Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4322/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin onların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürmə və digər tələbləri”nə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1120/2021 saylı, 22 fevral 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürmə və digər tələblərinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 pasport qeydiyyatında olmaqla yaşadığı, sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki döngə 2, 7 saylı evə köçürülməyi Cavabdeh özbaşına hərəkətlərinə son qoyulması və cavabdeh tərəfindən zəbt olunmuş dəhlizin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 1933-cü ildə İsmayıllı rayonunda Ağbulaq kəndində anadan olub. 88 yaşı var, xəstə, qoca köməksiz qarıdır. 05 yanvar 1951-ci ildə İsmayıllı rayonunun Həftəsiyab kənd sakini 1926-cı ildə anadan olmuş, mərhum X3 ilə rəsmi nikaha girib ailə həyatı qurmuşdur. Bu nikahdan yeddi övladı 3 oğlan 4 qız anadan olmuşdur. 20 sentyabr 2005-ci ildə həyat yoldaşı X1 ürək çatışmamazlığından Bakı şəhərində dünyasını dəyişmişdir. Həmin vaxtdan iddiaçını xx xxxx 1967- ci ildə anadan olmuş hazırda da iddiaçı ilə yaşayan qızı Dilşad Əhmədova saxlayır və qayğısına qalır. İddiaçı göstərilən evdə 1951-ci ildən ailə üzvləri ilə yaşayır. 1972-ci ildən yaşadığı evə AR Kommunal Təsərrüfatı Nazirliyi X2 tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" pasport verilmişdir. İddiaçı 1987-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Çermet qəsəbəsi, (keçmiş 16 Zavaqzalnaya küçəsi) hazırkı Əliyar Əliyev küçəsi 7 saylı evdə 86,4 kv.metr olan 5 otaqdan ibarət əlavə mənzili tikmiş və pasportda qeydə aldırmışdır. Yeddi övladlarından yaşadığı həyətdə iddiaçı ilə oğlu Ələşrəf, Xanlar, Elxan, qızları Dilbər, Dilşad və Rəhilə yaşayırlar. Hər birinin ayrıca öz evləri vardır. İddiaçının qızı Dilşadla 3 otaqdan və bir dəhlizdən ibarət evdə yaşayır. Oğlu Xanlar da özünə məxsus İ otaq evi də ona vermişdir. Oğlu Elxan 3 otaqdan, ayrca mətbəx və sanuzeldən ibarət evdə özü, həyat yoldaşı, qızı və oğlu ilə yaşayır. Qızı yəni nəvəsi Cəmilə karate ilə məşğul olur, iddiaçını döyüb işgəncələr verərək xəsarət yetirmişdir və bununla Nərimanov RPİ-nin 17-ci PB-də araşdırma olmuşdur. Elxanın qızı Cəmilənin hərəkətləri cəzasız qaldığından onlar azğınlaşaraq iddiaçının evinin qapısını şrupla bağlayaraq 1 ilə yaxındır ki, iddiaçını və qızı Dilşadı evə buraxmırlar. Məcbur olaraq qorxudan evə gedə bilmir ki, iddiaçını öldürərlər. Polislər də deyir ki, məhkəməlikdir. Hazırda 88 yaşında, taqətdən düşmüş, özünü sərbəst dolandıra bilməyən, əsəb gərginliyindən əziyyət çəkən, köməksiz halda sərbəst heç bir hərəkət edə bilməyən ananı və onunla yaşayan, ona qulluq edən qızını X4 doğma qardaşı evinə buraxmadığı üçün məcbur olub onun-bunun qapısında kirayə qalmağa məhkum olmuşlar. Məqsəd birdir. Belə ki, 1971-ci ildə anadan olmuş oğlu Cavabdeh ona zülümlər verərək iddiaçını öldürmək və otaqlarını ələ keçirmək ...Bütün bu hadisələr iddiaçının əziyyətini çəkən xx xxxx 1967-ci ildə anadan olmuş qızı Dilşadın adına 07 noyabr 2018-ci il tarixində 9 saylı notariat kontorunda vəsiyyətnamə yazandan sonra başlamışdır. Rəhmətlik həyat yoldaşı Qafar Əhmədov sağ ikən evin 1 otağını Cavabdeh ailəsi ilə birlikdə yaşamaq üçün vermişdir, onlar şərait yaratmışlar ki, o, həmin otağı söküb genişləndirmiş, təmir işləri aparmış, 3 otaq etmiş, evini həyət tərəfindən daş hasarla bölərək özünə ayrıca giriş qapısı açmışdır. Onun mənzillərin giriş-çıxış qapıları həm həyətə, həm də dəhlizə açılır. Onun dəhlizdən istifadə etməsinə zərurət yoxdur, çünki o dəhliz iddiaçınındır və köhnədən qapı oldüğü üçün o bu fürsətdən İstifadə edərək əşyalarını oraya yığmış və oradan iddiaçının otaqlarına soxularaq iddiaçıya təzyiq, işgəncələr verir. Baxmayaraq ki,onun yaşadığı mənzilə ayrıca həyətdən açılan qapısı vardır və həmin qapıdan istifadə edir. Lakin iddiaçının dəhlizinə olan əşyalarını-yorğan döşəyini və s. yığararq açıq saxlayır ki, heç bir bacı-qardaşı, habelə yanına gəlmək istəyən digər qohum-qonşunu səs-küy salaraq söyüb təhqir etsin və yanına buraxmasın. Evinin elektrik sayğacını aparıb öz həyətində qoyub tez-tez söndürməklə iddiaçını qaranlıqda saxlayır. Bütün bunlarda məqsədi öz doğma anasını- iddiaçını stres vəziyyətinə gətirib öldürməkdir. O, bu vasitə ilə iddiaçıya təzyiqlər edir, döyür, söyür, təhqir edir. Dəfələrlə polisdə şikayətləri olmuşdur. Məhkəmə mübahisələri olmuşdur. İddiaçının otaqlarının qapısı hazırda anasına qarşı cəllad kəsilmiş Cavabdeh tərəfındən şruplanmışdır və evinə daxil ola bilmir, evə girişinə bu yolla oğlu Elxan tərəfindən məhdudiyyət qoyulmuşdur. İddiaçı yaşlı adamdır, el içində onu hörmətsiz etmişdir. Evə getsə, döyəcəklər, söyüb təhqir edəcəklər,sürüyüb küçəyə atacaqlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda bütün pal-paltar, ev əşyaları evində qalmışdır, lakin öz evinə girə bilmir. Ona görə də otağı boşaldıb iddiaçıya təhvil verilməsə, evinə köçürülməsə iddiaçı küçələrdə ac-susuz qalıb ölmək təhlükəsi ilə üzləşəcək. Cavabdeh oğlu Cavabdeh bu özbaşına hərəkətlərinə son qoyulmalıdır. Mübahisəli fərdi yaşayış evi İddiaçı1 istifadəsindədir. Həyat yoldaşı tikib yaratmışdır. İddiaçı1 hazırda istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 7 nömrəli evin Cavabdeh əşyaları ilə özbaşına zəbt etdiyi otağın boşaldılmasını və evinə köçürülməyini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1120/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında onun iştirakını təmin etməmişdir. 1987-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Cermet qəsəbəsi, (keçmiş 16 Zavaqzalnaya küçəsi) hazırkı Əliyar Əliyev keçəsi 7 saylı evdə 86,4 kv.metr olan 5 otaqdan ibarət əlavə mənzili tikmiş və pasport qeydə aldırmışdır. Hamin həyətdə iddiaçı ilə oğlu Ələşrəf, Xanlar, Elcan, qızları Dilbər, Dilşad və Rəhilə yaşayırlar Hər birinin ayrıca öz evləri vardır. İddiaçının qızı Dilşadla 3 otaqdan və bir dəhlizdən ibarət evdə yaşayır.Oğlu Xanlar da özünə məxsus İ otaqlı evi də ona vermişdir. Cavabdeh oğlu Elxan isə 3 otaqdan, ayrıca mətbəx sanuzeldən ibarət evdə özü, həyat yoldaşı, qızı və oğlu ilə yaşayır. Cavab olaraq bildirir ki, o, Elxan 4 nəfər 1 otaqda yaşayırlar, 20-22 yaşlı uşaları ilə, o, məcbur qalıb dəhlizdə yatır. Onun oğlu 1-ci qrup əlildir, özü isə 2-ci qrup əlildir. İddiaçılar yazır ki, hadisələr iddiaçının əziyyətini çəkən xx xxxx 1967-ci ildə anadan olmuş qızı Dilşadın adına 07 noyabr 2018-ci il tarixində 6 saylı notariat kontorunda vəsiyyətnamə yazandan sonra başlamışdır. Cavab olaraq bildirir ki, evin heç bir çıxarışı, sərəncamı yoxdur,necə və hansı sənədlə vəsiyətnamə verilir. İddiaçı iddia ərizəsində yazır ki,rəhmətlik həyat yoldaşı Qafar Əhmədov sağ ikən evin 1 otağını Cavabdeh ailəsi ilə birlikdə yaşamaq üçün ermişdir, onlar şərait yaratmışlar ki,o, həmin otağı söküb genişləndirmiş, təmir işləri aparmış, 3 otaq etmiş evini lıəym tərəfindən das hasarla bölərək özünə ayrıca giriş qapısı açmışdır. Yenədə cavab olaraq bildirir ki, o, 3 otaqlı evdə deyil, 1 otaqlı evdə və dəhlizdə yaşayır 4 nəfərlə. Mübahisəli fərdi yaşayış evi 8 otaq və qaraj İddiaçı1 istifadəsindədir, açarlarıda ondadır. İddiaçı1 hazırda istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləsən 7 nömrəli evin Cavabdeh əşyaları özbaşına zəbt eldiyi otağın boşaldılmasını və evə köçürülməyini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, həmçinin izahatında şifahi vəsatət verərək apellyasiya instansiyası məhkəməsində iştirak etməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar, həmçinin onların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəmsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız iddianın təmin edilən hissəsində mübahisələndirdiyi aydın olur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçılar tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş 14.04.2005-ci il tarixli AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 1933-cü ildə İsmayıllı rayonu, Ağbulaq kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 07.11.2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ölən günədək iddiaçıya məxsus olan bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi. ev 7-də qeydiyyatda olan X5 vəsiyyət etdiyi qeyd edilmişdir. 1972-ci il tarixdə ünvan 2 ünvanında yerləşən evə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərüffatı Birliyinin 14.11.2016-cı il tarixli 049249 nömrəli arayışdan görünür ki, İddiaçı1 Ə.Əliyev küçəsi 7 nömrəli evdə yaşayır. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyasının 21.09.2005-ci il tarixli sənədin surətindən görünür ki, iddiaçının mərhum həyat yoldaşı Əhmədov Qafar 20.09.2005-ci il tarixdə saat 16:26- da çermet s\s ev 7 ünvanda həkimə qədər ölüm kişi cinsli meyid qeydə alınmışdır. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2015-ci il tarixli 2(005)- 4030/2015 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı1 qarşı “mirası payının müəyyən edilməsi, pay bölgüsünün naturada aparılması” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 05 yanvar 1951-ci il tarixdə mərhum X3 ilə nikaha daxil olmuşdur. ünvan 3 ünvanında qeydiyyatdadır. Övladları ilə davamlı olaraq həmin ünvanda yaşamışdır. Cavabdeh tərəf onu və digər övladı İddiaçı2 yaşadığı evdən məcburi çıxartmışdır. ünvan 3 ünvanı onun yeganə yaşayış yeridir. Uzun illərdi yaşadıqları və övladları ilə birlikdə qeydiyyatda olduqları evdən başqa yaşayış yeri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da həmin bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçıların evə köçürülməsindən imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçıların da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun mübahisəli evə köçürülməsi barədə gəlinən qənaət əsaslı hesab edilməlidir. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, cavadeh lazimi şəkildə məlumatlandırılmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsinin iclasına da gəlməmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Bu qənaətə gələrkən kollegiya həm də nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1120/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4322/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4322/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver