Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4383/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi, vəkili Afət Qazıyevanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında saxlanması və aliment" tələbinə dair 2(004)-353/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21.06.2009-cu il təvəllüdlü X1 yanında saxlanılması, üçün iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən etibarən 21.06.2009-cu il təvəllüdlü X6 Andreyeviçin saxlanılması cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(004)-353/2021 saylı qərardadı ilə İddiaçı müvəqqəti aliment tutulması barədə vəsatəti təmin edilməmişdir. İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(004)- 353/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadının ləğv edilməsini və müvəqqəti aliment tutulması barədə vəsatətinin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 iyun 2020-ci il tarixdən etibarən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin olmasına baxmayaraq, 21 iyun 2009-cu il təvəllüdlü (11 yaşlı) X6 Andreyeviç anası Cavabdeh ilə qalmaq istəmir, onunla getməkdən imtina etmiş və bu günə qədər atası İddiaçı yanında qalır və uşağın bütün maddi ehtiyacını yalnız atası ödəyir. Hətta Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən 28 sentyabr 2020-ci il tarixdə akt tərtib edilərək, 21 iyun 2009-cu il təvəllüdlü (11 yaşlı) X6 Andreyeviçin anası Cavabdeh ilə getmək istəmədiyi müəyyən edilmişdir. Artıq 8 aydır ki, iddiaçı oğlunun saxlanmasını tək təmin edir, cavabdeh uşaqın saxlanması üçün heç bir vəsait ödəmir. Hal-hazırda 21 iyun 2009-cu il təvəllüdlü (11 yaşlı) X6 Andreyeviçin anasının yanında qalmasına və onun saxlanması üçün İddiaçı Cavabdeh hesabına aliment ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, bu qətnaməni icra etmək mümkün olmamışdır. Belə olan halda, ata uşağı öz yanında saxlamaq və onun bütün maddi ehtiyaclarını qarşılamaq məcburiyyətində qalmışdır. Halbuki, ailə qanunvericiliyinin tələblərinə əsasən hər iki valideyn uşağı saxlamaq öhdəliyi daşıyır. Belə olan halda, məhkəmənin icrası mümkünsüz olan məhkəmə qətnamələrinə istinad etməklə tərəflərindən müvəqqəti aliment tutulmasına dair verilmiş ərizəni təmin etməməsi tamamilə qanunsuzdur. Nəzərə almaq lazımdır ki, ailə münasibətləri davam edən münasibətlərdir və belə olan halda artıq 8 ay bundan öncə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hazırki iş üçün hər hansı bir əhəmiyyəti yoxdur. Beləliklə, müvəqqəti aliment tutulmasına dair verilmiş ərizə tamamilə qanunidir və 8 ay bundan öncə qəbul edilmiş məhkəmə qətnaməsinin mövcudluğu bu ərizənin təmin edilməsi üçün maneə deyildir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(004)- 353/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh və təmsilçisi hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikası MPM ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əasən mübahisənin məhkəmədə həllinə qədər alimentin tutulması zamanı məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019cu il tarixli, 2(004)-2468/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu it təvəllüdlü X6 Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü X4 və 17 iyul 2014-cü il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları, yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X6 Andreyeviç, 25 iyun 2011-d il təvəllüdlü X5 və 17 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi və alimentin tutulma müddətinin 19 sentyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2019cu il tarixli, 2(103)-14189/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(004)-2468/2019 saylı qətnaməsi alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2(102)-2535/2020 saylı qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(103)-14189/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin tutulması barədə qanuni qüvvəyə minmiş məhkəməsi mövcud olduğundan, bu iş üzrə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün müvəqqəti alimentin tutulmasına lüzum görünmür. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(004)-353/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4383/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4383/2021
27.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver