Məhkəmə qərarları › İş №2(103)-4284/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4284/2025

22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4284/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı, 24 aprel 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 və X2 müayinə və müalicəsinə çəkilmiş 1.937 manat xərcin yarısının 968,5 (doqquz yüz altmış səkkiz manat əlli qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 840 (səkkiz yüz qırx) manat pul tutularaq İddiaçı ödənilməsi, 60 manat mediasiya və kargüzarlıq xərci cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh 27 yanvar 2025-ci il tarixində apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 5179/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5179/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5179/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti elektron formada tərtib edilməməsi səbəbindən geri qaytarılmışdır. Bundan sonra Cavabdeh 15 fevral 2025-ci il tarixində yenidən apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 5179/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5179/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5179/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti qanunla nəzərdə tutulan müddətin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Daha sonra Cavabdeh xx.xx.2025-ci il tarixdə müddətin bərpası barədə ərizə verərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5179/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ərizə, onun ilə bərabər apellyasiya şikayətini verilməməsi səbəbindən geri qaytarılmışdır. Cavabdeh yenidən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5917/2024 sayılı, 05.12. 2024-cü il tarixli qətnaməsinə əsasən, ondan 840 (səkkiz yüz qırx) manat məbləğində pulun və 60 (altmış) manat mediasiya və kargüzarlıq xərcinin İddiaçı xeyrinə tutulmasına dair qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 sayılı, xx.xx.2024-cü il tarixli Qətnaməsindən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Belə ki, o Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 sayılı, xx.xx.2024-cü il tarixli Qətnaməsindən, xx.xx.2025-ci il tarixdə prossessual müddəti buraxmadan poçt vasitəsi ilə Sabunçu Rayon Məhkəməsinə apellyasiya şikayəti göndərmişdir. Ancaq, sonradan Sabunçu Rayon Məhkəməsinin əməkdaşları ilə telefon danışığından sonra, apellyasiya şikayətini elektron kabinet qaydasında göndərməli olduğunu öyrəndi. Habelə, Asan imza simkartını itirdiyinə görə, apellyasiya şikayətini vaxtında göndərə bilməmişdir. Asan imza simkartını xx.xx.2025-ci il tarixdə yenidən bərpa etmişdir. Elektron kabinet vasitəsi ilə, apellyasiya şikayətini göndərirkən, prossessual müddəti ötürmişdir. Hüquqi savadsızlığı, asan imzanı gec bərpa etdiyi səbəbindən, apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə vaxtında göndərə bilməmişdir. Bu səbəbdən də, qətnamədən elektron kabinet vasitəsi ilə apellyasiya şikayətİ vaxtında verilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəmsinin 2(008)-5179/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin olunması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayət vermə müddətinin buraxılması səbəbləri üzrlü hesab edilərək bərpa edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5179/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayət mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı olan İddiaçı şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icraya yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayət vermə müddətinin bərpasına dair ərizəsinin rədd edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Məhkəməsinin 2(008)-5179/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə vermiş olduğu apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh X3 xx.xx.2022-ci il tarixdən elektron kabineti mövcud olmuşdur. Beləliklə məlum olur ki, cavabdehin elektron kabineti olmasına baxmayaraq apellyasiya şikayətini elektron qaydada verilməli olduğuna dair məlumatının olmamasına dair irəli sürmüş olduğu dəlillər əsaslı hesab edilə bilməzdir. Həmin qərardaddan cavabdehin Cavabdeh xx.xx.2025-ci il tarixində şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2025-cü il tarixli, 2(008)- 5179/2024 saylı qəradadının ləğv edilməsi və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin, tərəfindən buraxılması səbəbinin üzrlü hesab edilərək, buraxılmış prosessual müddət bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5179/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qanunsuz və əsassızdır. Belə ki, onun müddəti ötürməyi ilə əlaqədar əsasları tam mötəbər olmuşdur və Sabunçu Rayon Məhkəməsinin bu əsaslara əsasən müddətin bərpası haqqında qərardadı tam qanun çərşivəsindədir Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, mülki prosessual hüquqlardan istifadə etməklə proses iştirakçıları vicdanla hərəkət etməli, qanunla onlara verilən hüquqlardan sui-istifadəyə yol verməməlidirlər. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Belə ki, buraxılmış müddətin bərpası haqqındakı ərizələrə baxılarkən edilməli prosessual hərəkətlərin mülki prosesin uzadılması məqsədi ilə edilib-edilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq işdə iştirak edən şəxsin şikayət vermək hüququndan sui-istifadəyə yol veribverməməsi ağlabatanlıq meyarlarına uyğun olaraq dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququn mütənasibliyi prinsipləri əsasında müəyyənləşdirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehə məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixdə yüklənmişdir. Bundan sonra cavabdeh qanunla nəzərdə tutulmuş müddət ərzində xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, lakin verilmiş apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş formada tərtib edilmədiyindən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra Cavabdeh 15 fevral 2025-ci il tarixində yenidən apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 5179/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5179/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5179/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti qanunla nəzərdə tutulan müddətin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Daha sonra Cavabdeh xx.xx.2025-ci il tarixdə müddətin bərpası barədə ərizə verərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5179/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ərizə, onun ilə bərabər apellyasiya şikayətini verilməməsi səbəbindən geri qaytarılmışdır. Bundan sonra cavabdeh müddətin bərpasına dair ərizə ilə birlikdə yenidən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəmsinin 2(008)-5179/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5179/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti vermə müddətinin buraxılması səbəbləri üzrlü hesab edilərək bərpa edilmişdir. İddiaçının sözügedən qərardaddan verdiyi şikayətə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(008)-5179/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayət vermə müddətinin bərpasına dair ərizəsinin rədd edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Məhkəməsinin 2(008)-5179/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə vermiş olduğu apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh məhkəmə aktlarından şikayət vermək üzrə subyektiv hüququ lazımi qaydada həyata keçirməmiş, bu hüququnu realizə edərkən digər proses iştirakçısının «ədalətli məhkəmə baxışına olan hüququ»nu pozmaqla sui-istifadəyə yol vermişdir. Kollegiya onu da qeyd edir ki, cavabdehin prosessual müddətin bərpa olunması barədə ərizədə istinad etdiyi və barəsində hər hansı sübutu təqdim etmədiyi halların üzrlü hesab edilməsi isə mülki prosessual qanunvericiliyə ziddir. Bu baxımdan iddiaçı tərəfindən hazırki şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə də yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5179/2024 saylı 24 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar