Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4444/2023 25.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X4 və X2 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib Müəyyən etdi: Binəqədi Rayon Məhkəməsinin 2(001)-1151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X1 qarşı aliment tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının ilk dəfə verdiyi apellyasiya şikayəti forma məzmuna riayət edilmədən verildiyindən geri qaytarılmışdır, daha sonra yenidən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, həmçinin prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə prosessual müddət bərpa edilərək baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün qeyrimümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 133.3-cü maddəsinin tələblərinə görə, işdə iştirak edən şəxs, prosessual müddətin bərpası barədə ərizə verməklə yanaşı, müddəti buraxılmış zəruri prosessual hərəkəti edə, müvafiq instansiyası üçün şikayətini təqdim edə bilər. Lakin iddiaçının verdiyi apellyasiya şikayətindən görünür ki, qanunvericiliyin tələblərinə zidd olaraq buraxılmış prosessual müddətin bərpasına dair dəlillər apellyasiya şikayətinin mətninə (məzmununa) əlavə edilmişdir ki, bu da qanunvericiliyin tələblərinə uyğun müvafiq ərizəni əvəz etmir. İşin materiallarından MPM-nin 133.3-cü maddəsinin tələbləri qaydasında prosessual müddətin bərpasına dair ayrıca ərizə verilməsi müəyyən edilmir. Halbuki, yuxarıda qeyd edilən maddənin tələbləri baxımdan prosessual müddətin bərpasına dair ərizə ayrıca verilməli və belə olan təqdirdə ərizəyə mahiyyəti üzrə baxıla bilərdi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının prosessual müddətin bərpasına dair ərizəsi olmadan, müddətin bərpası məsələsi üzrə hüquqi qiymətləndirmənin aparılması MPM-nin 133-cü maddəsinin tələblərinə uyğun deyildir. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361-ci və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Kollegiyanın qənaətinə görə, hazırda işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 402-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Binəqədi Rayon Məhkəməsinin 2(001)-1151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-4444/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4444/2023
25.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver