Məhkəmə qərarları › İş №2(103)-435/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-435/2022

20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-435/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı1 birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Məmmədova Şəfanə İsa qızına qarşı iş üzrə (Açar sözlər: əşyaların mənzildən çıxarılması) Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı1 oğluna və ikinci iş üzrə cavabdeh Məmmədov Azad Məmmədəli oğluna qarşı iş üzrə (Açar sözlər: qızıl-zinət, cehiz əşyalarının geri qaytarılması və əmlaka payların müəyyən edilməsi) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi, Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı1 birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı1 və ikinci iş üzrə cavabdeh İddiaçı2 qarşı “qızıl-zinət, cehiz əşyalarının geri qaytarılması və əmlaka payların müəyyən edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 858/2022 saylı, 16 may 2021-ci il tarixli qətnaməsindən ikinci iş üzrə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı2 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah münasibətlərinə xitam verilmişdir. Cavabdeh 2020-ci ilin iyun ayından valideynlərinə məxsus evdə yaşayır, onun cehiz əmlakları isə İddiaçı1 məxsus ünvan 1 ünvanında qalmışdır. İddiaçı1 mülkiyyətində olan mənzildən Cavabdeh məxsus cehiz əmlaklarının çıxarılmasını, sonuncu isə ona məxsus əmlakların ona qaytarılmasını və birgə nikah dövründə əri İddiaçı2la əldə etdiyi əmlakların bölünməsini tələb edir. Cehiz əmlakının həmin mənzildən çıxarılmasına tərəflər razıdır, “KİA CERATO” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə, “Mercedes Benz E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2017-ci il tarixdə İddiaçı2 adına rəsmiləşdirilmişdir, həmçinin “Mercedes Benz E350” markalı, **-DF- *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh payının bölünməsinə İddiaçı2 etiraz etmir, tərəflər arasındakı mübahisə “KİA CERATO” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil, şuba (kürk), gödəkçə (kurtka), planşet və fen barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat

2. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı1 birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus 134 adda (yemək servisi 2 dəst (31 predmet+48 predmet), Versace yemək dəsti 1 dəst (23 predmet), bulud 2 ədəd yekə, lodka 4 ədəd, sous qabı 7 ədəd, balaca fincan 11 ədəd, fincan 6 ədəd və 3 qaşığı, nəlbəkili çay dəsti 6 ədəd (Maddona), ağ nəlbəkili çay dəsti 6 ədəd, əl çaşkası 6 ədəd, kofe fincanları hərəsində 6 ədəd olmaqla 4 qutu, tək-tək kofe çaşkası 2 ədəd, tək-tək kofe nəlbəkisi 13 ədəd, tək-tək çay nəlbəkisi 6 ədəd, nəlbəkili armudu çay stəkanı 6 ədəd, tək-tək armudu stəkan 7 ədəd, tək-tək armudu nəlbəki 5 ədəd, sok stəkanı 9 ədəd, balaca sok stəkanı 6 ədəd, araq rumkası 13 ədəd, şüşə fincan 5 ədəd, balaca sok stəkanı 3 ədəd, tək çay çaşkası 2 ədəd, duzqabı 3 ədəd, çay nəlbəkisi hərəsində 6 ədəd olmaqla 3 qutu, dəm çayniki 3 ədəd, meyvəqabı dəsti 3 dəst, tək-tək meyvə qabı 2 ədəd böyük, ikimərtəbəli meyvə qabı 1 ədəd, yarpaq şüşə qab 2 ədəd, orta tort qabı 4 ədəd, ləpəqabı 3 ədəd, masqura şüşə hərəsində 6 ədəd olmaqla qutu, tərəvəz doğrayan 3 ədəd, uzun şüşə lodka 2 ədəd, qozçəkən 1 ədəd, balaca şüşə lodka 2 ədəd, şüşə külqabı 1 ədəd, peçenye qabı 1 ədəd, dondurmaqabı 6 ədəd, rəngli sok stəkanı 6 ədəd, konfetqabı 2 ədəd (böyük), suvenir kapuçino çaşkası 1 ədəd, ağ qaşlı lodka 3 ədəd, plastmas qab 3 ədəd+2 ədəd, göy-qızılı böyük servis dəsti 76 predmet, qızılı sok bakalı 12 ədəd, xrustal qrafınli+6 stəkan 1 dəst, sarı qrafınli+6 çaxır rumkası 1 dəst, ayaqlı araq rumkası 5 ədəd, tək şüşə çaşka 2 ədəd, şamdan balaca 2 ədəd, qəndqabı balaca 2 ədəd, tək qrafın böyük 1 ədəd, pesok qabı süzən 1 ədəd, şüşə salat qabı 1 ədəd, qab ayaqaltıları 5 cüt, böyük lodka meyvəqabı 2 ədəd, dairəvi böyük tortqabı ayaqlı 1 ədəd, balaca ayaqlı konfetqabı 2 ədəd, yumru balaca meyvə qabı 2 ədəd, balaca mürəbbə qabı 1 ədəd, tac formalı yumru meyvəqabı 1 ədəd, buzqabı 1 ədəd (balaca), tək şüşə qapaq 2 ədəd, balaca güldan 3 ədəd, tək çaşka 2 ədəd, qrafın 1 ədəd, duzqabı 3 ədəd, qaşlı meyvəqabı 1 ədəd, qaşlı çaxırqabı 1 ədəd, gül vazaları 4 ədəd, suvenirli oyuncaqlar 6 ədəd, göy gülabqabı 2 ədəd, göy qəndqabı 2 ədəd, saxsı ağ meyvə qabı 2 ədəd, göy lodka meyvəqabı 1 ədəd, böyük dəm çayniki 1 ədəd, üçmərtəbəli qab 1 ədəd, göy balaca vaza 1 ədəd, göy şəkilli balaca qab 1 ədəd, xalça, palaz, doroşka 9 ədəd, yastıqlar 18 ədəd, kisə yun 1 ədəd, yorğan 5 ədəd, yorğan yay 2 böyük+2 balaca, döşək 1 ədəd balaca+2 böyük taxt, pokrıval+pərdə dəsti 1 ədəd, pokrıval 2 ədəd+təzə bağlı 1 ədəd, plastmas qablar 18 ədəd, diplomat çanta (çəngəl, qaşıq, bıçaq) 1 ədəd, öz korobkasında süfrə stəkanı 2 qutu, hobbu qazan dəsti 1 qutu, qazanlar 4 ədəd+3 ədəd (balaca), podnoslar 7 ədəd, qaşıq-vilkalar, balta, çömçə, bankabağlayan, aşsüzən 1 ədəd, ləyən alüminium 1 ədəd, yastıqüzü 5 ədəd, yorğanüzü 2 ədəd, cib dəsmalları 3 paçka, süfrələr 2 dəst, təzə prostina 4 ədəd, işlənmiş prostina 2 ədəd, nevresim takımı 1 ədəd, mişkalar 2 ədəd, ev geyimi paltarları, köynək və aksessuarları, çimmək üçün hamam ləvazimatları 1 ədəd, dəsmallar 1 ədəd can, 4 ədəd əl-üz, 1 qutu tac əl-üz, 3 çay dəsmalı, 4 ədəd əl dəsmalı, qadın bəzək aksessuarları 1 sumka, batinka 2 cüt, tuflilər 3 cüt (kabluklu), yay ayaqqabıları 4 cüt, adi tuflilər 3 cüt, tapıçkalar 4 cüt, vetnamka 3 cüt, hamam tapıçkası 2 cüt, şamdan balıq 1 ədəd, sokçəkən 1 ədəd, termos böyük 1 ədəd, duxovka 1 ədəd, hündür göy güldan 1 ədəd (içində 5 ədəd uzun gül), televizor Samsung 1 ədəd, happyhome qazan dəsti 1 ədəd, taxt yataq 1 ədəd, şifonyer 1 ədəd, güzgülü termo 1 ədəd, qapılı televizor altlığı 1 ədəd, tumbalar 2 ədəd, servant böyük 1 ədəd, servant balaca 1 ədəd, işıqlı gül reklamı 2 ədəd, gəlinlik güzgü 1 ədəd, gəlinlik lampa 1 ədəd) əşyaların onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 7, 19 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 7 saylı evin 19 saylı mənzili 1981-ci ildə “Müxbir” jurnalında məsul katib vəzifəsində işlədiyi vaxt iş yeri üzrə, Azərbaycan Jurnalislər İttifaqı tərəfindən ona verilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş çıxarışa əsasən mənzil onun mülkiyyətindədir. Cavabdeh ilə onun oğlu İddiaçı2 2012-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və onların birgə nikahından iki əkiz uşaqları olmuşdur, oğlu və gəlini ailə qurduqları ilk vaxtdan ona məxsus Novxanı qəsəbəsində yerləşən bağ evində yaşasalar da, sonradan, 2017-ci ildə nəvələrinin bağçaya və məktəbə yaxın ərazidə yaşaması və gediş-gəlişdə əziyyət çəkməmələri səbəbindən özü Novxanı qəsəbəsindəki bağ evinə köçmüş, mülkiyyətində olan mənzili müvəqqəti olaraq onların istifadəsinə vermiş, həmin vaxt da Cavabdeh özünəməxsus cehiz əşyalarını özü ilə gətirməklə ona məxsus olan mənzildə yerləşdirmişdir. Cavabdeh ilə oğlu İddiaçı2 arasındakı nikaha Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmiş və Cavabdeh 2020-ci ilin iyun ayından ona məxsus evdən çıxaraq öz ata evinə getmiş, hazırda da orada yaşayır. Lakin, gedərkən Cavabdeh özünə məxsus olan əşyaları ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 7, 19 saylı mənzildə qalmışdır. Bu səbəbdən ona məxsus əşyaların mənzildən çıxarılmasını tələb edir,

4. Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı1 və ikinci iş üzrə cavabdeh İddiaçı2 qarşı “qızıl-zinət, cehiz əşyalarının geri qaytarılması və əmlaka payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 7, 19 saylı mənzildə olan ona məxsus əşyaların (qorka, televizor altlığı, taxt matraslı, tumboçkalar 2 ədəd, uşaq krovatı matraslı, termo, şifoner, çilçıraq 1 ədəd, çilçıraq xrustal 1 ədəd, böyük xalça 5 ədəd, balaca xalça 5 ədəd, pərdə 2 dəst, günkeçməz 2 ədəd, divanüstü 1 dəst, pokrıval balışlı 3 dəst, odeyal pokrıval 6 ədəd, tək odeyal 3 ədəd, uşaq odeyalı 5 ədəd, taxt döşəyi 2 ədəd, tək adamlıq döşək 3 ədəd, iki nəfərlik yorğan 3 ədəd, uşaq yorğanı 2 ədəd, döşəkçə 2 ədəd, yastıq 9 ədəd, divanüstü balışla 12 ədəd, pastel 2 nəfərlik 10 dəst, tək nəfərlik pastel 17 dəst, tək prostin 7 ədəd, 2 nəfərlik prostin 4 ədəd, can dəsmalı 16 ədəd, əl-üz dəsmalı 27 ədəd, süfrə 6 ədəd, jurnal stolu üçün süfrə 4 ədəd, çay dəsmalı 15 ədəd, qazanturan 5 ədəd, önlük 3 ədəd, soyuducu üçün süfrə 1 dəst, işlənmiş süfrə 2 ədəd, işlənmiş çay dəsmalı 7 ədəd, işlənmiş tutacaq 1 ədəd, işlənmiş can dəsmalı 7 ədəd, işlənmiş əl-üz dəsmalı 11 ədəd, işlənmiş taxt pasteli 7 dəst, işlənmiş 1 nəfərlik prostin 5 ədəd, işlənmiş balış üzü 8 ədəd, işlənmiş balış uşaq balışüzü 4 ədəd, işlənmiş uşaq pasteli 2 ədəd, plazma televizor 1 ədəd, sokçəkən 1 ədəd, qozçəkən 1 ədəd, mikser 1 ədəd, duxovka 1 ədəd, epilyator 1 ədəd, tozsoran 1 ədəd, ütüaltı 1 ədəd, qazan 7 dəst, çamadan qaşıq (versace) 2 ədəd, smalik kuxna naboru 11 ədəd, çömçə nabor dəsti 1 dəst, aşsüzən 2 ədəd, xrustal tort qabı 1 ədəd, xrustal lodka 2 ədəd, xrustal mürəbbə qabı 4 ədəd, xrustal qənd qabı podnosu 4 ədəd, xrustal güldan 1 ədəd, uşaq hamam naboru 2 ədəd, uşaq ətiri 2 ədəd, uşaq şampunu 4 ədəd, çeşka 2 ədəd, priqılka 1 ədəd, dəniz jileti 2 ədəd, uşaq sumkası 1 sumka, uşaq güzgüsü 3 ədəd, uşaq darağı 4 ədəd, uşaq kaşloku 5 ədəd, uşaq üçün gün eynəyi 2 ədəd, abadok 3 ədəd, baş örtüyü 4 ədəd, cib dəsmalı 17 ədəd, penjama 3 ədəd, şəxsi xırda əşyalar 1 klok, şərf 4 ədəd, apteçka 1 ədəd, mayka 5 ədəd, pünyar 9 ədəd, idman sumkası (böyük) 1 ədəd, maqnitafon 1 ədəd, corab, kalkotka, papış 17 ədəd, hamam başmağı 2 ədəd, kosmetika dəsti (təzə) 2 dəst, qış ayaqqabısı 2 cüt, basonoşka 2 cüt, sabo 2 cüt, vetnamka 4 cüt, tufli 4 cüt, ev başmağı 1 cüt, yaxa broşkası 5 ədəd, pulqabı 3 ədəd, əl sumkası 8 ədəd, paltar sumkası 7 ədəd, ətir 2 ədəd, qalın xalat 3 ədəd, darağ 3 ədəd, güzgü 3 ədəd, kolyaska 2 ədəd, uşaq sumkası 8 ədəd, saxsı pul qabı 2 ədəd, uşaq oyuncağı 8 böyük sumka, uşaq fiquru 2 sumka, top 50 ədəd, uşaq döşəyi 1 ədəd, ayı oyuncağı 2 sumka, uşaq kitabı 5 ədəd, uşaq paltarı 5 sumka, uşaq ayaqqabıları 2 sumka, kalonka 1 ədəd, uşaqların şəkilləri, sənədləri, uşaq yemək qabları 3 dəst, penal 4 ədəd, dəftər, karandaş, qovluqlar miqdarsız, qız jaketi 4 ədəd, qız maykası 8 ədəd, qız futbolkası 7 ədəd, qız kalkotkası 11 ədəd, qız corabı 8 ədəd, qız tulumu 3 ədəd, yay koftası 9 ədəd, don 6 ədəd, əlcək 8 ədəd, papaq 12 ədəd, şərf 8 ədəd, şlyapa 4 ədəd, dəniz oyuncağı 2 sumka, uşaq saatı 4 ədəd, uşaq eynəyi 2 ədəd, avtomat kley 2 ədəd, uşaq paltarı 2 ədəd, uşaq kurtkası 5 ədəd, ev başmağı 2 ədəd, ayaqqabı 9 cüt, çəkə 4 cüt, şortik 13 ədəd, qız şalvarı 8 ədəd, oğlan şalvarı 7 ədəd, oğlan koftası 9 ədəd, oğlan maykası 5 ədəd, futbolka 9 ədəd, oğlan jaketi 4 ədəd, oğlan kalkotkası 6 ədəd, oğlan corabı 7 cüt, oğlan jileti 2 ədəd, pencək 2 ədəd (uşaq), oğlan yay koftası 13 ədəd, qız kalkotkası 5 ədəd (qalın), şampun 3 ədəd, duş geli 2 ədəd, krem 6 ədəd, gəlin güzgüsü 1 ədəd, şamdan 2 ədəd, lampa 1 ədəd, veşilka 52 ədəd, yay yorğanı (2 nəfərlik) 4 ədəd, yay koftası 23 ədəd, kofta qalın 9 ədəd, karset 1 ədəd, şal və yaylıq 25 ədəd, çətir 1 ədəd, dırnaq naboru, laklar, şəxsi sənədlər bir qutu, disk 4 ədəd, qol saaatı 3 ədəd, qolbaq 5 ədəd, qaşıq (iri) 1 ədəd, kartof kəsən 1 ədəd, yumurta çalan 1 ədəd, plasmas qaşıq 3 ədəd, kəfkir 2 ədəd, qaşıq 24 ədəd, çəngəl 24 ədəd, planşet İPAD (750 manat) 1 ədəd, mobil telefon (299 manat ) 1 ədəd, içində gül olan böyük Güldan 1 ədəd, güldan 5 ədəd, tərəzi 1 ədəd, çaynik 9 ədəd, nəlbəki (madonna) 12 ədəd, armudu stəkan nəlbəkisi (madonna) 12 ədəd, nəlbəki 12 ədəd, nəlbəki şüşə 12 ədəd, pizza qabı 1 ədəd, xəmir kəsən 1 ədəd, duxovka qabı (dəmir) 1 ədəd, tort qabı 2 ədəd, vedrə 2 ədəd, şüşə kasa 12 ədəd, böyük şüşə kasa 1 ədəd, tort qabı (şüşə) 3 ədəd, dondurma qabı (sadə) 6 ədəd, dondurma qabı (qaşıqlı) 6 ədəd, rozetka 12 ədəd, rozetka (xrustal) 6 ədəd, xrustal stəkan 6 ədəd, armudu xrustal stəkan 6 ədəd, qrafin 2 ədəd, meyvə qabı 1 ədəd, tərəvəz üçün taxta 2 ədəd, kasa (işlədilmiş) 4 ədəd, nimçə (işlədilmiş) 8 ədəd, dərin nimçə (işlədilmiş) 8 ədəd, bulud (işlədilmiş) 1 ədəd, çaydan (işlədilmiş) 1 ədəd, çaynik (işlədilmiş) 1 ədəd, fincan (işlədilmiş) 6 ədəd, qəndqabı (işlədilmiş) 1 ədəd, plasmas nimçə 4 ədəd, plasmas çömçə dəsti, taxta qaşıqlar dəsti, podnos 2 ədəd, duzqabı dəstəsi, salfetka qabı 2 ədəd, çay qabı plasmas 4 ədəd, soyuducu üçün qab 4 ədəd, tava balaca 2 ədəd, üstü plasmas qab 2 ədəd, dərin nimçə 14 ədəd, aş nimçə 24 ədəd, yağ qabı 1 ədəd, qulplu plasmas aşsüzən 1 ədəd, bakal böyük 24 ədəd, bakal balaca 18 ədəd, plasmas qab böyük 11 ədəd, yemək servisi 60 predmet, pol taxtası, xəkəndaz, nimçə balaca 12 ədəd, xurcun 8 ədəd, saç feni 1 ədəd, saç ütüsü 1 ədəd, süpürgəli xəkəndaz 1 ədəd, gül qabı sadə 3 ədəd, qrafin dəsti 5 ədəd, qrafin xrustal 1 ədəd, üçmərtəbəli qab 4 ədəd, xrustal bakal 2 ədəd, xrustal fujer 6 ədəd, sadə fujer 12 ədəd, rumka 18 ədəd, kül qabı 2 ədəd, versace boşqab 24 ədəd, lodka boşqab 4 ədəd, ədviyyat qabı 6 ədəd, tərəvəz doğrayan qab 3 ədəd, mətbəx üçün yemək servisi, plasmas qapaqlı qab 24 ədəd, banka açan 2 ədəd, qıf 1 ədəd, fincan 24 ədəd, dörd ayaq 1 ədəd, işlədilmişlər oxlov 3 ədəd, çörək qabı 1 ədəd, sürtgəc 1 ədəd, qapaqlı xəmir ləyəni 1 ədəd, aluminum qazan 4 ədəd, tefal qazan 1 dəst, süd qazanı 1 ədəd, balaca qazan 3 ədəd, nəlbəki 2 ədəd, aşsüzən 1 ədəd, plasmas qab 4 ədəd, bıçaq naboru 1 ədəd, balaca kasa 3 ədəd, siyirmə üçün qaşıq qabı 1 ədəd, zinət əşyaları 7 qramlıq qırmızı qaşlı üzük (ərəb qızılı), 8 qramlıq tək qaşlı nişan üzüyü (583 əyar), 5 qramlıq setka üzük (585 əyar), 3 qramlıq təkqaş üzük (585 əyar), 4 qramlıq versace üzük (585 əyar), 4 qramlıq halqa sırğa (585 əyar), 2 qramlıq uşaq sırğası (585 əyar), 5 qramlıq ağ qaşlı sırğa (585 əyar), 6 qramlıq setka klon (585 əyar), 2 qramlıq tərəzi bürcü klon (585 əyar), 4 qramlıq ilan sepi (585 əyar), 6 qramlıq ərəb sepi (585 əyar), 15 formalı gel formalı komplekt dəst (üzük sırqa) (583 əyar), 18 qramlıq zəncir sep və qolbaq (583 əyar), 3 qramlıq 2 ədəd uşaq üçün gözmuncuğu (585 əyar), 2 qramlıq halqa qolbaq, qızıl suyuna salınmış qaşlı setka qolbağ, 5 qramlıq iri gül medalyon klon (585 əyar)) cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, iddia ərizəsinə əlavə etdiyi siyahıda qeyd olunmuş, ona məxsus qızıl-zinət əşyalarının, cehiz əşyalarının, o cümlədən saçqurudan və planşetin cavabdehlərdən alınaraq ona qaytarılması, həmin əşyalar olmadıqda isə onların dəyəri məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi, cavabdeh İddiaçı2 ilə birgə nikah dövründə əldə olunan “MERCEDEC BENZ E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı, “KİA CERATO” markalı **-HR-*** dövlər qeydiyyat nişanlı avtobobillərin və Xətai rayonu, Sarayevo küçəsində yerləşən 16 mərtəbəli binanın, 16-cı mərtəbəsində yerləşən bir otaqlı mənzilin üzərində onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, tələb etdiyi qızıl-zinət əşyalarının İddiaçı2 və İddiaçı1 alınaraq ona verilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanda yerləşən 2347/38 saylı mənzilin onunla İddiaçı2 arasında bölünməsi hissəsində müdafiə etmədiyini bildirmişdir.

7. Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, onunla İddiaçı2 rəsmi nikaha daxil olmuş, Xətai Rrayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikaha xitam verilmiş, uşaqların ananın himayəsində saxlanılması qət edilmişdir. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 7, 19 saylı mənzilin mülkiyyətçisi qaynatası İddiaçı1dur. Hazırda ona məxsus olan qızıl-ziynət əşyaları və cehiz kimi gətirdiyi əşyalar qaynatasına məxsus mənzildədir, eyni zamanda birgə nikah dövründə bir sıra daşınar və daşınmaz əmlaklar xx.xx.2017-ci il tarixdən “MERCEDEC BENZ E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2018-ci il tarixdən “KİA CERATQ” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilləri, həmçinin Xətai rayonunda, Sarayevo küçəsində yerləşən 16 mərtəbəli binanın, 16-cı mərtəbəsində yerləşən bir otaqlı mənzil əldə etmişlər. İddiaçı1 iddia tələbini qəbul edir və həmin əşyaların mənzildən çıxarılmasına razıdır.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6422/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı1 və ikinci iş üzrə cavabdeh İddiaçı2 qarşı “qızılzinət, cehiz əşyalarının geri qaytarılması və əmlaka payların müəyyən edilməsi tələbinə dair” 2(011)-7047/2020 saylı mülki iş, birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı1 birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması tələbinə dair” 2(011)-6422/2020 saylı mülki işlə birlikdə baxılması üçün bir icraata birləşdirilmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(011)-858/2021 saylı, 16 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev), İddiaçı1 iddia tələbinin təmin, Cavabdeh iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh məxsus - duş hamam naboru - 1 dəst 8 manat, duz qabı - 10 ədəd 20 manat, yataq dəsti -1 dəst 70 manat, taxt yataq - 1 ədəd 250 manat, pokrıval+pərdə dəsti - 1 ədəd 150 manat, pokrıval - 2 ədəd+təzə bağlı 1 ədəd 200 manat, sous qabı - 7 ədəd 10 manat, şüşə balıq qabı böyük 17 manat, yarpaq şüşə qab - 2 ədəd 6 manat, mətbəx üçün yemək servisi 165 manat, nəlbəkili çay dəsti - 6 ədəd (Madonna) 15 manat, ağ nəlbəkili çay dəsti - 6 ədəd 10 manat, uzun şüşə lodka - 2 ədəd 15 manat, balaca şüşə lodka - 2 ədəd 7 manat, ağ qaşlı lodka - 3 ədəd 25 manat, böyük lodka meyvəqabı - 2 ədəd 25 manat, dairəvi böyük tortqabı ayaqlı - 1 ədəd 15 manat, nəlbəkili armudu çay stəkanı - 6 ədəd 43 manat, tək-tək armudu nəlbəki - 5 ədəd 5 manat, limon qaşığı 3 manat, 1 dəst qaşlı fincan mətbəx dəsti 18 manat, qab ayaqaltıları - 5 cüt 7 manat, diplomat çanta (çəngəl, qaşıq, bıçaq) - 1 ədəd 70 manat, qaşıq-vilkalar, balta, çömçə, bankabağlayan 50 manat, Versace yemək dəsti - 1 dəst (23 predmet) 200 manat, meyvəqabı dəsti - 3 dəst 30 manat, tək-tək meyvə qabı - 2 ədəd böyük 5 manat, ikimərtəbəli meyvə qabı - 1 ədəd 20 manat, buzqabı - 1 ədəd (balaca) 2 manat, yumru balaca meyvə qabı - 2 ədəd 12 manat, rəngli sok stəkanı - 6 ədəd 6 manat, tac formalı meyvəqabı - 1 ədəd 25 manat, çaynik 10 manat, göy lodka meyvəqabı - 1 ədəd 10 manat, qaşlı meyvəqabı - 1 ədəd 30 manat, dondurma qabı qaşıqlı - 6 ədəd 27 manat, plastmas qab - 3 ədəd + 2 ədəd 10 manat, razetka 12 ədəd sadə 19 manat, aşsüzən 9 manat, suvenirli oyuncaqlar - 6 ədəd 20 manat, saxsı ağ meyvə qabı - 2 ədəd 25 manat, 124 predmet servis 550 manat, yemək servisi 48 predmet 180 manat, göy-qızılı böyük servis dəsti 76 predmet 250 manat, böyük xalça 180 manat, xalça, palaz, doroşka - 8 ədəd 300 manat, pərdə - 2 ədəd 48 manat, döşək - 1 ədəd balaca+ 2 böyük taxt 80 manat, ayı oyuncaq - 2 ədəd 15 manat, döşəkcə - 2 ədəd 10 manat, təzə prostina - 4 ədəd 25 manat, işlənmiş prostina - 2 ədəd 10 manat, batinka - 2 cüt 50 manat, tuflilər - 3 cüt (kabluklu) 60 manat, yay ayaqqabıları - 4 cüt 70 manat, adi tuflilər - 3 cüt 40 manat, tapıçkalar - 4 cüt 10 manat, vetnamka 3 cüt 28 manat, hamam tapıçkası 2 cüt 10 manat, göy gülabqabı - 2 ədəd 20 manat, araq rumkası - 13 ədəd 29 manat, tərəvəz doğrayan - 3 ədəd 25 manat, plastik qapaqlı qab 3 manat, lodka - 4 ədəd 30 manat, qrafin büllur 6 stəkan 1 dəst 60 manat, sarı qrafınli + 6 çaxır rumkası 1 dəst 15 manat, fincan - 19 ədəd 39 manat, qadın bəzək aksessuarları 1 sumka 50 manat, qızılı sok bakalı - 12 ədəd 30 manat, ayaqlı araq rumkası - 5 ədəd 7 manat, qaşlı çaxırqabı - 1 ədəd 20 manat, kofe fincanları 4 qutu 120 manat, cib dəsmalları 3 paçka 15 manat, soba qabı 10 manat, üçmərtəbəli qab 18 manat, 2 büllur vedrə konfet qabı 30 manat, salfetka qabı 6 manat, dərin nimçə 3 manat, soyuducu üçün qab 2 manat, soyuducu süfrəsi 3 manat, saxsı su qabı 5 manat, taxta qaşıqlar 47 manat, göy balaca vaza - 1 ədəd 5 manat, göy şəkilli balaca qab - 1 ədəd 3 manat, gül vazaları - 4 ədəd 30 manat, mikser 38 manat, suvenir kapuçino çaşkası 9 manat, duş üçün hamam moçalkası - 1 ədəd 3 manat, duş üçün hamam kisəsi - 1 ədəd 2 manat, ev geyimi paltarları, köynək və aksessuarları, 2 pencək 70 manat, 5 qollu don 250 manat, 8 qısaqol don 245 manat, pünyar - 9 ədəd 182 manat, eynək 1 ədəd 17 manat, toxunma saç obodoku - 2 ədəd 10 manat, şortik çəhrayı - 1 ədəd 13 manat, - 3 ədəd şalvar 85 manat, idman dəsti - 1 ədəd 50 manat, duxovka - 1 ədəd 90 manat, televizor Samsung - 1 ədəd 250 manat, 3 ədəd ev donu 30 manat, jaket - 1 ədəd 56 manat, palto uzun - 1 ədəd 210 manat, palto qısa - 1 ədəd 100 manat, priqalka - 1 ədəd 8 manat, şal və yaylıq, baş örtüyü, şərf - 16 ədəd 135 manat, iynə qabı, saplar 11 manat, qayçı, rezin 10 manat, qazantutan 4 manat, happy-home qazan dəsti - 1 ədəd 80 manat, hobbu qazan dəsti 1 qutu 100 manat, qazanlar - 4 ədəd+3 ədəd (balaca) 100 manat, əlcək 3 manat, sokçəkən - 1 ədəd 80 manat, nəlbəki şüşə - 10 ədəd 12 manat, çay nəlbəkisi hərəsində - 6 ədəd olmaqla 3 qutu 15 manat, işlənmiş nimçə - 3 ədəd 6 manat, dərin nimçə işlənmiş - 1 ədəd 2 manat, kofta qalın - 7 ədəd 149 manat, asılqan - 7 ədəd 8 manat, makiyaj dəsti 15 manat, corab - 3 ədəd 6 manat, kalqotka - 2 ədəd 10 manat, papış - 2 ədəd 6 manat, mayka - 1 ədəd 5 manat, krem - 3 ədəd 33 manat, yay koftası - 11 ədəd 120 manat, karandaş və tuş qabı - 2 ədəd 7 manat, saç broşkası - 3 ədəd 12 manat, pərdə sancağı - 120 ədəd 6 manat, xurcun - 1 ədəd 12 manat, - 2 ədəd təmiz göz muncuğu 4 manat, krem qabı - 1 ədəd böyük 3 manat, şəxsi sənədlər 1 qutu, pijama - 3 ədəd 35 manat, paltar şotkası - 1 ədəd 5 manat, güzgü - 1 ədəd 5 manat, daraq - 1 ədəd 5 manat, qalın xalat - 1 ədəd 45 manat, ətir - 2 ədəd 88 manat, paltar çantası - 2 ədəd 32 manat, əl çantası - 1 ədəd 18 manat, pul qabı - 1 ədəd 17 manat, yaxa broşkası - 5 ədəd 88 manat, futbolka - 3 ədəd 15 manat, qolbaq - 5 ədəd 20 manat, qol saatı - 2 ədəd 66 manat, kəmər - 1 ədəd 5 manat, ev şalvarı - 2 ədəd 50 manat, dırnaq dəsti, laklar - 6 ədəd 30 manat, işlənmiş pesok qabı - 1 ədəd 5 manat, podnoslar - 7 ədəd 40 manat, yağ qabı - 1 ədəd 4 manat, 4 ədəd maskura 8 manat, 6 ədəd böyük kasa 18 manat, çay qaşığı - 4 ədəd 8 manat, şüşə salat qabı - 1 ədəd, armudu stəkan - 7 ədəd, 4 ədəd bulud 25 manat, tərəvəz üçün taxta 5 manat, nəlbəki büllur - 6 ədəd 18 manat, dəm çayniki - 3 ədəd 15 manat, göy qəndqabı - 2 ədəd 7 manat, qəndqabı balaca - 2 ədəd 5 manat, şüşə çaynik - 1 ədəd 10 manat, arsiha 6x6 qaşıq dəsti 1 qutu 110 manat, paltar vannası - 1 ədəd 14 manat, kartof soyan - 2 ədəd 4 manat, çömçə dəsti 19 manat, kəfkir - 2 ədəd 11 manat, divan üstü - 1 ədəd 47 manat, adyal - 3 ədəd 190 manat, adyal (ağ-qaralı) - 1 ədəd 50 manat, can dəsmalı - 1 ədəd 15 manat, çay dəsmalı - 5 ədəd 20 manat, əl-üz dəsmalı - 4 ədəd 20 manat, əl dəsmalı - 6 ədəd 42 manat, balış üzü - 5 ədəd 45 manat, işlənmiş çexol - 3 ədəd 50 manat, yumurta çalan - 1 ədəd 3 manat, kartof kəsən - 1 ədəd 3 manat, iri qaşıq - 1 ədəd 4 manat, iri çömçə - 1 ədəd 10 manat, şamdan balıq - 1 ədəd 7 manat, şamdan balaca - 2 ədəd 10 manat, yastıqlar - 18 ədəd 150 manat, öz korobkasında süfrə stəkanı 2 qutu 25 manat, bıçaqlar (dəst taxta naborda) - 1 ədəd 26 manat, bıçaqlar - 6 ədəd 20 manat, balaca tava - 1 ədəd 11 manat, siyirmə üçün qaşıq qabı - 1 ədəd 6 manat, süd qazanı - 1 ədəd 9 manat, süzgəc - 1 ədəd 3 manat, oxlov - 3 ədəd 17 manat, qrafin - 2 ədəd 13 manat, süpürgə - 1 ədəd 7 manat, xəkəndaz - 1 ədəd 8 manat, kisə yun - 1 ədəd 40 manat, böyük dörd ayaq 90 manat, çörək qabı 5 manat, qapaqlı xəmir ləyəni 9 manat, ləyən alüminium - 1 ədəd 30 manat, konfet qabı (şüşə) - 1 ədəd 18 manat, yorğan - 5 ədəd 200 manat, yorğan yay 2 böyük+2 balaca 150 manat, balaca ayaqlı konfetqabı - 2 ədəd 10 manat, konfetqabı - 2 ədəd (böyük) 20 manat, mürəbbə qabı - 1 ədəd 14 manat, qıf - 3 ədəd 6 manat, banka açan - 2 ədəd 15 manat, yolka - 1 ədəd 25 manat, peçenya qabı - 1 ədəd 15 manat, dibçək qabı - 1 ədəd 4 manat, soba üçün şüşəli qab - 1 ədəd 27 manat, külqabı - 1 ədəd 5 manat, pol taxtası - 1 ədəd 6 manat, vedrə - 1 ədəd 4 manat, taxta qaşıqlar - 2 ədəd 16 manat, üçlü dəmir saxlama qabı - 5 ədəd 19 manat, şifonyer - 1 ədəd 400 manat, güzgülü termo - 1 ədəd 250 manat, qapılı televizor altlığı - 1 ədəd 120 manat, tumbalar - 2 ədəd 100 manat, servant böyük - 1 ədəd 500 manat, servant balaca - 1 ədəd 200 manat, epilyator 45 manat, ütü masası 45 manat, toz soran 250 manat, lüstur 78 manat, saç ütüsü 55 manat, rəndə qabı 8 manat, limon sıxan 6 manat, yumurta şotkası 2 manat, balaca tort boşqabı - 6 ədəd 18 manat, sarımsaq əzən - 1 ədəd 2 manat, çəngəl, qaşıq (işlənmiş) - 7 ədəd 7 manat, əl çaşkası - 6 ədəd 6 manat, tək kofe çaşkası - 2 ədəd 3 manat, tək kofe nəlbəkisi - 13 ədəd, sok stəkanı - 9 ədəd 20 manat, balaca sok stəkanı - 6 ədəd 12 manat, tək çay çaşkası - 2 ədəd 7 manat, şüşə fincan - 5 ədəd 10 manat, plastmas qaşıq qoyan 3 manat, plastmas qablar - 18 ədəd 25 manat, hündür göy güldan - 1 ədəd (içində 5 ədəd uzun gül) 40 manat, balaca güldan - 3 ədəd 18 manat, süfrələr 2 dəst 40 manat, böyük dəm çayniki - 1 ədəd 10 manat, masqura şüşə hərəsində - 6 ədəd olmaqla qutu 15 manat, tək şüşə qapaq - 2 ədəd 2 manat, ürək suvenir - 1 ədəd 8 manat, qış əlcəyi - 1 ədəd 4 manat, qozçəkən - 1 ədəd 12 manat, ləpəqabı - 3 ədəd 12 manat, plastmas qaşıq - 3 ədəd 5 manat, 1 ədəd canamaz 26 manat, şuba - 1 ədəd 3.500 manat, uzun plaş - 1 ədəd 480 manat, mobil telefon - 1 ədəd 299 manat, quran kitabı - 1 ədəd, şəkil albomu - 1 ədəd 25 manat, şəkil ramkası - 4 ədəd 50 manat, möhür - 1 ədəd 5 manat, işıqlı gül reklamı - 2 ədəd 10 manat, gəlinlik güzgü - 1 ədəd 20 manat, gəlinlik lampa -1 ədəd 20 manat, günkeçirtməz 10 manat, smaylik mətbəx dəsti - 1 ədəd 1 manat, hamam ayaqaltısı - 1 ədəd 10 manat, termos - 2 ədəd 30 manat olan əşyaların İddiaçı1 məxsus ünvan 1 ünvanından çıxarılması və həmin əşyaların (onlar olmadıqda dəyəri) Cavabdeh verilməsi, İddiaçı2 və Cavabdeh “Mercedes Benz E350” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı və “Kia Cerato” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillərə bərabər olmaqla ½ hissədə paylarının müəyyən edilməsi, Cavabdeh iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “KİA CERATO” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 və Cavabdeh birgə nikah dövründə onların ailə vəsaitləri hesabına alınmamasına dair hallar sübutetmə yükü ilə bağlıdır, İddiaçı2 bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmişdir və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, belə olan halda cavabdehlərin dəlilləri formal mülahizələrdən ibarətdir ki, bu da iddiaçının birgə nikah dövründə malik olduğu mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasından imtina üçün əsas ola bilməz və buna görə də Cavabdeh hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

12. Birinci instansiya məhkəməsi digər əmlak olan “Mercedes Benz E350” markalı, **- DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə isə hesab etmişdir ki, həmin əmlaka payların müəyyyən olunmasına dair tərəflər arasında hər hansı bir mübahisə olmadığından iddiaçının həmin əmlaka dair mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə hər iki avtomobilə dair iddia tələbinə münasibətdə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin olunmalı, avtomobillərə tərəflərin bərabər payları müəyyən olunmalıdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəllənin 32.1, 32.2.2, 36.3, 36.4, 37.1, Mülki Məcəllənin 152.1, 157.1, 223.3, 225.1, 314.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 89.1, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apelyasiya şikayətinin dəlilləri

14. Qətnamədən ikinci iş üzrə cavabdeh İddiaçı2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini, birgə nikah dövründə alınmış əmlakların bərabər bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İkinci iş üzrə cavabdeh İddiaçı2 apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən əşyaların Cavabdeh qaytarılması ilə bağlı qəbul edilmiş qətnamədə əşyaların dəyəri, mövcud olmayan əşyalar, birgə nikah dövründə alınmış əşyalar, əşyaların sayı həddində artıq göstərilmiş formada təmin edilmişdir. Halbuki, həmin əşyaların faktiki möcvud olub-olmaması, birgə nikah dövründə alınmış əşyaların bərabər əsaslarla bölünməsi, həmin əşyaların sayının dəqiq müəyyən edilməsi ilə bağlı yerində baxışın keçirilməsi, həmçinin dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə ekspertiza rəyinin nətiçələrinə əsasən qətnamə qəbul edilməli idi. Lakin, məhkəmə tərəfindən bunların heç biri olmamışdır. Bundan başqa, bulud 2 ədəd olduğu halda 4 ədəd, tək şüşə çaşka 2 ədəd olduğu halda 6 ədəd, orta tort qabı 4 ədəd olduğu halda 6 ədəd, duzqabı 3 ədəd olduğu halda 10 ədəd, termos böyük 1 ədəd olduğu halda 2 ədəd, çay dəsmalı 3 ədəd olduğu halda 5 ədəd, əl dəsmalı 4 ədəd olduğu halda 6 ədəd qətnamədə qeyd olunubdur. 124 predmet servis, döşəkcə 2 ədəd, soyuducu süfrəsi və saxsı su qabı ümumiyyətlə mövcud olmamışdır. 1 ədəd Şuba ilə bağlı isə onu xüsusi ilə bir daha qeyd etmək istər ki, həmin şuba tərəfindən birinci nikah zamanı həyat yoldaşına alınmışdır. “Mersedes Bens E 350” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil 2017-ci ilədək yeznəsi Elşən Babayevə məxsus olmuşdur, sonradan aralarında olan borc əvəzi avtomobil onun adına rəsmiləşdirilmişdir. Həmin avtomobildə birgə nikah də əldə edilmiş əmlak kimi hesab edilməli deyil. “KİA Cereto” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Azərə məxsus olmuş, onun istifadəsində, sahibliyində olmuş və həmişə onun tərəfindən idarə edilmişdir. Həmin avtomobilə dair qardaşı Azərlə Atabank arasında 2014-cü ildə ipoteka müqaviləsi bağlanmışdır. Avtomobilə görə qalıq məbləği atası öz vəsaiti hesabına onun tərəfindən ödənilmişdir. Bunu sübut edən ödəniş qəbzləri də vardır. Hətta dövlət tərəfindən devalivasiya ilə bağlı 5.000 manat konpensasiya həmin maşına görə onun adına deyil qardaşının adına onun kart hesabına köçürülmüşdür. Həmin məbləği qardaşı Azər çıxartmışdır. Həmin 5.000 manat qardaşı Azər tərəfindən banka ödənilmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Proses iştirakçılarının izahatı

17. Apelyasiya məhkəməsinin iclasında iştirak edən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh ikinci iş üzrə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı1 və ikinci iş üzrə cavabdeh İddiaçı2 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Qətnamədən ikinci iş üzrə cavabdeh İddiaçı2 apelyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Rеspublikası Kоnstitusiyası

22. Azərbaycan Rеspublikası Kоnstitusiyasının 29-cü maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

25. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

26. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

27. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razlaşmaya əsasən onlar arasında bölünə bilər.

28. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

29. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

30. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.

31. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

32. Maddə 225. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

33. Maddə 314. İpoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

34. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

35. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

36. Maddə 32.1. Nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.

37. Maddə 32.2.1. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və.s).

38. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın nikah dövründə qazandığı hər hansı sair əmlak daxildir.

39. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

40. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

41. Maddə 36.3. Mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

42. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir.

43. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

44. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

50. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanun normalarının tələblərini əsas götürərək, iş üzrə toplanmış sübutlara, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qətnamə qəbul edilmişdir.

57. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı2 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah münasibətlərinə xitam verilməsi qət edilmişdir. Cavabdeh 2020-ci ilin iyun ayından valideynlərinə məxsus evdə yaşayır, onun cehiz əmlakı İddiaçı1 məxsus ünvan 1 ünvanında qalmış, cehiz əmlakının həmin mənzildən çıxarılmasına tərəflər razıdır. “KİA CERATO” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə, “Mercedes Benz E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2017-ci il tarixdə İddiaçı2 adına rəsmiləşdirilmiş, həmçinin “Mercedes Benz E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh payının bölünməsinə İddiaçı2 etiraz etmir, tərəflər arasındakı mübahisə “KİA CERATO” markalı 99- HR340 dövlət qeydiyyat nişanlı avtomobil, şuba (kürk), gödəkçə (kurtka), planşet və fen barədədir.

58. Birinci instansiya məhkəməsi “KİA CERATO” markalı nəqliyyat vasitəsinin 2018-ci ildə İddiaçı2 adına qeydiyyata alınmasının formal olması, həmin avtomobilin Azər Məmmədova məxsus olması, avtomobilin formal olaraq görüntü yaratmaq məqsədi daşıdığını, bunun səbəbi kimi əsl mülkiyyətçi olan Azər Məmmədovun xəstəlikdən əziyyət çəkməsi olması, buna görə də onunla “Atabank” arasında bağlanmış 2014-cü il ipoteka müqaviləsinin 2018-ci ildə İddiaçı2 adına dəyişdirilməsi, ödənişlərin isə sonuncu tərəfindən həyata keçirilməməsi, ümumiyyətllə həmin avtomobilə Azadla Şəhanənin birgə nikah dövründə qazandıqları vəsait hesabına alınmaması” barədə İddiaçı2 və İddiaçı1 dəlillərinə münasibətdə qeyd etmişdir ki, nə qədər ki, qeyd edilən əmlakın qeydiyyatının ləğv olunması və onun etibarsızlığı barədə mübahisə mövcud deyildir və hazırda da həmin avtomobil dövlət reyestrində İddiaçı2 adına qeydiyyata alınmışdır, belə qeydiyyatın tamlığı və düzgünlüyü prezumpsiyası qüvvədədir.

59. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, həmin avtomobilin İddiaçı2 və Cavabdeh birgə nikah dövründə onların ailə vəsaitləri hesabına alınmamasına dair hallar sübutetmə yükü ilə bağlıdır, İddiaçı2 bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmişdir və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda cavabdehlərin dəlilləri formal mülahizələrdən ibarətdir ki, bu da iddiaçının birgə nikah dövründə malik olduğu mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasından imtina üçün əsas ola bilməz və buna görə də Cavabdeh hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

60. Birinci instansiya məhkəməsi “Mercedes Benz E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobildə münasibətdə isə hesab etmişdir ki, həmin əmlaka payların müəyyyən olunmasına dair tərəflər arasında hər hansı bir mübahisə olmadığından iddiaçının həmin əmlaka dair mülkiyyət hüququ tanınmalıdır. Beləliklə, məhkəmə hər iki avtomobilə dair iddia tələbinə münasibətdə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin olunmalı, avtomobillərə tərəflərin bərabər payları müəyyən olunmalıdır.

61. Birinci instansiya məhkəməsi Cavabdeh ona məxsus “fen və planşetin ona aid olması və cavabdehlərdən alınaraq ona qaytarılması” tələbinə münasibətdə qeyd etmişdir ki, həmin əşyalara dair qəbzlərin iş materiallarına əlavə edilməsi onların həqiqətən də Cavabdeh tərəfindən öz şəxsi vəsaiti hesabına alınması və şəxsi istifadəsində olan əşya olması barədə nəticəyə gəlmək üçün yetərli deyil. Bundan fərqli olaraq iş materialları əsasında müəyyən olunur ki, həmin əşyalar ailə üzvləri tərəfindən, o cümlədən planşet uşaqların onlayn təhsildə iştiraklarının təmin olunmasında istifadə edilir. Belə olan halda həmin əşyalara dair iddia tələbi təmin oluna bilməz.

62. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əmlakın Ailə Məcəlləsinin 32-ci maddəsinin və Mülki Məcəllənin 225-ci maddəsinin tələbləri baxımından ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün ilk növbədə onun nikah müddətində mövcud olduğu (qazanıldığı, əldə edildiyi, ödənildiyi və s.) müəyyən edilməlidir.

63. Məhkəmə kollegiyası ikinci iş üzrə cavabdeh İddiaçı2 oğlunun məhkəmə tərəfindən əşyaların Cavabdeh qaytarılması ilə bağlı qəbul edilmiş qətnamədə əşyaların dəyəri, mövcud olmayan əşyalar, birgə nikah dövründə alınmış əşyalar, əşyaların sayı həddində artıq göstərilmiş formada təmin edilməsi, həmin əşyaların faktiki möcvud olub-olmaması, birgə nikah dövründə alınmış əşyaların bərabər əsaslarla bölünməsi, həmin əşyaların sayının dəqiq müəyyən edilməsi ilə bağlı yerində baxışın keçirilməsi, həmçinin dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə ekspertiza rəyinin nətiçələrinə əsasən qətnamə qəbul edilməli olması, həmçinin bulud 2 ədəd olduğu halda 4 ədəd, tək şüşə çaşka 2 ədəd olduğu halda 6 ədəd, orta tort qabı 4 ədəd olduğu halda 6 ədəd, duzqabı 3 ədəd olduğu halda 10 ədəd, termos böyük 1 ədəd olduğu halda 2 ədəd, çay dəsmalı 3 ədəd olduğu halda 5 ədəd, əl dəsmalı 4 ədəd olduğu halda 6 ədəd qətnamədə qeyd olunması, 124 predmet servisin, 2 ədəd döşəkcənin, soyuducu süfrəsinin və saxsı su qabının ümumiyyətlə mövcud olmaması, 1 ədəd Şubanın isə tərəfindən birinci nikah zamanı həyat yoldaşına alınması barədə apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin həmin dəlili əsassızdır. Beləki, ikinci iş üzrə cavabdeh İddiaçı2 apelyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

64. Məhkəmə kollegiyası ikinci iş üzrə cavabdeh İddiaçı2 apelyasiya şikayətinin “Mersedes Bens E 350” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil 2017-ci ilədək yeznəsi Elşən Babayevə məxsus olması, sonradan aralarında olan borc əvəzi avtomobil onun adına rəsmiləşdirilməsi, “KİA Cereto” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə qardaşı Azərə məxsus olması, onun istifadəsində, sahibliyində olması və həmişə onun tərəfindən idarə edilməsi barədə dəlillərini də əsassız hesab edir.

65. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Mercedes Benz E350” markalı, **-DF- *** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2017-ci il tarixdə, KİA CERATO” markalı **- HR-*** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2018-ci il tarixdə İddiaçı2 adına rəsmiləşdirilmiş, yəni tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakdır.

66. Məhkəmə kollegiyası qeyd olunan işin faktiki hallarını nəzərə alaraq birinci instansiya məhkəməsinin mübahisəli nəqliyyat vasitələrinə dair gəldiyi nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.

67. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

68. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

69. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İkinci iş üzrə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-858/2022 saylı, 16 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar