Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4317/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qızıl-zinət və cehiz əşyalarının qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-181/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan "xxxx" MMC-nin hesabatından görünür ki, nişan üzüyü ağ qızıl brilliant daşlarla 1 ədəd, Qızıl dəsti brilliant ağ qızıl (sırğa, üzük, sep, qolbaq), tək qolbaq İtaliya sarı qızılı, sırğa 1 cüt sarı İtaliya qızılı (hədiyyə verilmişdir), tək qaş, sarı İtaliya qızılı, üzük 1 ədəd (hədiyyə verilmişdir), tək qaş, sarı İtaliya qızılı üzük 1 ədəd (hədiyyə verilmişdir), tək qaş, sarı İtaliya qızılı üzük 1 ədəd (hədiyyə verilmişdir), Qızıl qolbaq və qızıl sep türk qızılı (hədiyyə verilmişdir), tək kulon qızıl-zinət əşyalarının xx.xx.2025-ci il tarixinə bazar dəyəri 9612 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən evdə qalmış cehiz əşyaları: Mebel (divan-1 ədəd, kreslo-2 ədəd, jurnalnıy stol-1 ədəd, TV stend-1 ədəd, masa-1 ədəd, stul-6 ədəd, şifonyer-1 ədəd, taxt-1 ədəd, 2 tumba, trümo-1 ədəd) 12000 manat; mətbəx mebeli, soba, qaz sobası, aspirator daxil - 3000 manat, “LC” markalı paltaryuyan - 1500 manat, “Samsung” markalı soyuducu - 2000 manat, “Samsung" markalı televizor - 1500 manat, “Tefal” markalı ütü - 300 manat, ütü masası - 75 manat, “Rowenta” markalı tozsoran - 700 manat, “Kenwood” markalı ətçəkən - 500 manat, “ Tefal” markalı şirəçəkən - 450 manat, “Bosh” markalı blendor - 175 manat, “Kontakt Home” dükanından alınmış 1 ədəd masa və 4 ədəd stul - 500 manat, paltarasan 1 ədəd - 50 manat, hamam aksessuarları - 65 manat, təmizlik fırçaları, polsilən 200 manat, 3 ədəd böyük xalça, 2 ədəd kiçik xalça - 700 manat, 4 ədəd pərdə (4 hissəli) - 1200 manat, 5 ədəd çilçıraq - 1400 manat, 3 ədəd döşək (1 ədəd taxt döşəyi) - 500 manat, 2 ədəd yorğan - 250 manat, 6 ədəd yastıq - 150 manat, yataq dəsti 5 dəst (“Karaca” 2 dəst, “Madame Coco”- 2, “Elarf'- 1) - 1500 manat, yataq örtükləri 4 ədəd - 1200 manat, süfrə 1 ədəd (“Karaca”) - 300 manat, 3 böyük hamam dəsmalı - 150 manat, stəkan dəsmalları 18 cüt - 200 manat, kosmetik orqanayzer 2 ədəd - 50 manat, tərəzi - 25 manat, dekor əşyaları daxildir (güldan- 2 ədəd, şamlar-4 ədəd, kitablar-12 ədəd, saat-1 ədəd, şamdanlar-3 ədəd) - 500 manat, xrustallar tam brend daxildir (güldan, 2 meyvə qabı, 2 çərəz qabı, 2 şirniyyat qabı, 2 qənd qabı, 1 külqabı) - 2700 manat, 4 dəst qazan dəsti - 1000 manat, yemək servisi 24 parça (“Korkmaz”) - 1200 manat, yemək servisi 6 nəfərlik (“Sehayer”) - 300 manat, qaşıq-çəngəl dəsti 24 parça - 350 manat, qaşıq-çəngəl dəsti 6 parça - 100 manat, yemək servisi 6 nəfərlik - 250 manat, qənd qabı 2 ədəd - 80 manat, qrafınka - 30 manat, bıçaq dəsti (“Sehayer”) - 30 manat, yemək bişirmək üçün alətlər - 50 manat, meyvə-tərəvəz üçün plastik qablar - 100 manat, yemək üçün saxlama qabları - 150 manat, ədviyyat üçün saxlama qabları - 100 manat, padnoslar 6 ədəd 140 manat, doğrama taxtaları 2 ədəd - 30 manat, səhər yeməyi set 150 manat, sadə stəkan 12 ədəd - 60 manat, xrustal stəkan 12 ədəd - 120 manat, nəlbəki 24 ədəd - 50 manat, çaydan 4 ədəd və çaynik 4 ədəd - 200 manat, qənd qabı 3 ədəd 45 manat, xəmir hazırlamaq üçün dəst - 50 manat, şirə üçün stəkanlar 24 ədəd - 72 manat, armudu stəkan 6 ədəd və 6 ədəd nəlbəki - 50 manat, kofe üçün fincanlar 6 ədəd və 6 ədəd nəlbəki- 50 manat, çörək qabları 3 ədəd və 2 ədəd saxlama qabı - 150 manat, şirniyyat qabları şüşə və plastik - 50 manat, meyvə qabı şüşə 4 ədəd - 200 manat, şüşə çərəz qabı və dekorativ çərəz qabı - 70 manat, nərdivan - 50 manat, paltar səbəti dəsti - 50 manat, dəmir qazan altlıqları 3 ədəd - 50 manat, plastik vedrə və vanna - 20 manat, mətbəxdə şüşə güldan 2 ədəd - 50 manat, fincanlar 45 manat, su stəkanları - 50 manat, razetka 24 ədəd - 48 manat, duz qabları - 20 manat, soyuducu içi orqanayzerlər 3 ədəd - 20 manat, orqanayzer 3 ədəd - 20 manat, paltaryuyan üçün paltar səbətləri - 40 manat, şirniyyat bişirmə qabları 2 ədəd - 70 manat, ayaqaltı qapı üçün 50 manat, təkərli meyvə-tərəvəz saxlayıcı 40 manat, boşqab altlıqları 6 ədəd - 45 manat, termos - 20 manat; cəmi: 39905 manat olan cehiz əşyalarının, bu cehiz əşyaları qətnamə icra olunan vaxt mövcud olmasa, onların cəmi dəyəri 39905 manat məbləğində pulun və həmin ünvanda qalmış qızıl-zinət əşyaları: nişan üzüyü ağ qızıl brilliant daşlarla 1 ədəd - 2200 manat, qızıl dəsti brilliant ağ qızıl daxildir (sırğa, üzük, sep, qolbaq) - 6000 manat, tək qolbaq İtaliya sarı qızılı - 500 manat, sırğa 1 cüt sarı İtaliya qızılı (hədiyyə verilmişdir) - 250 manat, tək qaş, sarı İtaliya qızılı üzük 1 ədəd (hədiyyə verilmişdir) - 190 manat, tək qaş, sarı İtaliya qızılı üzük 1 ədəd (hədiyyə verilmişdir) - 220 manat, tək qaş, sarı İtaliya qızıl üzük 1 ədəd (hədiyyə verilmişdir) - 200 manat, Qızıl qolbaq və qızıl sep türk qızılı (hədiyyə verilmişdir) - 320 manat, tək kulon sarı - 150 manat, cəmi: 10030 manat olan qızıl-zinət əşyalarının, qətnamə icra olunan vaxt mövcud olmasa, onların cəmi dəyəri 10030 manat məbləğində pulun, ümumillikdə cehiz və qızıl-zinət əşyaları mövcud olmasa, onların cəmi dəyəri 49935 manat məbləğində pulun, 50 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 190 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə ailə münasibətindən xx.xx.2023-cü il tarixdə X4 anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurandan sonra ilk vaxtlar onların ailə münasibətləri yaxşı olmuş, lakin son vaxtlar pozulmuşdur. Ailəni qoruyub saxlamaq mümkün deyildir. Nikahın pozulması ilə bağlı artıq məhkəməyə müraciət etmişdir, iş məhkəmə icraatındadır. Hazırda onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. Adət-ənənəyə müvafiq olaraq hər bir qız kimi o da gəlin köçərkən cehiz aparmışdır və ona qızıl-zinət əşyaları hədiyyə olaraq verilmişdir. Onun ailə qurarkən gətirdiyi şəxsi və cehiz əşyaları həyat yoldaşının yaşadığı, Yeni Yasamal rayonu, Əsəd Əhmədov 28, mənzil 127, mərtəbə 7 ünvanında yerləşir. O, cavabdehdən cehiz və qızıl-zinət əşyalarının qaytarılmasını tələb etsə də, cavabdeh onun tələbinə məhəl qoymur, müxtəlif bəhanələrlə bundan boyun qaçırır. Aşağıda göstərilən və ona verilən qızıl-zinət əşyaları qohumları və digər şəxslərin gözü qarşısında olmuşdur. Həmin qızıl-zinət əşyaları video çəkilişlərdə və şəkillərdə öz əksini tapmışdır. O, evdən döyülüb qovulmuşdur, özünə aid olan bütün cehiz və qızıl-zinət əşyaları yoldaşıyla yaşadığı ünvanda qalmışdır. Göstərilənləri nəzərə alaraq gəlin köçərkən cehiz kimi apardığı 39905 manat dəyərində əşyaların və ona hədiyyə alaraq verilmiş 10030 manat dəyərində qızıl-zinət əşyalarının və ya hər ikisi olmadıqda isə dəyərlərinin cavabdehdən alınaraq, ona verilməsi barədə iddia tələbi təmin olunmalı, pozulmuş hüquqları bərpa olunmalıdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 181/2025 nömrəli qətnaməsi (Nərgiz Tağıyeva) ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən evdə qalmış cehiz əşyalarınln: dəyəri 12000 manat olan mebel (divan-1 ədəd, kreslo-2 ədəd, jurnalnıy stol-1 ədəd, TV stend-1 ədəd, masa-1 ədəd, stul-6 ədəd, şifonyer-1 ədəd, taxt-1 ədəd, 2 tumba, termo-1 ədəd); dəyəri 3000 manat olan mətbəx mebeli, soba, qaz sobası, aspirator daxil, dəyəri 1500 manat olan “LG” markalı paltaryuyan, dəyəri 2000 manat olan “Samsung” markalı soyuducu, dəyəri 1500 manat olan “Samsung" markalı televizor, dəyəri 300 manat olan “Tefal” markalı ütü, dəyəri 75 manat olan ütü masası, dəyəri 700 manat olan “Rowenta” markalı tozsoran, dəyəri 500 manat olan “Kenwood” markalı ətçəkən, dəyəri 450 manat olan “Tefal” markalı şirəçəkən, dəyəri 175 manat olan “Bosh” markalı blendr, dəyəri 500 manat olan “Kontakt Home” dükanından alınmış 1 ədəd masa və 4 ədəd stul, dəyəri 50 manat olan paltarasan 1 ədəd, dəyəri 65 manat olan hamam aksessuarları, dəyəri 200 manat olan təmizlik fırçaları, polsilən, dəyəri 700 manat olan 3 ədəd böyük xalça, 2 ədəd kiçik xalça, dəyəri 1200 manat olan 4 ədəd pərdə (4 hissəli), dəyəri 1400 manat olan 5 ədəd çilçıraq, dəyəri 500 manat olan 3 ədəd döşək (1 ədəd taxt döşəyi), dəyəri 250 manat olan 2 ədəd yorğan, dəyəri 150 manat olan 6 ədəd yastıq, dəyəri 1500 manat olan yataq dəsti 5 dəst (“Karaca” 2 dəst, “Madame Coco”- 2, “Elarf'- 1), dəyəri 1200 manat olan yataq örtükləri 4 ədəd, dəyəri 300 manat olan süfrə 1 ədəd (“Karaca”), dəyəri 150 manat olan 3 böyük hamam dəsmalı, dəyəri 200 manat olan stəkan dəsmalları 18 cüt, dəyəri 50 manat olan kosmetik orqanayzer 2 ədəd, dəyəri 25 manat olan tərəzi, dəyəri 500 manat olan dekor əşyaları (güldan-2 ədəd, şamlar-4 ədəd, kitablar-12 ədəd, saat-1 ədəd, şamdanlar-3 ədəd), dəyəri 2700 manat olan xrustallar tam brend (güldan, 2 meyvə qabı, 2 çərəz qabı, 2 şirniyyat qabı, 2 qənd qabı, 1 külqabı), dəyəri 1000 manat olan 4 dəst qazan dəsti, dəyəri 1200 manat olan yemək servisi 24 parça (“Korkmaz”), dəyəri 300 manat olan yemək servisi 6 nəfərlik (“Sehayer”), dəyəri 350 manat olan qaşıq-çəngəl dəsti 24 parça, dəyəri 100 manat olan qaşıq-çəngəl dəsti 6 parça, dəyəri 250 manat olan yemək servisi 6 nəfərlik, dəyəri 80 manat olan qənd qabı 2 ədəd, dəyəri 30 manat olan qrafınka, dəyəri 30 manat olan bıçaq dəsti (“Sehayer”), dəyəri 50 manat olan yemək bişirmək üçün alətlər, dəyəri 100 manat olan meyvə-tərəvəz üçün plastik qablar, dəyəri 150 manat olan yemək üçün saxlama qabları, dəyəri 100 manat olan ədviyyat üçün saxlama qabları, dəyəri 140 manat olan podnoslar 6 ədəd, dəyəri 30 manat olan doğrama taxtaları 2 ədəd, dəyəri 150 manat olan səhər yeməyi set, dəyəri 60 manat olan sadə stəkan 12 ədəd, dəyəri 120 manat olan xrustal stəkan 12 ədəd, dəyəri 50 manat olan nəlbəki 24 ədəd, dəyəri 200 manat olan çaydan 4 ədəd və çaynik 4 ədəd, dəyəri 45 manat olan qənd qabı 3 ədəd, dəyəri 50 manat olan xəmir hazırlamaq üçün dəst, dəyəri 72 manat olan şirə üçün stəkanlar 24, dəyəri 50 manat olan armudu stəkan 6 ədəd və 6 ədəd nəlbəki, dəyəri 50 manat olan kofe üçün fincanlar 6 ədəd və 6 ədəd nəlbəki, dəyəri 150 manat olan çörək qabları 3 ədəd və 2 ədəd saxlama qabı, dəyəri 50 manat olan şirniyyat qabları şüşə və plastik, dəyəri 200 manat olan meyvə qabı şüşə 4 ədəd, dəyəri 70 manat olan şüşə çərəz qabı və dekorativ çərəz qabı, dəyəri 50 manat olan nərdivan, dəyəri 50 manat olan paltar səbəti dəsti, dəyəri 50 manat olan dəmir qazan altlıqları 3 ədəd, dəyəri 20 manat olan plastik vedrə və vanna, dəyəri 50 manat olan mətbəxdə şüşə güldan 2 ədəd, dəyəri 45 manat olan fincanlar, dəyəri 50 manat olan su stəkanları, dəyəri 48 manat olan razetka 24 ədəd, dəyəri 20 manat olan duz qabları, dəyəri 20 manat olan soyuducu içi orqanayzerlər 3 ədəd - 20 manat, orqanayzer 3 ədəd, dəyəri 40 manat olan paltaryuyan üçün paltar səbətləri, dəyəri 70 manat olan şirniyyat bişirmə qabları 2 ədəd, dəyəri 50 manat olan ayaqaltı qapı üçün, dəyəri 40 manat olan təkərli meyvə-tərəvəz saxlayıcı, dəyəri 45 manat olan boşqab altlıqları 6 ədəd, dəyəri 20 manat olan termos, qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğlərinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumuna görə 100 manat və mediasiya xərcinə görə 50 manat olmaqla, cəmi 150 (yüz əlli) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 225.2, 225.3, 443.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1, 34.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 119.1, 222.1, 238, 241, 244-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
6. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qızıl-zinət əşyaları ilə bağlı hissədə qismən ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-181/2025 saylı qətnaməsi qismən, yəni təmin olunmayan, Bakı şəhəri, Yeni Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 28, mənzil 127də qalmış qızıl-zinət əşyaları: nişan üzüyü ağ qızıl brilliant daşlarla 1 ədəd -2200 manat, qızıl dəsti brilliant ağ qızıl daxildir (sırğa, üzük, sep, qolbaq) - 6000 manat, tək qolbaq İtaliya sarı qızılı - 500 manat, sırğa 1 cüt sarı İtaliya qızılı (hədiyyə verilmişdir) - 250 manat, tək qaş, sarı İtaliya qızılı üzük 1 ədəd (hədiyyə verilmişdir) - 190 manat, tək qaş, sarı İtaliya qızılı üzük 1 ədəd (hədiyyə verilmişdir) - 220 manat, tək qaş, sarı İtaliya qızıl üzük 1 ədəd (hədiyyə verilmişdir) - 200 manat, Qızıl qolbaq və qızıl sep türk qızılı(hədiyyə verilmişdir) - 320 manat, tək kulon sarı - 150 manat, cəmi: 10030manat olan qızıl-zinət əşyalarının qaytarılması, qətnamə icra olunan vaxt mövcud olmasa, onların cəmi dəyəri 10030 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində ləğv olunmalıdır. İddiaçı Cavabdeh ilə xx.xx.2022- ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2023-cü il tarixdə X4 anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurandan sonra ilk vaxtlar onların ailə münasibətləri yaxşı olmuş, lakin sonradan pozulmuşdur. Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(005)-1520/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 10 noyabr 2022-ci il tarixdə bağlanmış nikahın pozulması, 21 avqust 2023- cü il təvəllüdlü X2 iddiaçı (anası) İddiaçı yanında saxlanılması, uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı gəlin köçərkən adət-ənənəyə müvafiq olaraq cehiz aparmışdır və ona qızıl-zinət əşyaları hədiyyə olaraq verilmişdir. Onun ailə qurarkən gətirdiyi cehiz və qızıl-zinət əşyaları həyat yoldaşının yaşadığı, Yeni Yasamal rayonu, Əsəd Əhmədov 28, mənzil 127, mərtəbə 7 ünvanında qalmışdır. O, cavabdehdən cehiz və qızıl zinət əşyalarının qaytarılmasını tələb etsə də, cavabdeh onun tələbinə məhəl qoymamış, müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. Məhkəmə zamanı cavavdehin nümayəndəsi olan atasıHeydərov Əzizağa cehiz-və qızıl zinət əşyalarının mövcud olmasını etiraf etmişdir. Həmin əşyaların qiymətində fikir ayrılığı olmuşdur. İddiaçı bildirir ki, o, evdən döyülüb qovulmuşdur, özünə aid olan bütün cehiz və qızıl-zinət əşyaları yoldaşıyla yaşadığı ünvanda qalmışdır. Bununla əlaqədar məhkəməyə təqdim edilmiş diskdə və Votsap yazışmalarında qeyd olunub. Məhkəmə cavabdehin nümayəndəsinin təqdim etdiyi səs yazısını əsas götürərək, hesab etmişdir ki, İddiaçı tələb etdiyi qızıl-zinət əşyaları onun özündə olmuşdur. Lakin həmin səsin nə vaxt və hansı şəraitdə yazılması, səsin kimə göndərilməsi barədə cavabdeh tərəf heç bir sübut təqdim edə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Cavabdehin nümayəndəsi Nümayəndə 27 iyul 2025-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti ilə razı deyil və hesab edir ki, şikayət tamamilə əsassızdır, qanunvericiliyin tələblərinin pozulması ilə verilmiş, əsaslandırılmamışdır və əsassız və qanunsuz olduğu üçün təmin edilməməlidir. İlk olaraq qeyd edir ki,şikayət ümumiyyətlə əsaslandırılmamışdır, Həmçinin qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması konkret olaraq qeyd edilməmiş, yalniz MM və MPM-nin müəyyən normalarından ümimi şəkildə iqtibaslar edilmişdir. Belə ki, təqdim edilən apellyasiya şikayətinin təsviri-əasalandırıcı hissəsində iddiaçı tərəfindən yalnız şikayət verilən qətnamənin və nikahın pozulmasına dair digər qətnamənin qət etdi hassəsi göstərilmiş, daha sonra məhkəmə zamanı təsdiqini tapmayan, yalnış olan və özünün subyektiv mülahizələri qeyd edilmişdir. Bunun əvəzində iddiaçının nümayəndəsi tərəfindən qətnamə üzrə maddi və prosessual pozuntularının nədən ibarət olması göstərilməli, qızıl-zinət əşyalarının dəyərini hansı əsaslarla və səbəblərə görə tələb etdiyi əsaslandırılmalı idi. Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-181/2025 saylı qətnaməsi mülki qanunvericilik normalarının konkret olaraq hazırki iddiaya münasibətdə tətbiq edilməsi baxıımından kifayət qədər əsaslandırılmışdır. Qətnamənin əsaslandırıcı hissəsində göstərilir ki, “qeyd olunmalıdır ki, qızıl-zinət və cehiz əşyalarının cavabdehdən alınması tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb edilməsi üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığım sübut etməlidir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən bu halların mübahisələndirilməməsi, belə iddiaların təmin olunması üçün əsas ola bilər. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həmin əşyaların mövcudluğunu, mövcudluğu sübuta yetirildiyi halda isə həqiqətən də birgə yaşadıqları evi, mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Hazırki işdə isə, qızılzinət əşyalarının hamısının mövcudluğu, onların həqiqətən qızıl olub-olmaması, iddia ərizəsində göstərilən qramda, əyarda olması, hətta onların mövcudluğu qəbul edilsə belə həqiqətən cavabdehdə qalması mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş səs yazılarından da görünür ki, iddiaçı cavabdehə “Qızılları o dünyada görərsiz”, “Onları satsam da, dəyəri çox aşağıdır” cümlələri işlədir. Digər tərəfdən cavabdeh tərəfin bildirdiyinə görə, o daha öncədən dəfələrlə evi tərk etmiş və anasıgilə getmişdir. Qızılları isə evlənəndən bir müddət sonra, “orada daha təhlükəsizdir” bildirərək anasıgildə saxlamışdır. İddiaçı tərəf isə qızılları anasıgilə apardığını, lakin sonradan qaytardığını bildirmişdir. Göstərilənlər baxımından məhkəmə qızılların cavabdehdə qalmasını inandırıcı hesab etmir “. Daha sonra iddiaçı öz şikayətində qeyd edir ki, məhkəmə zamanı cavabdehin nümayəndəsi cehiz və qızıl-zinət əşyalarının mövcud olmasını etiraf etmişdir. Həmin əşyaların qiymətində fikir ayrılığı olmuşdur. Bildirirəm ki, iddiaçının nümayəndəsi şikayətində qeyd etdiyi bu fikrin yalan olduğunu bildiyi halda, qəsdən və məhkəməni çaşdirmaq məqsədi ilə qeyd etmişdir. Belə ki, o, cavabdehin nümayəndəsi olaraq qızıl-zinət əşyalarının deyil, yalnız ev- məişət əşyalarının mövcud olmasını bildirmişəm və onların mənzildən iddiaçı tərəfindən aparılmasını tələb etmişdir. İddiaçı isə həmin fikrini qəsdən qızıl əşyalarına da şamil etmişdir. Bu ona görə edilmişdir ki, apellyasiya şikayətində heç olmasa hansısa bir “əsaslandırım” mövqe ortaya qoyulsun. Bir daha bildirir ki,yalnız ev-məişət əşyalarının mövcud olması tərəfindən bildirilmiş və onların aparılmasını tələb etmişdir. Çünki, həmin əşyaların mənzildə 3 ilə yaxın müddət ərzində qalması nəticəsində mən mənzildən istifadə edə bilmir və mülkiyyət hüquqlarım iddiaçı tərəfindən kobud şəkildə pozulur. Onu da bildirir ki, məlikəmə zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertin xx.xx.2024-cü il tarixli məlumatına əsasən “ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün qərardadda qeyd edilən qızıl-zinət əşyalarının əyarı, çəkisi, üzərində olan brilyant qaşların hər birinin ayrı-ayrılıqda sayı, karatı, keyfiyyəti və sair barədə ətraflı məlumat verilməsi barədə xx.xx.2024-cü il tarixli vəsatət hazırki vaxta qədər təmin edilməmişdir”. Həmin səbəbdən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar geri qaytarılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi özəl bir quruma müraciət edərək mövcud olmayan qızıl-zinət əşyalarının qiymətləndirilməsini aparmağa cəhd etmişdir. "xxxx" MMC-nin işçiləri toy şəkilləri əsasında saxta bir araşdırma apararaq xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi təqdim etmişdir. Onu da diqqətinizə çatdırır ki, “Qiymətləndirmə fəaliyəti” haqqında Azərbaycan Pespublikası Qanununa əsasən ( maddə 5.1) Bu Qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxs qiymətləndirici ola bilər. Beləliklə, qanunvericilik “Qiymətləndiricilər Palatasının” üzvü olmayan şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmasını qadağan etmişdir. Qiymətləndirmə Palatası isə ilk iclasını 17 fevral 2025-ci il tarixdə keçirərək “Qiymətləndirmə Palatasını” təsis etmişdir. Bu barədə məlumat KİV-də ətraflı şəkildə əks etdirilmiş və həmin məlumatlar barədə sənədlər tərəfimdən məhkəməyə təqdim edilmişdir. Adı çəkilən mütəxəssis rəyinin xx.xx.2025-ci il tarixdə Palatanın üzvü olmayan şəxs tərəfindən təqdim edildiyinə görə həmin sənəd etibarsız və saxta olmaqla hər-hansı sübut əhəmiyyətinə malik deyildir. Bizim tərəfimizdən də qiymətləndirmə üçün tədbirlər görülmüşdür. Belə ki, tərəfimizdən eynilə iddiaçı tərəfindən edildiyi kimi, foto və video görüntülər əsasında qiymətləndirmənin aparılması üçün artıq Qiymətləndiricilər Palatasının üzvü olan "xxxx" MMC-yə müraciət edilmiş, həmin MMC-nin təqdim etdiyi 26 fevral 2025-ci il tarixli PR-099/2025 saylı arayışa əsasən “ təqdim edilmiş fotoşəkillər və vıdeodisklər əsassında qeyd etdiyiniz qızıl-zinət əşyalarının, yəni ağ brillyant qaşlı nişan üzüyü, ağ qızıl dəsti (sırğa, üzük, sep, qolbaq), İtaliya qızılı olan tək qolbaq, İtaliya qızılı olan 1 cüt sırğa, İtaliya qızılı olan 3 ədəd təkqaş üzük, türk qızılı olan qolbaq və sep, və tək qızıl kulonu real olaraq təqdim edilmədiyi üçün, yəni həmin qızıl və zinət əşyalarının əyarı, karatı, çəkisi, keyfiyyəti barədə dəqiq məlumatlar olmadığı üçün onların qiymətləndirilməsini apararaq bazar dəyərini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə ilə müəyyən edilmişdir ki,iddiaçı cavabdehlə birlikdə ünvan 2 ünvanda mənə məxsus olan 3 otaqlı mənzildə yaşamışlar,onların yanında başqa heç kəs yaşamamış, iddiaçı cavabdehlə birlikdə həmin ünvanda yaşadığı müddət ərzində hər həftədə azı 1-2 dəfə atasıımn evinə ünvan 3 ünvanına (Vtorçermet qəsəbəsi) gedərək hər gedəndə 2-3 gün orada qalmış və həmişə qızıl- zinət əşyalarını da özü ilə aparıb atasının evində saxlamışdır. Bu fakt tərəfimizdən təqdim edilmiş sübutlarla da təsdiq edilmişdir. Lakin hal-hazıda qisas almaq və maddi ziyan vurmaq məqsədi ilə qızıl-zinət əşyaladının dəyərini bizdən tələb edir. Onu da bildirirəm ki,qızıl əşyalarının dəyəri də iddia ərizəsində iddiaçı tərəfindən süni olaraq şişirdilmişdir. Həmin əşyaların dəyərinin məhkəmə tərəfindən müəyyən edilməsi də mümküm olmamışdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli məlumatına əsasən etirazda göstərilən səbəblərə görə ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar geri qaytarılmışdır. Çünki,ekspert hesab etmişdir ki, şəkillər və videogörüntülər əsasında qiymətləndirmənin aparılması mümkün deyildir. Odur ki, fotoşəkillər əsasında, həm də bununla səlahiyyəti olmayan şəxslər tərəfindən aparılan qiymətləndirmənin heç bir hüquqi əsası ola bilməz.Göstərilən əsaslara görə hesab edirəm ki, Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini, Cavabdeh nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
11. 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
12. 225-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
13. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
14. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnaməni yalnız qızıl-zinət əşyaları ilə bağlı hissədə mübahisələndirdiyindən, cavabdeh isə qətnaməni mübahisələndirmədiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-181/2025 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qızıl-zinət əşyalarının hamısının mövcudluğu, onların həqiqətən qızıl olubolmaması, iddia ərizəsində göstərilən qramda, əyarda olması, hətta onların mövcudluğu qəbul edilsə belə həqiqətən cavabdehdə qalması mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş səs yazılarından da görünür ki, iddiaçı cavabdehə “Qızılları o dünyada görərsiz”, “Onları satsam da, dəyəri çox aşağıdır” cümlələri işlədir. Digər tərəfdən cavabdeh tərəfin bildirdiyinə görə, o daha öncədən dəfələrlə evi tərk etmiş və anasıgilə getmişdir. Qızılları isə evlənəndən bir müddət sonra, “orada daha təhlükəsizdir” bildirərək anasıgildə saxlamışdır. İddiaçı tərəf isə qızılları anasıgilə apardığını, lakin sonradan qaytardığını bildirmişdir. Göstərilənlər baxımından birinci instansiya məhkəməsi haqlı olaraq qızılların cavabdehdə qalmasını inandırıcı hesab etməmişdir.
26. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
27. Qanunvericiliyə əsasən hazırki halda iddiaçı mülkiyyətində olan qızıl-zinət əşyalarının anasıgilə apardığını, daha sonra isə geri qaytardığını, yəni həmin qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
28. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı qızıl-zinət əşyalarının hazırda cavabdehin qanunsuz sahibliyində qalmasını sübuta yetirə bilmədiyindən iddia həmin hissədə rədd edilməlidir.
29. Kollegiya apellyasiya şikayətinin qızıl-zinət əşyaları hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, tələb olunan əşyaların mövcudluğu və iddiaçıya məxsusluğu cavabdeh tərəfindən qəbul edilməklə mübahisələndirilməmişdir. Cavabdeh tərəf qeyd edilən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən anasıgilə aparıldığını qeyd etmiş, iddiaçı isə qızılları anasigilə apardığını etiraf etmiş, lakin sonra qaytardığını bildirsə də, həmin halı sübuta yetirə bilməmişdir. Əksinə, işin faktiki halları həmin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparıldığını təsdiq edir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
32. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 181/2025 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.