Məhkəmə qərarları › İş №2(103)-4462/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4462/2025

18.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4462/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək haqqına əlavələrin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2025-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh QSC-yə qarşı irəli sürdüyü “əmək haqqına əlavələrin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi həmin apellyasiya şikayətini qəbul edərək, baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan – Məhkəmə) hesab edir ki, mülki iş üzrə apellyasiya icraatı mümkün deyil, çünki iddiaçının apellyasiya şikayəti prosessual hüquq normasının tələbinin pozulması ilə verilmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətində apellyasiya baxışının nəticəsi ilə hansı qətnamənin qəbul edilməsini (Rayon Məhkəməsinin qətnaməsi tam və ya qismən ləğv edilsin, yoxsa dəyişdirilsin) şikayətdə əks etdirməyib. Halbuki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1.4-cü maddəsinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Apellyasiya şikayəti Rayon Məhkəməsi tərəfindən qaytarılmalı idi. Lakin Rayon Məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-in 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək haqqına əlavələrin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və şikayətin qaytarılması üçün iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. İddiaçı hazırkı qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh "xxxx" QSC hazırkı qərardaddan kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar