Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4469/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1307/2024 nömrəli 24 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 23, 8 saylı mənzilin tam boşaldılaraq o və mülkiyyətçi İddiaçı təhvil verilməsi, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qǝsəbəsi, E.Quliyev küçəsi, ev 23, mənzil 8-dən xx.xx.2021-ci il tarixdən xx.xx.2024cü il tarixinə kimi qanunsuz və əsassız istifadə etdiyi üçün ona vurduğu maddi ziyana görə 8400 manat pulun onun xeyrinə tutulması, 8400 manat pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 840 manat məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulması, ödənilmiş 134 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1307/2024 nömrəli 24 may 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 23, 8 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh iddiaçıya dəymiş maddi ziyana görə 5000 manat məbləğində pul və 60,82 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, maddi zərərin ödənilməsi hissəsində qismən ləğv edilməsini, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda cavabdehin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı və cavabdeh mübahisəni qarşılıqlı razılıq əsasında həll etmişlər. Mülki iş üzrə tərəflər arasında razılaşma əldə olunduğundan, apellyasiya şikayətini geri götürdüyünü bildirərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilməli və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1307/2024 nömrəli 24 may 2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4469/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4469/2024
08.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver