Məhkəmə qərarları › İş №2(103)-4389/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4389/2022

28.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4389/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin ləğvi və pul vəsaitinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(006)-115/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, aralarında bağlanmış 19 oktyabr 2017-ci il tarixli "xxxx" müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməsi və cavabdeh tərəfindən MTK-ya təhvil verilmiş qaraj söküldüyündən müqavilə üzrə həmin qarajın razılaşdırılmış dəyərini təşkil edən 26000 manat və əlavə sahəyə görə ödənilmiş 13900 manat, cəmi 39900 manatın cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(006)-115/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab edilərək apellyasiya baxışına təyin edilmişdir. Cavabdeh ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, o, İddiaçı ilə aralarında bağlanmış 19 oktyabr 2017-ci il tarixli "xxxx" müqaviləsi üzrə qalıq ödənişin MTK tərəfindən qəbul edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(006)-6928/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən o, apellyasiya şikayəti vermiş, iş halhazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadıqovun icraatındadır. Buna görə də işlərin bir icraatda birləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəsatətini müdafiə edərək işlərin bir icraatda birləşdirilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, hazırkı mülki iş əlaqəli olan və ilkin icraata qəbul edilmiş iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı 19 oktyabr 2017-ci il tarixli müqavilə üzrə ödənişi qəbul etməyə MTK-nın məcbur edilməsi tələbinə dair 2(103)- 2019/2022 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq, qərara aldı: İddiaçı MTK-nın Cavabdeh qarşı 19 oktyabr 2017-ci il tarixli müqavilənin ləğvi və pul vəsaitinin ödənilməsi tələbinə dair 2(103)-4389/2022 saylı mülki iş, onunla əlaqəli olan iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı 19 oktyabr 2017-ci il tarixli müqavilə üzrə ödənişi qəbul etməyə MTK-nın məcbur edilməsi tələbinə dair 2(103)-2019/2022 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar