Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4450/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətininin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi cəlb edilməklə) “ipotekaya xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə” tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X2rşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi cəlb edilməklə “ipotekaya xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə dair onunla Cavabdeh QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və onun mülkiyyət hüquqularının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh vəsatət təqdim edərək, hazırki mülki işin Bakı Apellyasiya Məhkəməsinin hakimi Azad İmanovun icraatında olan 2(103)-14858/2019 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında yenidən baxılarkən müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-14858/2019 saylı qərardadı ilə hazırkı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı Cavabdeh ASC-nin X5, “xxxx” MMC, Bəhram Atabeyli, İddiaçı, X7, X3 və X4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-54/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdehlər N.Atabəyli və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə milki işin icraatı dayandırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsində olan mülki işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsin əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh QSC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətininin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi cəlb edilməklə) “ipotekaya xitam verilməsi, yüklülük çıxarışının ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə” tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı, X5, “xxxx” MMC, Bəhram Atabeyli, İddiaçı, X7, X3 və X4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 54/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdehlər N.Atabəyli və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə 2(103)-772/2020 saylı mülki işə birləşdirilsin. Hazırki mülki iş, 2(103)-772/2020 nömrəli mülki işlə bir icraatda baxacaq məhkəmə tərkibinə təqdim olunması məqsədilə məhkəmənin dəftərxanasına təhvil verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərarddadan şikayət verilə bilməz. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-4450/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4450/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver