Məhkəmə qərarları › İş №2(103)-4337/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4337/2021

26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4337/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X5 nümayəndəsi vəkil X6 iştirakı ilə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X9 qarşı “cehiz əşyalarının mənzildən çıxarılmasına” dair ilk iddia ərizəsi, iddiaçı X5 cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının qaytarılmasına və sair” tələbə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-716/2021 saylı işi üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X5 vəkili və nümayəndəsi X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu 7- ci mkr, S.S.Axundov küçəsi 3C mənzil 125 saylı mənzildən cavabdeh X9 məxsus olan cehiz əşyalarının çıxarılaraq cavabdehə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçı X12 öz növbəsində cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 7- ci mkr, S.S.Axundov küçəsi 3C mənzil 125 saylı mənzildən cehiz əmlakların İddiaçı alınaraq İddiaçı vəsaiti hesabına İmanzadə (Məmmədova) Şəms Abdulla qızına qaytarılması, əmlaklar olmadıqda dəyərinin İddiaçı tutularaq imanzadə (Məmmədova) Şəms Abdulla qızına ödənilməsinə dair qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsinə dair qarşılıqlı iddia vermişdir. Birinci instasniya məhkəməsinin icraatı zamanı Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 7-ci mkr 3C saylı evin 125 saylı mənzili (yeni qaydalarla: AZ 1115 Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 261 M7 m 5) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmasına dairAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX N° 28.02.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surəti (səh.10), Cavabdeh ilə X7 arasında 01.03.2019-cu il tarixdə Salyan rayon qeydiyyat şöbəsində qeydə alınmış 45 nömrəli nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 03.11.2019-cu il təvəllüdlü X8 anasının yanında saxlanılması, X1 üçün ödəniləcək alimentin 50% məbləği X8 adına açılacaq bank hesabına köçürülməklə 23.01.2020-ci il tarixdən başlayaraq X3 qazancının, başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi, X2 25.02.2020-ci il tarixdən başlayaraq X8 3 yaşına çatana kimi, yəni 03.11.2022-ci il tarixədək hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilməsi haqqındaSalyan Rayon Məhkəməsinin 31.05.2020-ci il tarixli qətnaməsinin surəti (səh.8) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-716/2021 saylı işi üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizəsi təmin, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, X9 məxsus 1 ədəd taxt, 2 ədəd taxt tumbası, 1 ədəd termo oturacağı, termo, qarderobdan ibarət yataq dəsti, divan, jurnal stolu, kamot, 6 ədəd stulla birlikdə stol, pərdədən ibarət salon dəsti, mətbəx mebeli, mətbəx divanı, 4 ədəd mətbəx stulu ilə birlikdə mətbəx stolu, 1 ədəd taxt döşəyi, 2 ədəd yer döşəyi, 5 ədəd yorğan, 6 ədəd tük yastıq, 4 ədəd silikon yastıq, 1 ədəd silikon yorğan, 8 ədəd döşəkçə, pastel dəsti, 2x3 ölçülü salon xalçası, 2x2 ölçülü mətbəx xalçası, 2x5 ölçülü dəhliz xalçası, 1 ədəd salon çilçırağı, 1 ədəd yataq otağı çilçırağı, 108 ekran Artel markalı televizor, Midea markalı soyuducu, paltaryuyan maşın, aspirator, qaz sobası, moyka, jalüz, 2 ədəd portret, uzun güldandan, 4 ədəd zibilqabı, 2 ədəd salfetkaqabı, abxor, 12 ədəd stəkan, stolüstü çərəzqabı, fen, balaca güllü güldan, 2 ədəd çörəkqabı, 10 ədəd kalçuk qablar, paltar səbəti, vedrə-ləyən, iynə-sapqabı, qayçı, 2 ədəd ələk, südsüzən, aşsüzən, qaşıqlıq, 4 ədəd çaynik altlığı, pendir süzən, qiyməkeş, 3 ədəd qapı ağzı üçün xalça, 2 ədəd sabunqabı, 2 ədəd balıqqabı, 2 ədəd sadə, 2 ədəd xrustal mürəbbəqabı, tortqabı, 2 ədəd rəndə, həvəngdəstə, kartof kəsən, sancaq səbəti, göyərti taxtası, qozsındıran, kis, banka açan, şirniyyat götürən maşa, 4 ədəd padnos, 6 ədəd şüşə fincan, 2 ədəd soba üçün şüşə qab, 3 ədəd tort tavası, tort bəzəmək üçün şpiris, bıçaq dəsti, 36 ədədlik qaşıq dəsti, stolüstü nabor qaşıq-çəngəl dəsti, stolüstü bıçaq dəsti, stolüstü yemək qaşığı dəsti, ədviyyat dəsti, 12 ədədlik çay stəkanı dəsti, 12 ədəd armudu stəkan, 6 ədəd xrustal çay stəkanı, 6 ədəd xrustal armudu stəkan, qəfədan çaynik dəsti, çuğun qəfədan, 12 ədəd su stəkanı, 12 ədəd su bakalı, 6 ədəd desertqabı, 42 ədədlik boşqab dəsti, 24 ədədlik boşqab dəsti, 2 ədəd meyvəqabı, 2 ədəd şirniyyatqabı, 2 ədəd çərəzqabı, 2 ədəd konfetqabı, 2 ədəd qapaqlı qəndqabı, 2 ədəd çaynik, 12 ədəd duzqabı, 12 ədəd razetka, 14 ədəd limonqabı, 10 ədəd qranit qazan, 4 ədəd çuqun qazan, Bosch markalı ətçəkən maşın, şirəçəkən, toster, Tefal çaydan, Eurolux markalı tozsoran, ütü, ütü altlığı, soğan çəkən blendr, mikser, kamotda olan xrustal güldan, 2 ədəd meyvəqabı, 4 ədəd konfetqabı, 2 ədəd külqabı, taxt örtüyü, silikon yorğan dəsti, 10 ədədlik pastel dəsti, 8 ədəd hamam dəsmalı, 10 ədəd əl-üz dəsmalı, 3 ədəd adyal, 4 ədəd süfrə örtüyü, 8 ədəd çay dəsmalı, qab sərgisi, dördayaq, 2 ədəd oxlov, kartof-soğanqabı, döşəmə silmək üçün vedrə, taxt yorğanı, 4 ədəd yastıq, boz palto, krem rəngli palto, çəhrayı gödəkçə, uzun qara çəkmə, qara çəkmə, bardovı çəkmə, krem rəngli ayaqqabı, boz ayaqqabı, krem rəngli stilleto, qara stilleto, qara rəngli yay ayaqqabısı, çəhrayı rəngli don, qara rəngli don, boz rəngli don, qarışıq rəngli cibli don, qəhvəyi rəngli jaket, qara rəngli papaq, bardovıy rəngli papaq, bardovı rəngli əlcək, krem rəngli kofta, bənövşəyi rəngli kofta, qəhvəyi rəngli kofta, ağqaralı kofta, qırmızı boğazlı kofta, qırmızı rəgli kofta, göy rəngli köynək, bənövşəyi, 2 ədəd çəhrayı, 1 ədəd göy və gül rəngli ev geyimləri, 2 ədəd cins şalvar, qara rəngli köynək, krem rəngli köynək, boz rəngli boğazlı köynək İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 7-ci mkr 3C saylı evin 125 saylı mənzilindən (yeni qaydalarla: AZ 1115 Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 261 M7 m 5) çıxarılaraq X9 verilməsi və qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir .Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, X12 nikaha daxil olduqdan sonra özünə məxsus cehiz əşyalarını İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 7- ci mkr 3C saylı evin 125 saylı mənzilinə (yeni qaydalarla: AZ 1115 Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 261 M7 m 5) gətirmiş, nikahı pozulduqdan sonra əşyalarını mənzildən çıxarmadığından mülkiyyətçi məhkəməyə müraciət etməli olmuş, bundan sonra Ş.A.İmanzadə də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Qarşılıqlı iddia ərizəsində tələb olunan kartof qızardan aparatın, sobanın, mikrodalğalı sobanın, Tefal markalı çörək bişirən maşının, blenderin, 3 dəst yemək saxlama qabının, 1 ədəd taxt döşəyinin, cins gödəkçənin, krem rəngli çantanın mövcud olmasına, qaşıqların 60 ədəd, nahar boşqab dəstinin 70 ədəd, çaynikin 3 ədəd olmasına dair sübutlar qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından məhkəmə bu əşyalara dair tələbi sübuta yetirilə bilinməməsi əsası ilə əsassız hesab edib təmin etmir.Tələb olunan əşyaların mülkiyyətçinin vəsaiti hesabına mənzildən çıxarılmasına dair qarşılıqlı iddia tələbini də əsassız hesab edib təmin etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ş.A.İmanzadə özünə məxsus əşyaları heç bir hüquqi əsası olmadan Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 7- ci mkr 3C saylı evin 125 saylı mənzilində saxlamaqla İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də məhkəmə ilk iddia ərizəsinin tam həcmdə, qarşılıqlı iddia ərizəsinin isə qismən təmin edilməsi qənaətinə gəlir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X12 apellyasiya şikayəti verərək, Binəqədi Rayon məhkəməsinin 2(001)716/2021 saylı, 09.02.2021-ci il tarixli qətnaməsinir qismən ilk iddia tələbinin təmin edilməsi hissəsində təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməyən - kartof qızardan aparat, soba, mikrodalğalı soba LG, tefal markalı çörək bişirən maşın, blender, 3 dəst yemək saxlama qabı, 1 ədəd taxt döşəyi, cins gödəkçə, krem rəngli çanta qaşıq 60 ədəd, nahar boşqab dəsti 70 ədəd, 3 ədəd çaynik əmlaklar hissəsində və əmlkaların İddiaçı alınaraq İddiaçı vəsait hesabına İmanzadə (Məmmədova) Şəms Abdulla qızına qaytarılması, əmlaklar olmadıqda dəyərinin İddiaçı tutularaq İmanzadə (Məmmədova) Şəms Abdulla qızına ödənilməsi hissəsində qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, iddiaçının sübut adlı sübutu məhkəməyə təqdim edə bilməməişdir. Ancaq iddiaçı məhkəmədə bəyan etmişdir ki. qarşılıqlı iddia ərizəsində olan müəyyən əmlaklar yoxdur .məhkəmə dərhal sübut axtarmağa başlamışdır, ancaq tapa bilməməişdir. Cavabdeh olaraq cehiz aparılarkən mənzilin yeni təmir olunmaqla təmamilə boş olması işin mübahisəiz halıdır. İddiaçının boş mənzildə qaşıq, boşqab və çaynikə ehtiyacının omaması barədə sübutu yoxdur. Məhkəmə buna dair nə sübut axtarır başa düşülən deyil. İddiaçı bildirir ki, mətbəxdə sobalar var, məhkəmə deyir ki, cavabdeh sübut etməlidir. Maraq nədir burda, iddiaçının etiraf etdiyi əmlakları sübut edə bilmiriksə, qalan əmlakların aqibəti bəllidir. İddiaçı bildirir ki, yataq otağında yorğan döşək doludur, ancaq məhkəmə deyir ki, tərəflər dörd ay taxtanın üstündə yatıblar, çünki taxt döşəyinin olmasını sübut edə bilmirik. Bundan başqa cavabdehin deməsinə görə dəfələrlə ilkin iddia üzrə iddiaçıya məhkəmədən əvvəl əmlaklarının götürməsi üçün, soyuqda əşyalarının, geyimlərin lazım olması barədə xəbərdarlıq edilmiş, pandemiya vaxtı hər vaxt imkanın olmadığını, məsafənin olmasını nəzrə alınmasını bildirmiş, lakin iddiaçı hüquqi məsləhət aldığını və əmlkalarıın yalnız məhkmə qərarı ilə götürə biləcəyini bildirmiş ilkin iddia ərizəsində qeyd edildiyi kimi İmanzadə (Məmmədova) Şəms Abdulla qızına məxsus cehiz əmlak İddiaçı məxsus mənzildə yerləşir. Lakin ilkin iddia ərizəsində mənzilin quru divardan ibarət olması qeyd edilməmiş, mənzildə olan bütün əşyaların İddiaçı məxsus cehiz əmlakı olması unudulmuşdur və qeyd etmək sərf etməmişdr. X2 cehiz əmlakın geri qaytarılması tələb olunsa da, bunun üçün şərait yaradılması istənilsə də X7 əvvəlcə razılaşmış, sonradan peşəkar hüquqi məsləhət alaraq məhkəmə qaydasında əmlakı qaytarmaq barədə iddia ilə müraciət edilmişdir.Lakin məsləhət natamam alınmışdır. Belə ki, məhkəmnin təmin etdiyi iddia ərizəsindən cavabdehə məxsus olan əmlakı kimin evdən çıxaracağı və kimə geri qaytarılması barədə tələb yoxdur, bu isə qətnamənin icrasını mümkünsüz edir. Məhkəmə isə prosessual pozuntuya əhəmiyyət vermədən iddianı təmin etmişdir.İlkin iddiadan fərqli olaraq qarşılıqlı iddia ərizəsində cehiz əmlakın kimin hesbına aparılmasına dair hüquqi mexanizm müəyyən edilmişdir. Lakin məhkəmə bu hissədə də tələbi təmin etməməklə qanusuz qətnaməsini belə əsaslandırmışdır ki, guya cavabdeh olaraq qanunsuz saxlamqla əmlaları mülkiyyətçinin hüquqlarını pozur. Mənzil toydan qabaq müqavilə əsasında cavabdehin keçmiş həyat yoldaşı Məmmədov Vurğuna məxsus olmuşdur. Elçilik, nişan və toy vaxtı Vurğunun mənzili kimi təqdim edilmiş, buna dair şahidlər də vardır. Lakin nikah pozulandan sonra tələm tələsik mənzilə dair hazırkı iddiaçının adına mülkiyyət sənədi alınmışdır. İddiaçının ümumiyyətlə Bakı şəhərində olması belə şübhə altındadır, daimi yaşayış yeri Salyan şəhəridir. Əmlakın məhz Vurğuna məxsus olması səbəbi ilə cehiz əmlak hazırkı mənzildə yerləşdirilmişdir. Belə olan halda məhkəmə necə müəyyən edir ki, cavabdeh əmlkaları qanunsuz əsaslarla mənzildə saxlayır başa düşülən deyildir.Bundan başqa digər prosessual pozuntu bundan ibarətdir ki, əmlakların dəyəri qarşılıqlı iddia ərizəsində qeyd edildiyi halda qarşılıqlı iddianın təmin edilən hissəsində əmlakın dəyərini məhkəmə qətnaməyə əlavə etməmişdir. Texniki səhvdir ya məqsədlidir başa düşülən deyil. Belə ki, əmlakın dəyərinin təmin edilməməsi barədə qətnamədə nəinki cümlə ifadə belə yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4337/2021 saylı işi üzrə 03.05.2021-ci il tarixli qərardadı ilə qiymətləndirmə (əmtəəşünaslıq) ekspertizası təyin edilmiş və “X10” MMC-nin 21.06.2021-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 3C, mənzil 125 də olan X9 məxsus cehiz əşyalarının bazar dəyəri 10889 manat təşkil edildiyi qeyd edilmişdir.Ekspertiza xərci olaraq İddiaçı tərəfindən ödəniləcək xidmət haqqı 400 manat və X12 tərəfindən ödəniləcək xidmət haqqı 400 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X5 nümayəndəsi vəkil X11 apellyasiya şikayətini müdafiə etməyərək, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edərək cehiz əşyalarının gətirilməsinin qarşı tərəfin maddi vəsaiti hesabına ödənilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152; Ailə Məcəllənin 31-37; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, əşyaların qaytarılmaması kimi hallar müəyyən edilməmiş və əşyaların tələblərdə əks edilən əşyalardan başqa mövcud olması sübuta yetirilməsədə bunlar mövcudluğu istisna edilmir və tərəflər öz aralarında razılıqla mübahisələri həll etmək imkanına malikdirlər. Əmlakların çıxarılması onların olduğu yerdə icra edilməli olduğundan əşyaların sahibi yerində əşyaları qəbul etməli və olmadığı halda ekspertiza rəyi ilə müəyyən edilən onların dəyəri qaytarılmalıdır. Əşyaların daşınması xərcləri isə icra qaydasında həll edilən məsəlidir və tərəflərin razılğa gəlmədiyi təqdirdə icra məmurunun məcburi icra tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinə aiddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və əşyaların qiymətlərinin müəyyən edilməyən hissəsində dəyişdirilməli, hər bir əşyanın qiyməti müəyyən edilməklə, cəmi dəyərləri 10889 manat müəyyən edilməli, ekspertiza xərcləri tərəflərdən tutulmalıdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-716/2021 saylı işi üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Qarşılıqlı iddianın “əmlaklar olmadıqda dəyərinin İddiaçı tutularaq İmanzadə (Məmmədova) Şəms Abdulla qızına ödənilməsi” hissəsində qarşılıqlı iddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 3C, mənzil 125 də olan X9 məxsus əşyaları - 1 ədəd taxt, 2 ədəd taxt tumbası, 1 ədəd termo oturacağı, termo, qarderobdan ibarət yataq dəsti, divan, jurnal stolu, kamot, 6 ədəd stulla birlikdə stol, pərdədən ibarət salon dəsti, mətbəx mebeli, mətbəx divanı, 4 ədəd mətbəx stulu ilə birlikdə mətbəx stolu, 1 ədəd taxt döşəyi, 2 ədəd yer döşəyi, 5 ədəd yorğan, 6 ədəd tük yastıq, 4 ədəd silikon yastıq, 1 ədəd silikon yorğan, 8 ədəd döşəkçə, pastel dəsti, 2x3 ölçülü salon xalçası, 2x2 ölçülü mətbəx xalçası, 2x5 ölçülü dəhliz xalçası, 1 ədəd salon çilçırağı, 1 ədəd yataq otağı çilçırağı, 108 ekran Artel markalı televizor, Midea markalı soyuducu, paltaryuyan maşın, aspirator, qaz sobası, moyka, jalüz, 2 ədəd portret, uzun güldandan, 4 ədəd zibilqabı, 2 ədəd salfetkaqabı, abxor, 12 ədəd stəkan, stolüstü çərəzqabı, fen, balaca güllü güldan, 2 ədəd çörəkqabı, 10 ədəd kalçuk qablar, paltar səbəti, vedrə-ləyən, iynə-sapqabı, qayçı, 2 ədəd ələk, südsüzən, aşsüzən, qaşıqlıq, 4 ədəd çaynik altlığı, pendir süzən, qiyməkeş, 3 ədəd qapı ağzı üçün xalça, 2 ədəd sabunqabı, 2 ədəd balıqqabı, 2 ədəd sadə mürəbbə qabı, 2 ədəd xrustal mürəbbəqabı, tortqabı, 2 ədəd rəndə, həvəngdəstə, kartof kəsən, sancaq səbəti, göyərti taxtası, qozsındıran, kis, banka açan, şirniyyat götürən maşa, 4 ədəd padnos, 6 ədəd şüşə fincan, 2 ədəd soba üçün şüşə qab, 3 ədəd tort tavası, tort bəzəmək üçün şpiris, bıçaq dəsti, 36 ədədlik qaşıq dəsti, stolüstü nabor qaşıq-çəngəl dəsti, stolüstü bıçaq dəsti, stolüstü yemək qaşığı dəsti, ədviyyat dəsti, 12 ədədlik çay stəkanı dəsti, 12 ədəd armudu stəkan, 6 ədəd xrustal çay stəkanı, 6 ədəd xrustal armudu stəkan, qəfədan çaynik dəsti, çuğun qəfədan, 12 ədəd su stəkanı, 12 ədəd su bakalı, 6 ədəd desertqabı, 42 ədədlik boşqab dəsti, 24 ədədlik boşqab dəsti, 2 ədəd meyvəqabı, 2 ədəd şirniyyatqabı, 2 ədəd çərəzqabı, 2 ədəd konfetqabı, 2 ədəd qapaqlı qəndqabı, 2 ədəd çaynik, 12 ədəd duzqabı, 12 ədəd razetka, 14 ədəd limonqabı, 10 ədəd qranit qazan, 4 ədəd çuqun qazan, Bosch markalı ətçəkən maşın, şirəçəkən, toster, Tefal çaydan, Eurolux markalı tozsoran, ütü, ütü altlığı, soğan çəkən blendr, xrustal güldan, 2 ədəd meyvəqabı, 4 ədəd konfetqabı, 2 ədəd külqabı, taxt örtüyü, silikon yorğan dəsti, 10 ədədlik pastel dəsti, 8 ədəd hamam dəsmalı, 10 ədəd əl-üz dəsmalı, 3 ədəd adyal, 4 ədəd süfrə örtüyü, 8 ədəd çay dəsmalı, qab sərgisi, dördayaq, 2 ədəd oxlov, kartof-soğanqabı, döşəmə silmək üçün vedrə, taxt yorğanı, 4 ədəd yastıq, boz palto, krem rəngli palto, çəhrayı gödəkçə, uzun qara çəkmə, qara çəkmə, bardovı çəkmə, krem rəngli ayaqqabı, boz ayaqqabı, krem rəngli stilleto, qara stilleto, qara rəngli yay ayaqqabısı, çəhrayı rəngli don, qara rəngli don, boz rəngli don, qarışıq rəngli cibli don, qəhvəyi rəngli jaket, qara rəngli papaq, bardovıy rəngli papaq, bardovı rəngli əlcək, krem rəngli kofta, bənövşəyi rəngli kofta, qəhvəyi rəngli kofta, ağ- qaralı kofta, qırmızı boğazlı kofta, qırmızı rəgli kofta, göy rəngli köynək, bənövşəyi, 2 ədəd çəhrayı, 1 ədəd göy və gül rəngli ev geyimləri, 2 ədəd cins şalvar, qara rəngli köynək, krem rəngli köynək, boz rəngli boğazlı köynə- əşyaların ümumi dəyəri 10889 (on min səkkiz yüz səksən doqquz) manat müəyyən edilsin və əmlaklar olmadıqda dəyərinin ödənilməsi təmin edilsin. . Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertriza xərci 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tərəflərdən (hər birindən) tutularaq “X10” MMC ("xxxx" ASC-nin “Elmler” filialı H/h AZ73AZEN********************, M/hAZ11NABZ**********0000036944, Kod 511265, SWİFT: AZENAZ22, VÖEN **********) ödənilməsi təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar