Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4446/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, Sultanov Natiq Şərafəddin oğlu və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: «ipoteka müqaviləsinə xitam verilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil və cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1586/2024 saylı, 08 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022ci il tarixli, e-2(005)-4132/2022 saylı qətnaməsi ilə X2 ünvan 4rləşən 7 saylı (133.2 kv.m) mənzilə dair ünvan 1ğlanmış 4Ə-949 reyestr nömrəli 24 noyabr 2016-cı il tarixli və ünvan 2 ünvanında yerləşən 16 saylı (109.9 kv.m) mənzilə dair ünvan 1ğlanmış 4Ə-957 reyestr nömrəli 24 noyabr 2016-cı il tarixli bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və onların hüquqi nəticələrinin ləğv edilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, Sultanov Natiq Şərafəddin oğlu və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərməklə cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi, sonradan cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, 447-1/M saylı Sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilən Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsində yerləşən 29 saylı evin 7 nömrəli mənzilin və ünvan 2 ünvanında yerləşən 16 saylı mənzilin ipoteka ilə yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. İddiada göstərilir ki, xx.xx.2019-cu il tarixli, 447/M saylı kredit müqaviləsinin xx.xx.2020-ci il tarixli əlavəsi əsasında fiziki şəxs Sultanov Natiq Şərafəddin oğlu tərəfindən X5 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsində yerləşən 29 saylı evin 7 nömrəli və ünvan 2 ünvanında yerləşən 16 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(005)-4132/2022 saylı qətnaməsi ilə iddiaçı X8 ünvan 4rləşən 7 saylı (133.2 kv.m) mənzilə dair ünvan 1ğlanmış 4Ə-949 Reyestr nömrəli, 24 noyabr 2016-cı il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 16 saylı (109.9 kv.m) mənzilə dair ünvan 1ğlanmış 4Ə-957 Reyestr nömrəli 24 noyabr 2016-cı il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi qət edilmişdir. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-4132/2022 saylı qətnaməsi icraya yönəldilən zaman Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsində yerləşən 29 saylı evin 7 nömrəli mənzili və ünvan 2 ünvanında yerləşən 16 saylı mənzili ipoteka ilə yüklü olması səbəbindən Yusif X11 adına keçirməkdən imtina etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1586/2024 saylı, 08 may 2024cü il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbinin təmin edilərək cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən (ləğvedici Əmanətlərin Sığortalanması Fondu vasitəsilə) xx.xx.2020-ci il tarixli, 447-1/M saylı Sonrakı İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilən Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsində yerləşən 29 saylı evin 7 nömrəli mənzilin və ünvan 2 ünvanında yerləşən 16 saylı mənzilin ipoteka ilə yüklülüyünə xitam verilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka ilə yüklü edilən və hazırki iş üzrə iddianın predmetini təşkil edən ünvan 2 ünvanında yerləşən 16 saylı və ünvan 4rləşən 7 saylı mənzillər cavabdeh Bankın xeyrinə ipoteka ilə yüklü edildiyi zaman X2 həmin mənzillər üzərində ümumiyyətlə sərəncam vermək hüququ olmamışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında sözügedən mənzillərin İddiaçı tərəfindən X5 bağışlanması barədə müqavilələr etibarsız hesab edilmiş və onların hüquqi nəticələri ləğv edilmişdir. Göründüyü kimi əslində hazırki iş üzrə İddiaçı mülkiyyətində olan mənzillərə dair bağlanan ipoteka müqaviləsi etibarsız əqd olduğundan və bunun nəticəsində də həmin mənzillərin hazırda ipoteka ilə yüklü edilməsinin hüquqi əsası olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa, əvvəlki məhkəmə iclasında izahatı alınan Sultanov Natiq Şərafəddin oğlu bildirmişdir ki, o, kredit müqaviləsi üzrə cavabdeh Bank qarşısında bütün öhdəliklərini də icra etmişdir. Ona görə də hesab edir ki, cavabdeh qanunsuz olaraq əmlakı ipoteka ilə yüklü vəziyyətdə saxlamışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş edib şikayətində göstərir ki, Cavabdeh1 ASC ilə Sultanov Natiq Şərafəddin oğlu arasında 447/M saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalana xx.xx.2020-ci il tarixinədək illik 6% dərəcəsi ilə 1.110.812 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra, xx.xx.2020-ci il tarixli əlavəyə əsasən kreditin 574.240 ABŞ dolları məbləğində olan qalıq borcunun müddəti xx.xx.2021-cü il tarixinə qədər uzadılmışdır. Kreditin təminatı kimi X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Yermeyonko küçəsi ev 29, 7 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin Cavabdeh1 ASC ilə Sultanov Natiq Şərafəddin oğlu arasında 448/M saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalana xx.xx.2020-ci il tarixinədək illik 6% dərəcəsi ilə 370.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli əlavəyə əsasən kreditin 370.000 ABŞ dolları məbləğində olan qalıq borcunun müddəti xx.xx.2021-cü il tarixinə qədər uzadılmışdır. Kreditin təminatı kimi X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Yermeyonko küçəsi ev 29, 16 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. 447/M saylı kredit müqaviləsi üzrə borcalan Sultanov Natiq Şərafəddin oğlunun xx.xx.2023-cü il tarixə banka əsas borcu üzrə 244.845,34 ABŞ dolları, faiz borcu 27.912,42 ABŞ dolları olmaqla cəmi 272.757,77 ABŞ dolları məbləğində borcu mövcuddur. 448/M saylı kredit müqaviləsi üzrə borcalan Sultanov Natiq Şərafəddin oğlunun xx.xx.2023-cü il tarixə banka əsas borcu üzrə 140.869,52 ABŞ dolları, faiz borcu 12.420,02 ABŞ dolları olmaqla cəmi 153.289,54 ABŞ dolları məbləğində borcu mövcuddur. İşə baxan birinci instansiya məhkəməsi Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, e-2(005)-4132/2022 saylı qətnaməsini əsas gətirərək qeyd edir ki, mübahisəli mənzillərə dair bağışlama müqaviləsi etibarsız hesab edilmiş, sonrakı mərhələdə qətnamənin icrası mümkün olmadığı üçün İddiaçı sözügedən mənzillərə dair ipoteka yüklülüyünə xitam verilməsini xahiş edir. Halbuki, iddiaçı tərəfindən verilmiş bu cür iddiaları onun əsas, yəni həmin əmlakın ipoteka yüklülüyündən azad edilməsi niyyətini ortaya qoyur. Belə ki, iddiaçı vaxtı ilə adına olan əmlakları bacısı X4 adına bağışlama müqavilələri əsasında rəsmiləşdirmiş və Fidan Yusufzadə isə öz növbəsində adına rəsmiləşən ünvan 4rləşən 7 və 16 saylı mənzillərə dair sərəncam vermək hüquqlarını digər qardaşına etibarnamə əsasında verərək qeyd edilən mənzilləri Sultanov Natiq Şərafəddin oğlunun kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan başqa hazırki iddiaçı Nəsimi Rayon Məhkəməsində uydurma iddia tələbi ilə iddiaçı X1 iddiası üzrə cavabdeh kimi çıxış etmiş və işin mahiyyəti bundan ibarət olmuşdur ki, X9 ünvan 4rləşən 7 saylı mənzili qeyri-rəsmi iddiaçıya satmışdır. Daha sonra cavabdeh olaraq iddianı etiraf etmiş, tərəflər barışıq sazişi bağlamışlar və mülki işə xitam verilmişdir. Banka rəsmi olaraq qərardad təqdim edildikdən sonra həmin xitam qərardadından şikayət verilmiş və şikayəti təmin edilmişdir. Bundan sonra, iddiaçı işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmiş və məhkəmənin e-2(006)-1512/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Bundan başqa, məhkəmə banka olan öhdəliyin yerinə yetirildiyi qənaətinə gəlməklə işə ədalətli və obyektiv baxılmaması əsasını yaradır. Halbuki kredit alan öhdəliklərini icra etdiyi təqdirdə “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə əsası ilə bank ipoteka predmeti olan əmlakların yüklülükdən azad edilməsi üçün təşəbbüs göstərərdi. “İpoteka haqqında” Qanunun 48-ci maddəsinə istinad edərək bildirir ki, əsas öhdəlik mövcud olduğu halda ipotekaya xitam verilməsi ipoteka saxlayanın hüquqlarını pozur. Həmçinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ipoteka müqavaviləsin xitam olunması üçün əsas ola bilməz.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sultanov Natiq Şərafəddin oğlu, X7 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1.qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
11. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Maddə 32.2. İpoteka predmeti olan əşya cinayət törədilməsinə və ya başqa hüquq pozuntusuna görə məhkəmə qaydasında müsadirə edildikdə ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Maddə 32.3. İpoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan məhkəmənin müvafiq qərarı qüvvəyə mindikdən sonra əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Maddə 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdı.
20. Əvvəla, “İpoteka haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1 və 48.1.5-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Qanunda ipotekaya xitam verilməsi göstərilsə də, xitam verilmənin prosessual qaydası, yəni ipotekaya hansı orqan (məhkəmə və ya digər orqan) tərəfindən hansı icraat qaydasında (iddia icraatı və ya məhkəmə qərarlarının icrası qaydasında) xitam verilməli olması qeyd olunmamışdır. Məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ipotekaya xitam verilməsi halları “İpoteka haqqında” Qanunun 48-ci maddəsində göstərilmişdir. Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. (“İpoteka haqqında” Qanunun 48.1.1-48.1.5-ci maddələri). Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. (“İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsi). “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər.
21. Hazırkı iş üzrə, iddia tələbinin qanuni əsası, yəni ipotekaya xitam verilməsinin əsası “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, iddiaçı tərəf həm iddia ərizəsində, həm də apellyasiya baxışında həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edən, həmin Qanunun 32.3-cü maddəsinə istinad etmişdir. Həmin normada göstərilir ki, ipoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. Əlbətdə ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirdikləri halda qeyd olunan əsasla da ipotekaya xitam verilməsi istisna oluna bilməz. Ancaq bu hal mülki hüquqlar hüquqa uyğun həyata keçirildiyi tərzdə mümkün ola bilər. Çünki hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Lakin iddiaçı hazırkı iş üzrə öz hüquq və vəzifələrini vicdanla həyata keçirməmiş, hüquqdan açıq-aşkar sui-istifadə etmişdir.
22. Belə ki, ipotekaya xitam verilməsi tələb edilən mənzillərin bugünədək bank qarşısında ipoteka ilə yüklü olması işin tam mübahisəsiz halıdır və işdə iştirak edən şəxslər tərəfindən bu fakt mübahisələndirilmir, əksinə həm işdə iştirak edən iddiaçı və üçüncü şəxslər, həm də işdə iştirak etməyən digər şəxslər(işdə olan məhkəmə qərarlarından bəlli olur) tərəfindən mənzillərin ipoteka yüklülüyündən azad olunmasına cəhdlər edilir. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(005)-4132/2022 saylı qətnaməsinin tam icra olunmadığına istinad edərək, mənzillər üzərində yenidən mülkiyyət hüququnun qeydə alınmasına nail olmaq istədiyini əsas gətirib hazırkı iddianı irəli sürdüyünü bəyan edir. Ancaq nə qədər qəribə olsa da həmin iş üzrə (e2(005)-4132/2022 saylı) özü iddiaçı olmamış, yəni bağışlanan mənzillərə dair müqavilənin etibarsızlığını özü deyil, mənzilləri bağışladığı bacısı Fidan Yusufzadə irəli sürmüş, üstəlik onu da cavabdeh kimi göstərmişdir. Düzdü Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(005)-4132/2022 saylı qətnaməsinin yoxlanılması hazırkı icraatın predmeti olmasa da, həmin işdə və qətnamədə göstərilənlərin bu iş üzrə aparılan hüquqi dəyərləndirmələr zamanı əhəmiyyəti vardır. Çünki birinci instansiya məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(005)- 4132/2022 saylı qətnaməsi ilə müəyyən edilənlərə köklənərək, sanki onun icra olunmasının hazırkı işdən asılılığını aradan qaldırmaq məqsədilə bu iddianı təmin etməklə hüquqdan başqalarına zərər vurmaq məqsədilə sui-istifadə etməyə çalışan iddiaçıya və üçüncü şəxslər Fidan Yusufzadə və Natiq Sultanova münbit şərait yaratmışdır. Əks halda bu iş üzrə cavabdeh kimi göstərdiyi bankın iddiaya münasibətini və mövqeyini tam, hərtərəfli və obyektiv öyrənilməsi üçün lazımı şərait yaratmalı idi. Çünki bunu ondan MPMin 14.1-ci maddəsinin göstərişləri tələb edirdi. Ancaq birinci instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normasının tələbini də pozmaqla ona riayət etməmişdir.
23. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamədə Sultanov Natiq Şərafəddin oğlunun kredit müqaviləsi üzrə cavabdeh bank qarşısında bütün öhdəliklərini də icra etdiyi, cavabdehin qanunsuz olaraq əmlakı ipoteka ilə yüklü vəziyyətdə saxladığı barədə izahatını qeyd etsə də həmin məlumatın həqiqi olub-olmaması barədə hər hansı bir araşdırma aparılmasına şərait yaratmamış, bu izahatın doğru olduğu qənaətinə gəlməklə də iddianı təmin etmişdir. Ancaq cavabdeh bankın apellyasiya şikayətindən və əlavə edilmiş sənədlərdən də bəlli olur ki, Natiq Sultanov da borcalan kimi bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Demək ki, öhdəlik icra olunmadığına görə də ipotekaya xitam verilə bilməzdi. Bu halda iddianın təmin edilməməsi üçün müstəqil əsas sayılırdı. Ancaq birinci instansiya məhkəməsi bu hallara da əhəmiyyət verməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
25. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1586/2024 saylı, 08 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı (Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, Sultanov Natiq Şərafəddin oğlu və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1586/2024 saylı, 08 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı (Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, Sultanov Natiq Şərafəddin oğlu və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.