Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4441/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Kazımlı (Sadıqova) Aytən Dərgah qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Kazımlı (Sadıqova) Aytən Dərgah qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(005)-1484/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Kazımlı (Sadıqova) Aytən Dərgah qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin və uşağın 3 yaşına çatanadək əlavə 100 manat məbləğində əlavə xərclərin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Sara adlı qızları və xx.xx.2019-cu il təvəllüdlü Adəm adlı oğulları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, azyaşlı övladları onun yanında saxlanılmışdır. Mediasiya prosesi zamanı cavabdehlə uşaqların saxlanılması və aliment barədə razılığa gəlsələr də, sonradan cavabdeh alimentin ödənilməsindən boyun qaçırmışdır. Bu səbəbdən də uşaqların saxlanılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(005)- 1484/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin, habelə xx.xx.2019-cu il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin Kazımlı (Sadıqova) Aytən Dərgah qızının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında mediasiya proseduru çərçivəsində uşaqların saxlanması barədə barışıq sazişinin bağlanmasını, sazişdə hər ay hər uşağa görə 175 manat məbləğində aliment nəzərdə tutulmasını, cavabdehin aliment ödəməkdən yayınmadığını, uşaqların həftədə 2 gün cavabdehin yanında qalmasını nəzərə almamış, işin faktiki hallarını tam araşdırmamışdır. Apellyasiya baxışı zamanı cavabdeh şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, iddiaçı isə apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hazırkı iş üzrə 28 iyun 2022-ci il tarixli qərardadla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(005)-1484/2022 saylı qətnaməsi qismən – xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilmiş və həmin hissədə mülki işin icraatına xitam verilmişdir. İş materiallarından görünür ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Sara adlı qızları və xx.xx.2019-cu il təvəllüdlü Adəm adlı oğulları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, azyaşlı övladları iddiaçının yanında saxlanılmışdır. Kazımlı (Sadıqova) Aytən Dərgah qızı və Cavabdeh arasında mediasiya proseduru çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2016-cı il tarixli nikahın pozulması, övladları xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 anaları İddiaçı himayəsində qalması barədə razılığa gəlmişlər. Sazişə əsasən Cavabdeh xx.xx.2021-ci ıl tarixdən hesablanmaqla hər uşağa görə hər ay 175 AZN sabit pul məbləğində alimenti uşaqlar yetkinlik yaşına çatana qədər İddiaçı bank hesabına ödənilməsi barədə razılığa gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.2019-cu il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh Kazımlı (Sadıqova) Aytən Dərgah qızının xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə uyğun olaraq hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384.0.1 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(005)- 1484/2022 saylı qətnaməsi xx.xx.2019-cu il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh Kazımlı (Sadıqova) Aytən Dərgah qızının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4441/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4441/2022
28.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver