Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4283/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5470/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 280,00 manat sığorta ödənişi məbləğinin, 500,00 manat işlərin görülməsi xərcinin və 30,00 manat dövlət rüsumunun, cəmi 810,00 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 280,00 manat sığorta ödənişi məbləğinin və 30,00 manat dövlət rüsumunun, cəmi 310,00 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC ilə X1 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Tucson” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Hyundai Tucson” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Tbilisi prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz E240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün «xxxx» ASC 280,00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPŞdən ünvanımıza xx xxxx 2019-cu il tarixli, AP ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1- ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Yasamal RPİ DYPŞ-nin «xxxx» ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 091- 35824-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5470/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh sığorta ödənişinin məbləği kimi 280 (iki yüz səksən) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq «xxxx» ASC-yə ödənilməsi qət edilmişdir. (sədrlik edən: Solmaz Mustafayeva). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5470/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, Cavabdeh ünvanlanan birinci instansiya məhkəməsinin qətnaməsinin almasına dair hər hansı rəsmi sənəd iş materiallarında mövcud deyildir. İş materiallarında olan Cavabdeh hazırda apellyasiya şikayətində qeyd etdiyi ünvana (ünvan 2da yaşamır” qeydi ilə geri qayıtmışdır. Bu səbəbdən də, iddiaçının qətnaməni hansı tarixdə alması müəyyən edilə bilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin ötürülüb-ötürülmədiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan zərfdən (i.v. 47) görünür ki, Cavabdeh apellyasiya şikayətini xx.xx.2021-ci il tarixdə poçt şöbəsinə vermişdir. Lakin birinci intansiya məhkəməsinin qətnaməsini hansı tarixdən almasını sübut edən rəsmi sənəd olmadığından, qətnamədən 1 ay müddətində şikayət verilməsinin hansı tarixdən hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, iş materiallarında olan reyestrin surətindən (i.v. 37) görünür ki, iddiaçı və cavabdehə qətnamə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixində göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində poçt xəbərnaməsinə (i.v.38) imza edilməklə qəbul edilmişdir. Lakin buna baxmayaraq, apellyasiya şikayəti vermiş cavabdehin hansı tarixdə qətnaməni almasını təqsdiq edən sənəd mövcud deyildir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5470/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayəti ilə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4283/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4283/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver