Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4306/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və 3-cü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB (Əmanətlərin Sığortalanması Fondu) qarşısında heç bir öhdəlik yaranmadığından iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.12940 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisindəki ümumi sahəsi 82.4 kv.m olan qeyri-yaşayış sahəsi, ümumi sahəsi 75.1 kv.m olan qeyri-yaşayış sahəsi və 49.3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin ipotekadan azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 ərizə təqdim edərək, F.Nəbiyevin iddia tələbləri üzrə mübahisə predmeti olan əməkdaşlıq müqaviləsi onun maraqlarına toxunduğundan, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddia ərizəsi təqdim edərək, onunla QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli 001 saylı “birgə əməkdaşlıq haqqında” müqavilənin xitam edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs X4 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi” tələbinin iddiaçı X3 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “qeyri-yaşayış sahələrinin ipotekadan azad edilməsi” tələbindən ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. X4 xx.xx.2023-cü ildə ölməsi müəyyən edildiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2056/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X4 hüquqi varisi müəyyən edilənədək iddiaçı X4 cavabdehlər LPO QSC «Bank Standart» KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı «birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi» tələbinə dair 2(006)-2056/2023 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-439/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakların ipotekadan azad edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.12940 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisində ümumi sahəsi 82.4 kv.metr, 75.1 kv.metr və 49.3 kv.metr olan qeyri-yaşayış sahələrinin ipotekadan azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-dən alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Abidova, iş № 2(006)- 2082/24) iddia qismən təmin edilmiş, iddiaçı X8 ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli 001 saylı “birgə əməkdaşlıq haqqında” müqaviləyə xitam verilmiş hesab edilməsi qət edilmiş, iddia qalan hissədə (Əmanətlərin Sığortalanması Fonduna münasibətdə) təmin olunmamışdır. İş apellyasiya baxışında olarkən üçüncü şəxs X3 nümayəndəsi Vəkil vəsatət verərək iddiaçı X7 (üçüncü şəxs: X8) cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı müqavilənin xitam edilmiş hesab edilməsi və s.” tələbinə dair 2(103)-4306/2024 saylı mülki işin üçüncü şəxs X4 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi” tələbinə dair 2(103)-4901/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası vəsatəti araşdırıb belə qənaətə gəlir ki, vəsatət təmin edilməlidir. Apellyasiya baxışında müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-439/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4901/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi” tələbi”nə dair iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsində olan mülki işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı X7 (üçüncü şəxs: X8) cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı müqavilənin xitam edilmiş hesab edilməsi və s.” tələbinə dair 2(103)-4306/2024 saylı mülki iş üçüncü şəxs X4 cavabdehlər ləğv prosesində olan QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı “birgə əməkdaşlıq haqqında müqavilənin xitam edilmiş hesab edilməsi” tələbinə dair 2(103)-4901/2023 ( yeni nömrəsi 2(103)-328/2024) saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4306/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4306/2024
31.07.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver