Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4326/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X9 və X2 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1582/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan X1 üçün hər ay 200 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1582/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək alimentin miqdarının azaldılmasını, X1 üçün hər ay 100 (yüz) manat miqdarında alimentin tutulmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqaüdü aylıq 230 (iki yüz otuz) manat olduğu halda ondan tutulan alimentin ümumi miqdarı onun gəlirinin 3/2 hissəsini təşkil edir və qanunda nəzərdə tutulan hissədən artıq olur. Özü birinci dərəcəli əlildir. İşləmə qabiliyyəti yoxdur. Birinci evliliyindən 2 övladı var. Birinin X3 20, digərinin X5 16 yaşı var. O, hər ay aylıq təqaüdündən onlara da 100 (yüz) manat köməklik edir. Aylıq təqaüdü müalicəsinə çatmır. Atası da həmçinin təqaüdçüdür və ağır xərçəng xəstəsidir. Anası X6 da təqaüdçüdür və ona qulluq edir. Digər gəlir yeri və ya köməyi yoxdur. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan yazılı sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X7 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1453/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində 62 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması (saxlanılması) müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78.1 və 78.2-ci maddələrini, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu, tərəflərin maddi və ailə vəziyyəti, azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərti və diqqətəlayiq olan digər hallar nəzərə alınaraq xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşağın minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı iş üzrə artıq 11 yaşına satmış uşağın saxlanılması üçün tutulmuş alimentin miqdarı uşaqlar üçün yaşayış minimumu həddindədir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1582/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-4326/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4326/2020
03.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver