Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4402/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X17 və X12 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X13, Cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X10 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-610/2019saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 40 ünvanında yerləşən mənzilin üzərində olan X5 xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcunun təminatı olaraq ipoteka ilə yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, X11 ilə “xxxx” Kommersiya Bankı ASC arasında xx.xx.2014-cü il tarixli 48/14 SU saylı əsas kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən borc alana 1.000.000 manat məbləğində 60 ay müddətinə xx xxxxxxxx 2019- cu il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Bundan sonra əsas kredit müqaviləsi əsasında X11 ilə “xxxx” Kommersiya Bankı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixində KOS-2014- 02/01 saylı kredit müqaviləsinə əsasən X6 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq İddiaçı ilə “xxxx” Kommersiya Bankı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus olan ünvan 1 40 ünvanında yerləşən mənzil X5 xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcunun təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-350/2017 saylı qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilmiş, cavabdeh X1 36.334,49 ABŞ dolları əsas borc, faiz borcu üzrə 11.363,49 ABŞ dolları, cərimə borcu üzrə 1.000 ABŞ dolları məbləğində pulun tutulması, habelə 2.995,75 manat əsas borcun, faiz borcu üzrə 403,50 manat məbləğində pul tutulması, habelə ipoteka predmetinin 62.000 manat məbləğində dəyərləndirilməsi, borcun ödənilməsi üçün tutmanın İddiaçı məxsus olan ünvan 1 40 ünvanında yerləşən mənzilə yönəldilməsi qət edilmişdir. Bundan sonra həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsində isə hal-hazırda mühasibatlıq ekspertizası təyin edildiyi üçün mülki iş üzrə icraat dayandırılmışdır. Aşağıda qeyd edəcəyi əsaslar ipoteka müqaviləsinin qeyri-müəyyən şərtlər daxilində ipoteka qoyanın lehinə həll edilməli olduğunu əsaslandırır. Belə ki, ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmeti əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin icrasının təmini üsuludur. Buna uyğun olaraq bu müqavilənin 1.1-ci bəndində göstərilən daşınmaz əmlaka dair ipoteka saxlayanın ipoteka hüququ əsas kredit müqaviləsi çərçivəsində borcalana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla borcalan tərəfindən alınan bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. Habelə xx xxxxxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən borc alana 1.000.000 manat məbləğində 60 ay müddətinə xx xxxxxxxx 2019-cu il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Beləliklə, əsas kredit müqaviləsinin 1- ci bəndinə əsasən borcluya verilən kredit məbləği manatla ifadə olunur. Bunun əksini iddia edərək, əlavə kredit müqaviləsinin ABŞ dolları ilə bağlana bilməsinin iddia edilməsi tamamilə əsassızdır. Belə ki, əsas müqavilənin 1.1-ci bəndində 1.000.000 manat məbləği ifadəsi və kredit verir ifadəsi bir mənalı olaraq veriləcək kreditlərin yalnız manatla olmasını ehtiva edir. Ona görə də hesab edir ki, xx.xx.2017-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən 50.000 ABŞ dolları məbləğində kreditin verilməsi ilə yaranan borc üçün ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan evin yüklü edilməsi tamamilə əsassızdır. Çünki ipoteka müqaviləsinin 1.3-cü maddəsinə əsasən ipoteka predmeti əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin icrasının təmini üsuludur. Yəni ipoteka predmeti o zaman borcalanın öhdəliklərinin icrasının təminatı altına gələ bilər ki, əlavə kredit müqavilələri ilə müəyyən edilmiş öhdəliyin həcmi və müddəti əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində razılaşdırılmış olsun. X18 isə kreditin limiti 1.000.000 manat məbləğində müəyyən edilməklə əlavə kredit müqavilələrinin də manatla verilməsini özündə ehtiva edir. Təbii olaraq xx xxxxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən əlavə edilmiş şərtlər bank tərəfindən daxil edilmiş və bankın müəyyən etdiyi standart şərtlərdir. Belə ki, bank ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmeti əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin icrasının təmini üsuludur qeyd etməklə ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin əsas kredit müqaviləsinə və əsas kredit müqaviləsinə əsasən bağlanmış əlavə kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasının təmini üsulu olmasını qeyd etmişdir. X18 isə bir mənalı olaraq qeyd edilmişdir ki, borc alana 1.000.000 manat məbləğində kredit verməyi bank öz üzərinə öhdəlik götürmüşdür. Beləliklə, bank tərəfindən veriləcək kreditlərin yalnız manatla olması nəzərdə tutulmuşdur ki, bunun əksini ifadə edəcək hər hansı müəyyən şərt müqaviləyə əlavə edilməmişdir. Belə olan halda kredit limiti ifadəsi yalnız manatla veriləcək kredit borclarını ehtiva edir. Ona görə də ipoteka müqaviləsində qeyd edilən əsas kredit müqaviləsinə əsasən müddət və kredit limiti ifadəsinin yaratdığı qeyri-müəyyənlik ipoteka qoyanın xeyrinə təfsir edilməlidir. Beləliklə, bu iki valyuta növünün eyni məna daşımadığını izah etməyə ehtiyac belə yoxdur. Bunu həm Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş normalar, habelə Valyuta Tənzimi haqqında Qanunun tələbləri təsdiq edir. Ona görə də, X18 valyuta olaraq manat ifadə edilməsi, lakin əlavə kredit müqaviləsində öhdəliyin ABŞ dolları olaraq müəyyən edilməsi tamamilə müqavilə şərtlərinə ziddir və bu hal iddiaçının xeyrinə təfsir edilərək cavabdehin, yəni ipoteka qoyanın hüquqlarını məhdudlaşdıra bilməz. Çünki ipoteka qoyan yalnız manatla bağlanan kredit müqavilələri üzrə öhdəliyinin icra edilməməsi halında məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin məhkəmə Mülki Məcəllənin 419.2-ci maddəsinin tələblərini nəzərə almayaraq ipoteka qoyanı ağır vəziyyətə salaraq qərar qəbul etmişdir. Belə ki, bu cür bir yanaşma təkcə Mülki Məcəllənin 419.2-ci maddəsinin tələblərinin pozulması demək deyil, həm də aşkar şəkildə Mülki Məcəllənin bu normasının tam ziddinə getmək deməkdir. Çünki Mülki Məcəllənin 419.2-ci maddəsinin tələbinə görə, mövcud vəziyyətdə, 1.000.000 manat məbləği ifadəsinə əsasən həm də, başqa valyutada kreditin verilməsi kimi müqavilədəki qeyri-müəyyənlik, iddiaçı “xxxx” KB ASC-nin xeyrinə deyil, tam əksinə onun əleyhinə təfsir edilməli idi. Beləliklə ABŞ dolları ilə verilmiş kreditə görə yaranmış öhdəliyin təminatı olaraq, tutmanın İddiaçı Sərhəd qızına məxsus olan ünvan 1 40 ünvanında yerləşən mənzilə yönəldilməsi Mülki Məcəllənin 419.2-ci maddəsinə zidd olaraq qəbul edilmiş qərardır. Həmçinin digər maddi hüquq normalarının tələblərinin pozulması ilə bağlı aşağıdakıları qeyd etmək zərurəti yaranmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-610/2019 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində iddiaçı həmçinin qeyd edir ki, ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən “ipoteka predmeti Əsas kredit müqaviləsi və Əsas kredit müqaviləsi ilə müyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin icrasının təmini üsuludur. Buna uyğun olaraq bu müqavilənin 1.1-ci bəndində göstərilən daşınmaz əmlaka dair İpoteka saxlayanın ipoteka hüququ Əsas kredit müqaviləsi çərçivəsində borcalana neçə dəfə kredit verilməsindən asılı olmayaraq , Əsas kredit müqaviləsi çərçivəsində Əlavə kredit müqavəliləri bağlanılmaqla borcalan tərəfindən alman bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. “ Habelə xx xxxxxxxx 2014-cü il tarixli Əsas Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “ Borc verən borc alana ******* manat məbləğində 60 ay müddətinə xx xxxxxxxx 2019-cu il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir”. Beləliklə, Əsas kredit müqaviləsinin 1 -ci bəndinə əsasən borcluya verilənn kredit məbləği manatla ifadə olunur. Bunun əksini iddia edərək, Əlavə kredit müqaviləsinin ABŞ dolları ilə bağlana bilməsinin iddia edilməsi tamamilə əsassızdır. Belə ki, Əsas müqavilənin 1.1-ci bəndində “1000000 (bir milyon) manat məbləği ifadəsi və kredit verir ifadəsi bir mənalı olaraq veriləcək kreditlərin yalnız manatla olmasını ehtiva edir. Ona görə də hesab edir ki, xx.xx.2017-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən 50000 ABŞ dolları məbləğində kreditin verilməsi ilə yaranan borc üçün ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan evin yüklü edilməsi tamamilə əsassızdır. Çünki İpoteka müqaviləsinin 1.3-cü maddəsinə əsasən “ipoteka predmeti Əsas kredit müqaviləsi və Əsas kredit müqaviləsi ilə müyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin icrasının təmini üsuludur.” Yəni ipoteka predmeti o zaman borealanm öhdəliklərinin icrasının təminatı altına gələ bilər ki, Əlavə kredit müqavilələri ilə müəyyən edilmiş öhdəliyin həcmi və müddəti əsas Kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində razılaşdırılmış olsun. Əsas kredit müqavilsində isə kreditin limiti ******* manat məbləğində müəyyən edilməklə əlavə kredit müqavilələrinin də manatla verilməsini özündə ehtiva edir. İkinci olaraq , AR Mülki Məcəlləsinin 419.2-ci maddəsinə əsasən “müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına təfsir edilir”. Təbii olaraq xx xxxxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən əlavə edilmiş şəxrtlər bank tərəfindən daxil edilmiş və bankın müəyyən etdiyi standart şərtlərdir. Belə ki, bank İpoteka müqaviləsini 1,3-cü bəndinə əsasən “ipoteka predmeti Əsas kredit müqaviləsi və Əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin icrasının təmini üsuludur” qeyd etməklə ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin Əsas kredit müqviləsinə və Əsas kredit müqaviləsinə əsasən bağlanmış Əlavə Kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasının təmini üsulu olmasını qeyd etmişdir. X18 isə bir mənalı olaraq qeyd edilmişdir ki, borc alana ******* manat məbləğidə kredit verməyi bank öz üzərinə öhdəlik götürmüşdür. Beləliklə, bank trfindən veriləcək kreditlərin yalnız manatla olması nəzərdə tutulmuşdur ki, bunu əksini ifadə edəcək hər hansı müəyyən şərt müqaviləyə əlavə edilməmişdir. Belə olan halda kredit limiti ifadəsi yalnız manatla veriləcək kredit borclarını ehtiva edir. Ona görə də ipoteka müqaviləsində qeyd edilən “əsas kredit müqaviləsinə əsasən müddət və kredit limiti” ifadəsinin yaratdığı qeyri-müəyyənlik ipoteka qoyanın xeyrini təfsir edilməlidir. Beləliklə, bu iki valyuta növünün eyni məna daşımadığını izah etməyə ehtiyc belə yoxdur. Bunu həm MM-də müəyyən edilmiş normalar, habelə Valyuta Tənzimi haqqında Qanunun tələbləri təsdiq edir. Ona görə də, X18 valyuta olaraq manat ifadə edilməsi, lakin əlavə kredit müqaviləsində öhdəliyin ABŞ dolları olaraq müəyyən edilməsi tamamilə müqavilə şərtlərinə ziddir və bu hal iddiaçının xeyrinə təfsir edilərək cavabdehin, yəni ipoteka qoyanın hüquqlarım məhdudlaşdıra bilməz. Çünki ipoteka qoyan yalnız manatla bağlanan kredit müqavilələri üzrə öhdəliyinin icra edilməməsi halında məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin məhkəmə MM-nin 419.2-ci maddəsinin tələblərini nəzərə almayaraq ipoteka qoyanı ağır vəziyyətə salaraq qərar qəbul etmişdir. Belə ki, bu cür bir yanaşma təkcə MM-in 419.2ci maddəsinin tələblərinin pozulması demək deyil, həm də aşkar şəkildə MM-in bu normasının tam ziddinə getmək deməkdir. Çünki MM-in 419.2-ci maddəsinin tələbinə görə, mövcud vəziyyətdə, ******* manat məbləği ifadəsinə əsasən həm də, başqa valyutada kreditin verilməsi kimi müqavilədəki qeyri-müəyyənlik, iddiaçı “xxxx”ın xeyrinə deyil, tam əksinə onun əleyhinə təfsir edilməli idi. Beləliklə ABŞ dolları ilə verilmiş kreditə görə yaranmış öhdəliyin təminatı olaraq, tutmanın İddiaçı Sərhəd qızma məxsus olan Sumqayıt şəhəri, 17-ci mkr,ev 65, mən 40, ünvanında yerləşən mənzilə yönəldilməsi MM-in 419.2-ci maddəsinə zidd olaraq qəbul edilmiş qərardır. Həmçinin digər maddi hüquq normalarının tələblərinin pozulması ilə bağlı aşağıdakıları qeyd etmək zərurəti yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-610/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, İddiaçı məxsus olan ünvan 1 40 ünvanında yerləşən mənzili üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdeh “xxxx” KB ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X14 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-610/2019 saylı qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli, 2(102)-1259/2019 saylı qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka yüklülüyünə xitam verilməsi üçün əsas hesab olunan hallara dair sübutların məhkəməyə təqdim edilməməsi səbəbindən iddianı təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən nəzərə almamışdır ki, cavabdeh İddiaçı ilə bank arasında bağlanmış ipoteka müqaviləsi borclu Elşad Cahangirov ilə bank arasında xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Bank ilə borclu Elşad Cahangirov arasında kredit müqaviləsi çərçivəsində sonradan bağlanmış kredit razılaşmalarında öhdəliyin müəyyən edilən həcmi (faktiki verilən məbləğ, illik faiz, müdət və.s) ilə bağlı ipoteka qoyan İddiaçı razılığının olmaması, ipoetka qoyan ilə bank arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı qismində çıxış edən ipoteka müqaviləsinin yüklülükdən azad edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, borc verən “xxxx” KB ASC borc alan X6 1.000.000 manat məbləğində 60 ay müddətinə, xx.xx.2019-cu il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanılmaqla kredit verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən əsas kredit müqaviləsi çərçivəsində borcalana verilən kreditlər əlavə kredit müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. Əlavə kredit müqavilələrində onun əsas kredit müqaviləsi çərçivəsində bağlanılmasına dair şərt nəzərdə tutulmalıdır. İş materiallarında olan “xxxx” KB ASC ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 48-1/14SU saylı əlavə kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” KB ASC tərəfindən X6 36 ay müddətinə, illik 19% ödəmək şərtilə 50.000 ABŞ dolları məbləğində kredit vermiş, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə 48/14SU saylı xx.xx.2014-cü il tarixində bağlanılan əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. İş materiallarında olan “xxxx” KB ASC ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” KB ASC tərəfindən X6 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 3.000 manat məbləğində kredit vermiş, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinəgötürmüşdür. Müqavilənin 10.8-ci bəndinə əsasən bu müqavilə 48/14SU saylı xx.xx.2014- cü il tarixində bağlanılan əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. İş materiallarında olan ipoteka saxlayan “xxxx” KB ASC ilə borcalan X11 və ipoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48İ/14SU saylı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 65 saylı evin 40 saylı mənzili “xxxx” KB ASC-yə ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 65 saylı evin 40 saylı mənzili “xxxx” KB ASC-nin xeyrinə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi xx.xx.2014-cü il, qeydiyyat nömrəsi **********- dür. Əsas öhdəlik xx.xx.2014-cü il tarixli 48/14SU №-li əsas kredit müqaviləsidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 48-1/14SU saylı əlavə kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Sazişin (müqaviləyə dəyişikliklər edilməsi haqqında) təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48-1/14SU saylı əlavə kredit müqaviləsinin 1.3-cü bəndində qeyd olunan əlavə kredit müqaviləsinin müddəti xx xxxxxx 2018-ci il tarixə kimi, faizi illik 17,5 % müəyyən edilmiş, digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(060)- 350/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “xxxx” X22 Səhmdar Cəmiyyətinin cavabdehlər X7, İddiaçı, X8, X2, X3, Səadət Zöhrab qızı Cahangirovaya və Elvira Rövşən qızı Cahangirovaya qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı “xxxx” X22 Səhmdar Cəmiyyəti ilə cavabdeh X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48-1/14SU saylı və xx.xx.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti kredit müqavilələrinin ləğv edilməsi, cavabdeh X4 xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 48-1/14SU saylıəlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 36.334,49 ABŞ dolları, faiz borcu üzrə 11.363,49 ABŞ dolları, cərimə borcu üzrə 1.000 ABŞ dolları, cəmi 48.697,98 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və xx.xx.2014-cü il tarixli 29mspSUM/14 saylıəlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2.995,75 manat, faiz borcu üzrə 403,50 manat, cəmi 3.399,25 manat məbləğində borcun iddiaçı “xxxx” X22 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ünvan 3 ünvanda yerləşən 40 saylı mənzilə yönəldilməsi, ünvan 3 ünvanda yerləşən 40 saylı mənzilin ilkin satış qiyməti 62.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 48.697,98 ABŞ dolları və 3.399,25 manatın “xxxx” X22 Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə İddiaçıqaytarılması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görəödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və məhkəmə xərcləri kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdeh X4 iddiaçı “xxxx” X22 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” KB ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, X11 ilə “xxxx” Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48/14 SU saylı X18 borcun məbləğinin manatla müəyyən edilsə də, lakin əlavə razılaşma ilə Elşad Cahangirova kreditin ABŞ dolları ilə verildiyi, nə ilkin kredit müqaviləsində, nə də ipoteka müqaviləsində vəsaitin ABŞ dolları ilə verilməsinin nəzərdə tutulmadığı göstərilərək, İddiaçı Sərhəd qızına məxsus olan ünvan 1 40 ünvanında yerləşən mənzilin üzərində olan X5 xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcunun təminatı olaraq ipoteka ilə yüklülüyünə xitam verilməsinə 3 gün ərzində göstəriş verilməsi, əks təqdirdə bununla bağlı olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə işin araşdırılmış halları ilə müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsinə əsasən borc verən “xxxx” KB ASC borc alan X6 1.000.000 manat məbləğində 60 ay müddətinə, xx.xx.2019-cu il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanılmaqla kredit verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən isə əsas kredit müqaviləsi çərçivəsində borcalana verilən kreditlər əlavə kredit müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. “xxxx” KB ASC ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 48-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən “xxxx” KB ASC tərəfindən X6 36 ay müddətinə, illik 19% ödəmək şərtilə 50.000 ABŞ dolları məbləğində kredit vermiş, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” KB ASC ilə X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən isə “xxxx” KB ASC tərəfindən X6 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 3.000 manat məbləğində kredit vermiş, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka saxlayan “xxxx” KB ASC ilə borcalan X11 və ipoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48İ/14SU saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 65 saylı evin 40 saylı mənzili “xxxx” KB ASC-yə ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. Eyni zamanda əsas kredit müqaviləsi çərçivəsində borcalana verilən kreditlər əlavə kredit müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. Əlavə kredit müqavilələri üzrə verilən kreditlər əsas kredit müqaviləsi çərçivəsində verilmişdir. İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 65 saylı evin 40 saylı mənzili isə qeyd olunan əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq müəyyən edilmişdir. İddiaçı qeyd olunan ipoteka yüklülüyünə xitam verilməsini tələb etsə də, bunun üçün əsas hesab olunan hallara dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir hal öz təsdiqin tapmamışdır. Bu səbəbdən də məhkəmə iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Həmçinin, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizəni əsassız hesab edərək, düzgün olaraq qeyd etmişdir ki, cavabdeh əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia müddətinə istinad etsə də, tələb ipoteka xitam verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərardadı ilə X20: 1. Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə münasibətlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarının qüvvəyə minməsindən əvvəl yarandığından, habelə predmetinə müvafiq olaraq mübahisə həmin qərarların qüvvəyə minməsindən sonra məhkəmənin icraatında (xx.xx.2018) olduğundan, həmin Qərarlar hazırkı mübahisəyə tətbiq oluna bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 610/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən : imza: Hakimlər: imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-4402/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4402/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver