Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4302/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1445/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq cinayət məusliyyətinə cəlb edilməsi, həbs və ev dustaqlığı olunması, məhkəməyə verilməsi ilə əlaqədar vurulmuş mənəvi ziyana görə əvəz (kompensasiya) olaraq 8.000 ( səkkiz min) manat, habelə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat, cəmi 8100 (səkkiz min yüz) məbləğində pul vəsaiti cavabdeh AR Maliyyə Nazirliyindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri Yasamal Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ilə (iş № l(004)-07/2017) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faiz məbləğində pul nəfinə tutulmaqla 2 (iki) müddətə islah işləri cəzasına məhkum edilmişdir. 1 noyabr 2017-ci il tarixdən 1 noyabr 2017-ci il tarixədək həbsdə saxlanıldığı 13 (on üç) gün, 14 2017-ci il tarixdən 25 dekabr 2017-ci il tarixədək ev dustaqlığı saxlanıldığı 1 (bir) ay 11 (on bir) gün, ümumilikdə 24 (iyirmi dörd) gün CM-nin 69.3-ci maddəsinə əsasən bir günə üç gün hesabı ilə nəzərə almaqla 5 (beş ay) 12 gün təyin ediləcək cəzadan çıxılaraq üzərinə qəti olaraq qazancının 20 (iyirmi) faiz məbləğində pul dövlətin nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətə islah işləri cəzası saxlanılmışdır. Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2018-ci il tarixli qərarı ilə (iş № l(103)-390/18) onun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarı ilə (iş № 1(102) onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2018-ci il tarixli qəran ləğv olunmuş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ilə (iş № 1(103)- - İ 19) F. Məmmədovun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı ilə (iş № 1(102) onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ləğv olunmuş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2021-ci il tarixli hökmü ilə (iş № 1(103)-661/2021) onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, ona CM-nin 306.1-ci maddəsi ilə bəraət verilmişdir. Məmmədov həmin cinayət işi üzrə 13 gün həbsdə, 1 ay 14 gün ev dustalığmda saxlanılmışdır. O, əsassız ittiham olunmuş, qanunsuz həbsə və ev dustaqlığına alınmış və məhkəməyə verilmiş, ona mənəvi ziyan dəymişdir. O, həmin ziyanı 8 000 manat məbləğində müəyyən edərək kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsini xahiş edir. O, uşaq yaşlarından əlildir (İİ qrup), onun bir ayağı amputasiya olunmuşdur. Əsassız və qanunsuz cinayət təqibinə görə İddiaçı 13 gün həbsdə, 1 ay 14 gün ev dustalığmda qanunsuz olaraq azadlıqdan məhrum olmuş, dörd ilə yaxın müddətdə mənəvi itkilərə məruz qalmışdır. Azadlıqdan məhrum olunduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan dəymişdir. İbtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzabəziyyət əsəb pozğunluğu gətirib çıxarmışdır. Heç bir əsas olmadan onun barəsində CMnin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və o, bir neçə il müddətində istintaq orqanında və məhkəmələrdə vaxtını və əsəbini sərf etməyə məcbur olmuşdur. Nəticədə o, çox böyük psixoloji sarsıntılar, əsəb gərginlikləri keçilmişdir. Qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması, həbsdə və dusataqlığında saxlanılması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Ona görə də hesab edir ki, ona vurulmuş mənəvi zərər ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1445/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, qanunsuz olaraq cinayət məusliyyətinə cəlb edilməsi, həbs və ev dustaqlığı olunması, məhkəməyə verilməsi ilə əlaqədar vurulmuş mənəvi ziyana görə əvəz (kompensasiya) olaraq 3.000 (üç min) manat məbləğində pul vəsaitinin cavabdeh AR Maliyyə Nazirliyindən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Natavan Tağıyeva). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1445/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. 1101-ci maddəyə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası”dedikdə təkcə Cavabdeh1 deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işi üzrə Maliyyə Nazirliyi deyil, aidiyyəti pozuntunu törədən orqan cəlb olunmalıdır. Sözügedən Qanunun 5-ci maddəsinə əsasən vurulmuş ziyan “dövlət büdcəsi”nin vəsaiti hesabına həyata keçirilir. Bununla əlaqədar, dövlət büdcəsindən təkcə Maliyyə Nazirliyi maliyyələşmir, digər dövlət orqanları da, o cümlədən məhkəmələr də dövlət büdcəsindən maliyyələşir. Eyni zamanda həmin qanunda, o cümlədən hər hansı digər normativ hüquqi aktlarda vurulmuş ziyanı ödəyənin məhz “müvafiq icra hakimiyyəti orqanı”, yəni “Maliyyə Nazirliyi” olması göstərilmir. Məhkəmələr qərar qəbul edərkən qanunun aliliyi prinsipini rəhbər tutmalıdır. Lakin hər hansı bir qanunda vurulmuş ziyana görə Maliyyyə Nazirliyinin cavabdeh orqan olması müəyyən olunmasa da, məhkəmə qətnaməsində yanlış olaraq Nazirlik cavabdeh qismində müəyyən edilmişdir. Həmçinin həmin Qanunun 7-ci maddəsində qeyd edilir ki, hüquq pozuntusunu törədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları onların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir. Lakin həmin pozuntunu törədən orqanlar tərəfindən həmin hüquq pozuntusuna məruz qalmış şəxsdən üzr istənilməməsi, əksinə həmin orqanların törətdiyi pozuntulara görə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınması dövlət büdcəsinə əsasız ziyan vurmaqla yanaşı, sözügedən orqanlar tərəfindən gələcəkdə də müxtəlif hüquq pozuntularının törədilməsinə fiziki və hüquqi şəxslərin dövlətə etimadsızlığına səbəb olacaqdır. Belə ki, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanları da dövlət orqanlarıdır, eləcə də məhkəmələrin qəbul etdikləri qərarlar dövlət adından çıxarılır. Həmin bənddə Maliyyə Nazirliyinin səlahiyyəti ilə bağlı məsələlərdə məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etməli olduğu qeyd edilir. Lakin Maliyyə Nazirliyinin səlahiyyətlərini müəyyən edən Əsasnaməsində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquqmühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli, 1(004)-07/2017 saylı Hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faiz məbləğində pul nəfinə tutulmaqla 2 (iki) müddətə islah işləri cəzasına məhkum edilmişdir. 1 noyabr 2017-ci il tarixdən 1 noyabr 2017-ci il tarixədək həbsdə saxlanıldığı 13 (on üç) gün, 14 2017-ci il tarixdən 25 dekabr 2017-ci il tarixədək ev dustaqlığı saxlanıldığı 1 (bir) ay 11 (on bir) gün, ümumilikdə 24 (iyirmi dörd) gün CM-nin 69.3-cti maddəsinə əsasən bir günə üç gün hesabı ilə nəzərə almaqla 5 (beş ay) 12 gün təyin ediləcək cəzadan çıxılaraq üzərinə qəti olaraq qazancının 20 (iyirmi) faiz məbləğində pul dövlətin nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətə islah işləri cəzası saxlanılmışdır. İş materiallarında olan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2018-ci il tarixli qərarı ilə (iş № l(103)-390/18) onun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarı ilə (iş № 1(102) onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2018- ci il tarixli qəran ləğv olunmuş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. İş materiallarında olan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ilə (iş № 1(103)- - İ 19) F. Məmmədovun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı ilə (iş № 1(102) onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ləğv olunmuş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. İş materiallarında olan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2021-ci il tarixli hökmü ilə (iş № 1(103)-661/2021) onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, ona CM-nin 306.1-ci maddəsi ilə bəraət verilmişdir. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı hazırki iş üzrə apellyasiya şikayəti verməmişdir. Şikayət cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmişdir. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin deyil, tam ləğv olunması xahiş olunmasına baxmayaraq, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində iddia tələbi 3000 manat hissədə təmin edilmişdir ki, cavabdehin mənafeyinə toxunan hissə də məhz həmin hissədir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız iddia tələbinin təmin edilən 3000 (üç min) hissəsinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, Bakı şəhəri Yasamal Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ilə İddiaçı (iş № 1(004)-07/2017) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faiz məbləğində pul nəfinə tutulmaqla 2 (iki) müddətə islah işləri cəzasına məhkum edilmişdir. Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2018-ci il tarixli qərarı ilə onun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2018-ci il tarixli qəran ləğv olunmuş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ilə onun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ləğv olunmuş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2021-ci il tarixli hökmü ilə (iş № 1(103)-661/2021) onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, ona CM-nin 306.1-ci maddəsi ilə bəraət verilmişdir. Göründüyü kimi, İddiaçı 13 gün həbsdə, 1 ay 14 gün ev dustaqlığında qanunsuz olaraq saxlanılmışdır. Kollegiya vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşrı və qeyd edir ki, iş materiallarından da aydın olur ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərərin ödənilməsi və 3.000 manat məbləğində müəyyə edilməsinə dair birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Cavabdeh apellyasiya şikayətində iddiaçıya dəymiş mənəvi zərərin ödənilməli olubolmamasını deyil, həmin zərərin Maliyyə Nazirliyindən tutula bilməməsini, Mülki Məcəllənin 1101.1-ci maddəsində qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə vurğulayır ki, Mülki Məcəllənin qeyd edilən normasının məzmununa əsasən, dövlət orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməli olduğundan vurulmuş ziyanın ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olmuşdur. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsinə görə, Cavabdeh1 Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, cavabdehin apellyasiya şikayətiinn dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda iddia tələbinin mübahisələndiirlən hissəsi 3000 manat olduğundan Mülki Prosessual Məcəllənin qeyd edilən 402.1-ci maddəsinə əsasən hazırki qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutula bilməz. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1445/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4302/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4302/2022
24.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver