Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4461/2021 23.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pulun və mənəvi ziyanın ödənilməsi tələblərinə dair iddiasının qismən təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh adından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-594/2019 saylı qərardadının ləğv edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-594/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti vermə müddətinin ötürülməmiş hesab edilməsini, təqdim etdiyi apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, şikayət təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-594/2019 saylı qərardadının ləğv edilməsi, xx.xx.2019-cu il tarixdə Cavabdeh adından məhkəməyə daxil olan müddətin bərpası barədə ərizə və ona əlavə edilən sənədlərin geri qaytarılması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-594/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab edilməsi və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı məhkəməyə şikayət ünvanlayaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. İddiaçı eyni zamanda, məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət vermək üçün prosessual müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilməsi və həmin müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab edilməsi, İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 594/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından vermiş olduğu şikayətin təmin edilməməsi, İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaçının şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 33/4115 saylı məktubdan görünür ki, Cavabdeh sonuncu dəfə dövlət sərhədindən xx.xx.2018-ci il tarixdə Rusiyaya çıxış etmişdir. Bundan əlavə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)- 594/2019 saylı qərardadından görünür ki, ərizəçi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin surətini məktub əsasında 2019-cu ilin dekabr ayında aldığını bildirsə də, bu halı təsdiq edən hər hansı məktub iş materiallarında mövcud deyildir. Digər tərəfdən, müddətin bərpası barədə ərizə kserosurət formasında təqdim edilmiş, ərizə iki imza və möhürlə təsdiq edilməklə Lənkəran rayonu Sütəmordov kəndindən göndərilmiş, ərizəyə cavabdehin xaricdə yaşaması və ərizənin göndərildiyi ünvana aidiyyəti barədə hər hansı sənəd əlavə edilməmiş, qeyd olunanlara əsasən müddətin üzrlü səbəbdən buraxılmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh adından məhkəməyə daxil olan müddətin bərpası barədə ərizənin onun tərəfindən verildiyini müəyyən etmək mümkün olmamış və mülki iş materiallarına əsasən 2(002)-594/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnamənin surəti cavabdeh tərəfə rəsmi qaydada xx.xx.2020-ci il tarixdə verilmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdeh tərəfin şikayətinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadı əsaslı olmuşdur və hazırda iddiaçının verdiyi şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, kollegiya MPM-nin 360-cı maddəsinə əsasən hesab edir ki, apellyasiya şikayəti ilə müəyyən olunmuş müddətdə verilmişdir, yəni müddət buraxılmamışdır. Odur ki, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı, xx xxxxx 2019cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4461/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4461/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver