Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4323/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Nərimanov Rayon Məhkəməsinin aliment tutulması barədə 2(005)-7649/2016 nömrəli iş üzrə qəbul etdiyi 21.09.2016-cı tarixli qətnamə üzrə 8.424 manat aliment borcunu ödəməkdən azad olunsun. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəbdəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-7649/2016 nömrəli iş üzrə qəbul etdiyi 21.09.2016-cı tarixli qətnamə ilə qət olunub ki, 05.10.2012-ci il təvəllüdülü X3 və 29.09.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25.08.2016-cı il tarixdən başlayaraq hər ay uşaqların atasından (hazırkı işdə iddiaçıdan) hər uşağa görə 117 manat, cəmi 234 manat aliment tutularaq uşaqların anasına (hazırkı işdə cavabdehə) verilsin. Hazırdı iddiaçı (uşaqların atası) 36 aya görə 8.424 manat aliment borcunu (36 ay x 234 manat = 8.424 manat) ödəməkdən azad edilməsini tələb edir. O, tələbini belə əsaslandırır ki, nikahları rəsmi qaydada pozulsa da 2016-cı ilin oktyabr ayından 2019-cu ilin dekabr ayının axırına kimi (yəni 38 ay) cavabdehlə faktiki olaraq bir ailə kimi birlikdə yaşayıblar, həmin müddətdə o, həm cavabdehin, həm də uşaqların maddi ehtiyaclarını tam ödəyib, buna baxmayaraq ona aliment borcu hesablanıb. Cavabdeh apellyasiya icraatında bildirdi ki, aliment tutulması barədə qətnamə qəbul olunan tarixdən bu günə kimi ümumiyyətlə aliment ödənilməyib, nikahları rəsmi qaydada pozulsa da iddiaçı ilə 2017-ci ildə 5-6 ay birlikdə yaşayıblar, daha sonra yenidən 6 ay, yəni 2019-cu ilin iyun ayından noyabar ayınadək birlikdə yaşayıblar. Göründüyü kimi, cavabdeh etiraf edir ki, aliment tutulması barədə qətnamənin qəbul edilməsindən sonra 11 ay birlikdə yaşayıblar. Münasibətləri pozulan şəxslərin münasibətlərini bərpa edərək 11 ay birlikdə yaşaması onu təsdiq edir ki, iddiaçı həmin 11 ayda uşaqların maddi ehtiyaclarını ödəyib, çünki cavabdeh bunun əksini təsdiq edən sübut təqdim etməyib. Əgər iddiaçı həmin 11 ayda uşaqların maddi ehtiyaclarını ödəməkdən imtina edibsə, ağlabatan mühakiməyə görə münasibətlərin bərpası və birlikdə yaşayış mümkün olmazdı. Əgər bu, mümkün olubsa, deməli, iddiaçı ailəsinin, o cümlədən uşaqların maddi ehticalarını ödəyib. Odur ki, məhkəmə Ailə Məcəlləsinin 107.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçı 11 aya görə aliment borcunu ödəməkdən azad edilməlidir. 11 aya görə aliment borcunun məbləği 2.574 manat təşkil edir: 11 ay x 234 manat = 2.574 manat. Beləliklə, qətnamə ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Novruzov X1 Rayon Məhkəməsinin 2(005)-7649/2016 nömrəli iş üzrə qəbul etdiyi 21.09.2016-cı tarixli qətnamə üzrə 11 aya görə 2.574 (iki min beş yüz yetmiş dörd) manat aliment borcunu ödəməkdən azad edilsin. İddianın qalan hissəsi rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4323/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4323/2021
25.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver