Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4371/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2276/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2276/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı məxsus olan nişan və nikaha daxil olan zaman hədiyyə kimi ona verilən qızıl-zinət əşyalarının, yəni 3500 (üç min beş yüz) AZN dəyərində olan boyunbağı, qolbağı, sırğa və üzük dəsti, 1300 (bir min üç yüz) AZN dəyərində olan 1 (bir) biriliant üzüyü, 700 (yeddi yüz) AZN dəyərində olan nişan üzüyü, 250 AZN dəyərində olan bir ədəd nazik qızıl sep və klon; cehiz əşyaları - telefon - Samsung GALAXY A2016, Fly Quattro, 32GB yaddaş kartı 600 AZN, qonaq otağı mebeli - 2 qorka, 1 kamod , 6 stul 1 stol, televizor altlığı - 2000 AZN, yumşaq mebel - künc divanı - 1000 AZN, yataq otağı mebeli - qarderob, taxt, güzgülü termo - 2000 AZN, soyuducuSamsung, 1250 AZN, paltaryuyan - Siemens 870 AZN, tozsoran - Samsung, 250 AZN, televizor - 570 AZN, qısadalğalı soba - 240 AZN, elektrik sobası - 130 AZN, qaz sobası - 140 AZN, toster - 50 AZN, 2 blender - doğrayıcı - 32 AZN və əzən - 35 AZN, mikser - 30 AZN, kofeüyüdən - 25 AZN, sokçəkən maşın - 80 AZN, ətçəkən maşın - 120 AZN, elektrikli qəfədan və çaynik - 70 AZN, ütü - 140 AZN, ütü stolu - 40 AZN, 3 ədəd çilçıraq - 200 AZN, 3 dəst yemək dəsti - 1800 AZN, 34 ədəd tək boşqab - antik, 4 dəst çay dəsti1200 AZN, 24 xrustal stəkan, 24 nəlbəki - 150 AZN, 12 armudu stəkan, nəlbəki - 24 AZN, 5 dəst kompot dəsti – umumilikdə 250 AZN, 4 dəst xrustal bakal - 300 AZN, 3 xrustal, 1 bohema güldan - 540 AZN, 6 xrustal, 2 yarı xrustal mürəbbə qabı - 125 AZN, 4 xrustal meyvə qabı - 510 AZN, 1 xrustal, 2 yarıxrustal külqabı - 60 AZN, 8 xrustal, 1 bohema, 2 yarıxrustal konfet qabı - 735 AZN, bohema çay dəsti - 200 AZN, 12 xrustal razetka - 84 AZN, 12 xrustal limon qabı - 30 AZN, 6 duz qabı - 12 AZN, 5 salfetka qabı - 14 AZN, 5 li qranit qazan dəsti-280 AZN, 2 dəst çuqun qazan dəsti - 140 AZN, 3 dəst nikkel qazan dəsti - 270 AZN, tefal qazan dəsti - 80 AZN, 3 qəfədan - 100 AZN, 4 ləpəqabı - 16 AZN, 12 kasa - 48 AZN, 2 dəst qaşıq-bıçaq dəsti 1 çemodan - 260 AZN, 2 dəst çömçə dəsti, 2 dəst bıçaq dəsti - 130 AZN, 12 salat qabı - 24 AZN, 12 araq stəkanı - 12 AZN, 6 çaynik - 80 AZN, 8 fincan - 16 AZN, 6 tas - 45 AZN, 1 aşsüzən, 2 ələk, 1 yağqabı - 25 AZN, 4 pərdə , pərdə altlığı - 200 AZN, 4 xalça - 550 AZN, gecə lampası - 35 AZN, saat - 40 AZN, şamdan - 20 AZN, 8 böyük hamam dəsmalı - 96 AZN, 8 əl-üz dəsmalı - 50 AZN, 12 çay dəsmalı - 30 AZN, 2 mətbəx dəsmalı - 6 AZN, 15 çarpayı dəsti - 450 AZN, yay ədyalı; 2 tək və 2 cüt - 120 AZN, qış ədyalı; 1 tək, 1 cüt - 100 AZN, 3 skater - 84 AZN, 3 yorğan, 2 döşək, 6 döşəkçə, 8 başaltı, 1 yataq örtüyü - 80 AZN, zibil vedrəsi - 12 AZN, ləpə çəkən maşın - 10 AZN, balon bağlayan maşm - 10 AZN, keks qabı, tort qabı - 8 AZN, 3 padnos - 9 AZN, slimmor polsilen - 35 AZN, sürtgəç , nicer-dicer doğrayıcı-13 AZN, balaca üçlü qab - 16 AZN, 1 çuqun, 1 kauçuk vedrə - 24 AZN, taxta çömçə, balıqtəmizləyən, kartofsoyan, kəfkir,düyməqabı, şpilka, şpilkaqabı - 20 AZN, xeyli sayda xirda mətbəx və ev əşyası, taxta qaşıq dəsti, çörək qabı - 36 AZN, böyük paltar səbəti - 16 AZN, uşaq çarpayısı - 350 AZN, uşaq yorğan döşəyi, uşaq şkafı - 25 AZN, uşaq arabası - 120 AZN və pakrıval - 200 AZN olan əşyaların üzərinə həbs qoyulmuş, qeyd olunan əşyalar ilə bağlı hər-hansı hərəkətlər cavabdehə qadağan edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2276/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilərək iddianın təmin edilməsi barədə verilmiş ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2276/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki, iddianın məzmunundan da görünür ki, iddiaçı qızıl-zinət və cehiz əşyalarının qaytarılmasını tələb edir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna uyğundur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2276/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2276/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4371/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4371/2021
26.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver