Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4337/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh X3, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1833/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək cavabdeh X2 xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1833/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X2 xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət olunmuşdur. Qətnamədən cavabdeh X7 apellyasiya şikayəti verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1833/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunmalı və İddiaçı iddiasının rədd olunması barədə yeni qərar qəbul olunmalıdır. Belə ki, iddiaçının özünün qeyd etdiklərindən də aşkar olur ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər də məhkəmə mübahisələri olmuş, həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri, eləcə də tərəflər arasında bir neçə saziş bağlanmışdır. Hazırki işin mahiyyəti ilə bağlı olaraq Sumqayıt şəhər Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 2(004)-1833/2019 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır ki, həmin qətnamə ilə iddiaçı ilə cavabdehin birgə nikahlarından anadan olmuş iki azyaşlı övladlarının xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 İddiaçı yanında qalması qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin həmin qətnaməsində göstərilir ki, “...işdə olan cavabdeh Əliyeva (Bayramova) Reyhan Mehdi qızının notarial Əliyeva (Bayramova) Reyhan Mehdi qızının notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Cavabdeh nikah pozulduqdan sonra uşaqları xx.xx.2010-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 İddiaçı himayəsində qalmasına etiraz etmir. İş materiallarına əlavə olunmuş İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, onun Əliyeva (Bayramova) Reyhan Mehdi qızına qarşı heç bir aliment tələbi yoxdur”. Sumqayıt şəhər Məhkəməsinin həmin qətnaməsində həmçinin göstərilir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutuiması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.10-cu bəndinə əsasən xeyrinə aliment tutulan valideyn yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentdən hər hansı səbəbdən (məsələn,özü uşağı saxlamaq iqtidarında olduğuna görə) imtina edə bilər.Məhkəmə bu zaman uşaqla qalan valideynin uşağı tam təmin etmək iqtidarında olub-olmadığını öyrənməli və həmin imtinanın uşağın maddi vəziyyətini pisləşdirməyəcəyinə əmin olmalıdır. Məhkəmə iddiaçının hazırda aliment tələbinin olmamasını, iddiaçının uşaqları – X5 və X10 tam təmin etmək iqtidarında olduğunu nəzərə alaraq, uşaqların saxlanması üçün aliment müəyyən etmir.” Qeyd olunanların əksinə olaraq Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli saylı qətnaməsində isə göstərilir ki, “İşin mübahisəsiz halı odur ki, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X5 atası İddiaçı yanında qalırlar. Tərəflər arasında nikah pozularkən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmamışdır”. Qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsində göstərdikləri bu hal onu göstərir ki, Yasamal Rayon Məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə bütün halllar tam və hərtərəfli araşdırılmamışdır. Onun çıxartdığı qətnamə işin faktiki hallarına uyğun deyildir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 2(060)-5810/2019 saylı qətnaməsində isə göstərilir ki, “...Məhkəmə iddiaçının hazırda aliment tələbinin olmamasını, iddiaçının uşaqları – X5 və X10 tam təmin etmək iqtidarında olduğunu nəzərə alaraq, uşaqların saxlanması üçün aliment müəyyən etmir. Buradan isə aydın olur ki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən tərəflər arasında nikah pozularkən yetkinlik yaşına çatmayan uşaqların pozularkən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən aliment hansı əsasa görə və niyə tutulmamışdır. İddiaçının cavabdeh Əliyeva (Bayramova) Reyhan Mehdi qızına qarşı heç bir aliment tələbi olmamış və o himayəsində qalan yetkinlik yaşına çatmayan uşaqlarını tam təmin etmək iqtidarında olmuşdur. Sumqayıt şəhər Məhkəməsi tərəfindən 2019-cu ilin avqust ayında tərəflər arasında nikah pozularkən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən yəni ondan aliment tutulmaması barədə qətnamə qəbul edilərkən İddiaçı bərbər işləyirdi və hal-hazırda da o, bərbər işləyir və onun maddi vəziyyətində heç bir dəyişiklik olmamış və maddi durumu pisləşməmişdir. Onu da qeyd edir ki, cavabdeh X7 İddiaçı ilə nikah münasibətlərinə daxil olduqdan tərəflər arasında olan nikah pozulana kimi cavabdeh X7 evdar qadın olmaqla heç bir yerdə işləməmiş və ailəyə onun heç bir maddi köməyi olmamışdır. Ailə İddiaçı qazandığı gəlir hesabına dolanmış və ailənin maddi ehtiyaclarını İddiaçı ödəmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən İddiaçı cavabdeh X4 qarşı “aliment tələbinə dair” iddiası təmin edilərkən məhkəmə tərəfindən bu hal qərəzli olaraq nəzərə alınmayaraq, iş üzrə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Aliment tələbi işləri ilə bağlı məhkəmə təcrübəsinə əsasən bir qayda olaraq yetkinlik yaşına çatmayan uşaqlar analarının himayəsinə verilir və aliment cavabdeh tərəf kimi atadan tələb olunur. Burada isə tamamilə əksinədir. Yetkinlik yaşına çatmamış xx.xx.2012ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X5 atası İddiaçı yanında qalırlar. Bundan İddiaçı gələcəkdə cavabdeh X3 “uşaq tələbi və uşaqlarla ünsiyyətin dəqiq müəyyən edilməsi ilə bağlı” məhkəmədə iddia qaldırmasının qarşısını almaq üçün cavabdeh Reyhan Bayramovaya qarşı təsir vasitəsi kimi istifadə edir. Eyni zamanda bildiririk ki, cavabdeh X3 qohumları anasının bibiləri - Zara Əliyeva, Hökümə Hüseynova və dayıları Elşən və Cəbrayıl Əliyev tərəfindən İddiaçı qarşı məhkəmədə İddiaçı hal-hazırda yaşadığı mənzildən çıxarılması və anasının babası Gülbala Əliyevə məxsus olmuş bağ sahəsinə vərəsəlik hüququnun tanınması barədə iddiaları üzrə məhkəmədə olan mülki işlərə baxılır. Həmin mülki işlərdə cavabdehin vasitəsi ilə onun qohumlarına təsir etmək üçün də İddiaçı bu aliment tələbi iddiasını qaldırmışdır. İddiaçı öz maddi durumuna görə hal-hazırda cavabdeh X3 ödəyəcəyi alimentə ehtiyacı yoxdur. İddiaçı cavabdeh X6 özündən asılı vəziyyətdə saxlamaq üçün qızını özündən asılı vəziyyətdə saxlamaq üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsi isə əsassız və qanunsuz olaraq İddiaçı aliment tələbi barədə olan iddiasını təmin etmişdir. Bildirir ki, Yasamal Rayon Məhkəməsi İddiaçı aliment tələbinə dair işə baxarkən qanunvericiliyin bu tələblərinə də əməl etməmişdir. Belə ki, cavabdeh X7 ilə "xxxx" MMC-i arasında bağlanmış əmək müqaviləsi və həmin MMC-nin verdiyi 12 may 2022-ci il tarixli 05 saylı arayışdan aydın olur ki, cavabdeh X7 01 oktyabr 2021-ci il tarixdən hal-hazırkı vaxta qədər müəssisədə 0.5 stavka (yarımştat) tikişçi işində çalışır və əmək haqqı 150 manatdır. Hesab edir ki, işin faktiki halları hissəsində qeyd etdikləri faktlar məhkəmə tərəfindən nəzərə alınmamış və məhkəmə iş üzrə iddianın təmin olunması barədə qətnamə qəbul edərkən cavabdehin işləyib-işləməməsini araşdırmamışdır. Bildirir ki, cavabdeh X7 tərəfindən İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödənilməsi qeyri-mümkündür. Belə ki, cavabdeh X7 qeyd olunduğu kimi "xxxx" MMC-də 0.5 stavka (yarımştat) tikişçi işində işləyir və əmək haqqı 150 manatdır. Cavabdeh öz uşaqlarının saxlanması üçün həmin əmək haqqından qanuna müvafiq olaraq aliment tutulub İddiaçı ödənilməsinə etiraz etmir. Maddi imkanı yalnız buna çatır. Qeyd olunandan başqa onun digər gəliri və qazancı yoxdur. O, boşandıqdan sonra valideynlərinə sığınmış və onlarla yaşayır, valideynlərinin də maddi durumu çox aşağıdır. Ona görə də, Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətinə baxarkən bu halların nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, işə baxan məhkəmə qanunvericiliyin bu tələbini kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, birinci instansiya məhkəməsi tərəfindən işin heç bir halına qiymət verilməmiş, ümumiyyətlə işin faktiki halları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq, yazılı etirazla müraciət edərək bildirmişdir ki, cavabdehlə aralarında olan nikaha xx.xx.2019-cu il tarixdə məhkəmə qətnaməsi əsasında xitam verilmişdir. Nikahlarına xitam verildiyi tarixdən 3 ilə yaxın zaman keçsədə cavabdeh heç zaman birgə nikahdan olan övladları ilə maraqlanmamış onların maddi və mənəvi çətinliklərini qarşılamaqda heç bir köməklik göstərməmişdir. Məlumat üçün qeyd edir ki, həmin zamanlarda maddi imkanları yaxşı olduğu üçün heç bir halda cavabdehdən maddi köməklik istəməmişdir. Lakin hazırda maddi vəziyyəti pisləşmişdir. Belə ki, hazırda bərbər kimi fəaliyyət göstərir. Buda birgə nikahdan olan uşaqlarının maddi xərclərini tək başına qarşılamağı üçün yetərli deyil. Onuda qeyd edir ki, övladları artıq orta məktəbdə təhsil alır. Bu isə onların xərclərinin kəskin surətdə artmasının bariz nümunəsidir. Bundan əlavə iddiaçının vəkili apellyasiya şikayətində qeyd etmişdir ki, X7 "xxxx" MMC-də 05 stavka ilə tikişçi vəzifəsində çalışır və 150 manat əmək haqqı alır. Vəkil Nümayəndə hüquqlarını müdafiə etdiyi şəxsin maddi imkanlarının aşağı səviyyədə olduğunu bildirsədə lakin nədənsə hüquqlarını müdafiə etdiyi şəxsin hansı vəsaitlə vəkillə müqavilə bağlayıb vəkil səviyyəsində müdafiə olunduğu hissəsinə aydınlıq gətirə bilməmişdir. Məsələ isə çox sadədir. Cavabdeh bütün növ hüquqi prosedurlara və vəkilə rahatlıqla pul xərcləyə bilir lakin doğma övladının saxlanılması istiqamətində heç bir addım atmaq istəmir. Bundan əlavə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı”nın 8.2ci maddəsində qeyd olunur ki, “Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Bundan əlavə məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə içtimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında Akimova Azərbaycana qarşı 27 sentyabr 2007-ci il; Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir:Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyidə aydın görünməlidir. Odur ki, qeyd olunanları və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərini rəhbər tutub X3 apellyasiya şikayəti təmin olunmasın və təyin olunmuş alimentin miqdarının artırılaraq 2022-ci il üçün müəyyən olunmuş uşaqların minimum yaşayış səviyyəsinə çatdırılması haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1833/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 5810/2019 saylı qətnaməsinə əsasən Əliyeva (Bayramova) Reyhan Mehdi qızı ilə İddiaçı arasında xx.xx.2009-cu il trixdə 676 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X5 atası İddiaçı yanında qalması müəyyən edilmişdir. Qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZ-İİ № 495172 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X5 adlı övladları var. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, AZ-İİİ № 863322 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X12 adlı övladları var. İşin mübahisəsiz halı odur ki, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X5 atası İddiaçı yanında qalırlar. Tərəflər arasında nikah pozularkən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulmamışdır. Hazırda mübahisələndirilən qətnamə ilə cavabdeh X7 tərəfindən İddiaçı xx.xx.2012ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödənilməsi qət olunmuşdur. Cavabdeh X7 qeyd olunduğu kimi "xxxx" MMC-də 0.5 stavka (yarımştat) tikişçi işində işləyir və əmək haqqı 150 manatdır. Cavabdeh bildirir ki, öz uşaqlarının saxlanması üçün həmin əmək haqqından qanuna müvafiq olaraq aliment tutulub İddiaçı ödənilməsinə etiraz etmir. Maddi imkanı yalnız buna çatır. Qeyd olunandan başqa onun digər gəliri və qazancı yoxdur. O, boşandıqdan sonra valideynlərinə sığınmış və onlarla yaşayır, valideynlərinin də maddi durumu çox aşağıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, məhkəmə kollegiyası uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu və uşaqların mənafeyini nəzərə alaraq qeyd edir ki,apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdeh X2 xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin gəlirinin 1/3 hissəsində aliment tutulmalı, alimentin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, qətnamə alimentin tutulması hissəsində dərhal icra olunmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1833/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin gəlirinin 1/3 hissəsində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4337/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4337/2022
04.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver