Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4401/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ( müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11 cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı ( müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11 cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-100/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh MMM ilə X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, X11 Cavabdeh MMC-nin Yevlax filialına traktorçu vəzifəsinə işə qəbul edilmişdir.
2. “Məhkəmə-Tibbi Ekspertiza və X10” X20 tərəfindən verilmiş T287/2021 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən İddiaçıla sol dirsək sümüyünün proksimal ucunun çoxqəlpəli açıq yerdəyişən sınığı, sağ mil sümüyünün az yerdəyişən sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir.
3. "xxxx" QSC ilə X8 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə qaytarmaq şərti ilə, aylıq 1,9167 % ödəmək şərti ilə 10500 manat məbləğində kredit vermişdir.
4. Yevlax rayon Məhkəməsinin 1(039)-187/2021 saylı, xx.xx.2021-ci il tarixli qərara əsasən X5 «8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, X11 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat X4 alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına körülmüşdür.
5. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş 1667 №-li xəstəlik tarixçəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə xəstəxanaya daxil olmuş, diaqnoz: «sol dirsək sümüyünün dirsək çıxıntısının sınığı, sağ mil sümüyünün yuxarı 1/3 hissəsinin sınığı» qoyulmuşdur. Xəstəlik tarixçəsindən görünür ki, İddiaçı müalicə həkimi Bayramov Fikrət tərəfindən xx.xx.2021-ci il tarixdə xəstəyə dirsək sümüyünün dirsək çıxıntısının Veber üsulu ilə osteosintezi cərrahi əməlıyyatı icra olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə müəssisədən çıxış etmiş, «Sol dirsək sümüyünün dirsək çıxıntısının, sağ mil sümüyünün orta 1/3 hissəsinin yerdəyişmiş sınığı» son kliniki diaqnoz qoyulmuşdur.
6. «Yevlax rayon Mərkəzi Xəstəxanası» X20 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı «Dirsək sümüyünün yuxarı usunun sınığı, mil sümüyünün cisminin (dəyişinin) sınığı» diaqnoz qoyulmuşdur.
7. Türkiyə Cumhuriyyətinin «X22» Tibb müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli «Proforma İnvoice»dən görünür ki, həkim müayinəsi və total dirsək protezi əməliyyatının dəyəri 30.000 ABŞ dolları təşkil edir.
8. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun həkimi Fikrət Bayramov xx.xx.2022-ci il tarixli arayışı ilə İddiaçı «sol dirsək sümüyünün proksimal hissəsinin oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, dirsək sümüyünün dirsək çıxıntısının bitişməyən sınığı, mil sümüyünün bağının çıxışı (Veber üsulu ilə osteosentezdən sonra) diaqnozu qoyulmaqla, «sol dirsək oynağının endoprotez əməliyyatı, sağ mil sümüyünün osteotomiyası və ostesintezi» əməliyyatının həyata keçirilməli olduğu məsləhət bilmişdir.
9. Məhkəmənin sorğusuna cavab olaraq «Məhkəmə Tibbi Ekspertiza və X10» X20 tərəfindən verilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 486 nömrəli, xx.xx.2021-ci il tarixli rəyinə əsasən İddiaçı bədənində aşkar edilmiş xəsarətlər – sol dirsək sümüyünün yuxarı ucunun sınığı, sağ mil sümüyünün cisminin (yerini dəyişmiş) sınığı küt alətin təsirindən əmələ gəlmişdir, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir.
10. Məhkəmənin sorğusuna cavab olaraq «Yevlax rayon Mərkəzi Xəstəxanası» X20 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən ünvan 1 ünvanında yaşayan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı «Yevlax rayon Mərkəzi Xəstəxanası» X16 xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində çağırışçı həkim və həkim-travmatoloq tərəfindən «Dirsək sümüyünün yuxarı ucunun sınığı», xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində həkimoftalmoloq tərəfindən «Presbiopiya» və «Xalazion» xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində həkim-dermatoveneroloq tərəfindən «Metalların təsirindən allergik təmas dermatiti» və «Daxilə qəbul edilmiş digər maddələrinin təsirindən əmələ gələn dermatit» diaqnozları aşkar edilmişdir. İddiaçı «Yevlax rayon Mərkəzi Xəstəxanası» X16 stasionar müalicə almamışdır.
11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X21 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, sol dirsək oynağının endoprotezi xidməti «Xidmətlər Zərfi»nə daxil deyil, lakin sağ mil sümüyünün osteotomiyası və osteosintezi xidmətləri «Xidmət Zərfi»nə daxildir.
12. Məhkəmə tərəfindən təyin edilmiş 510/KEŞ saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və məhkəmətibbi və mütəxəssis müayinəsinə əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: - 1,2,3-cü suallar üzrə: Elmi-Tədqiqat Travmatologiya və X3 Kərimovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2021-ci il tarixdə institutun travmotologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona «Sol dirsək sümüyünün dirsək çıxıntısının çıxığı. Sağ mil sümüyünün yuxarı 1/3 hissəsinin sınığı» diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xətənin üzərində «Metal lövhə ilə osteosintez» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. - 4,5-cü suallar üzrə: İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda sol dirsək oynağında deformasiya, açıcı-bükücü kontraktura və dirsək sümüyünün qeyridüzgün bitişməsinin olduğu müəyyən edilmişdir ki, bu da travmanın ağırlığı ilə əlaqədar yaranmışdır. Qeyd olunanlarla əlaqədar İddiaçı hazırda cərrahiyyə əməliyyatına ehtiyacı vardır. -6,7-ci suallar üzrə: cərrahiyyə əməliyyatının aparılması Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində mümkündür. Sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən İddiaçı xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş borc aşağıdakı kimidir: - məcburi dövlət sosial sığorta haqları üzrə 2.142,00 manat əsas, 500,70 manat penya borcu; - işsizlikdən sığorta haqları üzrə 81,00 manat əsas, 27,10 manat penya borcu; - icbari tibbi sığorta haqları üzrə 103,97 manat əsas, 13,32 manat faiz borcu. Borcun ödənilməsi tələb olunur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər.
14. «X24» Hospital tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən X24 xəstəxanasında «Dirsək oynağının endoprotezləşdirilməsi» əməliyyatının qiyməti 5000 manatdır. Əməliyyatda istifadə olunan endoprotezin qiyməti bu məbləğə daxil deyildir. Endoprotezin qiyməti həkim müayinəsindən sonra təyin olunur.
15. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 025 nömrəli məktuba əsasən «Dirsək artroplastiyası total, çətin dirsək (həddindən artıq kontraktura)» cərrahiyyə əməliyyatının məbləği mövcud preyskuranta əsasən 3000-4000 manat təşkil edir. Əməliyyatda istifadə olunan endoprotezin qiyməti haqqında məlumatı isə müvafiq tibbi ləvazimat təchizatı şirkətlərindən ala bilərlər. X1 İmplant Company AOTİC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-yə lazım olan dirsək protezi Türkiyə istehsalıdır və qiyməti 2000-2500 manat aralığında dəyişir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı ( müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11 cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Türkiyə Respublikasında əməliyyat olunması üçün əməliyyat xərci olan 51.000 manat, Türkiyəyə gediş-gəliş xəstəxana məsləfləri üçün 10.000 manat, müalicə məsləflərini qarşılamaq üçün bankdan götürülmüş olan 10.500 manat məbləğində kredit məbləğinin 22 iyul tarixindən etibarən əmək qabiliyyətinin itirildiyi 8 ay müddətində hər ay 724,1 manat olmaqla, cəmi 5.792,8 manat, mənəvi zərər üçün 20.000 manat olmaqla, cəmi 97.292 manat və iddia ərizəsinin verildiyi gündən iddiaçının əmək qabiliyyətinin bərpa olunacağı günə qədər hər ay 724,1 manat sabit pul məbləğinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-cı il tarixdə Yevlax-Bərdə avtomobil yolunun 1-ci kilometrliyində X5 idarə etdiyi «MTZ-80 X» markalı 90-F-872 dövlət qeydiyyat nişanlı traktorla hərəkətdə olarkən traktora qoşulu olan kultivatorun dəmir hissəsi yolun kənarında dayanmış İddiaçı dəydiyindən onun sağlamlığının uzunmüddətə pozulmasına səbəb olan az ağır xəsarət almasına səbəb olmuşdur. İddiaçının yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması xüsusatı üzrə «MTZ-80 X» markalı, 90-F-872 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü X5 barəsində AR CM-nin 263.1-ci maddəsinin əlamətləri ilə cinayət işinin istintaqı aparılmış və cinayət işinin ibtidai araşdırması zamanı təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, № T 287/2021 saylı (canlı şəxsin ekspertizası) rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə «sol dirsək sümüyünün proksimal hissəsinin çoxqəlpəli açıq oynaqdaxili yerdəyişən sınığı, sağ mil sumuyunün orta 1/3 hissəsinin az yerdəyişən sınığı» diaqnozu ilə müalicə almışdır. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ilkin rəydə göstərildiyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vətəndaş İddiaçı sol dirsək sümüyünün proksimal ucunun çoxqəlpəli açıq yerdəyişən sınığı, sağ mil sümüyünün az yerdəyişən sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzunmüddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. X5 AR CM-nin 263.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilsə də, məhkəmənin xx.xx.2021-ci il tarixli, 1(039)- 187/2021 saylı qərarı ilə təqsirləndirilən şəxs X5 barəsində «8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək barəsində olan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə qərarında da qeyd edilmişdir ki, təqsirləndirilən şəxs X11 AR CMnin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və amnistiya tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan alınmış 1667 №-li xəstəlik tarixçəsinə nəzər yetirdikdə görünür ki, İddiaçı xx.xx.2021-ci il saat 09.30 tarixində tibb müəssisəsinə daxil olmuş, xx.xx.2021-ci il saat 14.00 tarixində müəssisədən çıxış etmişdir. Qəbul şöbəsinin diaqnozuna görə xəstədə sol dirsək sümüyünün dirsək çıxıntısının sınığı, sağ mil sümüyünün yuxarı 1/3 hissəsinin sınığı mövcuddur. Xəstəlik tarixçəsindən görünür ki, İddiaçı müalicə həkimi Bayramov Fikrət tərəfindən xx.xx.2021-ci il tarixdə xəstəyə dirsək sümüyünün dirsək çıxıntısının Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra xəstənin dirsək sümüyünün əvvəlki kimi qalması və vəziyyətində yaxşılaşma olmaması səbəbindən əməliyyatı icra etmiş həkim Fikrət Bayramova müayinə üçün müraciət etmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 2019/254653/3765 saylı arayışdan görünür ki, xəstəyə sol dirsək oynağının endoprotez əməliyyatı, sağ mil sümüyü osteotomiyası və ostesintezi məsləhət görülür. İddiaçı ölkə ərazisində oynaq və dirsək sahəsində ixtisaslaşmış əksər xəstəxana və həkimlərin qəbulunda olmuş, ona qolu və dirsəyinin endoprotez əməliyyatının edilməsi tövsiyə olunmuş, lakin bu əməliyyatın Azərbaycanda həyata keçirilmədiyini bildirmişlər. Bu sahədə ixtisaslaşmış tibb müəssisəsi olan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunda əməliyyat olunmasına baxmayaraq qolunun və dirsəyinin düzəlməməsi, qolunu normal hərəkət etdirə bilməməsi, ağrılarının dözülməz olması, endoprotez əməliyyatının ölkədən xaricdə edilməsinə zərurətin olduğunu sübut edir. Türkiyə Cümhuriyyətində yerləşən «X22» Tibb müəssisəsindən xx.xx.2022-ci il tarixdə alınmış Proforma İnvoice-dən görünür ki, həkim müayinəsi və total dirsək protezi əməliyyatının dəyəri 30.000 USD (51.000 manat)-dır. Cavabdeh MMC ilə X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, o, Cavabdeh MMC-də traktorçu olaraq işə götürülmüşdür. Hadisə 2021-ci ilin 22 iyul tarixi saat 13.00 radələrində baş vermiş və həmin gün həftənin cümə axşamı olmaqla rəsmi iş günü və 13:00 saatı isə rəsmi iş saatına daxildir. X2 hadisə baş verən gün və saatda Cavabdeh MMC-nin Yevlax filialının traktorçusu olaraq rəsmi işçi kimi əmək funksiyalarını yerinə yetirirdi. Cavabdehin işçisi olan X5 törətdiyi cinayət əməli nəticəsində zərərçəkmış şəxs İddiaçı sağlamlığına zərər vurması Yevlax rayon məhkəməsinin 1(039)- 187/2021 nömrəli xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur. Belə olan halda, qanunvericiliyin tələbinə görə zərərçəkmiş şəxsin bu hadisə nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzini tələb etmək hüququ vardır. Ekspert rəyi ilə iddiaçının müxtəlif xəsarətlər alması tam təsdiq olunur, həmin xəsarətlərin müayinə, müalicə və əməliyyat olunmadan, əlavə qidalanma olmadan sağalması mümkün deyildir. İddiaçının əməliyyat və müalicə xərclərinin bir hissəsini qarşılamaq üçün kredit götürmək məcburiyyətində olmuşdur. Belə ki, iddiaçının arvadı X8 ilə "xxxx" (Mingəçevir filialı) arasında bağlanmış № 015A********** saylı kredit müqaviləsindən görünür ki, verilmiş kreditin ümumi məbləği 10.500 manat təşkil edir. Həmin məbləğ tamamilə xəstəxana xərcləri və müalicələrin bir qisminə sərf olunmuşdur. Hadisə baş verdiyi gündən etibarən iddiaçı heç bir yerdə çalışa bilmir, çalışmamaqdan əlavə ailə üzvlərindən asılı vəziyyətə düşmüşdür. Normal təbii ehtiyaclarını belə kənar şəxsin köməyi olmadan yerinə yetirə bilmir, ağrılarının dözülməz olması səbəbindən isə nə qədər dərman atsa da, gecələri yata bilmir. Dövlət Statistika Komitəsinin «stat.gov.az» rəsmi internet saytından əldə olunmuş məlumata əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 724,1 manat təşkil etmişdir. Hadisənin baş verdiyi 22 iyul tarixindən etibarən 8 aydan çoxdur ki, iddiaçı maddi gəlir əldə etmək imkanından məhrum olmuş əmək qabiliyyətini itirmiş, ailəsi və digər şəxslərdən asılı vəziyyətə düşmüşdür. Hesab edir ki, ilkin olaraq birdəfəlik ödəniş kimi 8 x 724,1=5792,8 manat və iddia ərizəsinin verdiyi gündən etibarən hər növbəti ay üçün 724,1 manat sabit pul məbləği cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. Mənəvi zərər hissəsinə gəldikdə isə iddiaçı onun həyatının məhv edilməsi, ailəsini də ağır və çıxılmaz vəziyyətə salınması, həm maddi cəhətdən onları pis vəziyyətdə qoyması, eyni zamanda təbii ehtiyaclarını belə kənar şəxslərin yardımı olmadan həyata keçirə bilməməsi onu həyatdan tamamilə küsdürmüşdür. Bunun nəticəsində ona dəymiş mənəvi zərərin miqdarı pulla ölçülə bilməyəcək qədərə çoxdur. Amma iddiaçı Azərbaycan reallıqlarını da nəzərə alaraq mənəvi zərərə görə ən az məbləği – 20.000 manat ödənilməsini tələb edir.
18. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-100/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim X12) iddia tələbi təmin edilmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096cı, 1097.1-ci, 1099-cu, 1112-ci, 1115-ci, 425.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci, 77.1-ci, 88-ci, 101.3-cü, 103.1-ci, 119.1-ci, 217.2-ci maddələrinə və bir sıra Avropa Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yexlax rayonu ərazisindəbaş vermiş yol nəqliyyat hadisəsindən yalnız iddiaçı tərəfin Cavabdeh MMC-yə qarşıiddia qaldırıldığı zaman məlumatları olmuşdur. Bu məqsədlə aparılan araşdırma zamanı məlum olmuşdur ki, Cəmiyyətin Yevlax filialının traktorçusu X11 xx.xx.2021-ci il tarixdə saat 13.15 dəqiqədə filialın traktorunu hər hansı əsas olmadan idarə etməklə yolnəqliyyat hadisəsi törətmiş, hadisənin məhz həmin saatda baş verməsi traktorlara quraşdırılan CPS məlumatları və hadisə barədə Yevlax rayon Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Ş.Osmanovun yol nəqliyyat yerinə baxış keçirilməsi haqqında 22 iyul 2021-ci il tarixli protokolu ilə öz təsdiqini tapır. Beləki, X5 təqsirləndirilməsinə dair cinayət işnin 6-cı 11 vərəqində yol-nəqliyyat hadisəsinin xx.xx.2021-ci il tarixdə saat 13.40 da BDYPİ YPXA-nın 722 saylı stasionar postundaYnNH baş verməsi barədə məlumat alındığı qeyd edilmişdir. Həmçinin hadisənin bilavasitə işəgötürənin tapşırıqlarının yerinə yetirdiyi, onun nəzarəti altında və bilavasitə iş vaxtı ərzində törədildiyi sübuta yetirilmədiyindən, məhkəmənin bu barədə qənaətini əsaslı hesab etmək olmaz. Məlum olduğu kimi İddiaçıı 26 iyul 2021-ci il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdikdən sonra sol qol nahiyyəsində “Veber üsulu iləosteosintez”əməliyyatı icra olunmuşdur. Xəstəyə “sol dirsək sümüyünün proksimal hissəsinin çoxqəlpəli açıqoynaqdaxili yerdəyişən sınığı, sağ mil süqmüyünün 1/3hissəsinin azyerdişən sınığı” diaqnozu qoyulmuşdur. Xəstənin ümumi vəziyyəti kafi olub, yarası mütəmadi sarğı olunub, əməliyyatdan sonra təkrar rentgen çəkilmiş, fraqmentlərin duruşu qane edici olmuşdur. Xəstənin vəziyyəti kafi hesab edilməklə, müalicənin davam etdirilməsi üçün ambulatoriyaya-yaşayış yeri üzrə poliklinikaya travmatoloq nəzarətinə göndərilmiş, bir aydan sonra isə təkrar müayinəyə gəlməsi tapşırılmışdır. Lakin iddiaçı yaşayış yeri üzrə poliklinikaya travmatoloq müayinəsinə bir aydan sonra isə əməliyyatı icra etmiş həkimin nəzarətinə getməmiş, yalnız 6 aydan sonra travmotoloqa müraciət etmiş, bununla da zərərin onun qəsdi nəticəsində əmələ gəldiyi və bu hal yenidən cərrahiyyə əməliyyatının icra edilməsinə səbəb olmuşdur. Bundan əlavə ekspertlərin rəyində iddiaçının sol qolunda yaranmış pataloji vəziyyətin kənar mexaniki təsir, təkrar travma, fiziki yükləməilə bağlı həkim təyinatı, həkim tərəfindən nəzarət edilmədiyi təqdirdə qeyd olunan pataloji vəziyyətin yaranmasının mümkün olub-olmaması barədə suala cavab verilməmişdir. Belə ki, iddiaçı 6 aydan çox bir müddət ərzində həkimə müraciət etməməsi, həkim təyinatından kənar dirsək sümüyünün qeyri-düzgün birləşməsinin səbəbləri aydınlaşdırılmadan obyektiv nəticəyə gəlmək mümkün deyildir. Yaranmış patoloji vəziyyət bilavasitə iddiaçının qəsdi nəticəsində meydana gəldiyindən, bu vəziyyətə görəCavabdehMMC məsliyyət daşıya bilməz. Buna görə də əlavə ekspertiza təyin etməklə ekspertlər tərəfindən qaldırılan hallar barədə düzgün rəyin verilməsi, sübutların obyektiv olaraq qiymətləndirilməsi, ədalətli məhkəmə qətnaməsinin qəbul edilməsinə səbəb olacaqdır. 5-ci sual üzrə İddiaçı sağlamlığının bərpa olunması üçün hansı əməliyyata ehtiyacın olmasına dair suala yalnız cərrahiyyə əməliyyatının icra edilməsinə ehtiyacın olması qeyd edilmiş, ancaq hansı əməliyyata ehtiyacın olması barədə suala aydın cavab verilməmişdir. Məhkəmə əlavə ekspertizanın təyin edilməsinin işin uzanacağını nəzərdə tutmaqla obyektiv məhkəmə qətnaməsinin qəbul edilməsindən əhəmiyyətli hesab etməklə, vəsatəti rədd etmiş,bununla da, işin mühüm əhəmiyyətli hallarını araşdırlmasından imtina etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
23. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X13 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında iddiaçı, o cümlədən onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11 məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 iyul 2018-ci il tarixli Qərarında qeyd edilir ki, işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşçinin yalnız əmək müqaviləsində dəqiq müəyyənləşdirilmiş funksiyalarını yerinə yetirərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti Mülki Məcəllənin 1099.1-ci maddəsinə uyğun olaraq işəgötürən daşıyır. Əmək Məcəlləsinin 54-cü maddəsinə görə, işəgötürən əmək şəraitini, o cümlədən əməyin mühafizəsini, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir. Buna görə də işçi işlərin təhlükəsiz aparılmasını fiziki və ya hüquqi şəxsin nəzarəti altında həyata keçirməli olur. Bu halda da Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs nəzarəti altında olan işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır.
28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 29 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Cavabdeh tərəfindən qətnamə iddianın təmin edilməsi hissəsində ləğv edilməklə iddianın tam olaraq rədd edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən hisssədə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
34. İşin faktiki hallarından göründüyü kimi xx.xx.2021-ci il tarixdə Yevlax-Bərdə avtomobil yolunda Cavabdeh MMC-də traktorçu vəzifəsində işləmiş X5 idarə etdiyi traktorla hərəkətdə olarkən, traktora qoşulu olan kultivatorun dəmir hissəsi yolun kənarında dayanmış İddiaçı dəydiyindən onun sağlamlığının uzunmüddətə pozulmasına səbəb olan az ağır xəsarət almasına səbəb olmuşdur. İddiaçı «sol dirsək sümüyünün dirsək çıxıntısının sınığı, sağ mil sümüyünün yuxarı 1/3 hissəsinin sınığı» diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etmiş, həmin tibb müəssisəsinin müalicə həkimi Bayramov Fikrət tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya «dirsək sümüyünün dirsək çıxıntısının Veber üsulu ilə osteosintezi» cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra iddiaçı onun dirsək sümüyünün əvvəlki kimi qalması və vəziyyətində yaxşılaşma olmaması səbəbindən əməliyyatı icra etmiş həkim Fikrət Bayramova müayinə üçün müraciət etmiş, ona sol dirsək oynağının endoprotez əməliyyatı, sağ mil sümüyü osteotomiyası və ostesintezi məsləhət görülmüşdür.
35. İşdən müəyyən edildiyi kimi, xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Elmi-Tədqiqat Travmatologiya və X3 Kərimovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2021-ci il tarixdə institutun travmotologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona «Sol dirsək sümüyünün dirsək çıxıntısının çıxığı. Sağ mil sümüyünün yuxarı 1/3 hissəsinin sınığı» diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xətənin üzərində «Metal lövhə ilə osteosintez» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda sol dirsək oynağında deformasiya, açıcıbükücü kontraktura və dirsək sümüyünün qeyri-düzgün bitişməsinin olduğu müəyyən edilmişdir ki, bu da travmanın ağırlığı ilə əlaqədar yaranmışdır. Qeyd olunanlarla əlaqədar İddiaçı hazırda cərrahiyyə əməliyyatına ehtiyacı vardır.
36. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə ekspert rəyi tibbi müdaxilənin nəticələrinə əsaslanır, edilməli olan hərəkətlərin və baş verənlərin dəqiqliyi insan həyat və sağlamlığı ilə bağlı olmaqla, o cümlədən bunun əksini təsdiq edəcək hər hansı bir sübut da cavabdeh tərəfindən təqdim edilmədiyindən qəbuledilənliyi yolveriləndir. Bu baxımdan həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
37. mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
38. məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tibb ekpertizasının rəyindən görünür ki, iddiaçının ehtiyacı olan “dirsək oynağının endoprotezləşdirilməsi” əməliyyatın ölkə daxilində həyata keçirilməsinin mümkünlüyü bildirilmiş, hətta iddiaçı tərəf bu əməliyyatın heç bir həkim tərəfindən edilə bilməməsi bildirilsədə, cavabdeh tərəfindən təqdim edilmiş “Bona Dea” Hospitalı tərəfindən verilmiş arayışdan görünür ki, “dirsək oynağının endoprotezləşdirilməsi” əməliyyatının qiymətinin 5000 manat olmaqla həyata keçirilməsinin mümkünlüyü qeyd edilmişdir.
39. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçının Türkiyə Respublikasında əməliyyatına zərurətin olmadığı müəyyən edilsə də, əməliyyat xərcinin 5000 manat olması, əməliyyata lazım olan dirsək protezinin qiymətinin isə maximum 2500 manat qiymətə olması müəyyən edilmişdir.
40. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia qismən təmin edilməklə iddiaçnın Türkiyə Respublikasında əməliyyata zərurətin olmadığı müəyyən edildiyindən əməliyyat xərci ilə bağlı ziyan qismində 5000 manat, dirsək protezinin qiyməti kimi 2500manat olmaqla cəmi 7500 manatın Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir.
41. Kollegiya mənəvi zərərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşdədə mübahisəsiz qaydada müəyyən edilir ki, cərrahiyə əməliyyatı nəticəsində keçirdiyi ağrılar, hazırki əziyyət, ağrılar və stresslər iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. 42.“İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. 43.Qeyd edilməlidir ki, (Ali Məhkəmənin Plenum qərarında qeyd edilən mövqeyə əsasən) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 44.Məhkəmə kollegiyası qeyd edir ki, yol nəqliyyat hadisəsi ilə bağlı və həmçinin cərrahi əməliyyat nəticəsində iddiaçının çəkdiyi mənəvi sarsıntının, istirabın, hazırki durumuna görə iş fəaliyyət ilə bağlı müəyyən məhdudiyyətlərinin olması və fiziki ağrılarının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Bu baxımdan birinci instansiya məhkəməsi də haqlı olaraq hesab etmişdir ki, vurulmuş mənəvi zərərin 2500 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.
45. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla təmin edilə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh MMC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-100/2023 nömrəli, 16 fevral 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.