Məhkəmə qərarları › İş №2(103)-4468/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4468/2025

23.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4468/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlunun ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-450/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-450/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia rədd edilmişdir. Cavabdehlərdən Cavabdeh1 qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş, lakin apellyasiya baxışı zamanı elektron kabineti vasitəsilə apellyasiya şikayətindən imtina barədə ərizə verərək, apellyasiya şikayətindən imtina etdiyini, imtinanın nəticəsinin ona aydın olduğunu, imtinanın qəbul edilərək apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə gəlməmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini, həmçinin şikayətdən imtina ilə bağlı ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə icraata apellyasiya şikayətindən imtina edildiyindən, xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd edilməlidir ki, məhkəmədə mülki (həmçinin, kommersiya mübahisələrin) işlərin başlanması bir qayda olaraq məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, icraatın sonradan davam etdirilib-etdirilməməsi də məhz həmin şəxslərin iradəsindən asılıdır. Dispozitivlik prinsipinə uyğun olaraq, apellyasiya şikayəti vermiş şəxsin ondan imtina etməsi, icraatın davam etdirilməsini lüzumsuz edir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 369-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-450/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata apellyasiya şikayətindən imtina edildiyindən xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar