Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4345/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının vəkili Vəkil2 iddiaçının adından verdiyi apellyasiya şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsi hazırki iş üzrə xx.xx.2019-cu il tarixdə qəbul etdiyi qətnamə ilə iddiaçının cavabdehə qarşı irəli sürdüyü “əmlak və pul tələbi barədə” iddianın təmin edilməməsini qət etmişdir. İddiaçının vəkili Vəkil2 həmin qətnamədən iddiaçının adından apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi həmin apellyasiya şikayətini qəbul edərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 68.3-cü maddəsinin mənasına görə, işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. İş materiallarına əlavə edilmiş sənədlərdə iddiaçı tərəfindən onu təmsil etmək üçün İ.Rərimova vəkalət verməsi müəyyən edilmir. Bu vəziyyəti nəzərə alan Məhkəmə hesab edir ki, şikayət buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş şikayət MPM-nin 363.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalı idi, lakin Rayon Məhkəməsi bunu etməmiş, şikayəti işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilmiş şikayət üzrə apellyasiya qeyri-mümkündür və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmlak və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının vəkili Vəkil2 iddiaçının adından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-4345/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4345/2020
19.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver