Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4460/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-889/2023 saylı, 01 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 150,2 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan bu qeyri-yaşayış sahəsi ayda 2.325,60 manat icarə haqqı ödəmək şərtilə xx.xx.2024-cü il tarixinə kimi cavabdehə icarəyə verilmişdir. Hazırda iddiaçı icarə müqaviləsinin 8-ci bəndinə, həmçinin "xxxx" MMC ilə 13 mart 2023-cü il tarixdə bağlanmış ilkin icarə müqaviləsinə əsaslanaraq xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış ünvan 1ndə 150 kv.m qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə olan xx.xx.2021-ci il tarixli müqavilənin məhkəmə qaydasında ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, AR ƏMDK DƏDRX-in ******* saylı, xx.xx.2013-cü il tarixli Çıxarışına əsasən ünvan 1ndə 150, kv. qeyri-yaşayış sahəsi şəxsi mülkiyyət hüquqları əsasında ona məxsusdur. O, həmin sahənin icarəyə verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC ilə 5 il müddətinə xx.xx.2026-cı il tarixə qədər müddəti olan icarə müqaviləsi bağlamışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən “Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Onun adından etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh MMC-yə müraciət edərək, icarə müqaviləsinə vaxtından əvvəl xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada icarəyə verən tərəfindən xitam verilməsini müqavilə tərəfinə bildirmişdir. Lakin Cavabdeh MMC müqaviləyə xitam verilməsinə etiraz edərək, xx.xx.2022- ci il tarixli bildirişə cavab olaraq bildirmişdir ki, Cavabdeh MMC tərəfindən müqavilənin xitamına səbəb ola biləcək heç bir xoşagəlməz hal və pozuntuya yol verilməmişdir, həmin obyektdə olan avadanlıqlar həmin Cəmiyyətə məxsusdur, guya ki, “DOKTA'’ MMC öz yüksək səviyyəli fəaliyyəti nəticəsində obyektin dəyərini artırmışdır, reklam və marketinqə kifayət qədər vəsait xərcləmiş, icarə müqaviləsinin ləğvi işsizliyə səbəb olacaq və Şirkətin nüfuzunun azalmasına səbəb olacaqdır. Cavabdeh MMC xx.xx.2022-ci il tarixli cavab məktubunda isə bildirir ki, müqavilənin ləğvi ya hər iki tərəfin iştirakı ilə notarial qaydada, ya da məhkəmə qaydasında həll olunmalıdır. Hər iki məktub hədə və təhdid xarakterli yazılmış, onlardan müqavilədə və qanunvericilikdə nəzərdə tutulan hüquqlarından istifadə etsələr də ondan bildirişi geri götürmək tələb olunmuş, əks təqdirdə onlara ziyan vurulması ilə bağlı hədə gəlinmişdir. Hər iki məktubda göstərilən məsələlərlə bağlı ‘‘obyektin dəyərinin artması”, reklama və marketinqə vəsait yatırılması və s. məsələlər nə müqavilədə öz əksini tapmış, nə şifahi qaydada razılaşdırılmış, nə də qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Avadanlıqlar və əşyalar Cavabdeh MMC”-yə məxsusdur və onların iddiaçının mülkiyyətində olan obyektdən geri götürülməsi ilə bağlı hər hansı bir maneə yoxdur, reklam və marketinq işləri onun adı üçün deyil, Cavabdeh MMC-nin adına aparılmışdır və qeyri-maddi dəyər kimi elə həmin Cəmiyyətin adında da qalır, bunun mülkiyyətçiyə heç bir aidiyyatı və təsiri yoxdur. Müqaviləyə bir tərəfli qaydada xitam verilməsi müqavilədə nəzərdə tutulduğu üçün və qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyası və mülki qanunvericilik normalarına uyğun olduğu üçün tam haqlı tələbdir və məhkəmə tərəfindən təmin edilməlidir. O, həmin obyektin icarəyə verilməsi ilə bağlı digər bir sahibkarla 5000 (beş min) manat məbləğində icarə haqqı ilə bağlı razılığa gəlmiş, odur ki, Cavabdeh MMC tərəfindən müqaviləyə xitam verilməməsi ona maddi ziyan vurur və bu barədə ayrıca iddia tələbi irəli sürüləcəkdir. Göründüyü kimi, müqaviləyə, onun şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən xitam verilməməsinə görə, o, mülkiyyət hüquqları əsasında olan ona məxsus olan obyektindən öz mülahizəsinə uyğun istifadə edə bilmir, sərbəst müqavilələr bağlaya bilmir, öz mülkiyyətindən öz istədiyi kimi bəhrə götürə bilmir və bütün bunlar cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının kobud surətdə pozulmasını sübut edir.
4. Cavabdeh iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında 5 il müddətinə xx.xx.2026-cı il tarixə qədər müddəti olan icarə müqaviləsi bağlanılmışdır. İddiaçı etibarnamə ilə nümayəndəsi Nümayəndə Bayram qızı xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə müraciət edərək, icarə müqaviləsinə vaxtından əvvəl xx.xx.2023-cü il tarixdən birtərəfli qaydada icarəyəverən tərəfindən xitam verilməsini bildirmişdir. Həmçinin iddiaçı iddia ərizəsində İcarə Müqaviləsinin 8-ci bəndinə istinad edərək “Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir bildirmişdir. Bununla bağlı bildirir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə CavabdehMMC arasında bağlanmış İcarə Müqaviləsinin 3-cü bəndində “İcarə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir ) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Odur ki, göründüyü kimi icarə müqaviləsində icarə müddəti qeyd olunmuşdur və həmin bəndə əsasən xx.xx.2026-cı il tarixə 1 (bir) ay qalmış yəni xx.xx.2026-cı il tarixi başa düşülür. Bununla yanaşı, icarə müqaviləsində xüsusi müddət yəni xx.xx.2026-cı il tarixi müəyyən olunmuş və bu səbəbdən icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunmasına dair iddia ərizəsinə etiraz edirlər. Bundan əlavə cavabdeh tərəfindən müqavilənin xitamına səbəb ola biləcək heç bir xoşagəlməz hal və pozuntuya yol verilməmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-889/2023 nömrəli, 01 may 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 14 oktyabr 2021-ci il tarixli icarə müqaviləsi 14 oktyabr 2026-cı il tarixədək bağlanmışdır. İcarəçi Cavabdeh MMC tərəfindən həmin müqavilənin xitamına səbəb olacaq hər hansı qanunazid hal və ya pozuntunun baş verməsi barədə iddiaçı heç bir sənəd təqdim etməmişdir, “Dokta" MMC 14 oktyabr 2021-ci il tarixindən bu günə qədər sözügedən müqavilə üzrə bütün ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Həmçinin "Dokta” MMC üç (3) ilə yaxın müddət ərzində obyektin müştəri bazasını yığmışdır. Bununla yanaşı Cavabdeh MMC həmin obyektdə yerləşən aptekə reklam, marketinq və bu kimi digər xidmətlərin göstərilməsi və əmtəə nişanının alınması üçün kifayət qədər vəsait xərcləmişdir . İcarəsi müqaviləsi bağlanarkən icarə müddəti kimi 14 oktyabr 2026-cı il tarixi müəyyən edilmişdir. Sözügedən icarə müqaviləsi müddətli müqavilədir .
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, yalnız başqa icarəçi daha yüksək məbləğdə icarə haqqı verməsi səbəbindən icarəyə verən formal əsaslarla icarə müqaviləsinin ləğv edilməsini xahiş edir. Həmçinin məhkəmə hesab edir ki, bu hal işgüzar adətlərə ziddir. Belə ki, Cavabdeh MMC qeyri-yaşayış sahəsindən aptek kimi istifadə etmişdir. Təbii ki, hər fəaliyyət növünün özünə məxsus dizaynı və avadanlığı mövcuddur. Cavabdeh MMC həmin qeyri-yaşayış sahəsini uzunmüddətli yəni 2026-cı ilə kimi icarəyə götürdüyündən müvafiq xərclər çəkərək avadanlıqlar almış, reklam quraşdırmış və müştəri cəlb etmişdir. İcarəyə verənin yanaşmasından belə qənaətə gəlmək olar ki, hər dəfə icarə müqaviləsi bağlayıb daha yüksək icarə haqqı verən icarəçi olduqda icarə müqaviləsi ləğv edilə bilər.
8. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 421.1, 700.1, 700.2, 700.3, 704.1, 704.2, 691.4.2; “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7, 12, 13.1-ci maddələrinə; həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-889/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər müqavilənin tərəfləri 8-ci bəndində nəzərdə tutulan “Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.” barədə razılığa gəliblərsə və bu mövcud qanunvericiliyə zidd deyilsə, tərəflər buna əməl etməlidirlər. Bu bənddə müqavilənin ləğvinin müqavilə öhdəliklərinin icra edilib-edilməməsi ilə hər hansı bir bağlılığı yoxdur, odur ki, İcarəçi tərəfindən “müqavilənin xitamına səbəb olacaq heç bir xoşagəlməz hal və ya pozuntu baş verməmişdir” arqumenti qəbul edilə bilməz. Məhkəmə də öz qətnaməsində bu hala istinad etmişdir, halbuki, müqavilənin 8-ci bəndində müqavilənin birtərəfli qaydada ləğvinin tərəflərin öhdəliklərini icra edib-etməməsi ilə hər hansı bir bağlılığı yoxdur. Məhkəmə öz qətnaməsində 704.2-ci maddəyə istinad etmişdir, həmin maddəyə əsasən İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. Odur ki, qətnamədə 691.4.2-ci maddəyə istinad etmək yersizdir. İcarəyəverən tərəfindən İcarəçiyə icarə haqqının artırılması ilə bağlı hər hansı bir təklifin verilməməsi barədə məhkəmənin gəldiyi qənaəti də tamamilə səhvdir, İcarəyəverənin belə bir öhdəliyi müqavilədə nəzərdə tutulmamışdır və bu məsələdə tam sərbəstdir. Məhkəmənin “işgüzar münasibətlərə” istinad etməsi də qəbul edilə bilməz. İcarəyəverən mülkiyyət hüquqları AR Konstitisiyası və Beynəlxalq Konvensiyalarla qorunur, o öz mülkiyyətindən istifadə etməkdə tam azaddır və bu hər hansı bir mənası aydın olmayan “işgüzar adətlər”lə məhdudlaşdırıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh MMC ilə bağlanan icarə müqaviləsi ləğv edilməmiş, Nümayəndə Bayram qızı "xxxx" MMC ilə 13 mart 2023-cü il tarixdə ilkin icarə müqaviləsi bağlayaraq İddiaçı məxsus ünvan 1nə yerləşən sahəsi 150.2 kv.m olan səhiyyə təyinatlı qeyriyaşayış sahəsini 5500 manat məbləğində icarə haqqı ödəmək şərti ilə "xxxx" MMC-yə icarəyə vermişdir. Göründüyü kimi bir əmlaka dair iki icarə müqaviləsinin bağlanması qanunvericiliyə ziddir. Elə bu mətndən göründüyü kimi icarəyəverənlə "xxxx" MMC arasında ilkin müqavilə bağlanmışdır, bu isə o deməkdir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazda müqaviləyə xitam verilmə şərtinə “müqavilə müddətinin bitməsinə 1 ay qalmış vaxt başa düşülməlidir” kimi izah verərək müqavilə müddətinin uzadılması şərtini müqaviləyə xitam verilməsi şərti olaraq səhv başa düşmüş və müqavilə şərtlərini təhrif etmişdir. Buradan da aydın olur ki, cavabdeh tərəfindən verilmiş etirazda belə formal mənalara axtarmaq iddianın əsassız olaraq təmin edilməsi məqsədini daşıyır. Sözügedən icarə obyekti üzrə xx.xx.2026-cı il tarixə qədər müddəti olan icarə müqaviləsi bağlanılmasına baxmayaraq, iddiaçı tərəfindən real bazar dəyərinin 5 misli dəyərində "xxxx" MMC ilə ilkin icarə müqaviləsinin bağlanılması mahiyyət Cavabdeh MMC-yə qarşı qanunsuz olaraq iddia irəli sürməkdən İbarətdir. Mühüm məqamlardan biri də budur ki, həmin sahə faktiki olaraq Cavabdeh MMC-nin istifadəsində və sahibliyində ola-ola, həmçinin notariat qaydada bağlanmış İcarə müqaviləsinə qanunvericiliyin tələblərinə əsasən xitam verilmədən, həmin müqavilə üzrə icarə münasibətləri davam edərkən, iddiaçının başqa şəxslərlə yüksək qiymətlərlə ilkin icarə müqaviləsinin bağlaması və buna uyğun olaraq cavabdehdən icarə obyektinin boşaldılmasını tələb etməsi sadəcə cavabdehə qarşı əsassız iddialar irəli sürülməsinə, sübut qismində sayıla bilməyən və mahiyyət etibarilə yekunda heç bir hüquqi nəticəyə səbəb ola bilməyən sübutların əldə edilməsindən ibarətdir və heç bir hüquqi əsası yoxdur. Hesab edir ki, əsas icarə müqaviləsi üzrə icarə münasibətləri davam etdirilərkən digər şəxslərlə ilkin icarə müqaviləsi bağlamaq və gələcəkdə icarəyə verilibverilməyəcəyi sual atında olan, icarə münasibətlərinə qanunvericiliyə uyğun qaydada xitam verilib-verilməyəcəyi məlumat olmayan əmlak üzrə başqa şəxslər qarşısında öhdəlik götürmək yolu ilə müqavilənin bağlanılması mülki qanunvericiliyə ziddir və etibarsız əqddir. Eyni qaydada, iddianın hüquqi əsasının təşkil edən məsələ "xxxx" MMC ilə bağlanılmış etibarsız əqddir. Buna uyğun olaraq qeyd edə bitərik ki, mülki prosesdə iddianı sübut etmək iddiaçının üzərinə düşdüyündən iddianın hüquqi əsasının etibarsız əqdlərə dayandığı və birinci instansiya məhkəməsi tərəfindən də işin faktiki hallarının araşdırıldığını və iddiaçı tərəfindən təqdim olunan sübutlara lazımi qaydada qiymət verildiyini hesab edir. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə haqlı olaraq, iddiaçının müqaviləni ləğv etməkdə haqlı olmadığı qənaətinə gəlmiş, Cavabdeh MMC tərəfindən həmin müqavilənin xitamına səbəb ola biləcək hər hansı qanunazidd hal və ya pozuntunun baş verməməsi, icarəyəverənin hər dəfə İcarə müqaviləsi bağlayıb yüksək icarə haqqı verdildikdə müqaviləni ləğv edərək yeni icarə müqaviləsinin bağlanılması formasında dəyərləndirmənin və həmçinin bir əmlaka dair iki müqavilənin bağlanılmasının haqsız və qanunvericiliyə zidd olduğunu doğru olaraq qeyd etmiş və iddiaçı da bütün bu qeyd olunanlarla bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin "xxxx" MMC-nin qanuni təmsilçisi X4 cavabdehin keçmiş əməkdaşıdır, Cavabdeh MMCnin mühüm və strateji satış nöqtələri sayılan apteklərin yerləşdiyi əmlakların mülkiyyətçiləri ilə yalançı və etibarsız əqdlər bağlayaraq Cavabdeh MMC ilə icarə müqavilələrinin ləğv edilməsinə nail olmaq istəyir (Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları qoşma ilə əlavə olunur). O həm hüquqi şəxsin qanuni təmsilçisi, həm də fiziki şəxs kimi şirkətə qarşı haqsız rəqabət kampaniyası başladaraq yuxarıda qeyd olunanlar nail olmağa çalışır. Qeyd olunan faktın məhkəmə təcrübəsində də rast gəlinir. Quba rayon məhkəməsinin 2(027)-848/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində X3 bu dəfə də "xxxx" MMC olaraq yox, fiziki şəxs kimi Cavabdeh MMC-nin istifadəsində olan icarə obyektinə aylıq olaraq 1000 AZN verildiyi halda fantastik olaraq 13.000 AZN dəyərində ilkin müqavilənin bağlanması və bu yolla əsas icarə müqaviləsinə xitam verilməsi niyyəti məhkəmənin nəzərindən yayınmamış və həmin iş üzrə də uydurma əqdin hüquqi əsas təşkil etdiyi iddia təmin edilməmişdir Sözügedən müqavilə tarixinin xx.xx.2026-cı il olmasını, həmçinin iddianının hüquqi əsaslarının etibarsız əqd yolu ilə təmin edilməsi niyyətini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini, məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün heç bir əsas olmadığını, həmçinin işin faktiki hallarının hərtərəfli, tam və obyektiv qaydada araşdırılmasının iş üzrə çıxarılacaq qərarda mühüm rol oynayacağını hesab edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 qeyd etmişdir ki, müqavilədə müqavilənin xitam verilməsi şərti vardır ki, orada qeyd olunur ki, müqavilənin müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair təkliflərini irəli sürməsələr həmin müqavilənin müddəti 1 il müddətinə uzadılır. Lakin iddiaçının vəkili müqavilənin həmin bəndini səhv başa düşmüş, apellyasiya şikayətini yazmaq üçün həmin bəndi təhrif etmişdir. Daha sonra sözügedən icarə obyekti üzrə icarə müqaviləsinin müddətinin bitmə tarixi 14 oktyabr 2026-cı ildir, icarə münasibətləri həmin müddətdə bitir. Lakin iddiaçı tərəfindən real bazar dəyərinin beş misli dəyərində "xxxx" MMC ilə ilkin icarə müqaviləsinin bağlanması mahiyyət etibarı ilə Cavabdeh MMC-yə qarşı qanunsuz olaraq iddia irəli sürməkdən ibarətdir. Müqavilənin xx.xx.2026-cı il tarixinədək olmasını, həmçinin iddianın hüquqi əsaslarının etibarsız əqd yolu ilə təmin edilməsi niyyətini və MPM-nin 385-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv olunmas üçün heç bir əsas olmadığını nəzərə alaraq təqdim etdikləri sübutları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, həmin obyekt Cavabdeh sahibliyində və istifadəsində ola-ola, həmçinin notarial qaydada bağlanmış icarə müqaviləsinə qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilmədən həmin müqavilə üzrə icarə münasibətləri davam etdirilərkən iddiaçının başqa şəxslərlə yüksək qiymətlə ilkin icrarə müqaviləsi bağlaması və ona uyğun olaraq cavabdehdən icarə obyektini boşaltmasını tələb etməsi əsassızdır. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi sübutları tam araşdırmamışdır. Bildirir ki, "xxxx" MMC-ilə bağlanmış icarə müqaviləsi özü-özlüyündə etibarsızdır. Həmin müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilib-edilməməsindən asılı olmayaraq etibarsızdır və hüquqi nəticələrə səbəb olmur. MM-nin 421.2-ci maddəsinə əsasən bildirir ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ola bilər. Bu hala dair isə nə birinci instansiya məhkəməsində, nə də hal-hazırda belə bir sübut təqdim olunmayıbdır. Ümumiyyətlə burada iddianın əsasını "xxxx" MMC ilə bağlanmış saxta bir əqd təşkil edir. Bildirir ki, X4 cavabdehin keçmiş əməkdaşıdır. Onlar dövlətin səhiyyə siyasətini əsas həyata keçirən şirkətlərdən biridir. Bütün regionlarda 1500-dən artıq aptekləri vardır. Adil müəllim isə həmin şəxsin vəkili olaraq onların ofisə də gəlmişdi və obyektin boşaldılmasını bildirmişdi. Onlar isə müqavilə bağlayarkən oraya əsaslı investisiya qoymuş, marketin işləri, təmir işləri görülmüşdür, bu isə onların biznesinə ziyandır. İcarəçinin hüquqları məhdudlaşdırılır.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
14. 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 15.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
16. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
17. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 18.422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
19. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 20.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 21.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 22.700.1-ci maddəsəinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
23. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 26.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya baxışının hədləri
28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 29.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 30.Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. 32.Belə ki, işin mübahisələndirilməyən hallarına görə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 150,2 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan bu qeyri-yaşayış sahəsi ayda 2.325,60 manat icarə haqqı ödəmək şərtilə xx.xx.2024-cü il tarixinə kimi cavabdehə icarəyə verilmişdir. Hazırda iddiaçı icarə müqaviləsinin 8-ci bəndinə, həmçinin "xxxx" MMC ilə 13 mart 2023-cü il tarixdə bağlanmış ilkin icarə müqaviləsinə əsaslanaraq xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini xahiş edir. 33.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 34.Qeyd edilməlidir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. 35.Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. 36.Hazırki işdən qanunvericiliyin bu maddələrində nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır. Çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması yoxdur. Cvabdehin isə müqaviləni əhəmiyyətli dərəcədə pozması, o cümlədən müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları iddiaçı tərəfindən mübahisələndirilmir. 37.İşdən isə görünən odur ki, tərəflər bağladıqları icarə müqaviləsinin qüvvədə olma müddətini xx.xx.2024-cü il tarixinədək müəyyən etmişlər. İddiaçının iddia ərizəsində göstərdiyi hallar da mübahisə predmeti olan müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi üçün əsas deyildir. 38.Belə ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 150,2 kv.m olan qeyri-yaşayış sahəsi barədə hər hansı üçüncü şəxslə müqavilə bağlanması hazırda mübahisə predmeti olan müqavilənin xitamına əsas ola bilməz. Qeyd olunan bu hal icarəyə verənin birbaşa iradəsinə bağlıdır və nə mübahisələndirilən müqavilədə, nə də ki mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrində, müqavilə əsasında yaranmış öhdəlik hüquq münasibətlərinin ləğv olunması üçün əsas ola bilməz. Əksinə iddiaçının özünə məxsus əmlakla bağlı müvafiq öhdəlik hüquq münasibətlərinə girməsinə baxmayaraq bu münasibətlərin qüvvədə olduğu dövrdə eyni əmlak barəsində başqa şəxslə müqavilə münasibətlərinə girməsi mülki qanunvericiliyin təməl prinsiplərinə ziddir. 39.Həmçinin iddiaçının istinad etdiyi müqavilənin 8-ci bəndi ilə əlaqədar məhkəmə kollegiyası münasibət bildirərək qeyd etməyi zəruri sayır ki, müqavilənin bu şərti əvvəlcədən ifadə edilmiş və dəfələrlə istifadə üçün nəzərdə tutulmuş standart şərtdir və müqavilənin istənilən halda ləğv olunmasını deyil, qanunvericiliklə yol verilən hallarda ləğv olunma qaydasını ehtiva edir. 40.Kollegiya vurğulayır ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və bu mansibətlər qüvvədə olduğu müddətçə vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq davranışı bir birindən tələb etmək hüququna malikdirlər. Belə ki, qanunvericilk digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı, məsələn, qarşı tərəfi müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etməklə hərəkət etməyi qadağan edir və müqavilə tərəfləri üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. 41.Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. 42.Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
43. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
44. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-889/2023 saylı 01 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova