaçı və X21 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-4277/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4277/2020
09.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver