Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4306/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1302/2022 saylı, 28 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə rəsmi nikahlarından anadan olmuş 05 avqust 2019-cu il təvəllüdlü X4 və 15 noyabr 2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin, hər iki uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat, habelə xx.xx.2021-ci il təvəllüdlü X5 anadan olarkən tibbi məqsəd üçün sərf edilən 1750 (bir min yeddi yüz əlli) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1302/2022 saylı, 28 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 07 yanvar 2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş 05 avqust 2019-cu il təvəllüdlü X4 və 15 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, xx.xx.2021-ci il təvəllüdlü X5 anadan olarkən tibbi məqsəd üçün sərf edilən 1750 (bir min yeddi yüz əlli) manat pulun yarısı, yəni 875 (səkkiz yüz yetmiş beş) manatın Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamədən hər iki uşağın 3 yaşına çatanadək iddiaçının özü üçün cavabdehdən hər uşağa görə 150 manat olmaqla, aylıq 300 manat tutulması barədə iddia tələbinin təmin edilməməsi hissəsindən, həmçinin xx.xx.2021-ci il təvəllüdlü X5 anadan olarkən tibbi məqsəd üçün sərf edilən 1750 (bir min yeddi yüz əlli) manat pulun yarısının, yəni 875 (səkkiz yüz yetmiş beş) manatın tutulmaması hissəsindən narazıdır. Hesab edir ki, uşaqlar üç yaşına çatana kimi onun üçün hər uşaq üçün aylıq 150 manat, cəmi 300 manat alimentin tutulması Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən təmin edilməlidir. Həmçinin əlavə xərclə bağlı hissədə də iddia tələbinin Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən tam təmin edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, qətnamənin qismən ləğv edilərək, cavabdehdən uşaqlar üç yaşına çatana kimi hər uşaq üçün aylıq 150 manat, cəmi 300 manat alimentin tutularaq anaya ödənilməsi, həmçinin əlavə xərc hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, o ardıcıl olaraq alimenti ödəyir, qət olunmuş 875 manatı da tərəflə razılaşıb ki, hissə- hissə ödəyəcək, bundan başqa bir ay qabaq böyük uşaq boğazından əməliyyat olunmuşdur, onun əməliyyatı üçün tələb olunan 800 manatı da özü könüllü olaraq ödəmişdir, uşaqları ilə görüşür, münasibətləri yaxşıdır, ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-ll № 282454 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2163 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Fərzalıyeva soyadı verilmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-lV № 336911 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 05 avqust 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-lV № 678321 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 15 noyabr 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Respublika Diaqnostika Mərkəzi tərəfindən verilmiş çek fakturalardan görünür ki, yenidoğulmuş X3 tibbi xidmət göstərilməsi üçün iddiaçı tərəfindən cəmi 1750 manat məbləğində pul sərf olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən “hər iki uşağın 3 yaşına çatanadək iddiaçının özü üçün cavabdehdən hər uşağa görə 150 manat olmaqla, aylıq 300 manat tutulması barədə iddia tələbinin və əlavə xərc barədə iddia tələbinin təmin edilməyən” hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə uşağın 3 yaşına çatanadək iddiaçının özü üçün alimentin tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, uşaqlar üç yaşına çatana kimi iddiaçı üçün iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdehdən aylıq 50 manat olmaqla aliment tutulmalı, qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə görə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddiaçı uşaqların üç yaşına kimi hər uşaq üçün ayrılıqda 150 manat tələb etsə də, Kollegiya qeyd edir ki, qeyd edilən norma azyaşlı uşağa baxılması ilə əlaqədar işləməməsinə görə uşağın yanında qaldığı valideyn üçün müəyyən edilir, buna görə də hər uşaq üçün ayrılıqda tutula bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası iddiaçının azyaşlı övladları olduğu üçün işləməməsini nəzərə alaraq hesab edir ki, 15 noyabr 2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının özü üçün cavabdehdən aylıq 50 manat məbləğində pulun tutulması hazırkı işin halları baxımından əsaslı və ağlabatandır. Kollegiya hesab edir ki, ana üçün həmin alimentin tutulması iddia ərizəsinin verildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən (i/v 3) başlayaraq hesablanmaldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əlavə xərc hissədə iddia tələbinin tam təmin edilməsi barədə dəlilinə münasibətdə isə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, valideynlər uşaqlarına münasibətdə bərabər hüquqa malik olmalarına görə, bərabər vəzifələr də daşımalıdırlar. Bu səbəbdən, rayon məhkəməsi əlavə xərc hissədə iddia tələbini qismən təmin etməkdə haqlı olduğundan apellyasiya şikayəti həmin hissədə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən, rayon məhkəməsi tərəfindən iddia tələbinin uşağın üç yaşına kimi iddiaçı üçün alimentin müəyyən edilməsi hissəsində maddi hüquq normasının tətbiq və təfsirində səhvə yol verildiyindən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni uşaq 3 yaşına çatanadək iddiaçının özü üçün aliment tələbinə dair hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, uşaq 3 yaşına çatanadək iddiaçının özü üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdehdən aylıq 50 manat olmaqla aliment tutulmalı, qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə ana üçün alimentin tutulması hissəsində dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1). Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1302/2022 saylı, 28 mart 2022-ci il tarixli qətnaməsi qismən, yəni uşaq 3 yaşına çatanadək iddiaçının özü üçün aliment tələbinə dair hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilsin. Tərəflərin bigə nikahından 15 noyabr 2021-ci ildə anadan olmuş uşağı X5 3 yaşına çatanadək iddiaçının özü üçün xx.xx.2022-ci il tarixdən başlayaraq aylıq 50 (əlli) manat aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4306/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4306/2022
23.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver